Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1486/2020 19.10.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi ilə, İddiaçı «xxxxxxxxxx» Lizinq Şirkəti QSC-nin hüquqi varisi İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxxx» Lizinq Şirkəti QSC-nin hüquqi varisi İddiaçı MMC-ti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tutulması» tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada öhdəliklərinin yerinə yetirməməsi nəticəsində yaranmış əsas borc üzrə 29350.65 ABŞ dolları, lizinq mükafatı 23524.39 ABŞ dolları, sığorta 2087 ABŞ dolları, servis 28.61 ABŞ dolları, cərimə (dəbbə) 1110 ABŞ dolları, cəmi 56100.65 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumu «xxxxxxxxxx» Lizinq Şirkəti QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli X5 Müqaviləsinə əsasən sonuncu ** AC *** qeydiyyat nişanlı “Mazda CX-9” markalı minik avtomobilini öz mülkiyyətinə əldə edərək, onu X1 istifadəsinə vermişdir. Cavabdeh1 öz növbəsində 47424.78 ABŞ dolları məbləğində borcu illik 18 faiz olmaqla, 36 ay müddətinə iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. Eyni zamanda öhdəliyin təmini kimi iddiaçı ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2014-cü il tarixdə təhvil-təslim aktı ilə lizinq obyekti olan **-AC-*** qeydiyyat nişanlı “Mazda CX-9” markalı minik avtomobili Cavabdeh1 verilmişdir. Cavabdeh lizinq müqaviləsi üzrə öhdəlikləri vaxtında və lazımınca yerinə yetirməmişdir. Bundan sonra xx.xx.2019-cu il tarixdə lizinq obyekti iddiaçıya təhvil verilmişdir. Nəticədə cavabdehin iddiaçıya cəmi 56100.65 ABŞ dolları məbləğində borcu yaranmışdır. Cavabdehə dəfələrlə öhdəlikləırini tam və vaxtında yerinə yetirmədiyi üçün xəbərdarlıqlar edilməsinə baxmayaraq, yaranmış borcunu yerinə yetirməmişdir. Məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada öhdəliklərinin yerinə yetirməməsi nəticəsində yaranmış əsas borc üzrə 29350.65 ABŞ dolları, lizinq mükafatı 23524.39 ABŞ dolları, sığorta 2087 ABŞ dolları, servis 28.61 ABŞ dolları, cərimə (dəbbə) 1110 ABŞ dolları, cəmi 56100.65 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumu «xxxxxxxxxx» Lizinq Şirkəti QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxxxxxxxx» Lizinq Şirkəti QSC məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. İddiaçı «xxxxxxxxxx» Lizinq Şirkəti QSC-nin hüquqi varisi “İddiaçıt” MMC-nin nümayəndəsi Ramil Əhmədov tərəfindən xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş ərizədə xx.xx.2020-ci il tarixə saat 10:50-ə təyin edilmiş məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, xx.xx.2020-ci il tarixdə «xxxxxxxxxx» Lizinq Şirkəti QSC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli lizinq müqaviləsi üzrə xx.xx.2018-cu il tarixə əsas borcu 29350.65 ABŞ dolları, lizinq mükafatı 23524.39 ABŞ dolları, sığorta 2087 ABŞ dolları, servis 28.61 ABŞ dolları, cərimə (dəbbə) 1110 ABŞ dolları, cəmi 56100.65 ABŞ dolları məbləğindədir. xx.xx.2014-cü il tarixli 227OM/14/G X5i Müqaviləsindən görünür ki, «xxxxxxxxxx» Lizinq Şirkəti QSC ilə Cavabdeh1 arasında lizinq obyekti olan Mazda CX9 markalı minik avtomobilinə dair 36 ay müddətinə müqavilə bağlanmışdır. xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, «xxxxxxxxxx» Lizinq Şirkəti QSC ilə Cavabdeh1 arasında bağlanmış lizinq müqaviləsinin təmini kimi «xxxxxxxxxx» Lizinq Şirkəti QSC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(044)-111/2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, «xxxxxxxxxx» Lizinq Şirkəti QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 227OM/14/G X5i Müqaviləsinə əsasən «xxxxxxxxxx» Lizinq Şirkəti QSC-nin mülkiyyətində olan, Cavabdeh1 istifadəsində olan, 2014-cü il buraxılışlı, (rəngi: tünd boz metal, ban: JMZTB89A800401024, mühərrik CA10501133) **-AC-*** dövlət nömrə nişanlı “Mazda CX9” markalı avtomaşın Cavabdeh1 alınaraq, xxxxxxxxxx» Lizinq Şirkəti QSC-nə qaytarılması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə müzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq öhdəliklərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2008-ci il tarixli Qərarında (L.İ.Binnətovanın şikayəti üzrə) qeyd edilir ki, MM-nin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası MMnin 373-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2001-ci il tarixli qərarında göstərmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.” İşin hallarından görünür ki, cavabdeh X2 mübahisəyə iddia müddətinin tətbiq olunmasına dair məhkəməyə rəsmi ərizə vermişdir. Mülki iş materialları ilə müəyyən olunur ki, iddiaçının mübahisələndirdiyi lizinq müqaviləsi xx.xx.2014-cü il tarixdə 36 ay müddətinə bağlanmış, lakin Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(044)-111/2016 saylı qətnaməsi ilə lizinq predmeti olan **-AC-*** dövlət nömrə nişanlı “Mazda CX9” markalı avtomaşın cavabdehlərdən alınara iddiaçıya qaytarılımışdır. Mübahisə müqavilə öhdəliklərindən əmələ gəldiyindən ona 3 illik iddia müddəti tətbiq olunmalıdır. Göründüyü kimi iddiaçı iddia müddətini ötürmüşdür. İş məhkəmədə araşdırılarkən iddiaçı müddətin üzürlü səbəblərdən buraxılmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İddia müddətinin ötürülməsi məhkəmə tərəfindən iddianın rədd edilməsi üçün əsas hesab edilir. Belə ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(044)- 111/2016 saylı qətnaməsinə əsasən «xxxxxxxxxx» Lizinq Şirkəti QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 227OM/14/G X5i Müqaviləsinə əsasən «xxxxxxxxxx» Lizinq Şirkəti QSC-nin mülkiyyətində olan, Cavabdeh1 istifadəsində olan, 2014-cü il buraxılışlı, (rəngi: tünd boz metal, ban: JMZTB89A800401024, mühərrik CA10501133) **-AC-*** dövlət nömrə nişanlı “Mazda CX9” markalı avtomaşın Cavabdeh1 alınaraq, «xxxxxxxxxx» Lizinq Şirkəti QSC-nə qaytarılması qət edilmişdir (qətnamə xx.xx.2016-cı il tarixdə qanuni qüvvəsini almışdır). Belə olan halda tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 227OM/14/G X5i Müqaviləsinə xitam verilməsi kimi qiymətlndirilməli və iddia müddəti tətbiq edilməlidir. İş üzrə təqdim edilmiş sənədlərdən müəyyən edildi ki, iddiaçı artıq lizinq müqaviləsi üzrə öz hüquqlarının pozulduğunu bilirdi və həmin müqaviləyə əsasən öz hüquqlarından istifadə edə bilərdi. Qeyd olunanlarla bağlı məhkəmə nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlar yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman quvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Bu mənada məhkəmə hesab edir ki, iddia müddətinin tətbiqi məsələlərinə münasibət bildirilərkən ilk növbədə mübahisəli hüquq münasbətlərinin yarandığı vaxta xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə də, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinin tələbinə görə də, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinin tələbinə görə də, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Məcəllənin 373.2-ci və 373.3-cü maddələrinin tələblərinə görə müqavilə tələbləri üzrə, həmçinin vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il müəyyən edilmişdir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd olunan Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar həmin Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair xx xxxxxx 2001-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblər üzrə Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulan iddia müddətləri, 2000-ci il sentyabrın 1-nə qədər yaranmış hüquq münasibətlərindən irəli gələn tələblər üzrə isə əvvəlki Mülki Məcəllənin 73-cü maddəsində göstərilən iddia müddətləri əsas götürülməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda iddia müddəti anlayışının tətbiqi ilə bağlı həmçinin aşağıdakıları da qeyd etmişdir: «Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını nizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı». İş üzrə toplanmış sənədlər ilə təsdiq olunur ki, cavabdeh tərəf iddia müddətinin tətbiq edilərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin normannı aydınlaşdıran Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxx 2008-ci il tarixli qərarında göstərmişdir ki, «Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir, 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir, 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır. Daha sonra Konstitusiya Məhkəməsi qeyd edir ki, «Məsələni adınlaşdırmaq üçün nəzərə alınmalıdır ki, iddia müddətinin tətbiqi ilə bağlı ərizə mahiyyətcə məhkəməyə ünvanlanmış, lakin işin həllinə yönəlmiş maddi – hüquq tələbidir. Maddi – hüquq tələbləri isə (məsələn, ilkin və ya qarşılıqlı iddia tələbləri) mövcud mülki prosessual qanunvericiliyin müddəalarına görə yalnız birinci instansiya məhkəməsində yazılı şəkildə verilə bilər». Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, hazırkı iddia tələbini irəli sürmək üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur, lakin məhkəmə hesab edir ki, qeyd olunan haldan asılı olmayaraq, iddiaçı öz hüquqlarının pozulduğunu bildiyi və bilməli olduğu halda iddia tələbi ilə məhkəməyə müraciət etməmiş və bu səbəbdən də borcunun ödənilməsi barədə tələbin irəli sürülməsi ücün iddia müddətini ötürdüyündən əsas öhdəlik üzrə və əlavə tələblər üzrə iddia tələbi təmin edilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qanunla müəyyən olunan iddia müddəti açıqaşkar ötürüldüyündən iddiaçi «xxxxxxxxxx» Lizinq Şirkəti QSC-nin hüquqi varisi İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tutulması» tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddiaçı «xxxxxxxxxx» Lizinq Şirkəti QSC-nin hüquqi varisi İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tutulmasına» dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-1486/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1486/2020
19.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver