Məhkəmə qərarları › İş №2(044)-168/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-168/2022

23.02.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-168/2022 23.02.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı və onun vəkili X1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh qarşı, Gəncə şəhər 1 saylı notariat kontorunu və DƏDRX 3 saylı Ərazi İdarəsini üçüncü şəxs qismində cəlb etdiyi, vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və həmin vəsiyyətnamə əsasında verilmiş vərəsəlik şəhadətnaməsinin və həmin şəhadətnamənin əsasında Cavabdeh adına verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı vərəsəlik hüququnun tanınması tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1 saylı notariat kontorunda 25 iyun 2018-ci il tarixdə 2 № İ-91 reyestr N ilə verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və bu vəsiyyatnamə əsasında 05.12.2019-cu il tarixdə 2№ 340 reyestr nömrə ilə verilmiş vərəsəlik şəhadətnaməsinin və bu şəhadətnamə əsasında Cavabdeh adına verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi Vəkil2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın təmin edilməməsini, qarşılıqlı iddianın təmin edilməsi və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində mərhum X3 adına açıq saxlanılmış ¼ hissə paya Cavabdeh vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında ərizə verərək Cavabdeh və digərlərinə qarşı qaldırdığı iddia ərizəsinin baxılmamış saxlanmasını və sənədlərin geri qaytarılmasın xahiş etmiş, həmçinin qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanmasına etiraz etmədiyi bildirmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi ərizə verərək mülki iş üzrə ilkin iddianın baxılmamış saxlanmasına etiraz etmədiyini, həmçinin qarşılıqlı iddianın baxılmamış saxlanmasını və təqdim edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçının və cavabdehin nümayəndəsinin xahişi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı ilkin iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etdiyindən və cavabdehlər işə mahiyyəti üzrə baxılmasına təkid etmədiyindən, cavabdehin nümayəndəsi isə qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etdiyindən və iddiaçı işə mahiyyəti üzrə baxılmasını təkid etmədiyindən iddia ərizələri baxılmamış saxlanmalıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119 və 122-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 138 manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 267-268-ci maddələrini rəbhər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı və Cavabdeh nümayəndəsi Vəkil2 ərizələri təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh qarşı, Gəncə şəhər 1 saylı notariat kontorunu və DƏDRX 3 saylı Ərazi İdarəsini üçüncü şəxs qismində cəlb etdiyi, vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və həmin vəsiyyətnamə əsasında verilmiş vərəsəlik şəhadətnaməsinin və həmin şəhadətnamənin əsasında Cavabdeh adına verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı vərəsəlik hüququnun tanınması tələbinə dair qarşılıqlı iddia ərizələri baxılmamış saxlanılsın. İş üzrə məhkəmə – xətşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 138 (yüz otuz səkkiz) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar