Məhkəmə qərarları › İş №2(044)-1386/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1386/2021

19.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1386/2021 19.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Ərizəçi-Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının” müəyyən olunmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i : Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək babası X9 1901-ci ildə Göygöl rayonunda doğulması və 1947-ci ildə Göygöl rayonunda ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası X21 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Hazırda yaşadıqları Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 9-cu döngə, bina 4, mənzil 56 atasına məxsus olmaqla adına sənədləşdirilmişdir. O, həmin mənzili digər vərəsələrində razılığı əsasında öz adına sənədləşdirmək istəyir. Lakin bununla bağlı olaraq müəyyən çətinliklərlə üzləşmişdir. Belə ki, babası X22 1947-ci ildə Göygöl rayonunda ölmüşdür. X26 ölümünü təsdiq edən hər hansı sənəd mövcud deyildir. O, babasının ölümü haqqında şəhadətnaməni əldə etmək üçün hər yerə müraciət etsə də həmin sənədi əldə etmək mümkün olmamışdır. Müraciəti əsasında Maraqlı şəxsndən verilmiş arayışda “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və şöbənin arxivində X9 ölümü haqqında akt qeydinin aşkar edilmədiyi qeyd edilmiş və məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Bundan başqa babası X9 doğumu haqqında sənədə də zərurət olduğundan və həmin sənəd də onda olmadığından bunun üçün Maraqlı şəxsnə və Göygöl rayon Dövlət Arxivinə müraciət etmişdir. Oradan isə ona rəsmi olaraq bildirildi ki, X9 doğum tarixinə dair Göygöl rayon Dövlət Arxivində heç bir məlumat aşkar olunmamışdır. Ərizəçinin atası X10 doğum haqqında şəhadətnaməsində X22 onun atası kimi qeyd edilmişdir. Ona görə də, bu tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: İş materiallarında olan Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, məktubundan görünür ki, sorğuya dövlət arxivində baxılmış və aparılan araşdırma zamanı X9 doğum tarixinə dair məlumat aşkar olunmamışdır; Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ-İİ 116981 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X21 xx.xx.2020-ci il tarixdə Gəncə şəhərində ölmüşdür. Bu barədə akt qeydlər kitabında 741 nömrə ilə qeyd edilmişdir; Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İİ 116939 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X23 xx.xx.2004-cü il tarixdə Gəncə şəhərində ölmüşdür. Bu barədə akt qeydlər kitabında 712 nömrə ilə qeyd edilmişdir; Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, AZ-İ 589751 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2003-cü il tarixdə Xanlar rayonunun Balçılı kəndində ölmüşdür. Bu barədə akt qeydlər kitabında 31 nömrə ilə qeyd edilmişdir; xx.xx.1960-cı il tarixli, 730129 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X21 xx.xx.1941-ci ildə Xanlar rayonunda anadan olmuşdur. Bu barədə akt qeydlər kitabında 73 nömrə ilə qeyd edilmişdir. X1 ilə X3r; xx.xx.1989-cu il tarixli, 299332 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X24 xx.xx.1989-cu ildə Xanlar rayonunda anadan olmuşdur. Bu barədə akt qeydlər kitabında 566 nömrə ilə qeyd edilmişdir. X2 ilə Əliyeva Zərifə Adil qızıdır; xx xxx 2013-cü il tarixli arxiv arayışından görünür ki, X25 İcraiyyə Komitəsinin xx xxxxxx 1974-cü il tarixli qərarına əsasən X14 Gəncə şəhəri,17,92 kv. metr yaşayış sahəsi olan mənzil verilmişdir; ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək babası X9 1901-ci ildə Göygöl rayonunda doğulması və 1947-ci ildə Göygöl rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və məhkəyə məktub ünvanlayaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməməyinin səbəbini üzürlü hesab etmədiyindən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə, ərizəçinin izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla, o cümlədən şahid ifadəsi ilə yoxlayaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 306.2-ci maddəsində qeyd edilir ki, xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmin Məcəllənin 307.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Qeyd edilən Məcəllənin 307.2.11-ci maddəsində göstərilir ki, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qanunun mənasından göründüyü kimi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onları bərpa edə bilməməlidir. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını isə öz növbəsində iki qrupa bölmək olar - hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar. Məhkəmə bununla bağlı onu qeyd edir ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, mərhum X22 1901-ci ildə Göygöl rayonunda doğulmuş və 1947-ci ildə Göygöl rayonunda vəfat etmişdir. Ərizəçi bununla bağlı doğum və ölüm haqqında şəhadətnamələr alınması tələbi ilə müvafiq Qeydiyyat şöbəsinə müraciət etsə də onun müraciəti təmin edilməmiş və ərizəçi həmin sənədi başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, ərizənin məzmunundan, habelə iş materiallarından da aydın olur ki, məhkəmə tərəfindən təsdiq olunmasını istədiyi fakt miras əmlakın qəbul edilməsi üçün lazımdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, Əliyev Məmməd onun babası olmuşdur. Onun babasını sağlığında görən şəxslər hazırda yaşamırlar. Onun atası Nəsib xx xxxxxx 2020-ci ildə vəfat etmişdir.Onun əmisi də vəfat etmişdir. O qohumlarından və digər doğmalarından eşitmişdir ki, babası Məmməd 1901ci ildə doğulmuş və 1947-ci ildə Göygöl rayonunda vəfat etmişdir. O Göygöl rayonunun Balçılı kəndində dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində göstərdi ki, Əliyev Məmməd onun babası olmuşdur. Onun babasını sağlığında görən şəxslər hazırda yaşamırlar. Onun atası Nəsib xx xxxxxx 2020-ci ildə vəfat etmişdir.O qohumlarından və digər doğmalarından eşitmişdir ki, babası Məmməd 1901-ci ildə doğulmuş və 1947-ci ildə Göygöl rayonunda vəfat etmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi həqiqtən də X19 X4 atası olmuşdur. Nəsib Əliyev isə 1941-ci ildə doğulduğundan onun atasının 1901-ci ildə doğulması kimi verilmiş şahid ifadələri həqiqəti əks etdirir. 1901-ci ildə doğulmuş birinin isə hazırda da yaşaması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Ərizəçinin tələbini əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olmasını məhkəmə müəyyən etməklə bu Məcəllədə müəyyən olunmuş qaydada əldə edilmiş məlumatları yazılı sübutlarla, şahidlərin ifadələri ilə və işdə iştirak edən şəxslərin izahatları ilə yoxlayaraq ərizənin təmin edilməsi qənaətinə gəldi. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləlilkə məhkəmə iş üzrə sübutlara məcmu halda hüquqi qiymət verərək, tətbiq edilməli olan hüquq normalarını rəhbər tutaraq hesab edir ki, X6 1901-ci ildə doğulması və 1949-cu ildə ölməsi faktı mübahisə doğurmadığndan və məhkəmə iclasında sübut edildiyindən onun doğulması və ölməsi kimi hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. X9 1901-ci ildə Göygöl rayonunda doğulması və 1947-ci ildə Göygöl rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar