Məhkəmə qərarları › İş №2(044)-104/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-104/2021

17.05.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-104/2021 17.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Əlizadə Kamran Mehman oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh Yasim oğluna qarşı “zəbt edilmiş torpaq sahəsinin boşaldılması və əvvəlki vəziyyətində qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Yasim oğluna qarşı “zəbt edilmiş torpaq sahəsinin boşaldılması və əvvəlki vəziyyətində qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Yasim oğlu tərəfindən ona məxsus həyətyanı torpaq sahəsində zəbt olunaraq tikilmiş tikintinin sökülərək 0.5 sot torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, ünvan 1 ünvanda ona məxsus torpaq sahəsi var və həmin həyətyanı torpaq sahəsi dövlət reyestrindən qeydiyyatdan keçmişdir. ünvan 3 Cavabdeh onun mülkiyyətində olan torpaq sahəsinin uzununa 66.7 metr evinə 80 cm-lik olan hissəsində qanunsuz tikili aparmış və özünə məxsus tikdirdiyi hamam - tualetin köhnə barısının bir hissəsini özbaşına sökdürüb quraşdırmış, 80 cm-lik evində torpaq sahəsini zəbt atmişdir. Bu məsələ ilə bağlı o, hüquq mühafizə orqanlarına ərizə ilə rəsmi müraciət etmiş, buna baxmayaraq qonşu onun sözlərinə əhəmiyyət verməmiş və o, məcburiyyət qarşısında qalaraq 04.02.2019-cu il tarixdə Gəncə şəhəri Nizami rayon Polis İdarəsinə ərizə ilə rəsmi müraciət etmiş və ona bu barədə məhkəməyə müraciət etməsi bildirilmişdir. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddi ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında bildirdi ki, o, iddia tələbi ilə razı deyildir. Həsənov X6 şəhəri, Ağamirzə Əhmədov küçəsi, 2-ci döngə, ev 24 saylı ünvanda yaşayır və o, iddiaçıya məxsus ünvan 2 torpaq sahəsini zəbt etməmiş və heç bir tikinti işləri aparmamışdır. Bu hal Məhkəmə Ekspertiza Mərkəzinin rəyi ilə də sübuta yetirilmişdir. Məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının, onun nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, 29.06.2016-cı il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 2 ünvan İddiaçı adına qeyd edilmişdir. 15.09.2008-ci il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Ağamirzə Əhmədov küçəsi, 2-ci döngə, ev 24 saylı fərdi yaşayış evi Cavabdeh Yasim oğlunun adına qeyd edilmişdir. 05.04.2021-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/897 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “xxxx” MMC-nin Gəncə Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sərhəd konturları, İddiaçı Daşınmaz Əmlakın Reyestri Xidməti tərəfindən ******* saylı verilmiş mülkiyyət hüququnu təsdiq edən çıxarışa əsasən müəyyən edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “xxxx” MMC-nin Gəncə Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən İddiaçı məxsus ünvan 1 ünvana ünvan 3 Cavabdeh Yasim oğlu tərəfindən müdaxilə halı aşkar olunmamışdır. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı özünün irəli sürdüyü tələbinin qanuni əsasını göstərə bilməmiş, tələbini yalnız onunla əsaslandırmışdır ki, ona məxsus ünvan 1 ünvanda yerləşən torpaq sahəsinə Cavabdeh Yasim oğlu tərəfindən müdaxilə olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05.04.2021ci il tarixli 10/897 saylı rəyində Gəncə şəhəri, Ağamirzə Əhmədov küçəsi, 2-ci döngə, ev 22A ünvanda yerləşən, iddiaçının mükiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən istifadə olunmadığı müəyyən edilmişdir. Əgər qanunda iddiaçının ərizəsində qoyduğu iddia tələbinin qanuni əsası yoxdursa, iddia tələbi iddiaçının öz bildirdiklərinə əsasən əsassız kimi qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Hazırkı mübahisənin həlli ilə əlaqədar olaraq məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onun təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilə bilməz. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh Yasim oğluna qarşı «torpaq sahəsinin zəbtdən azad edilməsi» tələbinə dair iddia tələbi təmin edilməməlidir. İş üzrə məhkəmə ekspertiza xərci 50 (əlli) manat İddiaçı tutularaq Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ43CTRE********************, SWİFT BİK: STREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142319 - a ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Yasim oğluna qarşı «torpaq sahəsinin zəbtdən azad edilməsi» tələbinə dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə məhkəmə ekspertiza xərci 50 (əlli) manat İddiaçı tutularaq Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ43CTRE********************, SWİFT BİK: STREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142319 - a ödənilsin. Qətnamədən bir ay müddətinə Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar