Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-124/2022 22.02.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «vərəsəlik və məcburi pay almaq hüququndan məhrum edilmə» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «vərəsəlik və məcburi pay almaq hüququndan məhrum edilmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanda yerləşən mülkə dair vərəsəlik hüququndan və məcburi payından məhrum edilmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun anası X1 şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 8, mənzil 14 ünvanda yerləşən evi hələ o, evlənməmişdən əvvəl ona məxsus olan mülklə dəyişəndən sonra onun adına rəsmiləşdirmiş və o, ünvan 1 ünanda yerləşən evin yeganə mülkiyətçisisidir. Cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 onun övladlarıdır. Onun qızı Xəyalə 2014-cü ildə ailə qurub və həmin vaxtdan başqa ünvanda yaşayır. Onun həyat yoldaşı uzun müddət ağır ankoloji xəstə olmuş, cavabdehlər onun qulluğunda durmamışlar, qızı hərdən bir anasına baş çəkmişdir. Onun həyat yoldaşı 2020ci ilin sentyabr ayında vəfat edəndən sonra, cavabdeh olan qızı onunla heç bir zaman maraqlanmamış, telefon əlaqəsi belə saxlamamışdır. Cavabdeh olan oğlu tüfeyli həyat sürür və o, oğlu ilə dəfələrlə söhbət etmiş, lakin oğlu heç bir nəticə çıxartmamışdır. O, oğlunun belə davranışına son qoymaq məqsədi ilə onu 2020-ci il mart ayında evləndirmiş, avqustun 22-də isə oğlu Xəyal arvadını evdən qovalamış, özü isə evdən çıxıb getmiş, hətta xəstə anası ölümcül vəziyyətdə olmasına da məhəl qoymamışdır. İki xəstə valideynlərini tək qoymuşdur və həmin vaxtdan onunla heç bir əlaqəsi yoxdur. O, 2-ci qrup kardioloji xəstədir, dərmanla yaşayır, onun xəstə kimi qulluğa ehtiyacı var, təbii olaraq övladlarının onun qulluğunda durmalarını həsrətlə gözləmişdir. Onun iki övladı olmasına baxmayaraq hazırda tənha yaşayır. İddiaçı 05.04.2021-ci il tarixdə məhkəməyə iddia tələbinin artırılmasına dair ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «vərəsəlik hüququndan və məcburi pay almaq hüququndan məhrum edilmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab etmişdir ki, “övladları” əgər ona qarşı atalıq və doğmalıq hissləri olsa onunla görüşüb bir ailə kimi razılığa gələrlər. Lakin övladları mehribançılıq və mərhəmətlilik yolu seçməkdənsə, ona qarşı böhtan və nifrətlə dolu etiraz ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Cavabdeh olan oğlu həmişə tüfeyli həyat sürmüş, 2017-ci ildə gecə saat 03:00 radələrində oğlunun qapıya vurduqları zərbələr və kefli qışqırıqları onları oyatmış, mərhum xəstə anası səs-küyə qapıya yaxınlaşanda Xəyal nəyə görə anası gec səs verməsinə görə ona söymüş və hədə qorxu gəlmiş, anası deyəndə ki, qonşulardan ayıbdır, o, qonşuların ünvanlarına da söyüşlər yağdırmışdır. Onun həyat yoldaşı qorxu və həyəcan içində idi. O, Xəyala demiş ki, çıxıb getsin ayılandan sonra evə gələr. Bu sözlər onu daha da qızışdırmışdır. O, cavabdehə bildirmişdir ki, polisə zəng edəcəkdir və o, polislə danışanda səslər kəsilmişdir. Polis idarəsində anasının xahişi ilə və özünün istəyi ilə şikayət və tələbi olmamasını bildirmişdir. Bu hadisədən əvvəl və sonra oğlu cəmiyyətə sosial yararsız olduğundan dəfələrlə polisə düşmüşlər. Mərhum həyat yoldaşının ölümündən əvvəl qardaşı gildə olması və orada dəfn edilməsi ona qulluq edilməməsi nəticəsində olmuşdur. O, özü qeyd etdiyi kimi İİ qrup kardioloji əlildir və onun qulluğa ehtiyacı vardır. Xəyalın isə valideynlər vecinə deyildi, o, öz həyatını yaşayırdı. Bildirdi ki, vərəsəlik məcburi hüquqi institut deyil, vərəsəliyi vərəsələr qazanmalıdır. Məhz ona görədə vəsiyyətnamə anlayışı mövcuddur. Etiraz ərizəsində olan maddələrə hüquqdan anlayışı olmayan, istinad etmişdir. Digər tərəfdən Xəyal və Xəyalə üçün o, ata kimi yox, istifadə üçün bir insan kimi lazımdır. O, xəstə olduğundan heç yerdə işləmir, səhhəti və yaşı ilə əlaqədar heç bir yerdə işləmir. Aldığı pensiyanın çox hissəsini dərmanlarına xərcləyir, qalan hissəsi isə qidalanmasını zorla görür. Qeyd olunanları nəzərə alaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanda yerləşən mənzilə dair istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 26.05.2021-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, cavabdehlərin hər birinə 2500 (iki min beş yüz) manat cəmi 5000 (beş min) manat kompensasiya verilməklə iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı 10.06.2021-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, cavabdehlərin hər birinə 2500 (iki min beş yüz) manat cəmi 5000 (beş min) manat kompensasiya verilməklə iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, lakin cavabdehlər qohumlarının və yaxınlarının yanında bəyan ediblər ki, onu bir ata kimi tanımırlar, ona qarşı onu ləkələyən şayələr yayırlar, bir sözlə öz hərəkətləri ilə onu nüfuzdan salırlar. Qeyd edilənləri nəzərə alaraq, onun kompensasiya ilə əlaqədar verdiyi ərizəsinin etibarsız hesab edilməsi və ilk iddia tələbi ilə əlaqədar qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinə uyğun izahat verdi və məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanda yerləşən mülkə dair vərəsəlik hüququndan və məcburi payından məhrum edilmələri barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, 07.01.1992-ci il tarixdə Texniki İnvantarlaşdırma Bürosu tərəfindən verilmiş 5278 saylı qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanda yerləşən ev İddiaçı adına qeyd edilmişdir. 01.02.2021-ci il tarixdə Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış məktubda, Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvandan qeydiyyatdan çıxarılmaları üçün aidiyyatı üzrə məhkəməyə müraciət olunması bildirilmişdir. 12.02.2021-ci il tarixli ******* saylı arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanda qeydiyyatdadır və qeydiyyatda olan digər şəxslər Cavabdeh1 və Cavabdeh2 ibarətdir. 25.01.2021-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05/Q-397 saylı arayışdan görünür ki, İddiaçı ailə üzvlərinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “vətəndaşlıq vəziyyəti aktlarları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama 25.01.2021-ci ilədək aparılmış və uşağı-Cavabdeh1 (xx.xx.1989) qeydiyyatda olduğu aşkar edilmişdir. Cavabdehlər Cavabdeh1 və Sadıxova (Quliyeva) Xəyalə Rəsul qızı tərəfindən 02.03.2021-ci il tarixdə məhkəməyə daxil olmuş etirazda, iddia ərizəsində göstərilənlər onlara qarşı şər və böhtandır. Onların anası X2 2014-cü ildən ankoloji xəstə olmuş və onların qulluğunun nəticəsidir ki, anaları 2019-cu ilin fevralına kimi yaşamış, hətta artıq da yaşaya bilərdi, lakin iddiaçının içkiyə meyilliliyi, evdə həmişə əsassız davalar yaratması, sərxoş halda evdə olması analarının vəfatını tezləşdirmişdir. Bu biabırçılıq davamlı olmasın deyə, anaları dayıları tərəfindən aparılmış və onun həyatının son anlarına kimi var qüvvəsi ilə qulluğunda olmuşdur. Analarının yas mərasimi də dayısı tərəfindən təşkil edilmiş və dəfn xərcləri dayısının şəxsi vəsaiti hesabına qarşılanmış, iddiaçı isə həmin vaxtlarda spirtli içki təsiri altında məsuliyyətsizliklərini davam etdirməklə, tüfeyli həyat tərzi sürmüş və bu gündə davam etməkdədir. İddiaçının qeyd etdiyi kimi, o, və bacısı ailə qurmiş, heç bir vaxtdada valideynlərini incitməmişlər, həmişə də qulluqlarında olmuşlar, o, ailə qurarkən həyat yoldaşı cehiz əşyaları ilə həmin mənzilə gəlin köçmüş, həmin mənzildə cəhənnəmdəki kimi yaşamışlar. İddiaçının həmişə olduğu kimi içkili vəziyyətdə evdə olması ailədə tam narazılıqlar yaratmış, iddiaçının söyüşlü özbaşınalıqlarına və alçatmalarına bir təhər dözməklə evdə oturmuşlar, lakin bu iddiaçını qane etmədiyindən insanlıq hədlərini tam aşmaqla açıq surətdə bezdirici hərəkətlərinin nəticəsində evdə qalmağa imkan verməmişdir. O, bir neçə gündür məcburiyyət qarşısında qalaraq qaynanasının evində yaşayır. Buna baxmayaraq yenə evə gələrək ataları ilə maraqlanırlar, lakin bu dəfə də atası qapının astanasında gur səslə söyüşləri ilə onları təhqir etmiş, alçaltmış, evə daxil olub qış paltarlarını və ayaqqabılarını götürə bilməmişlər. Hətta əl-qol atmaqla şiddət göstərmiş və onlar məcburiyyət qarşısında qalaraq bu ədalətsizliklər barədə polisə məlumat vermişlər. İddia ərizəsində yazılanlar əsassızdır. Onlar həmin mənzildə qeydiyyatdadırlar, onlara məxsus əşyalar həmin mənzildədir, onlar iddiaçının İ növbəli vərəsələridirlər və onların iddiaçıya məxsus daşınar və daşınmaz əmlaklardan məcburi pay hüquqları vardır. Azərbaycan Respublikası "xxxx" MMC-nin 14.01.2022-ci il tarixli 03 saylı hesabatdan görünür ki, ünvan 1 ünvanda yerləşən mənzilin hazırkı dövrdə olan ilkin satış (real bazar) dəyəri 45000 (qırx beş min) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1139-cu maddəsinə əsasən ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vərəsəlik hüququndan və məcburi pay almaq hüququndan məhrum edilməsini xahiş etmişdir. Mülki qanunvericilikdə məcburi pay almaq hüququndan məhrum etmə ilə bağlı maddə mövcuddur. Lakin məcburi pay almaq hüququndan məhrum etmə vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız möhtəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «vərəsəlik və məcburi pay almaq hüququndan məhrum edilmə» tələbinə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «vərəsəlik və məcburi pay almaq hüququndan məhrum edilmə» tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-124/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-124/2022
22.02.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver