Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-1224/2022 12.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlu İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə birjası X1 Cəmiyyəyinə, ƏMDK yanında DƏDRX-nin 3 saylı Ərazi İdarəsinə və Gəncəbank ASC-yə qarşı hərracın keçirilməsinin və onun yekunlarının o, cümlədən yekunlara dair bağlanmış protokolun, eyni tarixli alqı-satqı müqaviləsinin və hərracın yekunun keçirilməsinin, etibarsız hesab edilməsi tələbi barədə iddia ərizəsini məhkəmənin inzibati binasında nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hərracın keçirilməsinin və onun yekunlarının o, cümlədən yekunlara dair bağlanmış 16.01.2017-ci il tarixli, 02/03 nömrəli protokolun, eyni tarixli alqı-satqı müqaviləsinin və hərracın yekunun keçirilməsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edirəm ki, iddiaçının iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. İddiaçı iddia ərizəsində əvvəllər eyni cavabdehlərə qarşı eyni tələb ilə 2018-ci ildə Gəncə şəhər Nizami Rayon Məhkəməsinə müraciət etdiyini, məhkəmə tərəfindən iddiasının təmin olunduğunu, lakin sonradan Ali Məhkəmə tərəfindən iddiasının təmin olunmadığını bildirmişdir. Bu baxımdan hesab edirəm ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 153, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə birjası X1 Cəmiyyəyinə, ƏMDK yanında DƏDRX-nin 3 saylı Ərazi İdarəsinə və Gəncəbank ASC-yə qarşı hərracın keçirilməsinin və onun yekunlarının o, cümlədən yekunlara dair bağlanmış protokolun, eyni tarixli alqı-satqı müqaviləsinin və hərracın yekunun keçirilməsinin, etibarsız hesab edilməsi tələbi barədə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-1224/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-1224/2022
12.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver