Məhkəmə qərarları › İş №2(044)-1090/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1090/2022

26.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1090/2022 26.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, Ərizəçilər Ərizəçi1,Ərizəçi2 və X3 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və X3 “hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına” dair ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və X11 “hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına” dair ərizə ilə məhkəməyə müraciət edərək, Samux rayon Aqrar İslahat Komissiyasının 10 fevral 1999-cı il tarixli 03 saylı qərarı ilə onların və ailə üzvlərinin mülkiyyətinə verilmiş JN-043 F saylı KOD 50707028 saylı Torpağa Mülkiyyət Hüququna dair Şəhadətnamənin onlara, Ərizəçi1, Ərizəçi2 və X6 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onların və ailə üzvlərinin mülkiyyətinə Samux rayonu, Ziyadlı kəndi ərazisindən 0.08 ha həyətyanı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair JN-043 F saylı KOD 50707028 saylı Torpağa Mülkiyyət Hüququna dair Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə texniki səhv olaraq “Ərizəçi1” sözləri “X10” kimi, “X14” sözləri “X15” kimi və “X16” sözləri “X15” sözləri kimi qeyd edilmişdir. Onlar həmin səhvlərin düzəldilməsi ilə bağlı aidiyyatı təşkilata müraciət etmişlər, lakin onlara şifahi olaraq həmin səhvlərin düzəldilməsi ilə bağlı aidiyyatı təşkilata müraciət olunması bildirilmişdir. Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və X11 hər biri ayrı ayrılıqda ərizəyə uyğun izahat verdi və məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə ərizəçilərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Samux rayon Aqrar İslahat Komissiyasının 10 fevral 1999-cu il tarixli 03 saylı Qərarı ilə Torpağın Mülkiyyətə verilməsinə dair JN-043 F saylı KOD ********* saylı Şəhadətnamənin surətindən görünür ki, bu şəhadətnamə 10.02.1999-cu il tarixli, 03 saylı qərarı ilə Samux Rayonu ziyadlı kənd sakinləri X7, X4, X8, X2, X8 0.08 ha torpaq sahəsi verilmişdir. 12.06.2007-ci il tarixdə Bakı şəhəri Səadət sarayı tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X20 ilə Əliyeva (Qəhrəmanova) Aynurə Razin qızının nikahları 12 iyun 2007-ci il tarixdə bağlanmışdır. 24.06.1960-cı il tarixdə Kirovabad şəhəri Sərkar kəndi VVAQ bürosu tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 ilə X5 birgə nikahlarından xx xxxx 1960-cı il tarixdə Ərizəçi1 anadan olmuşdur. 25.02.1983-cü il tarixdə Ermənistanın Vardenis rayonu Günəşli kənd soveti tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə Ərizəçi1 birgə nikahlarından xx xxxxxx 1983-cü il tarixdə Ərizəçi2 anadan olmuşdur. 19.05.1989-cu il tarixdə Kirovabad şəhər Gəncə rayon VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə Ərizəçi1 birgə nikahlarından xx xxx 1989-cu il tarixdə X11 anadan olmuşdur. 24.11.2021-ci il tarixli 485 saylı arayışdan görünür ki, Ərizəçi1, Ərizəçi2, Əliyeva (Qəhrəmanova) Aynurə Razin qızına və X6 məxsus Samux rayonu Ziyadlı kəndində yerləşən JN-043 F saylı KOD 50707028 saylı Torpağa Mülkiyyət Hüququna dair Şəhadətnamədə texniki səhv olaraq X10, X13, X9 və X1 yazılmışdır. Düzgün yazılışı: - Ərizəçi1, Ərizəçi2, Əliyeva (Qəhrəmanova) Aynurə Razin qızı, X11. Azərbaycan Respublikası MPM-in 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçilərin izahatı və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, Samux rayon Aqrar İslahat Komissiyasının 10 fevral 1999-cu il tarixli 03 saylı Qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-043 F saylı KOD 50707028 saylı Şəhadətnamədə səhvən ərizəçilərin adı “X10, X13 və X13” kimi yazılmışdır. Məhkəmə hesab edir ki, Samux rayon Aqrar İslahat Komissiyasının 10 fevral 1999cu il tarixli 03 saylı Qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-043 F saylı KOD 50707028 saylı Şəhadətnamənin “Ərizəçi1, Ərizəçi2 və X6” məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307, 308, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Samux rayon Aqrar İslahat Komissiyasının 10 fevral 1999-cu il tarixli 03 saylı Qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-043 F saylı KOD 50707028 saylı Şəhadətnamənin - Ərizəçi1, Ərizəçi2 və X6 məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ərizəçilərə aid edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar