Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1174/2021 19.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Ərizəçi və onun vəkili X2 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Gəncə şəhər 1 saylı Notariat Kontoruna qarşı “hüquqi əhəmiyyəti olan faktın təsdiq edilməsi” tələbinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Gəncə şəhər 1 saylı Notariat Kontoruna qarşı məhkəməyə ərizə ilə müraciət edərək babası X9 məxsus doğum şəhadətnaməsində olan ata qrafasında X10 X17 olması, atasının babası X19 ilə nənəsi X11 nikah şəhadətnaməsində X11 X20 olması, nənəsi X3 ölüm şəhadətnaməsində adının X4 olması 1989-cu ildə 9-1-19 reyestr nömrə ilə qeydə alınmış vəsiyyətnamədə Muşkiyeva caborut Musa qızının X20 olması, bütün bu sənədlərin hamsının X12 məxsus olması faktının müəyyən olunması brədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək X11 adına verilmiş nikah şəhadətnamənin, X4 adına olan ölüm haqqında şəhadətnamənin, 1989-cu ildə 9-1-19 reyestr nömrə ilə X13 adına qeydə alınmış vəsiyyətnamənin X12 məxsus olması və X4 X5 qızı olması faktının müəyyən olunması brədə qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ Ərizəçi tələbini onunla əsaslandırmışlar ki, onun mərhum nənəsi X4 adına olan ünvan 1 ünvan 1989-cu il tarixdə atası X25 vəsiyyət etmiş, nənəsi xx xxxx 1990-cı il tarixdə rəhmətə getdikdən sonra atası miras əmlakı faktiki qəbul edib idarə etmişdir.xx xxxx 2020-ci il tarixdə atası rəhmətə getdiyindən qanun üzrə vərəsə kimi mirası qəbul etmək istəyərkən babası X9 məxsus doğum haqqında şəhadətnaməsində ana qrafasında X20 əvəzinə X26, atasının babası Muşkiyev Cabir Cahangir oğlunun doğum şəhadətnaməsində ana qrafasında anasının X4 yerinə X14 yazılması, atasının babası X21 ilə nənəsi X4 nikah şəhadətnaməsində X4 X27, nənəsi X4 ölüm şəhadətnaməsində adının Muşkiyeva Cabarrux yazılması və atasına nənəsi tərəfindən verilmiş vəsiyyətnamədə nənəsinin adının Caborut yazılması səbəbindən evi adına keçirə bilmədiyini bildirmişdir. Ona görə də, məhkəmə qaydası ilə babası X9 məxsus doğum şəhadətnaməsində olan ana qrafasındakı X18 X20 olması, atasının babası X21 ilə nənəsi X11 nikah şəhadətnaməsindəki X11 X4 olması, nənəsi X7 ölüm şəhadətnaməsindəki X12 məxsus olması, 1989-cu ildə 9-1-19 reyestrlə qeydə alınmış atasına nənəsi tərəfindən verilmiş vəsiyyətnamədə X15 X20 olması, qeyd etdiyim sənədlərin hamısının X12 məxsus olması faktı məhkəmə qaydası ilə müəyyən edilməsi üçün məhkəməyə müraciət məcburiyyətində olmuşdur. Məhkəmə araşdırılması zamanı aşağıda sadalanan sənədlərə istinad edilmişdir: İş materiallarında olan Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 100615 saylı, xx xxxx 2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X33 xx.xx.2020-ci il tarixdə ölmüşdür; Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli, AZ-İİ 116940 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X22 xx.xx.1995-ci il tarixdə ölmüşdür; Gəncə rayon ZAQS tərəfindən verilmiş xx.xx.1983-cü il tarixli, 379383 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X16 xx.xx.1983-cü il tarixdə ölmüşdür; Gəncə şəhər VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli, 497219 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X20 xx.xx.1990-cı il tarixdə ölmüşdür; Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X21 ilə X28 arasında 1954-cü il tarixdə nikah bağlanmışdır; İş materiallarında olan Kirovabad zona texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, fərdi yaşayış evi X4 adınadır; 1989-cu il tarixli vəsiyətnamədən görünür ki, X1 şəhəri Şors küçəsi 2 7-a nömrəli evi X24 vəsiyyət etmişdir. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən Ərizəçi və onun vəkili X8 ərizəni müdafiə etdiklərini bildirərək ərizənın təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxs Gəncə şəhəri 1 saylı notariat kontorunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə ərizəçilərin nümayəndəsinin izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizənin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 306.2-ci maddəsində qeyd edilir ki, xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmin Məcəllənin 307.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Qeyd edilən Məcəllənin 307.2.11-ci maddəsində göstərilir ki, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qanunun mənasından göründüyü kimi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onları bərpa edə bilməməlidir. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını isə öz növbəsində iki qrupa bölmək olar - hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X4 adına ünvan 1 ünvanda miras mülk olmaqla həmin mülk 1989-cu ildə X25 vəsiyyət etmişdir. X20 xx xxxx 1990-cı ildə, X34 isə xx xxxx 2020-ci ildə vəfat etmişdir. Ərizəçi atasının qanun ürzə vərəsəsi kimi mirası adına keçirmək istəsə də, babası X9 məxsus doğum şəhadətnaməsində ana qrafasında X20 əvəzinə X29, atasının babası X6 doğum şəhadətnaməsində ana qrafasında anasının X20 əvəzinə X29 yazılmış, atasının babası X21 ilə nənəsi X4 nikah şəhadətnaməsində X4 X27, nənəsi X4 ölüm şəhadətnaməsində adı Muşkiyeva Cabarrux, atasına nənəsi tərəfindən verilmiş vəsiyyətnamədə nənəsinin adı Caborut yazılmışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X37 ifadəsində göstərdi ki, ərizəçi onun qardaşıdır. X4 adına ünvan 1 ünvanda miras mülk olmaqla həmin mülk 1989-cu ildə X25 vəsiyyət etmişdir. X20 xx xxxx 1990-cı ildə, X34 isə xx xxxx 2020-ci ildə vəfat etmişdir. Ərizəçi atasının qanun ürzə vərəsəsi kimi mirası adına keçirmək istəsə də, babası X9 məxsus doğum şəhadətnaməsində ana qrafasında X20 əvəzinə X29, atasının babası X6 doğum şəhadətnaməsində ana qrafasında anasının X20 əvəzinə X29 yazılmış, atasının babası X21 ilə nənəsi X4 nikah şəhadətnaməsində X4 X27, nənəsi X4 ölüm şəhadətnaməsində adı Muşkiyeva Cabarrux, atasına nənəsi tərəfindən verilmiş vəsiyyətnamədə nənəsinin adı Caborut yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X30 ifadəsində göstərdi ki, həqiqətən də X4 adına ünvan 1 ünvanda miras mülk olmaqla həmin mülk 1989-cu ildə X25 vəsiyyət edilmişdir. X20 xx xxxx 1990-cı ildə, X34 isə xx xxxx 2020-ci ildə vəfat etmişdir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisişəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, ərizənin məzmunundan, habelə iş materiallarından da aydın olur ki, məhkəmə tərəfindən təsdiq olunmasını istədiyi fakt ərizəçiyə vərəsəlik haqqında şəhadətnamə əldə etmək üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.Ərizəçinin tələbini əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olmasını məhkəmə müəyyən etməklə bu Məcəllədə müəyyən olunmuş qaydada əldə edilmiş məlumatları yazılı sübutlarla və işdə iştirak edən şəxsin izahatları ilə yoxlayaraq ərizənin təmin edilməsi qənaətinə gəldi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 307, 360cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi : Ərizə təmin edilsin. Ana qrafasında X26 yazılmış seriyası ИЕ № 268510 olan, 335 nömrə ilə qeydə alınmış doğum haqqında şəhadətnamənin, xx xxxxxx 1977-ci ildə verilmiş və xx xxxxxx 1977-ci ildə bağlanılmış xx xxxxxx 1977-ci ildə 843 nömrə ilə qeydə alınmış nikahın bağlanması haqqında şəhadətnamənin, xx xxxx 1990-cı ildə 371 nömrə ilə ölümü qeydə alınmış və xx xxxx 1990-cı ildə verilmiş ölüm haqqında şəhadətnamənin və Gəncə şəhəri Şors küçəsi 2 7-a nömrəli evin X24 vəsiyyət edilməsinə dair vəsiyyətnamənin X12 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(044)-1174/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1174/2021
19.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver