Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1289/2021 27.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «işə bərpa, əmrin ləğv edilməsi və maddi ziyan» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «işə bərpa, əmrin ləğv edilməsi və maddi ziyan» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ona işlədiyi 2018-ci ilin yanvar ayından 2020-ci ilin sentyabr ayınadək olan dövrə aid 6720 manat əmək haqqının miqdarında vurulmuş maddi ziyanın cavabdehdən tutularaq ona verilməsi və xx.xx.2018-ci il tarixdə işdən azad olunması barədə verilmiş 02 saylı əmrin ləğv edilərək onun işə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, o, xx.xx.2012-ci il tarixdə xx.xx.2018-ci il tarixədək daimi əsaslarla Dövlət Sığorta Kommersiya Şirkətinin Kəpəz rayon filialında mütəxəssis vəzifəsində işləmiş, 2018-ci ildən bu günədək həmin idarədə əmək müqaviləsi ilə mütəxəssis vəzifəsində işləmişdir. Əmək müqavilələri müvafiq olaraq hər il təzələnərək Dövlət Sığorta Kommersiya Şirkətinin Kəpəz rayon filialı ilə yenidən bağlanmışdır. Onun işlədiyi müddətdə müqavilə üzrə üzərinə düşən bütün vəzifə öhdəliklərini layiqincə yerinə yetirmişdir. Dövlət Sığorta Kommersiya Şirkətinin Kəpəz rayon filialının direktoru X.Əsgərov tərəfindən 2019-cu ilin aprel ayının 4-də verilən xasiyyətnamədə onun iş qabiliyyəti və bacarığı çox yüksək qiymətləndirilmişdir. Lakin 2018-ci ildən bəri işlədiyi bütün dövrlərdə əmək qanunvericiliyinə uyğun olaraq müəyyən edilən və əmək müqaviləsində nəzərdə tutulan əmək haqqını ala bilməmişdir. İdarənin rəhbərliyi onu aldadaraq, daimi əsasla işə bərpa ediləcəyini və yığılmış əmək haqların birlikdə hesablanaraq veriləcəyini bildirmişdir. Üç il idarə rəhbərliyinin yalanlarına inanaraq gözləmişdir. Üç il ərzində nə onu daimi əsasla işə bərpa etmişlər, nə də ki, əmək haqqını hesablayaraq ödəmişlər. Halbuki, idarə rəhbərliyi idarədə boş olan iş yerlərinə onu deyil, qohumluq əlaqəsi ilə heç bir iş təcrübəsi olmayan şəxsləri daimi əsasla işə qəbul etmişdir. 2018-ci ildə guya onun öz xahişi ilə işdən azad olunması barədə əmr verilmişdir. O, isə heç vaxt işdən azad olunması barədə ərizə verməmişdir. Dövlət Sığorta Kommersiya Şirkətinin xx.xx.2018-ci il tarixdə onun işdən azad olunması barədə verdiyi 02 saylı əmrdə əsassız və qanunaziddir. Onun əmək haqqının məbləğinə uyğun olaraq ənun əmək haqqının 2018-ci ildə 130 manat x 12 ay = 1560 manat, 2019-cu ildə 180- mnat x 12 ay = 2160 manat, 2020-ci ildə 250 manatx 12 ay = 3000 manat, cəmi 1560 + 2160 + 3000 = 6720 manat təşkil edir. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinəvə Şirkətin Kəpəz rayon Dövlət Sığorta Filialına yığılıb qalmış əmk haqqının hesablanaraq ödənilməi ilə bağlı müraciət etmiş və bu günədək müraciətinə cavab verilməmişdir. Dövlət Sığorta Kommersiya Şirkətinəvə Şirkətindən verilən xx.xx.2020-ci il tarixli 11/71 saylı cavab məktubunda, Şirkət ilə onun arasında aktiv əmək müqaviləsinin olmadığı və əmək haqqının ödənilməsi müəyyən edilmədiyi bildirilmişdir. Dövlət Şirkəti onun həmin şirkətdə müqavilə əsasında qanuna müvafiq fəaliyyətini təkzib etməyə çalışmışdır. O, qeyd edilən Şirkətdə 2018-ci ildən 2021-ci ilədək qanuni fəaliyyət göstərmiş, səlahiyyətli şəxs olaraq ərazidə vəzifəsini yerinə yetirərək vətəndaşlarla şirkət arasında sığorta müqavilələri imzalamışdır. Onun fəaliyyəti barəsində şirkətin rəhbərliyi tərəfindən xasiyyətnamə verilmişdir. Onunla Şirkətin rəsmi möhürü ilə təsdiq olunmuşmüqavilə imzalanmışdır. Necə ola bilər ki, Şirkət özünün təsdiq etdiyi əmək müqaviləsini tanımır? Onun işlədiyi ərazidə əziyyətlə qapı-qapı gəzərək şirkətin adından bağladığı sığorta müqavilələrini niyə qəbul etmişlər.Əgər şirkət öz rəsmi möhürü ilə təsdiq etdiyi əmək müqaviləsini qəbul etmək istəmirsə,deməli şirkət tərəfindən aldadılmışdır. Şirkətin rəhbərliyi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə əvvəl onun qanunsuz olaraq işdən azad etmiş, sonra isə üç il müddətində əmək haqqı ödəmədən faktiki işlətməklə ona zərər vurmuşdur. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında bildirdi ki, İddiaçı xx.xx.2012-ci il tarixdə Dövlət Sığorta Kommersiya Şirkətininə mütəxəssis vəzifəsinə işə qəbul olunmuş və xx.xx.2018-ci il tarixədək daimi əsaslarla Dövlət Sığorta Kommersiya Şirkətinin Kəpəz rayon filialında mütəxəssis vəzifəsində işləmiş, 2018-ci ilin yanvar ayında Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət edərək, işdən çıxarılmasını xahiş etmişdir. Hazırda iddiaçı iddia müddəti qanunvericiliyə əsasən ötürüldüyündən iddia müddətinin tətbiq olunmasını və məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materillarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli 01 saylı işəmuzd əmək müqaviləsindən görünür ki, İddiaçı ilə işəgötürən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətininin Kəpəz rayon filialı arasında bağlanmış müqavilə əsasında Dövlət Sığorta Kommersiya Şirkətininin Kəpəz rayon filialına mütəxəssis vəzifəsinə işə qəbul edilmiş, müqavilə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək, 01 il müddətinə bağlanmış, işçinin xx.xx.2018-ci il tarixdən işə başlaması bildirilmişdir. İş materillarına əlavə edilmiş Öhdəlik və tam maddi məsuliyyət haqqında müqavilənin surətindən görünür ki, Dövlət Sığorta Kommersiya Şirkəti ilə İddiaçı arasında 07 bənddən ibarət əlavə müqavilə imzalanmışdır. İş materillarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli işəmuzd əmək müqaviləsindən görünür ki, İddiaçı ilə işəgötürən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Kəpəz rayon filialı arasında bağlanmış müqavilə əsasında Dövlət Sığorta Kommersiya Şirkətininin Kəpəz rayon filialına (icbari sığortalar haqqında qanuna əsasən icbari sığortalar növündən və könüllü sığortalar növündən sığrta müqavilələri bağlamağı öhdəsinə götürməklə) mütəxəssis vəzifəsinə işə qəbul edilmiş, müqavilə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək müddətə bağlanmış, işçinin xx.xx.2019-cu il tarixdən işə başlaması bildirilmişdir. İş materillarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli işəmuzd əmək müqaviləsindən görünür ki, İddiaçı ilə işəgötürən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətininin Kəpəz rayon filialı arasında bağlanmış müqavilə əsasında Dövlət Sığorta Kommersiya Şirkətininin Kəpəz rayon filialına (icbari sığortalar haqqında qanuna əsasən icbari sığortalar növündən və könüllü sığortalar növündən sığrta müqavilələri bağlamağı öhdəsinə götürməklə) mütəxəssis vəzifəsinə işə qəbul edilmiş, müqavilə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müddətə bağlanmış, işçinin xx.xx.2020-ci il tarixdən işə başlaması bildirilmişdir. İş materillarına əlavə edilmiş xx.xx.2019-cu il tarixdə Dövlət Sığorta Kommersiya Şirkətininin Kəpəz rayon Dövlət Sığorta filialının direktoru tərəfindən verilmiş 38 saylı xasiyyətnamənin surətindən görünür kİ, İddiaçı həqiqətən xx.xx.2012-ci il tarixdən 04 saylı əmrlə Kəpəz rayon Dövlət Sığorta filialında mütəxəssis vəzifəsində işləmiş, İddiaçı filialda işlədiyi müddətdə öz işgüzarlığı ilə rəhbərliyin və yoldaşlarının hörmətini qazanmış, on averilmiş tapşırıqların öhdəsindən layiqincə gələrək, daşınan və daşınmaz əmlak üzrə sığorta tədiyyələrinin toplanmasına dair rüblük və illik plan tapşırıqlarını vaxtından əvvəl yerinə yetirmiş, öz mədəni keyfiyyətləri ilə həmişə yoldaşlarından fərxlənmiş, özündən böyüklərə və kiçiklərə hörmətlə yanaşmışdır. İş materillarına əlavə edilmiş İddiaçı tərəfindən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədə, İddiaçı Dövlət Sığorta Kommersiya Şirkətininin Kəpəz rayon Dövlət Sığorta filialında işlədiyi 2018-ci, 2019-cu və 2020-ci illər üçün əmək müqaviləsində nəzərdə tutulan haqqının, 2018-ci ildə 130 manat x 12 ay = 1560 manat, 2019-cu ildə 180- mnat x 12 ay = 2160 manat, 2020-ci ildə 250 manat x 09 ay = 2250 manat, cəmi 1560 + 2160 + 2250 = 5960 manat əmək haqqının hesablanaraq ödənilməsinin təmin edilməsini xahiş etmişdir. İş materillarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xx.xx.2020-ci il tarixdə İddiaçı ünvanlanmış 11/71 saylı məktubunda, əmək bildirişlərinin elektron informasıya bazasındakı məlumata əsasən İddiaçı ilə əmək müqaviləsinə xx.xx.2018-ci il tarixdən xitam verildiyi və Şirkətlə İddiaçı arasında aktiv əmək müqaviləsinin olmadığı və əmək haqqı ödənilməsinin müəyyən edilmədiyi bildirilmişdir. İş materillarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xx.xx.2018-ci il tarixli 78 saylı əmr kitabından çıxarışdan görünür ki, İddiaçı Kəpəz rayon Sığorta filialının mütəxəssisi Şirkətdən daxil olmuş xx.xx.2018-ci il tarixli əmrinə əsasən xx.xx.2018-ci il tarixdən Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilməsi barədə 02 saylı əmr verilmişdir. İş materillarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xx.xx.2018-ci il tarixli 04 saylı əmrinin surətindən görünür ki, əmrin 07 paraqrafında Kəpəz rayon filialının baş mütəxəssisi, İddiaçı xx xxxxxx 2018-ci il tarixdən Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli 01 saylı əmrin surətindən görünür ki, ştatdan kənar müqavilə əsasında sığorta agenti vəzifəsində işləyən İddiaçı xx.xx.2020-ci il tarixdə müqavilənin bitməsi ilə əlaqədar yeni əmək müqaviləsi bağlanaraq müqavilənin müddəti xx.xx.2021-ci il tarixə qədər uzdılmış, əmək haqqı faiz mükafatı sistemində ödənilməsi əmr edilmişdır. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli 01 saylı əmrin surətindən görünür ki, İddiaçı filialda müqavilə əsasında işlədiyi üçün yeni bağlanmış müqaviləyə əsasən xx.xx.2020-ci ilə qədər müqavilənin müddətinin uzadılmışdır. İş materiallarına əlavə edilmiş,xx.xx.2018-ci il tarixli 07 saylı əmrin surətindən görünür ki, İddiaçı filialda mütəxəssis vəzifəsində işləmiş, sığorta haqqında qanunlara uyğun bacarığı və iş qabiliyyəti olduğu üçün filiala müqavilə əsasında müvəqqəti olaraq xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu ilə kimi Daşınmaz əmlakın icbarı sığortası üzrə sığorta müqavilələrinin rəsmiləşdirilməsi sığorta haqlarının toplanmasına dair ştatdankənar sığorta agenti vəzifəsinə işə qəbul edilməsi, əmək haqqının faiz nisbətində ödənilməsi əmr edilmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Kəpəz rayon Dövlət Sığorta Filialının xx.xx.2021-ci il tarixli 136 saylı məktubundan görünür ki, İddiaçı xx.xx.2012-ci ildə 04 saylı daxili əmrlə filiala mütəxəssis kimi işə qəbul edilmiş, xx.xx.2018ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin 04 saylı əmrinə əsasən işdən azad edilmişdir. İddiaçı filialda mütəxəssis vəzifəsində çalışdığı müddətdə bacarıqlı, işgüzar işçi olmaqla, sığorta olunanlar arasında sığortanın mahiyyəti haqqında geniş izahat işlərinin aparılmasını təşkil etmiş, icbari sığorta üzrə sığorta tədiyyələrinin toplanmasını yüksək səviyyədə təmin etmişdir. İddiaçı işdən azad olunduqdan sonra yeni iş yeri tapana kimi filialda ştatdan kənar əmək haqqı komisyon faizi 15 faiz olmaqla sığorta agenti kimi fəaliyyət göstərməyi xahiş etdiyindən xx.xx.2018-ci il tarixdəı 07 saylı əmrlə sığorta agenti vəzifəsinə təyin edilmiş, xx.xx.2019-cu il tarixdə 01 saylı əmrlə, xx.xx.2020-ci il tarixdə 01 saylı əmrlə müqavilənin müddəti uzadılmışdır. İddiaçı sığorta agenti vəzifəsində işlədiyi müddətdə vətəndaşlarla bağladığı sığorta müqavilələri əsasında topladığı sığorta haqqından həmişə 15 faiz əmək haqqını tam götürmüş qalan hissəni mühasibatlığa təhvil vermiş, mühasibatlıq tərəfindən də həmin vəsait filialın bank hesabına ödənilmişdir, olub ki, topladığı sığorta haqqından ailə vəziyyəti ilə əlaqədar artıq xərcə yol verib, həımin çatışmamazlığı onun xəbəri olmadan belə daxili imkanlar hesabına kollektiv şəkildə bərpa edərək Dövlətin vəsaiti filialın hesabına tam ödənilmişdir, bunu özü də təsdiq edə bilər. İş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin sədrinə ünvanlanmış ərizədə, onun xx.xx.2018-ci il tarixdən tutduğu vəzifədən azad olunması xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Gəncə şəhər Kəpəz rayon sığorta filialına müddətsiz vaxtamuzd işləməsi barədə xx.xx.2012-ci il tarixdən əmək müqaviləsi imzalanmışdır (aylıq əmək haqqı 130 manat). İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Gəncə şəhər Kəpəz rayon sığorta filialına müddətsiz vaxtamuzd işləməsi barədə xx.xx.2012-ci il tarixdən əmək müqaviləsi imzalanmışdır (aylıq əmək haqqı 160 manat). İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Gəncə şəhər Kəpəz rayon sığorta filialına müddətsiz vaxtamuzd işləməsi barədə xx.xx.2012-ci il tarixdən əmək müqaviləsi imzalanmışdır (aylıq əmək haqqı 350 manat). İş materillarına əlavə edilmiş xx.xx.2012-ci il tarixdə İddiaçı tərəfindən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ünvanlanmış ərizənin surətindən görünür ki, İddiaçı Gəncə şəhər Kəpəz rayonu üzrə sığorta filialında mütəxəssis vəzifəsinə işə qəbul olunmasını xahiş etmişdir. İş materillarına əlavə edilmiş xx.xx.2012-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Gəncə şəhər Kəpəz rayon sığorta filialına mütəxəssis vəzifəsinə təyin olunmuş və bu barədə aralarında 06 ay müddətinə müqavilə bağlanmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən iddia müddəti buraxılmışıdr. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 294-cü maddəsinin 4-cü bəndinə əsasən məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «işə bərpa, əmrin ləğv edilməsi və maddi ziyan» tələbinə dair iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 235-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «işə bərpa, əmrin ləğv edilməsi və maddi ziyan» tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-1289/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1289/2021
27.04.2021 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver