Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-142/2022 13.01.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Quliyeva Gülnar Rəhman qızının katibliyi, İddiaçı X2, Cavabdeh X3 iştirakı ilə, İddiaçı X2 cavabdehlər X5 və Cavabdeh qarşı «tikilinin sökülməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X6 cavabdehlər X5 və Cavabdeh qarşı «tikilinin sökülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Gəncə şəhəri, Nizami rayonu, Bəxtiyar Əliyev küçəsi, ev 41 ünvanda ümumi istifadədə olan torpaq sahəsi üzərində qanunsuz tikilmiş barı, bir bayır qapısı (darvaza), barı üzərində tikilmiş talvar (naves), eləcə də zəbt edilmiş torpaq sahəsi üzərində tikilmiş hamamın cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ailəsi ilə birlikdə Gəncə şəhəri, Nizami rayonu, Bəxtiyar Əliyev küçəsi, ev 41 ünvanda özünə məxsus 5 otaqlı mənzildə yaşayır və həmin mənzil mülkiyyət hüququ əsasında onun mülkiyyətindədir. Həmin məhlədə həmçinin Cavabdeh onun qonşuluğunda ”Jak” tipli məhlədə yaşayır. Cavabdeh qanunsuz olaraq ümumi istifadədə olan torpaq sahəsini eninə və uzununa qaunsuz olaraq zəbt edib öz yaşadığı mənzilə birləşdirməklə barı tikmiş,bir bayır darvazası qoymuş, həmin barını onun evinin barısına birləşdirmiş və ümumi istifadədə olan torpaq sahəsini daraltmışdır. Həmçinin barının üzərindən talvar tikmişdir. Bundan başqa zəbtetdiyi torpaq sahəsinin içərisində onun evinin barısına birləşdirməklə hamam tikmişdir. Cavabdehlə hər ikisinin giriş-çıxış yolları birdir. Həmçinin digər qonşuların da giriş-çıxışı bir yola açılır. Onun ümumi istifadədə olan torpaq sahəsini qanunsuz zəbt edərək tikili inşa etməsi nəticəsində onun mənzilindən istifadəsinə məhdudiyyətlər yaranmış, mənzilinə giriş-çıxış qolu daralmış, həmçinin tikilinin həyət barısına bitişiktikməklə evinin qapısını tutmuşdur. Gələcəkdə hər hansı yanğın təhlükəsi olduğu halda onun qanunsuz inşa etdiyi tikili təhlükəni anadan qaldırmaq üçün müdaxiləni də məhdudlaşdırmışdır. Bundan başqa onun qanunsuz tikmiş olduğu hamamdan onun zirzəmisinə su axır və onun mülkiyyətinə ziyan vurur. Həmçinin küçənin qurunt suları, yağış sularının axıb getməsi üçün nəzərdə tutulmuş quyunu da zəbt etdiyi üçün torpaq sahəsinə qataraq üzərini bağlamışdır. O, dəfələrlə cavabdehdən həmin qanunsuz tikililərin sökülməsini tələb etsə də, cavabdeh bundan boyun qaçırmışdır. Həmçinin bu barədə Gəncə şəhəri İcra Hakimiyyətinə qonşularla birlikdə rəsmi olaraq müraciət etmiş, İcra Hakimiyyətindən gələn rəsmi nümayəndələr də həmin tikilinin qanunsuz olduğunu və sökülməli olduğu cavabdehə bildirilmiş, lakin cavabdeh hələ də qanunsuz tikililəri sökməmişdir. Odur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı X6 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X7 məhkəmə iclasında bildirdi ki, o, iddia ərizəsində göstərilənlərlə razı deyil. ünvan 1 ünvanda yerləşən evi hazırda olduğu kimi almışdır və evi aldıqdan sonra onun tərəfindən əlavə olaraq heç bir tikinti işləri aparılmamış, dəyişiklik edilməmişdir. İddiaçının iddia tələbində göstərilən tikililər ümumi istifadədə olan tikililərdir. Məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh oğlu məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının və cavabdeh X3 izahatlarını dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, 21.06.1989-cu il tarixli 2239 reyestr nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Bəxtiyar Əliyev küçəsi, ev 41 ünvanda özünə məxsus 3 yaşayış otağı (65.5 kv.m) mənzil X4 adına qeyd edilmişdir. 27.05.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsionin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi X2 mülkiyyətində olmaqla, onun adına 21.06.1989-cu il tarixli 2239 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. 21.05.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 X3 adına qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01.12.2021-ci il tarixli 10/4617 saylı rəyindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Bəxtiyar Əliyev küçəsi, ev 41 ünvanında dəmir konstruksiyadan inşa olunmuş talvar tikilisinin quraşdırılmasına və 2.60 m hündürlükdə hasarın hörülməsinə dair müvafiq icra hakimiyyəti orqanlarından icazə sənədləri olmadığından, talvar tikilisinin quraşdırılması və 2.60 m hündürlükdə hasarın hörülməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının” 4.1 və 4.2 bəndlərində uyğun inşa olunmadığından tikinti norma və qaydalarına uyğun olmadığı müəyyən edilmişdir. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyinə əsasən hüquqi qiymət verərək, aşağıdakılara və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mərkəzi Ekspertizası Mərkəzinin 01.12.2021-ci il tarixli 10/4617 saylı rəyinə əsasən nəticəyə gəlir ki, ekspert rəyi iddianın təmin olunması üçün əsas hesab edilə bilməz. Çünki ekspert rəyində inşa olunmuş tikililərin məhz iddiaçının sahəsinə düşməsi və iddiaçının torpaq sahəsinə müdaxilə olunması müəyyən olunmamışdır. Əksinə məhkəmə iclasında müəyyən olunmuşdur ki, tikilmiş barı, bayır qapısı (darvaza), barı üzərində tikilmiş talvar (naves) imumi istifadədədir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş halların mövcud olmasını sübut etməlidirlər. İddiaçı tərəfindən isə iddia tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Hazırkı mübahisənin həlli ilə əlaqədar olaraq qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçıların öz tələblərini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onun təsdiqinə dair təqdim etdikləri sübutlara əsasən iddia tələbləri təmin edilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçı X2 cavabdehlər X5 və Cavabdeh qarşı «tikilinin sökülməsi» tələbinə dair iddia təmin edilməməlidir. İş üzrə məhkəmə ekspertiza xərci 100 (yüz) manat X1 tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, SWİFT BİK: STREAZ22, hesab № AZ43CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142319 - a ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X2 cavabdehlər X5 və Cavabdeh qarşı «tikilinin sökülməsi» tələbinə dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə məhkəmə ekspertiza xərci 100 (yüz) manat X1 tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, SWİFT BİK: STREAZ22, hesab № AZ43CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142319 - a ödənilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-142/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-142/2022
13.01.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver