Məhkəmə qərarları › İş №2(044)-167/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-167/2021

19.10.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-167/2021 19.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «tikilinin sökülməsi və qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinə qaytarılması» tələbinə dair və iddiaçı Cavabdeh İddiaçı qarşı “maneənin aradan qaldırılması və qapının hörülməsi” tələbinə dair iddialar üzrə mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «tikilinin sökülməsi və qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinə qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinintəmin edilməsi, ünvan 3 ünvanda yerləşən yaşayış evinin ümumi istifadədə olan hissəsində Cavabdeh tərəfindən quraşdırılmış bütün tikili və avadanlıqların onun tərəfindən və maliyyə vəsaiti hesabına sökülməsi, həmin qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinə qaytarılması öhdəliyinin qoyulması və həmin qeyri-yaşayış sahəsindən birgə istifadə aydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı “maneənin aradan qaldırılması və qapının hörülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus 07.06.2014-cü il tarixli seriya RX ******* saylı çıxarış üzrə mülkiyyətində olan ünvan 3 binanın 2 saylı fərdi yaşayış evinə olan maneənin aradan qaldırılımasına və onun istifadəsində olan dəhlizə açılan qapının hörülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Gəncə Dövlət Tikinti və Arxitektura komitəsi X2 və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 16.11.2001-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən ünvan 3 ünvanda yerləşən 30.4 kv.m sahədən ibarət 1 otaqlı yaşayış evi mülkiyyət hüququ əsasında ona məxsusdur və həmin evin girişində olan qeyri-yaşayış sahəsi Cavabdeh ilə onun ümumi istifadəsindədir. Lakin cavabdeh onun icazəsi və razılığı olmadan ümumi istifadələrində olan qeyri-yaşayış sahəsində yay mətbəxi kimi istifadə oluna biləcək qeyri-qanuni tikili inşa etmiş, əl-üzyüyan quraşdırmış və digər işlər görmüşdür. Beləliklə birgə istifadədə olan həmin qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən qeyri-qanuni olaraq zəbt edilmiş və onun öz mənzilinə giriş-çıxışı əhəmiyyətli dərəcədə məhdudlaşdırılmışdır ki, bu da onun Konstitusiya və qanunla qorunana hüquqlarına bir başa ziddir. O, dəfələrlə iradını bildirməsinə baxmayaraq cavabdeh onu eşitməmiş və qanunsuz əməlini davam etdirmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, onlar hazırkı mübahisəni öz aralarında həll etmək niyyətindədirlər. Məhkəmədən iddia tələblərinin qanunauyğun həll olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı Cavabdeh iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, İddiaçı ilə ünvan 3 ünvanda qonşudur və hazırda cavabdeh onun mülkiyyətində olan ünvan 1 ünvanın qarşısında onun istifadəsində olan dəhlizin yan tərəfindən qanunsuz olaraq qapı açmışdır. Dəfələrlə cavabdehə qapını bağlamasını bildirsə də onun iradlarına məhəl qoymayaraq öz əməllərinə davam etmişdir. Bu səbəbdən də ona yaradılmış maneənin aradan qaldırılmasına və onun istifadəsində olan dəhlizə açılan qapının hörülməsi zəruridir. İddiaçı Cavabdeh məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələblərinin qanunauyğun həll olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, iddia tələbləri təmin edilməməlidir. Belə ki, 16.01.2001-ci il tarixli 14566 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 3 ünvanBayramova Nahidə Fərhad qızının adınadır. 25.12.1985-ci il tarixdə Xanlar rayon VVAQ şöbəsi tərəfindən verilmiş boşanma haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X1 nikahları 02 fevral 1984-cü il tarixdə 10 saylı akt qeydi ilə pozulmuş, qadına Zeynalova soyadı verilmişdir. 07.06.2014-cü il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 3 evin 2 saylı mənzili Cavabdeh adına qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15.02.2021-ci il tarixli 10/2738 saylı rəyindən görünür ki, ünvan 3 ünvanda yerləşən İddiaçı istifadəsində olan yaşayış sahəsinin faktiki vəziyyəti, yəni planlı yerləşməsi (quruluşu), tikililərin sayyı, ölçüləri və digər texniki parametrləri texniki pasport göstəricilərinə uyğun olduğunu nəzərə alaraq, Cavabdeh tərəfindən İddiaçı istifadəsində olan sahəyə müdaxilə olunmamışdır. ünvan 3 evin 2 saylı mənzili Cavabdeh istifadəsində olan yaşayış sahəsinin faktiki vəziyyəti, yəni planlı yerləşməsi (quruluşu), tikililərin sayyı, ölçüləri və digər texniki parametrləri texniki pasport göstəricilərinə uyğun olduğunu nəzərə alaraq, İddiaçı tərəfindən Cavabdeh istifadəsində olan shəyə müdaxilə olunmamışdır. Cavabdeh tərəfindən aparılmış tikinti işlərinə dair hər-hansı icazə sənədləri olmadığı üçün, həmin tikinti işləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinbin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1 və 4.2 bəndlərinin yələblərinə uyğun inşa olunmadığı müəyyən edilmişdir. Lakin əl-üz yuyanın qanuna uyğun quraşdırılıb - quraşdırılmaması normativ aktlara tənzimlənmədiyi, Cavabdeh istifadəsində olan ünvan 2 ünvanın qarşısında olan dəhlizin yan tərəfindən açılmış qapı Zeynalova (Bayramova) Nahidə Fərzalı qızının adına tərtib olunmuş və Gəncə Dövlət Tİ və MHQİ-si tərəfindən təsdiq olunmuş plan sxemdə öz əksini tapdığı üçün, həmin qapı tikinti normalarına uyğun olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03.09.2021-ci il tarixli 10/2078 saylı rəyindən görünür ki, ünvan 3 ünvanda yerləşən İddiaçı istifadəsində olan yaşayış sahəsinin faktiki vəziyyəti, yəni planlı yerləşməsi (quruluşu), tikililərin sayı, ölçüləri və digər texniki parametrləri texniki pasport göstəricilərinə uyğun olduğunu nəzərə alaraq, Cavabdeh tərəfindən İddiaçı istifadəsində olan sahəyə müdaxilə olunmamışdır. ünvan 3 evin 2 saylı mənzili Cavabdeh istifadəsində olan yaşayış sahəsinin faktiki vəziyyəti, yəni planlı yerləşməsi (quruluşu), tikililərin sayı, ölçüləri və digər texniki parametrləri texniki pasport göstəricilərinə uyğun olduğunu nəzərə alaraq, İddiaçı tərəfindən Cavabdeh istifadəsində olan shəyə müdaxilə olunmamışdır. Cavabdeh tərəfindən aparılmış tikinti işlərinə dair hər-hansı icazə sənədləri olmadığı üçün, həmin tikinti işləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinbin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1 və 4.2 bəndlərinin yələblərinə uyğun inşa olunmadığı müəyyən edilmişdir. Lakin əl-üz yuyanın qanuna uyğun quraşdırılıb - quraşdırılmaması normativ aktlara tənzimlənmədiyi, Cavabdeh istifadəsində olan ünvan 2 ünvanın qarşısında olan dəhlizin yan tərəfindən açılmış qapı Zeynalova (Bayramova) Nahidə Fərzalı qızının adına tərtib olunmuş və Gəncə Dövlət Tİ və MHQİ-si tərəfindən təsdiq olunmuş plan sxemdə öz əksini tapdığı üçün, həmin qapı tikinti normalarına uyğun olduğu müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mərkəzi Ekspertizası Mərkəzinin 15.02.2021-ci il tarixli 10/2738 saylı və 03.09.2021-ci il tarixli 10/2078 saylı rəylərindən görünür ki, İddiaçı istifadəsində olan ünvan 3 ünvanda yerləşən və Cavabdeh istifadəsində olan ünvan 3 evin 2 saylı ünvanda yerləşən yaşayış sahələrinin texniki parametrləri texniki pasportlarda olan göstəricilərə, Cavabdeh istifadəsində olan ünvan 2 ünvanın qarşısında olan dəhlizin yan tərəfindən açılmış qapı Zeynalova (Bayramova) Nahidə Fərzalı qızının adına tərtib olunmuş və Gəncə Dövlət Tİ və MHQİ-si tərəfindən təsdiq olunmuş plan sxemdə öz əksini tapdığı üçün həmin qapı tikinti normalarına uyğun olmuşdur. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş halların mövcud olmasını sübut etməlidirlər. İddiaçı tərəfindən isə iddia tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Hazırkı mübahisənin həlli ilə əlaqədar olaraq qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçıların öz tələblərini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçıların mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onun təsdiqinə dair təqdim etdikləri sübutlara əsasən iddia tələbləri təmin edilə bilməz. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «tikilinin sökülməsi və qeyriyaşayış sahəsinin əvvəlki vəziyyətinə qaytarılması» tələbinə dair və iddiaçı Cavabdeh İddiaçı qarşı “maneənin aradan qaldırılması və qapının hörülməsi” tələbinə dair iddia tələbləri təmin edilməməlidir. İş üzrə məhkəmə ekspertiza xərcləri 15.02.2021-ci il tarixli 10/2738 saylı rəy üzrə 100 (yüz) manat İddiaçı və 03.09.2021-ci il tarixli 10/2078 saylı rəy üzrə 100 (yüz) manat Cavabdeh tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, SWİFT BİK: STREAZ22, hesab № AZ43CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142319 - a ödənilməlidir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «tikilinin sökülməsi və qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinə qaytarılması» tələbinə dair və iddiaçı Cavabdeh İddiaçı qarşı “maneənin aradan qaldırılması və qapının hörülməsi” tələbinə dair iddia tələbləri təmin edilməsin. İş üzrə məhkəmə ekspertiza xərcləri 15.02.2021-ci il tarixli 10/2738 saylı rəy üzrə 100 (yüz) manat İddiaçı və 03.09.2021-ci il tarixli 10/2078 saylı rəy üzrə 100 (yüz) manat Cavabdeh tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, SWİFT BİK: STREAZ22, hesab № AZ43CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142319 - a ödənilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar