Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1023/2022 22.06.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Ərizəçi, Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəç Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək anası X4 fəaliyyət qabilliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəni müafiə edərək bildirmişdir ki, o xx.xx.1963-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, X7 onun anasıdır. X10 XX.XX.1931-ci il tarixdə Xanlar rayonu, Ziyatlı kəndində doğulmuşdur. Onun anası uzun müddətdir ki, yataq xəstəsidir, sonuncunun nitq və hərəkət qabiliyyəti yoxdur. Onun anası öz hərəkətlərinin mənasını tam başa düşmək və onlara rəhbərlik etmək iqtidarında deyildir. Anasının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ona fəaliyyət qabiliyyəti olmayan şəxsə qulluq göstərilməsinə görə dövlət tərəfindən müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək üçün zəruri olmuşdur. Məhz bu səbəbdən o, Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək anası XX.XX.1931-ci il təvəllüdlü X4 qəyyumu təyin edilməyi barədə sərəncam verilməsini xahiş etmiş, lakin Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyətinin məktubunda məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Sonda ərizəçi ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X6 ərizənin təmin olunmasına etiraz etmədiyini və qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Mülki iş materiallarında olan: - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1931-ci il tarixdə Səfərəliyev rayonu, Ziyatlı kəndinə doğulmuşdur. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1963-cü il tarixdə Kirovabad (Gəncə) şəhərində doğulmuş, ata qrafasında X8, ana qrafasında X7 qeyd edilmişdir. Məhkəmə tərəfləri dinləyib, ərizəni və əlavə olunmuş sənədləri nəzərdən keçirib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçilərin xahişi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 319-cu maddəsinin tələbinə müvafiq olaraq X3 psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2022-ci il tarixli, 350 saylı rəyindən görünür ki, X7 xroniki xəstəlik olan Altsheymer xəstəliyində gecikmiş demensiya (ağıl zəifliyi), davranış pozuntuları ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F00.1 xəstəliyi keçirir. Bu nəticəyə gəlməyə mülki işin materialları, anamnestik məlumatlar və hazırki ekspertiza (ekspertiza zamanı onda zamana, məkana və öz şəxsiyyətinə görə bələdliyin pozulması, yaşadığı ünvanı, yaşını bilməməsi, həyatının bir çox hadisələrini doğru təsvir etməməsi, tarixləri qarışdırması, əhvalının davamsız olması, özünü bir qədər gərgin və narahat aparması, adi hesablama əməliyyatlarını düzgün aparsa da, daha mürəkkəb hesablama əməliyyatlarında səhvlər etməsi, atalar sözlərinin mənasını tam düzgün izah edə bilməməsi, maraq dairəsinin daralması, intellektinin zəifləməsi və şəxsiyyətində qüsur əlamətləri aşkar edilməsi və s.) imkan verir. X1 xəstəliyində gecikmiş demensiya (ağıl zəifliyi), davranış pozuntuları ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F00.1 xəstəliyi keçirdiyindən hal-hazırda öz hərəkətlərinin mənasını tam anlayıb hərəkətlərini tam idarə etmək iqtidarında deyildir. Bununla əlaqədar olaraq X7 hal-hazırda fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək məhkəmə psixatrik ekspertizasının rəyini nəzərə alıb hesab edir ki, ərizənin təmin olunması üçün həm maddi, həm də prosessual əsaslar mövcud olduğuna görə X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi xahişi təmin edilsin. xx.xx.1931-ci il tarixdə anadan olmuş X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-1023/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1023/2022
22.06.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver