Məhkəmə qərarları › İş №2(044)-1478/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1478/2021

19.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1478/2021 19.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, AR Xammal və X5 Mərkəzi “xxxx” MMC-yə və LPO “xxxx” ASC-yə qarşı “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın etibarsız hesab edilməsi və əmlakın yenidən qiymətləndirilməsinin təyin edilməsi” tələbinə dair işə açıq məhkəmə iclasındaa baxaraq məhkəmə Müəyyən etdi: İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, AR Xammal və X5 Mərkəzi “xxxx” MMC-yə və LPO “xxxx” ASC-yə qarşı əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın etibarsız hesab edilməsinə və ünvan 1 ünvanının yenidən qiymətləndirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Kəpəz rayon Məhkəməsinin 2(043)-4416/2017 saylı xx xxxxxxxx 2017-ci il tarixli icra vərəqəsinə əsasən Cavabdeh1 sifariş məktubu ilə aldığı kreditin təyinatı və təminatı kimi ipoteka ilə yüklü edilmiş, Gəncə ş.əhəri, Əziz Əliyev küçəsi 143 saylı ev hərraca çıxarılmışdır. Əmlakın ilkin satış qiyməti 140.000 (bir yüz qırx min) manat dəyərində qiymətləndirilmişdir. Həmin qiymət reallığı əks etdirmədiyi üçün razı deyildir. Beləki, ev qiymətləndirilərkən formal olaraq vizual baxışla qiymətləndirilmiş, evin yerləşdiyi ərazinin kateqoriyası dəqiq müəyyən edilməmiş və evin daxili vəziyyətinə baxış keçirilməmişdir. Hal-hazırda Gəncə şəhərində həmin ərazidə evlərin qiyməti həm qiymətləndirilmə keçirilən vaxt, həm də indi, müəyyən edilmiş satış qiymətindən fərqli olaraq daha bahadır. Ona görə də, obyektivliyi təmin etmək məqsədilə yenidən qiymətləndirilmə keçirilməsini xahiş etmişdir. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli 2(043)- 4416/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, cavabdehlər İddiaçı1, X1 və X2 müştərək qaydada tərəflər arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 03/3553/OBK nömrəli kredit müqaviləsi üzrə 34476,76 ABŞ dolları əsas borc, 15321,50 ABŞ dolları faiz borcu, cəmi 49798,26 (qırx doqquz min yeddi yüz doxsan səkkiz ABŞ dolları 26 sent) ABŞ dolları kredit borcu qətnamənin icra olunduğu günə Azərbaycan manatının məzənnəsinə uyğun olaraq ödənilməklə, alınaraq iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə verilməsi, cavabdehlər İddiaçı1, X1 və İddiaçı2 müştərək qaydada ididaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi ilə əlaqədar ödənilmiş 31,0 (30,0 manat dövlət rüsumu 1,0 manat bank xidmət haqqı) manat dövlət rüsumunun alınaraq iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə verilməsi, xx xxxxxx 2015-ci il tarixli 03/3553/OBK nömrəli kredit müqaviləsi üzrə cəmi 49798,26 (qırx doqquz min yeddi yüz doxsan səkkiz ABŞ dolları 26 sent) ABŞ dolları kredit borcu qətnamənin icra olunduğu günə Azərbaycan manatının məzənnəsinə uyğun olaraq ödənilməklə, iddia ərizəsi üzrə dövlət büdcəsinə iddiaçı tərəfindən ödənilmiş 31,0 (30,0 manat dövlət rüsumu 1,0 manat bank xidməti haqqı) manat dövlət rüsumunun ödənilməsi, xx xxxxxx 2015-ci il tarixli 03/3553/OBK nömrəli ipoteka müqaviləsi üzrə İddiaçı1 mülkiyyətində olan Gəncə şəhəri, Əziz Əliyev küçəsində 0,0321 ha. torpaq sahəsində yerləşən, 279,0 kv.m. ümumi sahədən ibarət 2 mərtəbəli, A - ümumi sahə 46,7, A-yaşayış sahəsi 29,3 kv.m, Aköməkçi sahə 17,4 kv.m, A-mansard-0, A-zirzəmi 20,7 kv.m, A-açıq eyvan 16,3 kv.m, A-tikinti altı sahə 74,5 kv.m, A-həcmi 253,5 kv.m, B ümumi sahə 2323 kv.m, B-yaşayış sahəsi 52,9 kv.m, B-köməkçi sahə 179,4 kv.m, B-mansard (172,4 kv.m, Bzirzəmi 0 kv.m, B-açıq eyvan 4,2 kv.m, B-tikinti altı sahə 168,4 kv.m, B-həcmi 1161,9 kv.mdən 143 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin (ipoteka predmeti) açıq hərracdan satılması, İddiaçı1 mülkiyyətində olan Gəncə şəhəri, Əziz Əliyev küçəsi 143 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 140000,0 (bir yüz qırx min) manat müəyyən edilməsi, evin satışından əldə olunan puldan xx xxxxxx 2015-ci il tarixli 03/3553/OBK nömrəli kredit müqaviləsi üzrə cəmi 49798,26 (qırx doqquz min yeddi yüz doxsan səkkiz ABŞ dolları 26 sent) ABŞ dolları kredit borcunun qətnamənin icra olunduğu günə Azərbaycan manatının məzənnəsinə uyğun olaraq ödənilməklə, iddia ərizəsi üzrə dövlət büdcəsinə iddiaçı tərəfindən ödənilmiş 31,0 (30,0 manat dövlət rüsumu 1,0 manat bank xidmət haqqı) manat dövlət rüsumunun alınaraq, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə verilməsi, 143 nömrəli fərdi yaşayış evinin satış pulundan qalan hissəsinin cavabdeh İddiaçı1 qaytarılması, ipoteka predmeti olan fərdi yaşayış evi satıldıqdan sonra, ən geci 1 ay müddətində ipoteka predmetinin boşaldılması, cavabdehlər İddiaçı1, X1 və İddiaçı2 müştərək qaydada qiymətləndiricinin xidmət haqqı hesabına 200,0 üki yüz) manatın alınaraq, “xxxx” MMC“nin xeyrinə ödənilməsi qət edilmişdir; ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak etmiş İddiaçı1 məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmışdır. Buna baxmayaraq cavabdeh və iddiaçı məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılması barədə məhkəməyə vəsatət daxil olmamışdır. Azərbaycan Respublikası MPM-nin 185.1-ci madədsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə cavabdehlərin məhkəmə iclasına gəlməməyinin səbəbini üzürlü hesab etmədiyindən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə iddiaçının izahatını və iş materiallarını qarşılıqlı şəkildə araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir (MM-nin 14.2.1-ci maddəsi) Mülki Məcəllənin 324.1-ci maddəsinin tələblərinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur (MM-nin 325.1-ci maddəsi). Qeyd olunan Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir (MM-nin 390.1-ci maddəsi). Mülki Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin həmin Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir(MM-nin 390.4-cü maddəsi). İddiaçı hərracın nəticələrinin etibarsız hesab edilməsini ipoteka predmeti olan əmlakın qiymətləndirilməsi haqqında hesabatı məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi iddiaçı həmin hesabatı hər hansı digər əsasla deyil, ipoteka predmeti olan əmlakın qiymətləndirilməsi ilə əsaslandırmışdır. Bununla bağlı məhkəmə onu qeyd edir ki, “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşya ola bilər. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. İpoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə notariat qaydasında təsdiqlənməlidir (İHQ 10.2-ci maddəsi). “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. «İpoteka Haqqında» Azərbaycan Respublikası Qanununun 41.1-ci maddəsinə görə, ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. «İpoteka Haqqında» Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verir. “İcra haqqında” Qanunun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna müvafiq olaraq məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır (maddə 5). Qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər (maddə 7). Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır (maddə 8). İddia ərizəsinin məzmunundan da göründüyü kimi baxılan mübahisə üzrə icra məmurunun sifarişi ilə Azərbaycan Respublikası Xammal və X6 Mərkəzi “xxxx” MMC-yə sifariş verilmişdir. “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 280 nömrəli hesabdan görünür ki, həmin tarixə bazar dəyəri 140.000 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı digər əsaslarla əmlakıln qiymətləndirilməsi haqqında hesabatın etibarsız hesab edilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlar, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş halların mövcud olmasını sübut etməlidir. İddiaçı tərəfindən isə iddia tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Hazırki mübahisənin həlli ilə əlaqədar olaraq qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilə bilməz. Məhkəmə araşdırması zamanı bir daha müəyyən edildi ki, ipoteka müqaviləsi rəsmiləşdirilən zaman tərəflər müstəqil olmuş, onlara qarşı qanunvericiliyin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi halları olmamış, müqavilənin zəruri şərtlərinə əməl edilməklə tərəflərin hər biri müqavilə azadlığı prinsipinə uyğun olaraq iradə ifadələrini ifadə etmişlər. Məhkəmə əmlakın yenidən qiymətləndirilməsi ilə bağlı iddia tələbinə münasibətdə onu qeyd edir ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 9 və 10-cu maddələri məhz qiymətləndiricinin hüquq və vəzifələrini tənzimləyir və orada qiymətləndirmə fəaliyyəti zamanı qiymətləndiricinin etməli olduğu hərəkətlər öz əksini tapıb. Nəzəriyyəyə görə, daşınmaz əmlakın qiymətləndirilməsi prosesi konkret obyektin qiymətləndirilmənin keçirildiyi, yaxud onunla bağlı əməliyyatın aparılacağı vaxt mövcud şəraitə uyğun olaraq əsaslandırılmış dəyər ekvivalentinin alınmış sifariş əsasında müəyyənləşdirilməsidir. Qiymətləndirmə prosesi ünvanlı proses olub, konkret daşınmaz əmlak obyektinə yönəldilmişdir və onun xüsusiyyətlərini (fiziki, texnoloji, hüquqi və s.), əhatəsini (ərazidə yerləşməsini, ekoloji, sosial, iqtisadi və s.) nəzərə alır, bu proses daşınmaz əmlakla aparılacaq əməliyyatlarla (məsələn, alqı-satqı, icarə, sığorta, vergitutma, girov qoyma) bağlıdır, bu proses müəyyən zamanla bağlıdır, yəni, daşınmaz əmlakın dəyəri həm cari vaxt, həm də gələcək dövrlər üçün müəyyənləşdirilə bilər. Eyni zamanda bu proses konkret subyektin sifarişi əsasında, konkret qiymətləndirici tərəfindən dəqiq reqlament çərçivəsində yerinə yetirilir, yəni, qiymətləndirmə konkret vaxt ərzində, müvafiq qanunvericiliyə, qiymətləndirmə standartlarına, müqavilə şərtlərinə riayət olunmaqla aparılır, həmçinin geniş məlumat bazasının yaradılmasını, mürəkkəb statistik və riyazi hesablamaların, təhlillərin aparılması ilə müşaiyət olunur. Qiymətləndirmə standartlarının yaradılması, müəyyən olunması “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunda nəzərdə tutulmuş, lakin, hələ ki, belə bir vahid standartlar müəyyən edilməsə də, hər bir halda oxşar standartlar tətbiq edilməklə qiymətləndirmə prosesi həyata keçirilmişdir. İddiaçı digər əsasla hərracın nəticələrini mübahisələndirməmişdir. Ona görə də məhkəmə hesab edir ki, əmlakın yenidən qiymətləndirilməsi eçen hüquqi əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yaranadığı zaman quvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu onun özlərinə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, AR Xammal və X5 Mərkəzi “xxxx” MMC-yə və LPO “xxxx” ASC-yə qarşı “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın etibarsız hesab edilməsi və əmlakın yenidən qiymətləndirilməsinin təyin edilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Gənçə şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar