Məhkəmə qərarları › İş №2(044)-1621/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-1621/2021

24.05.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-1621/2021 24.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh, Gəncə şəhər 1 saylı notariat kontorunun notoriusu X3, Maraqlı şəxs2 və Maraqlı şəxs3 qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı vərəsəlik hüququnun tanınması tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhər 1 saylı notariat kontoru tərəfindən tərtib edilmiş 25.06.2018-ci il tarixli 2v-1-91 reyestrdə qeydə alınmış mərhum əri X6 tərəfindən aldadılaraq imza etdirilmiş vəsiyyətnamənin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi X4 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın təmin edilməməsini, qarşılıqlı iddianın təmin edilməsi və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində mərhum X2 adına açıq saxlanılmış ¼ hissə paya Cavabdeh vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında ərizə verərək Cavabdeh və digərlərinə qarşı qaldırdığı iddia ərizəsinin baxılmamış saxlanmasını və sənədlərin geri qaytarılmasın xahiş etmiş, həmçinin qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanmasına etiraz etmədiyi bildirmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi ərizə verərək mülki iş üzrə ilkin iddianın baxılmamış saxlanmasına etiraz etmədiyini, həmçinin qarşılıqlı iddianın baxılmamış saxlanmasını və təqdim edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçının və cavabdehin nümayəndəsinin xahişi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı ilkin iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etdiyindən və cavabdehlər işə mahiyyəti üzrə baxılmasına təkid etmədiyindən və cavabdehin nümayəndəsi qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etdiyindən və iddiaçı işə mahiyyəti üzrə baxılmasını təkid etmədiyindən iddia ərizələri baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 267-268-ci maddələrini rəbhər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı və Cavabdeh nümayəndəsi X1 ərizələri təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh, Gəncə şəhər 1 saylı notariat kontorunun notoriusu X3, Maraqlı şəxs2 və Maraqlı şəxs3 qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı vərəsəlik hüququnun tanınması tələbinə dair qarşılıqlı iddia ərizələri baxılmamış saxlanılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar