Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-153/2022 19.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İlkin iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) İddiaçı1 və İddiaçı2, qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh1 nümayəndəsi olan vəkili Vəkil və vəkili X8 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Gəncə şəhəri 5 saylı notariat ofisinə qarşı vərəsəlik hüququnun tanınması və miras əmlakın bölünməsi barədə ilkin, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı1, İddiaçı2 və Gəncə şəhəri 5 saylı notariat ofisinə qarşı vərəsəlik hüququnun tanınması və miras əmlakın bölünməsi barədə qarşılıqlı iddia tələbləri üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında 19 aprel 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. X13 ilə İddiaçı1 arasında 06.07.2011-ci il tarixdə nikah bağlanmışdır (AZ-İ 657022 saylı şəhadətnamə).
2. X13 ilə İddiaçı1 birgə nikahından xx.xx.2002-ci il tarixdə İddiaçı2 doğulmuşdur (AZ-İ 748518 saylı şəhadətnamə).
3. X13 05.12.2020-ci il tarixdə durğunluq ürək çatmamazlığı səbəbindən vəfat etmişdir (AZ-İİ 140266 saylı şəhadətnamə).
4. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin 20.06.2007-ci il tarixli, 001853 qeydiyyat nömrəli Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair şəhadətnaməsi və 09.08.2007-ci il tarixli, 000606 qeydiyyat nömrəli Özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair şəhadətnaməsinə əsasən Gəncə şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda yerləşən əmlak kompleksi (0,1852 ha torpaq sahəsində yerləşən tikili “A”-da 105,8 kv.m yardımçı bina, tikili “B”-də 594,3 kv.m avtomobil boksları) X9 və X6 adlarına qeydiyyata alınmışdır və onlara 18.04.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. 2 saylı notariat kontorunun 25.04.2014-cü il tarixli, 3M-1-131 saylı əmlakın bölgü müqaviləsinə əsasən 0,061 ha torpaq sahəsi və tikili “B”-də 594,3 kv.m ümumi sahəli tikilinin 233,37 kv.m hissəsi Hacıyev VüqarTaryel oğlunun, 0,1242 ha torpaq sahəsi və tikili “A”-da 105,8 kv.m ümumi sahəli tikili, tikili “B”-də 594,3 kv.m ümumi sahəli tikilinin 360,93 kv.m hissəsi X6 mülkiyyətinə verilmişdir. Bu əmlak kompleksinə X9 (tikili “B”-də 233,37 kv.m və 0,061 ha torpaq sahəsi) adına 02.05.2014-cü il tarixli, ********** və X6 (tikili “A”, tikili “B”-də 360,93 kv.m və 0,1242 ha torpaq sahəsi) adına 02.05.2014-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. 2 saylı notariat kontorunun 06.05.2014-cü il tarixli, 4Ə-1-125 saylı bəxşeyiş müqaviləsinə əsasən X14 mülkdə olan payını X10 bağışlamışdır. Bu əmlaka X7 (tikili “B”-də 233,37 kv.m və 0,061 ha torpaq sahəsi) adına 21.05.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə “Asan xidmət” mərkəzində notariat kontorunun 11.05.2017-ci il tarixli, 2V-280 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X7 bu əmlakda payı X4 adına keçmişdir. Bu mülkə X4 (tikili “B”-də 233,37 kv.m və 0,061 ha torpaq sahəsi) adına 18.05.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.
5. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX Seriyalı, ******* saylı çıxarışa əsasən Gəncə şəhəri, Nizami rayonu, Şəmkir yolu 4 ünvanında yerləşən əmlak kompleksi (Liter “A” - ümumi sahəsi 105,8 kv.m,tikintialtı sahəsi 128,5 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış binası – “Yardımçı bina”, Liter “B” - ümumi sahəsi 594,3 kv.m,tikintialtı sahəsi 663 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış binası – “Avtomobil boksları”) xüsusi mülkiyyət hüququ ilə tik. “B”-də 233,37 kv.m və 0,061 ha torpaq sahəsi X9, tik. “A”, “tik. “B”-də 360,93 kv.m və 0,1242 ha torpaq sahəsi isə X6 adına 02.05.2014-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.
6. “VAZ-21074” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı (2003-cü il buraxılışlı, parlaq ağ rəngli, ******* mühərrik nömrəli, XTA**********1775 Ban nömrəli) avtomobil 23.06.2003-cü il tarixdə, “Mercedes E230 minik” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı (1996-cı il buraxılışlı, gümüşü-tüstü metal rəngli, **********1143 mühərrik nömrəli, WDB2100371A243040 Ban nömrəli) avtomobil 05.02.2010-cu il tarixdə, “Kia Sorento” markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı (2011-ci il buraxılışlı, ağ mirvari rəngli, G4KEBH779426 mühərrik nömrəli, KNAKU811DC5246318 Ban nömrəli) avtomobil isə 22.07.2019-cu il tarixdə X6 adına qeydiyyata alınmışdır
7. Bank "xxxx" ASC ilə X13 arasında bağlanmış 16.07.2019-cu il tarixli, DEN- 00075-06/19A saylı kredit müqaviləsinə əsasən Bank sonuncuya illik 22% əlavə haqq ödəmək şərtilə 48 ay müddətinə 24.000 manat məbləğində kredit vermişdir. X6 Bank "xxxx" ASC-yə 05.12.2020-ci il tarixə kredit borcu cəmi 18.103,01 manat (18.014,93 manat əsas borc, 88,08 manat faiz borcu məbləğində olmuşdur. 16.03.2022-ci il tarixə cəmi borc 11.209,97 manat (10.958,64 manat əsas borc, 251,33 manat faiz borcu) təşkil edir. Həmin kredit borcundan 29.03.2022-ci il tarixdə əlavə olaraq 757 manat da ödəniş edilmişdir.
8. X13 27.02.2020-ci il tarixli kredit razılaşması əsasında "xxxx" QSC-dən 18 ay müddətinə, illik faiz dərəcəsi 27% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1.500 manat məbləğində kredit götürmüşdür. 05.12.2020-ci il tarixdən sonra növbəti ödəniş günü 28.12.2020-ci il tarixi olmuşdur və həmin tarixdən 30.09.2021-ci il tarixədək 830,27 manat əsas kredit borcu ödənilmişdir. Müqavilə şərtlərinə əsasən faiz borcu kreditin qalıq məbləğinə hesablanır və aybaay ödənilir. Bu əsaslarla 28.12.2020-ci il tarixdən 30.09.2021-ci il tarixədək cəmi 998,28 manat məbləğində faiz borcu ödənilmişdir. Ümumi olaraq, 830,27 manat əsas kredit borcu və 98,28 manat məbləğində faiz borcu olmaqla, cəmi 928,55 manat olmaqla borc tam ödənilmişdir.
9. X6 "xxxx" KB ASC ilə bağladığı 01.09.2014-cü il tarixli, 6733tkGNDJ/14 saylı kredit müqaviləsinə əsasən ona 500 manat məbləğində, 13.09.2019-cu il tarixli, 1092micGNDJ/19 saylı kredit müqaviləsinə əsasən isə 3.000 manat məbləğində kredit verilmişdir. 6733tkGNDJ/14 saylı kredit müqaviləsi üzrə 05.12.2020-06.04.2022-ci il tarixləri aralığında 50,71 manat, 1092micGNDJ/19 saylı kredit müqaviləsi üzrə 05.12.2020-06.04.2022-ci il tarixləri aralığında 1.148,29 manat ödəniş edilmişdir. X6 6733tkGNDJ/14 saylı kredit müqaviləsi üzrə 06.04.2022-ci il tarixə 265,12 manat borcu qalmış, 1092micGNDJ/19 saylı kredit müqaviləsi üzrə isə 06.04.2022-ci il tarixə borcu qalmamışdır.
10. Cavabdeh2 tərəfindən İddiaçı1 07.06.2021-ci il tarixli, 544 saylı məktub ünvanlanaraq, onun 15.12.2020-ci il tarixdə notariat ofisinə etdiyi müraciəti ilə bağlı bildirilmişdir ki, X2 birinci nikahından olan qızı Cavabdeh1 ilə aralarında miras qalmış əmlakların bölgüsünə dair mübahisə olduğuna görə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır.
11. Cavabdeh2 tərəfindən Cavabdeh1 29.06.2021-ci il tarixli, 636 saylı məktub ünvanlanaraq, onun 15.01.2021-ci il tarixdə notariat ofisinə etdiyi müraciəti ilə bağlı bildirilmişdir ki, X2 ikinci nikahından olan arvadı İddiaçı1 oğlu və oğlu İddiaçı2 ilə aralarında miras qalmış əmlakların bölgüsünə dair mübahisə olduğuna görə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. Məhkəmədə icraat - iddia ərizəsi, qarşılıqlı iddia ərizəsi və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
12. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 05 dekabr 2020-ci il tarixdə ölümündən sonra miras qalmış Gəncə şəhəri, Nizami rayonu, Şəmkir yolu, 4 ünvanında yerləşən 0,1242 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 360,93 kv.m olan əmlak kompleksi, **-CG-*** dövlət nömrə nişanlı, “Mercedes Benz E230” minik markalı və **-HT-*** dövlət nömrə nişanlı, “Kia Sorento” minik markalı nəqliyyat vasitələri ilə həmin əmlakların 1/2 hissəsi üzərində onun mülkiyyət hüququnun, digər 1/2 hissəsi üzərində isə oğlu ilə onun vərəsəlik hüququnun tanınması, 41.343 manat borcun vərəsələr arasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 05 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra Gəncə şəhəri, Nizami rayonu, Şəmkir yolu 4 ünvanında yerləşən 0,1242 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 360,93 kv.m olan əmlak kompleksi, **-CG-*** dövlət nömrə nişanlı, “Mercedes Benz E230” minik markalı və **-HT-*** dövlət nömrə nişanlı, “Kia Sorento” minik markalı nəqliyyat vasitələri miras qalmışdır. O, 15 dekabr 2020-ci il tarixdə vərəsəliyin qəbul edilməsi üçün Gəncə şəhəri 5 saylı notariat kontoruna ərizə ilə müraciət etmişdir. Oğlu İddiaçı2 Gəncə şəhəri, Nizami rayonu, Şəmkir yolu 4 ünvanında yerləşən 0,1242 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 360,93 kv.m olan əmlak kompleksinin idarəçiliyini həyata keçirməklə, avtomaşınları idarə etməklə vərəsəliyi faktiki qəbul etmişdir. X2 müxtəlif banklara və şəxslərə borcu vardır. Belə ki, 16.07.2019-cu il tarixli, DEN-00075-06/19A saylı kredit müqaviləsinə əsasən Bank "xxxx" ASC-dən 48 ay müddətində aylıq 1,83% olmaqla 24.000 manat məbləğində, 13.09.2019-cu il tarixli, 1092micGNDJ/19 saylı kredit müqaviləsinə əsasən "xxxx" KB ASC-dən 24 ay müddətinə illik 28% olmaqla 3.000 manat məbləğində, 27.02.2020-ci il tarixli, 006A********** kredit müqailəsinə əsasən "xxxx" QSCdən 18 ay müddətinə aylıq 2,25% olmaqla, 1.500 manat məbləğində pulu kredit götürmüşdür. Bundan başqa, "xxxx" KB ASC-nin verdiyi “Albalı kart”a onun 700 manat borcu olmuşdur. Həmçinin, Gəncə şəhəri, Şəmkir yolu 4 ünvanında yerləşən obyektin 70%-i mərhum ərinin, 30%-i isə X12 mülkiyyətindədir. Həmin obyekt onunla birgə nikah dövründə əldə edildiyindən obyektin yarısı üzərində onun mülkiyyət hüququ vardır. Mərhum əri Hacıyev Elnurdan da 20.000 manat məbləğİndə pul borc almışdır. Həmin borc və digər kreditlər obyektin işlək vəziyyətə gətirilməsi üçün alınmış və obyektin təmiri üçün xərclənmişdir. Hazırda həmin kreditlər və borc onun tərəfindən ödənilir. Həmçinin, mərhum İlqar Xudayevin "xxxx" MMC-yə 403 manatlıq borcu və DSMF-yə borcu qalmışdır. O da onlar tərəfindən ödənilir. X22 ölən zaman onun Bank "xxxx" ASC-yə 18.160 manat, "xxxx" QSC-yə 830 manat, "xxxx" KB ASC-yə 1.450 manat, "xxxx" KB ASC-yə (“Albalı plus”) 500 manat, "xxxx" MMC-yə 403 manat, Elnur Hacıyevə 20.000 manat borcu qalmışdır.
14. İddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı1, İddiaçı2 və Gəncə şəhəri 5 saylı notariat ofisinə qarşı miras mülklərə vərəsəlik hüququnun tanınması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05.12.2020-ci il tarixdə vəfat etmiş X3ndan miras qalmış Gəncə şəhəri, Nizami rayonu, Şəmkir yolu 4 ünvanında yerləşən 0,1242 ha torpaq sahəsi və onun üzərində yerləşən 360,93 kv.m olan əmlak kompleksi, habelə **- CG-*** dövlət qeydiyyat nişanlı, 1996-cı il buraxılışlı, gümüşü tüstü metal rəngli, “Mercedes Benz E230” markalı minik, **-BS-*** dövlət qeydiyyat nişanlı, 2003-cü il buraxılışlı, ağ rəngli, “VAZ 21074” markalı minik avtomobilləri üzərində və mərhumdan qalmış 100.000 ABŞ dolları üzərində hər üç vərəsənin bərabər, yəni 1/3 hissədə paylarının tanınması, **-HT-*** dövlət qeydiyyat nişanlı, 2011-ci il buraxılışlı, ağ mirvari rəngli “Kia Sorento” markalı minik avtomobili isə birgə nikah dövründə əldə edildiyindən həmin avtomobilin 4/6 (yəni 2/3) hissəsi üzərində İddiaçı1, digər vərəsələr Cavabdeh1 və İddiaçı2 hər birinin payının 1/6 hissədə müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, X3 05.12.2020-ci il tarixdə vəfat etmişdir. İddiaçı mərhumun birinci nikahdan olan qızı, cavabdehlərdən İddiaçı1 mərhumun arvadı, digər cavabdeh İddiaçı2 isə mərhumun oğludur. Mərhum İ.Xudayevin vəfatından sonra onun miras əmlakları kimi Gəncə şəhəri, Nizami rayonu, Şəmkir yolu 4 ünvanında yerləşən 0,1242 ha torpaq sahəsi və onun üzərində yerləşən 360,93 kv.m olan əmlak kompleksi, **-CG-*** dövlət qeydiyyat nişanlı, 1996-cı il buraxılışlı, gümüşü tüstü metal rəngli, “Mercedes Benz E230” markalı minik, **-BS-*** dövlət qeydiyyat nişanlı, 2003-cü il buraxılışlı, ağ rəngli, “VAZ 21074” markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı, 2011-ci il buraxılışlı, ağ mirvari rəngli “Kia Sorento” markalı minik avtomobilləri qalmışdır. Mərhum vəfat etdikdən sonra hər üç vərəsə Cavabdeh2nə miras əmlaklara vərəsəlik şəhadətnamələrinin verilməsi ilə bağlı müraciət etməklə mirası qəbul etdiklərini şəksiz nümayiş etdirmişlər. Eyni zamanda mərhum İ.Xudayev vəfat etməmişdən qabaq qızı Xalidə və kürəkəni ilə danışmış və evdə özünə məxsus şəxsi 100.000 (bir yüz min) ABŞ dolları pulu olduğunu, eyni zamanda Abşeron rayonu, Xırdalan qəsəbəsi və Gəncə şəhərində yeni tikilmiş binalarda ona məxsus evlərin olduğunu bildirərək, ona bir şey olacağı təqdirdə arvadı və oğluna tapşırdığını və Bakı şəhərində olan evlə bərabər ona məxsus 100.000 (bir yüz min) ABŞ dolları puldan da 30.000 (otuz min) ABŞ dolları pulun ona veriləcəyini bildirmişdir. Lakin cavabdehlər iddiaçının atası vəfat etdikdən sonra bu barədə danışıqlar telefonda və vatsapda getsə də sonradan bundan imtina etmişlər.
16. İlkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 qarşılıqlı iddia ərizəsinə etiraz təqdim etmişlər.
17. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdeh tərəfindən verilən qarşılıqlı iddia ərizəsinin göstərilən miras əmlakın siyahısı ilə bağlı bir sıra ziddiyyətli və həqiqətə uyğun olmayan məqamlar var. Ona görə də hesab edirlər ki, bu məqamlar məhkəmə çəkişməsi zamanı müəyyənləşdirilib miras əmlakın dairəsi dəqiq müəyyənləşdirilməlidir. Belə ki, X2 vəfatından sonra İddiaçı1 ilə birgə nikah dövründə əldə etdikləri əmlaklar aşağıdakılardır: 1) Gəncə şəhəri, Nizami rayonu, Şəmkir yolu 4 ünvanında yerləşən 0,1242 ha torpaq sahəsi; 2) “Mercedes Benz E320” markalı (**-CG- ***) avtomobil; 3) “Kia Sorento” markalı (**-HT-***) avtomobil. Qarşılıqlı iddia ərizəsində qeyd edilən “VAZ 21074” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı minik avtomilindən isə iddiaçılar olaraq onların məlumatı yoxdur və hazırda da qeyd edilən avtomobil onların sahiblik və istifadəsində deyil. Bundan əlavə, qarşılıqlı iddia ərizəsində miras əmlak kimi göstərilən “Kia Sorento” markalı avtomobil miras qoyan X13 tərəfindən oğlu iş üzrə İddiaçı2 universitetə qəbul olması münasibəti ilə hədiyyə olaraq alınmışdır. Sadəcə avtomobil alınarkən oğlu İddiaçı2 18 yaşı tamam olmadığından avtomobili onun adına rəsmiləşdirmək qeyri-mümkün olmuşdur. Həmin ərəfələrdə də sağlamlıq problemləri olan miras qoyana sözügedən əmlakın övladının adına rəsmiləşdirilməsi məsələsinin müzakirə olunması onun özünü pis hiss edəcəyi səbəbindən aparılmamışdır. Bu hal da həyatın təbii axarı üçün normal haldır. Cavabdeh və onu təmsil edən vəkillə məhkəmə öncəsi barışıqla bağlı danışıqlar zamanı da cavabdeh həmin avtomobilin qardaşına hədiyyə olaraq verilməsini də etiraf etmişdir. Qarşılıqlı iddia ərizəsində qeyd edilən, 100.000 ABŞ dolları və evlər barəsində olan məlumatlar reallığa uyğun olmadığından bu barədə izah verilməsini də məqsədə müvafiq hesab etmirlər. X3 ilk arvadı X24 20.07.2000-ci il tarixdə nikahlarının ləğv edilməsi haqqında akt qeydləri kitabında qeyd edilərək onlara nikahın pozulması haqqında şəhadətnamə 25.08.2005-ci verilmişdir. xx xxxx 2002-ci il tarixində isə iş üzrə İddiaçı1 Tapdıq X2 övladları olan İddiaçı2 doğulmuşdur. 11.04.2006-cı il tarixində atalığın müəyyən edilməsi barədə şəhadətnamə ilə atalıq faktı təsdiq edilmişdir. İddiaçı1 ilə X2 nikahları 06.07.2007-ci il tarixdə bağlanmışdır. Qarşılıqlı iddia ərizəsində göstərilən bütün əmlaklar da həmin tarixdən sonrakı tarixdə birgə nikah dövründə əldə edilmişdir. Eyni zamanda cavabdeh qarşılıqlı iddia ərizəsində miras qoyanın aktivləri barəsində qeydlər aparsa da, passivləri barəsində olan faktlara toxunmamışdır. Miras bölgüsü zamanı miras qoyanın borcları və miras qoyanın öldüyü gündən bu günədək iddiaçılar tərəfindən ödənmiş borcların miras bölgüsü zamanı nəzərə alınması həll edilməsi zaman vacib məsələlərdəndir.
18. Məhkəmə kollegiyasının 11.04.2021-ci il tarixli iclasında qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh1 nümayəndəsi olan vəkili Vəkil iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı1 və qeyrilərinə qarşı miras mülklərə vərəsəlik hüququnun tanınması tələbinə dair verilən qarşılıqlı iddianın tam təmin edilməsi, eyni zamanda iddia həcminin artırılaraq, X2 05.12.2020-ci il tarixindən ölümündən sonra miras əmlak hesab olunan - Gəncə şəhəri, Nizami rayonu, Şəmkir yolu 4 ünvanında yerləşən 0,1242 ha torpaq sahəsində yerləşən 360,93 kv.m olan əmlak kompleksindən 2022-ci ilin aprel ayı daxil olmaqla ilkin iddiaçıların 16 ay ərzində, hər ay 750 manat olmaqla əldə etdikləri cəmi 12.000 manat pulun vərəsələr arasında qanuni formada, yəni hər bir vərəsənin 1/3 hissədə payının müəyyən edilməklə 4.000 manat pulun ilkin iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada alınaraq Cavabdeh1 verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Ərizə onunla əsaslandırılmışdır ki, 31.03.2022-ci il tarixində keçirilən növbəti məhkəmə baxışında onlara məlum olmuşdur ki, iş üzrə miras hesab olunan Gəncə şəhəri, Nizami rayonu, Şəmkir yolu 4 ünvanında 0,1242 ha torpaq sahəsində yerləşən 360,93 kv.m olan əmlak kompleksdə icarə müqavilələri əsasında fəaliyyət göstərən 12 (on iki) ədəd avtomobillərə müxtəlif növ texniki xidmət göstərən sexlər (bokslar), kafe, avtoyuma, avtodayanacaq və avtosalon fəaliyyət göstərir. Sözügedən kompleksdən mülki iş üzrə ilkin iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlər özləri də bildirdilər ki, X3ndan miras qalmış həmin kompleksdən onlar hər ay bütün xərclər çıxıldıqdan sonra xalis 750 manat gəlir əldə edirlər. Belə olan halda hesab edir ki, mülki iş üzrə miras paylar bölünərkən mərhum İ.Xudayev vəfat etdiyi tarixdən hazırkı tarixədək ilkin iddiaçıların əldə etdikləri həmin gəlir də (16 ayx750 manat=12.000 manat) vərəsələr arasında qanuni formada, yəni hər bir vərəsənin 1/3 hissədə payının müəyyən edilərək 4.000 manat ilkin iddiaçılar İddiaçı1 və İddiaçı2 alınaraq Cavabdeh1 verilməlidir.
20. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən iddia tələbini artırmağa əsas verən hal məhkəmə baxışında müəyyən edildiyi üçün həmin ərizəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən qəbul etmişdir.
21. İş üzrə qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş, iclasda nümayəndəsi olan vəkili Vəkil və vəkili X15 il təmsil edilmişdir. Həm ilkin, həm də qarşıqlı iddia üzrə cavabdeh olan Gəncə şəhəri 5 saylı notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
22. İlkin iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) İddiaçı1 və İddiaçı2 məhkəmə iclasında ilkin iddia tələbini tam müdafiə edərək, qarşılıqlı iddia tələbini isə qismən, yəni əmlak kompleksi və 2 ədəd avtomobillə bağlı hissədə qəbul edərək, ilkin iddia ərizəsi və qarşılıqlı iddia ərizəsinə dair etiraz ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, ilkin iddianın tam, qarşılıqlı iddianın isə qismən təmin edilməsini xahiş etdilər.
23. Qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh1 nümayəndəsi olan vəkili Vəkil və vəkili X15 məhkəmə iclasında qarşılıqlı iddia tələbini tam müdafiə edərək, ilkin iddia tələbini isə qismən, yəni miras aktivi ilə bağlı hissədə qəbul edərək, qarşılıqlı iddia ərizəsi və onun həcminin artırılmasına dair ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verərək, qarşılıqlı iddianın tam, ilkin iddianın isə qismən təmin edilməsini xahiş etdilər.
Tətbiq edilən hüquq:
24. Mülki Məcəllə Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1162. Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
25. “N.Rzazadə və R.Rzazadənin şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2017-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 11.12.2018-ci il tarixli Qərarı: Vərəsəlik hüququna əsasən, vərəsələrə ölən şəxsin miras əmlakı keçir. Miras əmlakın tərkibinə miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirası qəbul etmiş vərəsə miras qoyanın əmlak hüquqlarını əldə edir və onun vəzifələrinin icraçısı olur. Miras qoyanın vəzifələri dedikdə, onun kreditorlarının mənafelərinin təmin edilməsi başa düşülür.
26. Mülki Prosessual Məcəllə Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
27. Məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı iddia tələblər aşağıdakılara əsasən qismən təmin edilməlidir.
28. Məhkəmə iclasında müəyyən edildi ki, X6 05.12.2020-ci il tarixdə ölməsi ilə həmin gün miras açılmışdır. Miras qoyan Gəncə şəhərində yaşadığından mirasın açıldığı yer Gəncə şəhəridir. Miras əmlaka X6 öldüyü məqamadək malik olduğu əmlaklar - Gəncə şəhəri, Nizami rayonu, Şəmkir yolu 4 ünvanında yerləşən əmlak kompleksinin tik. “A”, “tik. “B”-də 360,93 kv.m və 0,1242 ha torpaq sahəsi hissəsi, “VAZ-21074” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Mercedes E230 minik” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobil, “Kia Sorento” markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissəsi, habelə Bank "xxxx" ASC, "xxxx" QSC və "xxxx" KB ASC-yə olan pul öhdəlikləri daxildir.
29. Məhkəmə qeyd edir ki, vərəsəlik hüququnun tanınması ilə əlaqədar mübahisələr zamanı həll olunmalı məsələlərdən birincisi mirasın kütləsinin düzgün müəyyən olunmasıdır. Mirasın kütləsi müəyyən olunduqdan sonrakı mərhələdə vərəsələrin dairəsi, vərəsələrin miras əmlakı qanunda nəzərdə tutulmuş müddətdə və qaydada, hansı üsulla qəbul edib-etməməsi araşdırılmalıdır.
30. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Lakin hazırkı iş üzrə miras qoyan X6 vəsiyyətnamə qoyması müəyyən edilməmişdir. Ona görə də, ondan miras qalmış əmlakın vəsiyyət üzrə keçməsi halı müəyyən edilmədiyindən miras qanun üzrə vərəsələrə keçmişdir. Miras qoyanın öldüyü məqamda sağ olmuş arvadı İddiaçı1, övladları Cavabdeh1 (birinci nikahında olan qızı) və İddiaçı2 onun qanun üzrə birinci növbə vərəsələridir (cəmi 3 vərəsə).
31. Vərəsələr tərəfindən mirasın qəbul edilib-edilməməsi məsələsinə gəlincə məhkəmə qeyd edir ki, miras əmlak iki üsulla qəbul edilir: formal və faktiki qəbul. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.
32. Vərəsələrdan İddiaçı1 15.12.2020-ci il tarixdə, Cavabdeh1 15.01.2021-ci il tarixdə, yəni hər ikisi qanunda nəzərdə tutulmuş müddət ərzində notariat ofisinə müraciət etməklə, miras əmlakları rəsmi qaydada, digər vərəsə İddiaçı2 isə miras qoyanın ölümündən sonra əmlak kompleksini və “Mercedes E230 minik” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilə sahiblik və idarəçiliyi həyata keçirməklə, faktiki qaydada qəbul etmişdir. Lakin vərəsələr arasında mirasın bölünməsi ilə bağlı mübahisə olduğundan notariat ofisi onlara vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmişdir.
33. İlkin İddiaçı1 miras aktivinə daxil olan əmlaklardan Gəncə şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda yerləşən əmlak kompleksinin tikili “A”, tikili “B”-də 360,93 kv.m və 0,1242 ha torpaq sahəsinin, “Mercedes E230 minik” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin və “Kia Sorento” markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobilin X3 ilə onun birgə nikah dövründə əldə edildiyini göstərməklə, həmin əmlakların 1/2 hissəsi üzərində onun mülkiyyət hüququnun, qalan 1/2 hissəsi üzərində isə oğlu ilə onun vərəsəlik hüquqlarının tanınmasını xahiş etmişdir. Həmçinin, qarşılıqlı iddiaya etiraz ərizəsində göstərmişdir ki, X3 ilk arvadı X24 20.07.2000-ci il tarixdə nikahlarının ləğv edilməsi haqqında akt qeydləri kitabında qeyd edilərək onlara nikahın pozulması haqqında şəhadətnamə 25.08.2005-ci verilmişdir. xx xxxx 2002-ci il tarixində isə iş üzrə İddiaçı1 Tapdıq X2 övladları olan İddiaçı2 doğulmuşdur. 11.04.2006-cı il tarixində atalığın müəyyən edilməsi barədə şəhadətnamə ilə atalıq faktı təsdiq edilmişdir. İddiaçı1 ilə X2 nikahları 06.07.2007-ci il tarixdə bağlanmışdır. Qarşılıqlı iddia ərizəsində göstərilən bütün əmlaklar da həmin tarixdən sonrakı tarixdə birgə nikah dövründə əldə edilmişdir.
34. Bununla bağlı məhkəmə qeyd edir ki, nikahın bağlanması barədə AZ-İ 657022 saylı şəhadətnamədə X13 ilə İddiaçı1 arasında nikahın 06.07.2007-ci il tarixdə bağladığı qeyd edilmiş, ardınca isə bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2011-ci ilin 07 ayının 06 günündə 422 nömrə ilə qeyd edildiyi göstərilmişdir. Həmçinin, şəhadətnamə 06.07.2011-ci il tarixdə verilmişdir.
35. Şəhadətnamədəki həmin ziddiyyətin aydınlaşdırılması məqsədilə qeydiyyat şöbəsinə sorğu edilmiş və alınmış cavablardan məlum olmuşdur ki, Gəncə şəhəri Nizami rayon qeydiyyat şöbəsinin 08.09.2021-ci il tarixdə verdiyi nikah haqqında arayışda X13 ilə İddiaçı1 arasında nikah haqqında 06.07.2011-ci il tarixdə 422 saylı akt qeydi tərtib olunmuşdur.
36. Yəni, müəyyən edildiyi kimi, AZ-İ 657022 saylı şəhadətnamədə X13 ilə İddiaçı1 arasında nikahın 06.07.2007-ci il tarixdə bağlanması barədə qeyd texniki səhv olaraq qeyd edilmiş, əslində X13 ilə İddiaçı1 arasında nikah 06.07.2011-ci il tarixdə bağlanmış və həmin tarixdə akt qeydləri kitabında qeydə alınmışdır.
37. Bu isə o deməkdir ki, miras aktivinə daxil olan əmlaklardan yalnız “Kia Sorento” markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı (2011-ci il buraxılışlı, ağ mirvari rəngli, G4KEBH779426 mühərrik nömrəli, KNAKU811DC5246318 Ban nömrəli) avtomobil isə 22.07.2019-cu il tarixdə X6 adına qeydiyyata alındığından həmin avtomobil sonuncu ilə İddiaçı1 birgə nikahı dörvündə əldə edilmiş əmlak olmuşdur. Bu səbəbdən həmin avtomobilin 1/2 hissəsi İddiaçı1 mülkiyyəti olmuş, digər 1/2 hissəsi X6 mülkiyyəti olduğundan onun ölümü ilə həmin hissəyə miras açılmışdır. Ona görə də, “Kia Sorento” markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobilin (2011-ci il buraxılışlı, ağ mirvari rəngli, G4KEBH779426 mühərrik nömrəli, KNAKU811DC5246318 Ban nömrəli) mirasa daxil olan 1/2 hissəsində hər üç vərəsə bərabər hissədə (hər biri 1/2 hissənin 1/3 hissəsində) pay almalı, nəticədə 4/6 hissədə İddiaçı1, 1/6 hissədə İddiaçı2, 1/6 hissədə Cavabdeh1 qanun üzrə vərəsəlik payları müəyyən edilməlidir.
38. Digər iki avtomobil birgə nikahdan əvvəl X13 tərəfindən əldə edildiyi üçün onlara tam şəkildə miras açılmış və “VAZ-21074” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı (2003-cü il buraxılışlı, parlaq ağ rəngli, ******* mühərrik nömrəli, XTA**********1775 Ban nömrəli) avtomobil (23.06.2003-cü il tarixdə alınmışdır) və “Mercedes E230 minik” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı (1996-cı il buraxılışlı, gümüşü-tüstü metal rəngli, **********1143 mühərrik nömrəli, WDB2100371A243040 Ban nömrəli) avtomobilin (05.02.2010-cu il tarixdə alınmışdır) 1/3 hissəsində İddiaçı1, 1/3 hissəsində İddiaçı2, 1/3 hissəsində Cavabdeh1 qanun üzrə vərəsəlik payları müəyyən edilməlidir.
39. Gəncə şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda yerləşən əmlak kompleksi (0,1852 ha torpaq sahəsində yerləşən tikili “A”-da 105,8 kv.m yardımçı bina, tikili “B”-də 594,3 kv.m avtomobil boksları) ilə bağlı məhkəmə qeyd edir ki, sözügedən daşınmaz əmlak Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin 20.06.2007-ci il tarixli, 001853 qeydiyyat nömrəli Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair şəhadətnaməsi və 09.08.2007-ci il tarixli, 000606 qeydiyyat nömrəli Özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair şəhadətnaməsinə əsasən X9 və X13 tərəfindən əldə edilmişdir. Yəni, həmin əmlakın və yerləşdiyi torpaq sahəsinin dəyəri birgə nikahdan əvvəlki dövrdə X13 və X14 tərəfindən ödənilmişdir, lakin sözügedən əmlak sonuncların adına 18.04.2014-cü il tarixdə qeydiyyata alınmış və onlara ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. 2 saylı notariat kontorunun 25.04.2014-cü il tarixli, 3M-1-131 saylı əmlakın bölgü müqaviləsinə əsasən 0,061 ha torpaq sahəsi və tikili “B”-də 594,3 kv.m ümumi sahəli tikilinin 233,37 kv.m hissəsi Hacıyev VüqarTaryel oğlunun, 0,1242 ha torpaq sahəsi və tikili “A”-da 105,8 kv.m ümumi sahəli tikili, tikili “B”-də 594,3 kv.m ümumi sahəli tikilinin 360,93 kv.m hissəsi X6 mülkiyyətinə verilmişdir. Bu əmlak kompleksinə X9 (tikili “B”-də 233,37 kv.m və 0,061 ha torpaq sahəsi) adına 02.05.2014-cü il tarixli, ********** və X6 (tikili “A”, tikili “B”-də 360,93 kv.m və 0,1242 ha torpaq sahəsi) adına 02.05.2014-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.
40. Qanunvericiliyə əsasən, əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak sayılması üçün iki şərt ödənilməlidir: 1) birgə nikah dövründə əldə edilməli; 2) ailənin birgə təsərrüfatının nəticəsi olaraq, yəni birgə vəsaitlə əldə edilməlidir. Hazırkı iş materiallarından göründüyü kimi, əmlak kompleksinin dəyəri İlqar Xudayev tərəfindən İddiaçı1 ilə nikaha daxil olmazdan əvvəl ödənilməklə, əmlak əldə edilmiş, yalnız birgə nikahda olduqları vaxt dövlət qeydiyyatına alınmışdır. Bu səbəbdən həmin əmlakın X11 məxsus hissəsi üzərində ər-arvadın əmlakının qanuni rejimi yaranmamış, sonuncu əmlaka təkbaşına mülkiyyət hüququ əldə etmişdir. Ona görə də, Gəncə şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda yerləşən tikili “A”, tikili “B”-də 360,93 kv.m və 0,1242 ha torpaq sahəsindən ibarət əmlak kompleksinin 1/3 hissəsində İddiaçı1, 1/3 hissəsində İddiaçı2, 1/3 hissəsində Cavabdeh1 qanun üzrə vərəsəlik payları müəyyən edilməlidir.
41. İlkin iddiaçılar X22 ölən zaman onun Bank "xxxx" ASC-yə 18.160 manat, "xxxx" QSC-yə 830 manat, "xxxx" KB ASC-yə 1.450 manat, "xxxx" KB ASC-yə (“Albalı plus”) 500 manat, "xxxx" MMC-yə 403 manat, Elnur Hacıyevə 20.000 manat borcunun qaldığını göstərməklə, 41.343 manat borcun vərəsələr arasında bölünməsini xahiş etmişlər.
42. Məhkəmə həmin dəlillərlə qismən razılaşır və qeyd edir ki, X6 05.12.2020-ci il tarixdə ölümü ilə miras aktivləri ilə yanaşı, pul öhdəlikləri də vərəsələrə miras keçmişdir. Belə ki, Bank "xxxx" ASC ilə X13 arasında bağlanmış 16.07.2019-cu il tarixli, DEN-00075- 06/19A saylı kredit müqaviləsinə əsasən Bank sonuncuya illik 22% əlavə haqq ödəmək şərtilə 48 ay müddətinə 24.000 manat məbləğində kredit vermişdir. X13 27.02.2020-ci il tarixli kredit razılaşması əsasında "xxxx" QSC-dən 18 ay müddətinə, illik faiz dərəcəsi 27% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1.500 manat məbləğində kredit götürmüşdür. X6 "xxxx" KB ASC ilə bağladığı 01.09.2014-cü il tarixli, 6733tkGNDJ/14 saylı kredit müqaviləsinə əsasən ona 500 manat məbləğində, 13.09.2019-cu il tarixli, 1092micGNDJ/19 saylı kredit müqaviləsinə əsasən isə 3.000 manat məbləğində kredit verilmişdir.
43. Göstərilən kreditlər üzrə X1 Banklara ödənişlər etmiş, onun 05.12.2020-ci il tarixdə ölümündən sonra arvadı İddiaçı1 ödənişləri həyata keçirmişdir. Banklardan sorğular edilərək, alınmış cavablarla müəyyən edilmişdir ki, X6 Bank "xxxx" ASC-yə 05.12.2020-ci il tarixə kredit borcu cəmi 18.103,01 manat (18.014,93 manat əsas borc, 88,08 manat faiz borcu məbləğində olmuşdur. 16.03.2022-ci il tarixə cəmi borc 11.209,97 manat (10.958,64 manat əsas borc, 251,33 manat faiz borcu) təşkil edir. Həmin kredit borcundan 29.03.2022-ci il tarixdə əlavə olaraq 757 manat da ödəniş edilmiş və İddiaçı1 tərəfindən həmin qəbz məhkəməyə təqdim edilmişdir. X6 "xxxx" QSC-yə olan kredit borcu üzrə 28.12.2020-ci il tarixdən (05.12.2020-ci il tarixdən sonrakı ödəniş vaxtı) 30.09.2021-ci il tarixədək cəmi 998,28 manat məbləğində faiz borcu ödənilmişdir. Ümumi olaraq, 830,27 manat əsas kredit borcu və 98,28 manat məbləğində faiz borcu olmaqla, cəmi 928,55 manat olmaqla borc tam ödənilmişdir və hazırda heç bir borcu yoxdur. X6 "xxxx" KB ASC ilə bağladığı 6733tkGNDJ/14 saylı kredit müqaviləsi üzrə 05.12.2020-06.04.2022-ci il tarixləri aralığında 50,71 manat, 1092micGNDJ/19 saylı kredit müqaviləsi üzrə 05.12.2020-06.04.2022-ci il tarixləri aralığında 1.148,29 manat ödəniş edilmişdir. X6 6733tkGNDJ/14 saylı kredit müqaviləsi üzrə 06.04.2022-ci il tarixə 265,12 manat borcu qalmış, 1092micGNDJ/19 saylı kredit müqaviləsi üzrə isə 06.04.2022-ci il tarixə borcu qalmamışdır.
44. Göründüyü kimi, X6 05.12.2020-ci il tarixdə vəfatından sonra onun götürdüyü kreditlər üzrə İddiaçı1 tərəfindən "xxxx" ASC-yə 7.650,04 manat, "xxxx" QSC-yə 928,55 manat, "xxxx" KB ASC-yə 6733tkGNDJ/14 saylı kredit müqaviləsi üzrə 50,71 manat, 1092micGNDJ/19 saylı kredit müqaviləsi üzrə 1.148,29 manat, cəmi 9.777,59 manat məbləğində pul ödənilmişdir ki, həmin məbləğ də X6 borcu olduğundan bu öhdəlik vərəsələr arasında onların payına uyğun olaraq 1/3 hissədə bölünməli, 3.259,20 manat məbləğində pul İddiaçı2, 3.259,20 manat məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı1 ödənilməlidir.
45. Kreditlərin ödənilməmiş yerdə qalan hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin hissədə ilkin tələb təmin edilməməlidir. Həmin borcu vərəsələr öz aralarında razılaşıb ödəniş edə bilərlər və ya bu mümkün olmayacağı halda isə mərhumun kreditorlarının onlara qarşı tələblərində mirasdan aldıqları pay həcmində məsuliyyət daşıyacaqlar.
46. İlkin iddiaçılar X6 "xxxx" MMC-yə 403 manat, Elnur Hacıyevə 20.000 manat borcunun qaldığını göstərsələr də, bununla bağlı mötəbər sübut növlərini təqdim etməmişlər.
47. Eyni zamanda, qarşılıqlı iddiaçı da mərhumdan 100.000 ABŞ dolları məbləğində pulun miras qaldığını, habelə Gəncə şəhəri, Nizami rayonu, Şəmkir yolu 4 ünvanında 0,1242 ha torpaq sahəsində yerləşən 360,93 kv.m olan əmlak kompleksdə icarə müqavilələri əsasında 12 (on iki) ədəd avtomobillərə müxtəlif növ texniki xidmət göstərən sexlər (bokslar), kafe, avtoyuma, avtodayanacaq və avtosalonun fəaliyyət göstərdiyini, qarşılıqlı iddia üzrə cavabdehlərin bütün xərclər çıxıldıqdan sonra xalis 750 manat gəlir əldə etdiklərini iddia etsə də, bununla bağlı heç bir sübut növü təqdim etməmişdir.
48. Halbuki, mülki prosessual qanunvericiliyin başlıca prinsiplərindən olan çəkişmə prinsipi hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını isə Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz (istisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir)... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür.
49. Göründüyü kimi, ilkin və qarşılıqlı iddiaçılar tələblərində istinad etdiyi halların mövcudluğunu, yəni X6 "xxxx" MMC-yə 403 manat, Elnur Hacıyevə 20.000 manat borcunun qalmasını, habelə ondan 100.000 ABŞ dolları məbləğində pulun miras qalmasını, həmçinin, Gəncə şəhəri, Nizami rayonu, Şəmkir yolu 4 ünvanında 0,1242 ha torpaq sahəsində yerləşən 360,93 kv.m olan əmlak kompleksdə 12 (on iki) ədəd avtomobillərə müxtəlif növ texniki xidmət göstərən sexlər (bokslar), kafe, avtoyuma, avtodayanacaq və avtosalonun icarəyə verilməsi barədə müqavilələri, qarşılıqlı iddia üzrə cavabdehlərin bütün xərclər çıxıldıqdan sonra xalis 750 manat gəlir əldə etmələrini sübuta yetirən hər hansı sübut növü təqdim etməmişlər. Ona görə də, ilkin və qarşılıqlı iddia tələbləri həmin hissələrdə təmin edilməməlidir.
50. Məhkəmə hesab edir ki, həm ilkin iddia, həm qarşılıqlı iddia qismən təmin edildiyi üçün müvafiq olaraq ödənilmiş dövlət rüsumları onların özlərinə aid edilməlidir.
51. Bundan başqa, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 10.09.2021-ci il tarixli, 2(044)-2424/2021 saylı qərardadı ilə “VAZ-21074” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı və “Mercedes E230 minik” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuş, həmin qərardad Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19.11.2021-ci il tarixli, 2(104)-4089/2021 saylı qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır.
52. Ona görə də, “VAZ-21074” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı və “Mercedes E230 minik” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobillərə münasibətdə ilkin və qarşılıqlı iddialar təmin edildiyindən Azərbaycan Respublikası MPMnin 162.4-cü maddəsinə müvafiq olaraq, həmin avtomobillərin üzərinə qoyulmuş həbs növündə müvəqqəti təmin tədbiri hazırkı məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayacaqdır.
53. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 213- 214, 216-220 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
İlkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilsin. İddiaçı1, İddiaçı2 və Cavabdeh1 05.12.2020-ci il tarixdə vəfat etmiş X6 qanun üzrə vərəsələri tanınsın. X5 miras qalmış Gəncə şəhəri, Nizami rayonu, Şəmkir yolu 4 ünvanında yerləşən, tikili “A”, tikili “B”-də 360,93 kv.m və 0,1242 ha torpaq sahəsindən ibarət əmlak kompleksi, “VAZ-21074” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı (2003-cü il buraxılışlı, parlaq ağ rəngli, ******* mühərrik nömrəli, XTA**********1775 Ban nömrəli), “Mercedes E230” minik markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı (1996-cı il buraxılışlı, gümüşü-tüstü metal rəngli, **********1143 mühərrik nömrəli, WDB2100371A243040 Ban nömrəli) və “Kia Sorento” markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı (2011-ci il buraxılışlı, ağ mirvari rəngli, G4KEBH779426 mühərrik nömrəli, KNAKU811DC5246318 Ban nömrəli) avtomobillərin İddiaçı1, İddiaçı2 və Cavabdeh1 tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Gəncə şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda yerləşən tikili “A”, tikili “B”-də 360,93 kv.m və 0,1242 ha torpaq sahəsindən ibarət əmlak kompleksi, “VAZ-21074” markalı, **- BS-*** dövlət qeydiyyat nişanlı (2003-cü il buraxılışlı, parlaq ağ rəngli, ******* mühərrik nömrəli, XTA**********1775 Ban nömrəli) və “Mercedes E230 minik” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı (1996-cı il buraxılışlı, gümüşü-tüstü metal rəngli, **********1143 mühərrik nömrəli, WDB2100371A243040 Ban nömrəli) avtomobillərin 1/3 hissəsində İddiaçı1, 1/3 hissəsində İddiaçı2, 1/3 hissəsində Cavabdeh1, “Kia Sorento” markalı, **-HT- *** dövlət qeydiyyat nişanlı (2011-ci il buraxılışlı, ağ mirvari rəngli, G4KEBH779426 mühərrik nömrəli, KNAKU811DC5246318 Ban nömrəli) avtomobilin isə 4/6 hissəsində İddiaçı1,1/6 hissəsində İddiaçı2, 1/6 hissəsində Cavabdeh1 qanun üzrə vərəsəlik payları müəyyən edilsin. X6 05.12.2020-ci il tarixdə vəfatından sonra onun götürdüyü kreditlər üzrə İddiaçı1 tərəfindən "xxxx" ASC-yə ödənilmiş 7.650,04 (yeddi min altı yüz əlli manat dörd qəpik) manat, "xxxx" QSC-yə ödənilmiş 928,55 (doqquz yüz iyirmi səkkiz manat əlli beş qəpik) manat, "xxxx" KB ASC-yə 6733tkGNDJ/14 saylı kredit müqaviləsi üzrə ödənilmiş 50,71 (əlli manat yetmiş bir qəpik) manat, 1092micGNDJ/19 saylı kredit müqaviləsi üzrə ödənilmiş 1.148,29 (bir min bir yüz qırx səkkiz manat iyirmi doqquz qəpik) manat, cəmi 9.777,59 (doqquz min yeddi yüz yetmiş yeddi manat əlli doqquz qəpik) manat məbləğində pul öhdəliyi vərəsələr arasında onların payına uyğun olaraq 1/3 hissədə bölünsün. 3.259,20 (üç min iki yüz əlli doqquz manat iyirmi qəpik) manat məbləğində pul İddiaçı2, 3.259,20 (üç min iki yüz əlli doqquz manat iyirmi qəpik) manat məbləğində pul Cavabdeh1 tutularaq, İddiaçı1 ödənilsin. İlkin və qarşılıqlı iddia tələbləri qalan hissədə təmin edilməsin. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 10.09.2021-ci il tarixli, 2(044)-2424/2021 saylı qərardadı ilə “VAZ-21074” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı və “Mercedes E230 minik” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbs hazırkı məhkəmə aktının icrasına qədər öz qüvvəsində saxlanılsın. Qətnamədən bir ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Gündüz Şirinov