Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1172/2021 16.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili X11 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisinə, Gəncə şəhəri 1 saylı notariat ofisinə, üçüncü şəxslər X12, X8 qarşı «etibarnamələrin, bağışlama müqaviləsinin etibarsiz hesab edilməsinə, çıxarışın ləğv olunmasına, miras əmlaka payların müəyyən edilməsinə» dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisinə, Gəncə şəhəri 1 saylı notariat ofisinə, üçüncü şəxslər X12, X8 qarşı «etibarnamələrin, bağışlama müqaviləsinin etibarsiz hesab edilməsinə, çıxarışın ləğv olunmasına, miras əmlaka payların müəyyən edilməsinə» dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri 1 saylı Notariat Kontorunda təsdiq olunmuş 30 iyun 2015ci il tarixli 7E-3843 reyestr nömrəli və 14 oktyabr 2015-ci il tarixli 7E-7374 reyestr nömrəli etibarnamələrin, Gəncə “ASAN xidmət” mərkəzində notariat kontorunda təsdiq olunmuş 17 oktyabr 2015-ci il tarixli 4Ə-2786 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair Cavabdeh2 adına verilmiş 28 oktyabr 2015-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə İddiaçı miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı anası X4 adına olmuşdur. X16 13 oktyabr 2020-ci il tarixində vəfat etmişdir. X4 həyat yoldaşı, yəni iddiaçının atası X19 isə 01 mart 1992-ci il tarixdə vəfat etmişdir. Onların ailədə 1 oğlu, 3 qızı olmuşdur. X16 vəfat etdikdən sonra iddiaçı qanunvericiliyə uyğun olaraq mirası qəbul etməsi barədə notariat kontoruna ərizə versə də, həmin vaxt sözügedən fərdi yaşayış evinin onun anasının adına deyil, Cavabdeh2 adına olması məlum olmuşdur. Sonradan aparılmış araşdırmalar zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 tamamilə başqa məqsəd üçün ona verilmiş etibarnamədən sui-istifadə edərək evi öz adına keçirməsinə nail olmuşdur. Belə ki, o, əvvəlcə qoca və xəstə nənəsi X9 aldadaraq güya evin qarşısında yerləşən ticarət obyektinin işlədilməsi üçün ondan Gəncə şəhəri 1 saylı notariat kontorunda təsdiq olunmuş 30 iyun 2015-ci il tarixli 7E-3843 reyestr nömrəli etibarnamə almış (hətta etibarnamənin onun özü tərəfindən imzalanması da şübhəlidir), daha sonra isə bu etibarnamə əsasında anası, digər Cavabdeh1 Gəncə şəhəri 1 saylı notariat kontorunda təsdiq olunmuş 14 oktyabr 2015-ci il tarixli 7E-7374 reyestr nömrəli etibarnamə vermiş, o isə bunun əsasında evi Gəncə “ASAN xidmət” mərkəzində notariat kontorunda təsdiq olunmuş 17 oktyabr 2015-ci il tarixli 4Ə-2786 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən öz oğlu Cavabdeh2 bağışlamışdır. Yəni, Cavabdeh2 tamamilə başqa məqsəd üçün ona verilmiş etibarnamədən X4 iradəsinə zidd olaraq öz mənafeyi üçün istifadə etmişdir. X1 belə bir iradə ifadəsi olsaydı, elə həmin vaxt etibarnamə deyil, bağışlama müqaviləsi verərdi. Bununla da Cavabdeh2 sanki evi özü-özünə bağışlamışdır ki, bu da yolverilməzdir. Həmçinin notariat kontorunda da bu fakta hər hansı bir əhəmiyyət verilmədən sözügedən bağışlanma müqaviləsi təsdiq olunmuşdur. Bu barədə X4 ölən günə kimi heç bir məlumatı olmamışdır. Ona görə də sözügedən etibarnamələr və bağışlanma müqaviləsi etibarsız hesab edilməlidir. Bundan başqa X16 13 oktyabr 2020-ci il tarixində vəfat etdikdən sonra iddiaçı və digər vərəsələr qanunvericiliyə uyğun olaraq mirası qəbul etmələri barədə notariat kontoruna ərizə vermişlər. Bu səbəbdən sözügedən bağışlanma müqaviləsi etibarsız sayıldıqdan sonra miras mülkə dair vərəsələrin payları müəyyən olunmalıdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat vermiş və məhkəmədən iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili X20 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, Cavabdeh2 mərhum nənəsi X16 hələ sağlığında nəvəsi Cavabdeh2 Gəncə şəhəri 1 saylı notariat kontorunda təsdiq olunmuş 30 iyun 2015-ci il tarixli 7E-3843 reyestr nömrəli etibarnamə vermiş, daha sonra isə bu etibarnamə əsasında Cavabdeh2 anası Cavabdeh1 Gəncə şəhəri 1 saylı notariat kontorunda təsdiq olunmuş 14 oktyabr 2015-ci il tarixli 7E-7374 reyestr nömrəli etibarnamə vermiş, o isə bunun əsasında evi Gəncə “ASAN xidmət” mərkəzində notariat kontorunda təsdiq olunmuş 17 oktyabr 2015-ci il tarixli 4Ə-2786 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən öz oğlu Cavabdeh2 bağışlamışdır. Hesab edir ki, X16 tərəfindən etibar edilmiş əmlakın Cavabdeh2 tərəfindən anasına etibar edilməsi və həmin etibarnamə əsasında həmin əmlakın anası tərəfindən Cavabdeh2 bağışlanmasında qanunvericiliyin hər hansı tələbləri pozulmamışdır. Həmçinin bildirir ki, X4 həmin əmlakı birbaşa nəvəsi Cavabdeh2 özünün bağışlamamasının, yəni həmin əmlaka dair Cavabdeh2 etibarnamə verməsinin səbəbi Tamilla Hacıyevanın heç bir yerə getmək istəməməsi, evə dair bütün sənədlərin rəsmiləşdirilməsi ilə onun iştirakı olmadan Cavabdeh2 həyata keçirməsini istəməsi ilə əlaqədar olmuşdur. Qeyd etdiklərinə əsasən iddia tələbinin rədd edilməsini xahiş edir. Üçüncü şəxslər X18 və X17 tərəfindən məhkəməyə ünvanlanmış 08 may 2021-ci il tarixli ərizələrdən görünür ki, məhkəmə iclaslarında işə onların iştirakı olmadan baxılaraq iddianın təmin edilməsi, həmçinin mirası qəbul etmələrinə dair qanunvericilikdə nəzərədə tutulmuş müddətdə notariat ofisinə ərizə verdiklərini və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə onların miras paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Gəncə şəhəri 1 saylı notariat ofisinin nümayəndəsi və Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər Cavabdeh2, Cavabdeh1, Gəncə şəhəri 1 saylı notariat ofisinin nümayəndəsinin və Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehlərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: Belə ki, 15 oktyabr 2020-ci il tarixdə Gəncə şəhər Nizami rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 14 oktyabr 2020-ci il tarixdə Gəncə şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən Vəkil ünvanlanmış 09.02.2021-ci il tarixli, **********9 saylı məktubdan görünür ki, Şəkər İsmayıl qızının adına Gəncə şəhəri, məhəllə 59, 44 saylı sahədəki fərdi yaşayış evinin yerləşdiyi 481.0 kvm torpaq sahəsinə dair 12.05.1930-cu il tarixli torpaq qeydi tərtib edilmişdir. Kirovabad şəhəri Gəncə rayon xalq məhkəməsinin 04.04.1985-ci il tarixli qətnaməsinə əsasən 481.0 kvm torpaq sahəsində yerləşən 26.6 kvm, 23.2 kvm, 14.6 kvm üç yaşayış otaqları, 10.0 kvm örtülü eyvan, 28.5 kvm açıq eyvan, 28.0 kvm, 16.4 kvm, 10.8 kvm zirzəmi, 29.6 kvm zirzəmidə açıq eyvan, 23.3 kvm və 11.7 kvm mətbəx, 8.0 kvm hamam, 21.6 kvm əl damından ibarət olan Kirovabad şəhəri, Vaqif küçəsi, 131 saylı fərdi yaşayış evinin 01.05.1942-ci ildə vəfat etmiş X5 məxsus olması, onun 27.12.1946-cı ildə vəfat etmiş X13 anası və X14 nənəsi olması faktları müəyyən edilmişdir. 1 saylı notariat kontorunun iyun ayı 1985ci il tarixli 2-3-245 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən bu mülk (tiki “A”-da 65.4 kvm üç yaşayış otaqları, 10.0 kvm örtülü eyvan, 28.5 kvm açıq eyvan, 55.2 kvm zirzəmi, 21.6 kvm əl damı, 37.6 kvm mətbəx-hamam) X2 adından X14 adına keçmişdir. Gəncə şəhəri Nizami rayon İcra hakimiyyəti başçısının 02.11.1992-ci il tarixli 463 saylı sərəncamında bu fərdi yaşayış evində müvafiq icazə sənədləri olmadan inşa edilmiş tikili “Q”-də 28.0 kvm qaraj tikintisi qanunlaşdırılaraq X14 adına rəsmiləşdirilməsi haqqında rəy təsdiq edilmişdir. 2 saylı notariat kontorunun 14.04.1993-cü il tarixli 3-1-23 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən bu əmlak X4 adına keçmişdir. Gəncə “ASAN xidmət” mərkəzində notariat kontorunun 17.10.2015-ci il tarixli 4Ə-2786 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən bu mülk Cavabdeh2 bağışlanmışdır. Cavabdeh2 ünvan 4 fərdi yaşayış evinə (0.0481 ha torpaq sahəsində yerləşən tikili “A”-da 64.4 kvm üç yaşayış otaqları, 10.0 kvm köməkçi sahə, 28.5 kvm açıq eyvan, 81.8 kvm zirzəmi, tikili “B”-də 45.9 kvm mətbəx-hamam, tikili “V”-də 31.5 kvm qaraj, tikili “D”-də 28.0 kvm qaraj) 28.10.2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə şəhəri 1 saylı Notariat Kontorunda təsdiq olunmuş 30 iyun 2015-ci il tarixli 7E-3843 reyestr №li etibarnamənin surətindən görünür ki, X16 harada yerləşməsindən və nədən ibarət olmasından aslı olmayaraq ona məxsus bütün əmlakı idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, vərəsəliyi qəbul etməyi və digər hüquqları Cavabdeh2 etibar etmişdir. Gəncə şəhəri 1 saylı Notariat Kontorunda təsdiq olunmuş 14 oktyabr 2015-ci il tarixli 7E-7374 reyestr №li etibarnamənin surətindən görünür ki, X16 harada yerləşməsindən və nədən ibarət olmasından aslı olmayaraq ona məxsus bütün əmlakı idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, vərəsəliyi qəbul etməyi və digər hüquqları Cavabdeh1 etibar etmişdir. 17 oktyabr 2015-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinin surətindən görünür ki, ünvan 4 mənzil Cavabdeh1 (X16 əvəzinə) tərəfindən Cavabdeh2 bağışlanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş 17.10.2015-ci il tarixli, 1292 saylı Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın surətindən görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 20 fevral 1954-cü il tarixdə Kirovabad şəhəri VVAQ şöbəsi tərəfindən verilmiş nikahın bağlaması haqqında şəhadətnamənin surətindən görünür ki, X19 ilə X6 nikahları 20 fevral 1954-cü il tarixdə 163 saylı akt qeydi ilə bağlanmışdır. 02 mart 1992-ci il tarixdə Gəncə şəhər Nizami rayonu VVAQ şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 02 mart 1992-ci il tarixdə şəhərində vəfat etmişdir. 16 may 1957-ci il tarixdə Kirovabad şəhəri Zaks şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 ilə X6 birgə nikahlarından xx xxxxx 1957-ci il tarixdə X21 anadan olmuşdur. 21 aprel 1978-ci il tarixdə Kirovabad şəhəri VVAQ şöbəsi tərəfindən verilmiş nikahın bağlaması haqqında şəhadətnamənin surətindən görünür ki, X23 ilə X15 nikahları 21 aprel 1978-ci il tarixdə 419 saylı akt qeydi ilə bağlanmışdır. 12 mart 1979-cu il tarixdə Kirovabad şəhəri VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X23 ilə Cavabdeh1 birgə nikahlarından xx xxxxxx 1979-cu il tarixdə Cavabdeh2 anadan olmuşdur. 07.01.2021-ci il tarixdə İddiaçı tərəfindən Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisinə ünvanlanan ərizənin surətindən görünür ki, mirasın tərkibinə daxil olan əmlakın harada yerləşməsindən və nədən ibarət olmasından aslı olmayaraq ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. 07.01.2021-ci il tarixdə X17 tərəfindən Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisinə ünvanlanan ərizənin surətindən görünür ki, mirasın tərkibinə daxil olan əmlakın harada yerləşməsindən və nədən ibarət olmasından aslı olmayaraq ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. 07.01.2021-ci il tarixdə X18 tərəfindən Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisinə ünvanlanan ərizənin surətindən görünür ki, mirasın tərkibinə daxil olan əmlakın harada yerləşməsindən və nədən ibarət olmasından aslı olmayaraq ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə iddia tələbinin təmin edilməsi qənaətinə gələrkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Lakin qanunverici bunun üçün müvafiq qaydalar müəyyən etmişdir. Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Təmsilçinin bu hüquqlarını özündə əks etdirən sənədin anlayışı Mülki Məcəllənin 362.1-ci maddəsində göstərilmişdir. Həmin normaya əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -359.3-cü maddəsinə əsasən, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. 364.1-ci maddəsinə əsasən, etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər. 364.2-ci maddəsinə əsasən, səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Q.İbadovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 07.03.2016-cı il tarixli Qərarında qeyd edilmişdir: “nəzərə alınmalıdır ki, mübahisəli evə dair etibarnamə verilərkən Q.İbadov (təmsil olunan) M.Hacıyevə bu etibarnamə ilə onun maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək və M.Hacıyevin özünün maraqları daxilində deyil, Q.İbadovun maraqlarından hərəkət etmək səlahiyyəti vermişdir. Lakin işə baxan məhkəmələr tərəfindən ərizəçinin onun etibarnaməsi əsasında bağışlama müqaviləsi bağlanarkən göstərilən maddi hüquq normalarının tələblərinə riayət edilməməsi barədə irəli sürdüyü dəlillərə lazımi hüquqi qiymət verilməmişdir.” Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarında sərgilədiyi hüquqi mövqedən də göründüyü kimi, təmsilçi təmsil olunanın formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir. Həmçinin mülki qanunvericiliyin “etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir” müddəasından da göründüyü kimi, Cavabdeh2, anası Cavabdeh1 etibarnamə verərək sonuncu tərəfindən fərdi yaşayış evinin bağışlanması qanunvericiliyə uyğun olmamış və Mülki Məcəllənin qeyd edilən müddəaları pozularaq bağışlanma müqaviləsi bağlanmışdır. Həmçinin, mülki qanunvericiliyin “təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz” müddəasındandan da göründüyü kimi, Cavabdeh2, anası Cavabdeh1 fərdi yaşayış evinə dair etibarnamə versə də və həmin evin bağışlanması sonuncu tərəfindən həyata keçirilsə də, həmin evə dair etibarnamə əsasında bağlanmış hər hansı əqd son nəticədə evin mülkiyyətçisinin (təmsil edilənin) adından edilən hərəkətlərdir. Həmçinin qeyd edilməlidir ki, Cavabdeh1 tərəfindən fərdi yaşayış evi Cavabdeh2 bağışlanarkən, bağışlanma müqaviləsinin tərəflərindən biri Cavabdeh2, yəni X4 (təmsil edilənin) təmsilçisi olsa da, özü barəsində həmin fərdi yaşayış evinə dair əqd (bağışlama müqaviləsi) bağlamış, yəni mülki qanunvericiliyin qeyd edilən müddəasının tələblərini pozaraq, özü barəsində əqd bağlamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Odur ki, qeyd edilənlərə əsasən Gəncə “ASAN xidmət” mərkəzində notariat kontorunda təsdiq olunmuş 17 oktyabr 2015-ci il tarixli 4Ə-2786 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilməlidir. Bundan başqa, 17 oktyabr 2015-ci il tarixli 4Ə-2786 reyestr nömrəli bağışlama müqaviləsi etibarsız hesab edildiyindən onun hüquqi nəticəsi olan ünvan 4 mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş 28 oktyabr 2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış da ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı, X17 və X18 mirasın açıldığı yer üzrə notariat kontoruna miras əmlak barədə ərizə verdiklərindən onlar 15 oktyabr 2020-ci il tarixdə vəfat etmiş X4 qanun üzrə vərəsəsi tanınmalı və X3 miras qalmış ünvan 4 ünvanda yerləşən evdə İddiaçı, X7 və X10 hər birinin 1/3 hissədə payları müəyyən edilməlidir. Məhkəmə həmçinin onu da qeyd edir ki, X4 qızı Cavabdeh1 miras əmlakı qəbul etməyə dair hər hansı iradə ifadəsi bildirməmişdir. Beləliklə də, məhkəmə hesab edir ki, Gəncə şəhəri 1 saylı Notariat Kontorunda təsdiq olunmuş 30 iyun 2015-ci il tarixli 7E-3843 reyestr nömrəli və 14 oktyabr 2015-ci il tarixli 7E-7374 reyestr nömrəli etibarnamələr, Gəncə “ASAN xidmət” mərkəzində notariat kontorunda təsdiq olunmuş 17 oktyabr 2015-ci il tarixli 4Ə-2786 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilməli, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair Cavabdeh2 adına verilmiş 28 oktyabr 2015-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv olunmalı, bundan başqa, İddiaçı, X17 və X18 15 oktyabr 2020-ci il tarixdə vəfat etmiş X4 qanun üzrə vərəsəsi tanınmalı, X3 miras qalmış ünvan 4 ünvanda yerləşən evə İddiaçı, X7 və X10 hər birinin 1/3 hissədə payları müəyyən edilməlidir. Məhkəmə bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Gəncə şəhəri 1 saylı Notariat Kontorunda təsdiq olunmuş 30 iyun 2015-ci il tarixli 7E- 3843 reyestr nömrəli və 14 oktyabr 2015-ci il tarixli 7E-7374 reyestr nömrəli etibarnamələr, Gəncə “ASAN xidmət” mərkəzində notariat kontorunda təsdiq olunmuş 17 oktyabr 2015-ci il tarixli 4Ə-2786 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair Cavabdeh2 adına verilmiş 28 oktyabr 2015-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilsin. İddiaçı, X17 və X18 15 oktyabr 2020-ci il tarixdə vəfat etmiş X4 qanun üzrə vərəsələri tanınsın və X3 miras qalmış ünvan 4 ünvanda yerləşən evə İddiaçı, X7 və X10 hər birinin 1/3 hissədə payları müəyyən edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №2(044)-1172/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1172/2021
16.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver