Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-1625/2022 25.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi ilə, İddiaçı cavabdehlər Hərrac Mərkəzi "xxxx" MMC-nə, "xxxx" ASC-nə və Cavabdeh1nə qarşı “protokolun etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və evin ilkin hüquqi vəziyyətə qaytarılması” tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Hərrac Mərkəzi "xxxx" MMC-ti ilə "xxxx" ASC arasında bağlanmış 29 iyun 2018-ci il tarixli, N 48/02-1 saylı protokolun etibarsız hesab edilməsi, həmin əmlakla bağlı çıxarışın ləğv edilməsi və evin ilkin hüquqi vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2-ci maddəsinə əsasən ərizədə ərizənin verildiyi məhkəmənin adı, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat, ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilmələdir. İddiaçı cavabdeh Hərrac Mərkəzi "xxxx" MMC-ti və "xxxx" ASC-ti ilə birlikdə Cavabdeh1 də cavabdeh qismində göstərərək, hərracın yekunları barədə 29 iyun 2018-ci il tarixli, N 48/02-1 saylı protokolun etibarsız hesab edilməsini tələb etsə də, Cavabdeh1 cavabdeh hesab edilə bilməz. Çünki iddia ərizəsinə əlavə edilmiş 29 iyun 2018-ci il tarixli, N 48/02-1 saylı hərracın yekunları barədə protokolun surətindən görünür ki, iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən əmlak ipoteka saxlayan tərəfindən əldə edimişdir və hazırkı tələb yalnız Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-ti qarşı yönəlmişdir. Cavabdeh “Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin ünvanı isə Bakı şəhəri Nərimanov rayonunun inzibati ərazisidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. - 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. - 152.1, 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. -152.1.3. əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nə, "xxxx" ASC-nə və Cavabdeh1nə qarşı “protokolun etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və evin ilkin hüquqi vəziyyətə qaytarılması” tələbi barədə ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-1625/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-1625/2022
25.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver