Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-135/2021 09.08.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçının nümayəndəsi, vəkil X3, Cavabdeh X1 nümayəndəsi, vəkil X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Gəncə şəhəri, 5 saylı Notariat Ofisinə qarşı «bağışlama kredit müqaviləsinin etibarsız hesab edilməsi və müqavilənin yaratdığı bütün hüquqi nəticələrin ləğv edilməsi» dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Gəncə şəhəri, 5 saylı Notariat Ofisinə qarşı «bağışlama kredit müqaviləsinin etibarsız hesab edilməsi və müqavilənin yaratdığı bütün hüquqi nəticələrin ləğv edilməsi» dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclası 09 avqust 2021-ci il tarixə saat 12:10-a təyin edilmişdir. İddiaçının nümayəndəsi, vəkil X5 məhkəməyə ərizə təqdim edərək, mülki işin baxılmamış saxlanması, ərizəni və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etdi. Cavabdeh X1 nümayəndəsi, vəkil X6 mülki işin baxılmamış saxlanmasına etiraz etmədi. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. İş üzrə 10.08.2020-ci il tarixli 4/460 saylı rəyi üzrə 100 (yüz) manat İddiaçı tutularaq Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ43CTRE********************, SWİFT BİK: STREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142319-a ödənilməli, iş üzrə 30.04.2021-ci il tarixli 388 saylı rəyi üzrə məhkəmə ekspertiza xərci 300 (üç yüz) manat İddiaçı tutularaq Dövlət xəzinədarlıq Agentliyinə kodu: 506957, VÖEN:- **********, müxbir hesab: AZ80NABZ********************, X2 VÖEN: **********, SWİFT: BRESAZ22, İBAH: AZ94BRES********************ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Gəncə şəhəri, 5 saylı Notariat Ofisinə qarşı «bağışlama kredit müqaviləsinin etibarsız hesab edilməsi və müqavilənin yaratdığı bütün hüquqi nəticələrin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İş üzrə 10.08.2020-ci il tarixli 4/460 saylı rəyi üzrə 100 (yüz) manat İddiaçı tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ43CTRE********************, SWİFT BİK: STREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142319-a ödənilsin. İş üzrə 30.04.2021-ci il tarixli 388 saylı rəyi üzrə məhkəmə ekspertiza xərci 300 (üç yüz) manat İddiaçı tutularaq Dövlət xəzinədarlıq Agentliyinə kodu: 506957, VÖEN:- **********, müxbir hesab: AZ80NABZ********************, X2 VÖEN: **********, SWİFT: BRESAZ22, İBAH: AZ94BRES********************ödənilsin. Qərardaddan 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-135/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-135/2021
09.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver