Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1519/2021 09.08.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı Əliyeva (Rzayeva) Aytəkin Cavanşir qızının, Cavabdeh iştirakı ilə, İddiaçı Əliyeva (Rzayeva) Aytəkin Cavanşir qızının Cavabdeh, 3-cü şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 qızına qarşı «vərəsə tanınma, mirasın qəbul edilməsi və mülkiyyət hüququnun tanınması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Əliyeva (Rzayeva) Aytəkin Cavanşir qızı Cavabdeh, 3-cü şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı «vərəsə tanınma, mirasın qəbul edilməsi və mülkiyyət hüququnun tanınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu mərhum atası X5 qanun üzrə birinci növbə vərəsəsi tanınması, ondan miras qalmış ünvan 5,2 nömrəli mənzilə vərəsəlik hüququnun tanınması, mirası qəbul etmə faktının müəyyən edilməsi və miras mülkdəki payının müəyyən edilməsi və mülkiyyət hüququnun verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Əliyeva (Rzayeva) Aytəkin Cavanşir qızı məhkəmə iclasında bildirdi ki, o, xx.xx.1971-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, onun valideynləri, atası X11 01.12.2019-cu il tarixdə, anası X14 24.11.2014-cü il tarixdə vəfat etmişlər və onun valideynləri ölüm gününə qədər ünvan 1 ünvanda yaşamışlar, həmin mənzillər balansında olmuşdur. Kirovabad şəhər XDS İK-nin 26.01.1971-ci il tarixli qərarın 3 saylı protokolu ilə verilmiş 196 saylı orderə, Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 3 saylı Mənzil İstismar Sahəsinin 07.07.2004-cü il tarixli, 114 saylı arayışına, 7 saylı notariat kontorunda təsdiq edilmiş anası X7 18.07.2004-cü il tarixli 7E- 11-5606 saylı və onun 20.07.2004-cü il tarixli 7E-11-5699 saylı razılıq ərizəsinə, Gəncə şəhər DTİ və MHQİ-nin 26.07.2004-cü il tarixli 30 saylı qərarından çıxarışa əsasən ünvan 6,2 saylı (sahəsi 23.5 kv.m olan bir yaşayış otağı, sahəsi 36.1 kv.m köməkçi sahədən ibarətdir) atası X5 adına özəlləşdirilmiş və ona 29.07.2004-cü il tarixli 20024 saylı qeydiyyat vəsiqəsi verilmişdir. O, həmin mənzildə anadan olmuş və hal-hazırda da həmin mənzildə qeydiyyatdadır. 01.12.2019-cu il tarixdə atası vəfat edəndən sonra o, faktiki olaraq vərəsəliyi qəbul etmiş, daim miras mülkə gedib-gəlmiş, orada yaşamağa cəhd etsə də, qardaşı buna imkan verməmişdir. Halbu ki, o, da atasının qanun üzrə birinci növbə vərəsəsidir, hazırda onun yaşayış sahəsinə ehtiyacı vardır və cavabdehin qeyri-qanuni hərəkətləri üzündən miras mülkdən istifadə edə bilmir. O, hazırda istəyir ki, miras mülkə dair vərəsəliyi müəyyən edilməklə ona çatası payı alsın və onun atası sağlığında mənzilin birini icazə ilə dükana çevirmiş, həmin mağazanı cavabdeh icarəyə vermiş, pulu tək özü mənimsəyir. Onun 08.10.1967-ci il tarixdə anadan olmuş bacısı X8 03.07.2016-cı il tarixdə vəfat etmişdir. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, onun 3 bacısı vardır. Əliyeva (Rzayeva) Aytəkin Cavanşir qızı, Maraqlı şəxs1 və Maraqlı şəxs2 qızı. ünvan 6, 2 saylı mənzil onun 01.12.2019-cu il tarixdə vəfat etmiş atası Cavanşir Əliyevdən miras qalmış və o, hazırda həmin mənzildə ailəsi ilə birlikdə yaşayır. İddiaçı Aytəkin Əliyevanın mərhum atasından miras qalmış ünvan 6, 2 saylı mənzilə olan payının müəyyən edilməsinə eiraz etmir. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasına etiraz etmədi. 3-cü şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə 3-cü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının və Cavabdeh izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 04.12.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Kirovabad şəhər X13 İcraiyyə Komitəsinin 26.01.1971-ci il tarixli qərarının 3 saylı protokolu ilə verilmiş 196 saylı order, gəncə şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı istehsalat Birliyi 3 saylı Mənzil-İstismar sahəsinin 07.07.2004-cü il tarixli 114 saylı arayışı, 7 saylı notariat kontorunda təsdiq edilmiş X7 18.07.2004-cü il il tarixli 7E-11-5606 saylı və X1 20.07.2004cü il tarixli 7E-11-5699 saylı razılıq ərizələri, Gəncə şəhər X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin 26.07.2004-cü il tarixli 30 saylı qərarından çıxarışına əsasən ünvan 6,2 saylı mənzil (23.5 kv.m bir yaşayış otağı, 36.1 kv.m köməkçi sahə) X5 adına özəlləşdirilmiş və ona 29.07.2004-cü il tarixli 20024 saylı qeydiyyat vəsiqəsi verilmişdir. 30.03.2021-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə Regional “ASAN xidmət” Mərkəzində notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış məktubda, təqdim olunmuş ərizədən və sənədlərdən mirasqoyan Əliyev Cavanşirə məxsus olan ünvan 2 ünvanda yerləşən miras əmlaka dair miras qoyanın qanun üzrə vərəsələri iləaralarında mübahisə mövcuddur, belə olan notariat qaydasında vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin mümkün olmaması və mirasa dair mübahisənin həlli ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. 08.12.2020-ci il tarixdə Gəncə “ASAN xidmət” Mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavanşir Əliyev 01 dekabr 2019-cu il tarixdə vəfat etmişdir. 07.12.2020-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfinən verilmiş çıxarışdan görünür ki, Cavanşir Əliyev ilə X6 nikahları 19.10.1966-cı il tarixdə 1160 saylı akt qeydi ilə bağlanmışdır. 08.12.2020-ci il tarixdə Gəncə “ASAN xidmət” Mərkəzi qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 24.11.2014-cü il tarixdə vəfat etmişdir. 10.12.2020-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavanşir Əliyev ilə X7 birgə nikahlarından 08 oktyabr 1967ci il tarixdə X8 anadan olmuşdur. 10.12.2020-ci il tarixdə Gəncə “ASAN xidmət” Mərkəzi qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 03 iyul 2016-cı il tarixdə vəfat etmişdir. 10.12.2020-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavanşir Əliyev ilə X7 birgə nikahlarından 23.12.1968-ci il tarixdə Maraqlı şəxs1 anadan olmuşdur. 10.12.2020-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavanşir Əliyev ilə X7 birgə nikahlarından 02.02.1970-ci il tarixdə Maraqlı şəxs2 anadan olmuşdur. 10.12.2020-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavanşir Əliyev ilə X7 birgə nikahlarından xx.xx.1973-cü il tarixdə Cavabdeh anadan olmuşdur. 07.12.2020-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavanşir Əliyev ilə X7 birgə nikahlarından xx.xx.1971-ci il tarixdə X9 anadan olmuşdur. 11.12.2020-ci il tarixdə Gəncə şəhər Psixonevroloji Dispanserinin baş həkimi T.M.Hüseynova tərəfindən ünvan 3 ünvanlanmış məktubda, Gəncə şəhəri Şahsevənlər küçəsi, ev 1-də yaşayan, 1973-cü il təvəllüdlü Cavabdeh 13.10.2006-cı il tarixdən “Oyanıq tipli psixopatiya, tez-tez təkrarlanan dekompasiyalarla” diaqnozu ilə dispanserdə qeydiyyatdadır və sonuncu dəfə 31.05.2020-ci il tarixdə dispanserdə müayinədə olmuşdur. 08.12.2020-ci il tarixdə Gəncə “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.1971-ci il tarixdə Gəncə şəhərində anadan olmuş X1 08.12.2020-ci il tarixədək ailə üzvləri-atası Cavanşir Əliyev, anası X14, bacısı Maraqlı şəxs1, Maraqlı şəxs2, qardaşı Cavabdehdur. 28.04.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, ünvan 5 ünvanda yerləşən 2 saylı mənzil Kirovabad şəhər X4 03.02.1971-ci il tarixli, 196 saylı orderi, 07.07.2004-cü il tarixli, 114 saylı forma-2 arayışı, “Vətəndaşların yaşadıqları Dövlət mənzillərinin özəlləşdirilməsi haqda” 26.07.2004-cü il tarixli, 30 saylı qərardan çıxarış və mənzildə qeydiyyatda olan şəxslərin notarial qaydada təsdiq edilmiş razılıq ərizələrinə əsasən X5 adına özəlləşdirilərək 29.07.2004-cü il tarixli, 20024 saylı qeydiyyat vəsiqəsi verilmişdir. 09.08.2021-ci il tarixli **********0 saylı arayışdan görünür ki, İddiaçı DSMF X20 18 saylı regional ərazi filialından Sosial X10 məlumata əsasən 3-cü dərəcə əlilliyə görə müddətsiz ayda 110 manat sosial müavinət təyin olunmuş və qanuna müvafiq ödəniş aparılmışdır. 09.08.2021-ci il tarixli ******* saylı arayışdan görünür ki, İddiaçı 15.11.2005-ci il tarixdən ünvan 6 ünvanda yerləşən 2 saylı mənzildə qeydiyyatdadır və həmin mənzildə qeydiyyatda olan digər şəxslər X12, Maraqlı şəxs2, Cavabdeh ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. «Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında» Azərbaycan Respublikası Qanunun 21.1-ci maddəsinə əsasən, məhkəmənin qərarı əsasında daşınmaz əmlaka hüquqlar ümumi əsaslarla dövlət qeydiyyatına alınır. Hüququn yaranması anı məhkəmə qərarı ilə müəyyən edilir. Məhkəmə iclasında müəyyən edildi ki, ünvan 5 ünvanda yerləşən 2 saylı mənzil 01.12.2019-cu il tarixdə vəfat etmiş Cavanşir Əliyevdən miras qalmışdır. İddiaçı mərhum atası Əliyev Cavanşir Məmməd oğlunun vəfatından sonra həmin miras mülkü istifadə və idarə etmişdir. İddiaçının miras əmlak üzərində sahiblik və istifadə hüquqları mövcud olsa da, sərəncam hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması onun əmlak hüquqlarının pozulmasına şərait yaratmışdır. Bu isə onun qanuni əsaslarla əldə etmiş olduğu əmlaka sərbəst sahiblik etmək hüquqlarını məhdudlaşdırır. Məhkəmə hesab edir ki, iddiaçı qanunla qorunan hüquqlarının həyata keçirilməsini, yəni əmlak üzərində mülkiyyət hüquqlarının tanınmasını tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, iddiaçı Əliyeva (Rzayeva) Aytəkin Cavanşir qızı 01.12.2019cu il tarixdə vəfat etmiş X5 qanun üzrə vərəsəsi tanınmalı, 01.12.2019-cu il tarixdə vəfat etmiş X3 miras qalmış ünvan 5 ünvanda yerləşən 2 saylı evin 1/4 hissəsinə iddiaçının vərəsəlik hüququ tanınmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Əliyeva (Rzayeva) Aytəkin Cavanşir qızı 01.12.2019-cu il tarixdə vəfat etmiş X5 qanun üzrə vərəsəsi tanınsın. 01.12.2019-cu il tarixdə vəfat etmiş X3 miras qalmış ünvan 5 ünvanda yerləşən 2 saylı miras evin 1/4 hissəsinə iddiaçı Əliyeva (Rzayeva) Aytəkin Cavanşir qızının vərəsəlik hüququ tanınsın. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-1519/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1519/2021
09.08.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver