Məhkəmə qərarları › İş №2(044)-171/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-171/2022

21.02.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-171/2022 21.02.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi ilə, İddiaçılar İddiaçı2, İddiaçı3, iddiaçıların nümayəndəsi, Vəkil1, 3-cü şəxsin nümayəndəsi, Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 Firuddin oğlunun, İddiaçı3 cavabdeh Gəncə şəhəri 1 saylı Notariat Kontoruna və 3-cü şəxs X27 qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, miras əmlakın vərəsələr arasında paylara bölünməsi” tələbinə dair mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 Firuddin oğlu, İddiaçı3 cavabdeh Gəncə şəhəri 1 saylı Notariat Kontoruna və 3-cü şəxs X27 qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, miras əmlakın vərəsələr arasında paylara bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri 1 saylı Notariat Kontorunun 12.09.2000-ci il tarixli, 2V-1-178 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi, ünvan 1 ünvana dair X18 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 17.06.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, miras mülkün vərəsələr arasında paylara bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslanrılmışdır ki, mərhum ataları X28 ilə mərhum anaları X11 rəsmi nikahlarından 4 övladları - İddiaçı2, İddiaçı1, Həsənova Sevda Firudin qızı və X33 doğulmuş, sonuncu doğulduqdan qısa müddət ərzində, yəni 2 ay sonra vəfat etmişdir. Mübahisəli Gəncə şəhər, Kəpəz rayonu, Adil İsgəndərov küçəsi, 2-ci döngə, ev 6 mərhum anaları X29 tərəfindən 14.03.1989-cu il tarixdə alqı-satqı müqaviləsinə əsasən əldə edilmişdir. O, 20.05.2000-ci il tarixdə vəfat etdikdən sonra mərhum ataları Firudin Həsənov saxta yollarla, onların məlumatı olmadan özünü mərhum analarının vərəsəsi kimi təqdim edərək 1 saylı notariat kontorunun 12.09.2000-ci il tarixli, 2V-1-178 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən analarından miras qalmış ünvan 2 saylı mənzili adına keçirmiş və ona 13.09.2000-ci il tarixli 761 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Mərhum anaları ilə ataları arasında olan nikah Xanlar Rayon Xalq Məhkəməsinin 25.10.1988-ci il tarixli qətnaməsi ilə pozulduğu halda ataları özündə olan hüquqi qüvvəsini itirmiş sənəddən (nikah haqqında şəhadətnamədən) istifadə edərək özünü hələ də nikahdaymış kimi təqdim edərək mərhum analarının vərəsəsi kimi qeyd etdirmişdir. Mərhum ataları hələ də nikahın pozulması haqqında şəhadətnaməni almamışdır. Halbuki, aralarında olan nikah 25.10.1988-ci il tarixli qətnamə ilə pozulmuş, anaları isə sözügedən ünvan 2 ünvanını nikah pozulduqdan çox sonra yəni 14.03.1989-cu il tarixdə alqı-satqı müqaviləsinə əsasən əldə etmişdir. Bundan başqa qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən onlar vərəsələrin mövcudluğu bilərəkdən gizlədilmiş və Gəncə 1 saylı Notariat kontoru tərəfindən vərəsələrin dairəsi müəyyənləşdirilməli olduğu halda qanunun bu tələbi yerinə yetirilməmişdir. Mərhum ataları onların heç birinin məlumatı olmadan notariusa saxta sənədlər təqdim edərək vərəsə kimi onlarının olmalarını gizlətmiş və nəticədə də qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən analarından miras qalmış ünvan 2 saylı mənzili adına keçirmişdir. Onların razılığı olmadan belə bir əməliyyatın aparılması qanunsuzdur. Odur ki, hazırki vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi və miras mülkün vərəsələr arasında bərabər paylarla bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədirlər. Bütün bu əməliyyatlardan heç birinin məlumatı olmamış, onlar notariusun sözügedən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsindən 07.05.2021-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsindən vəkil sorğusuna cavab aldıqdan sonra məlumatlı olmuşlar. Mərhum ataları ilə anaları boşandıqları üçün ayrı yaşamış, ataları Həsənov Firudin özünə məxsus evdə Samux rayonu Seyidlər kəndində yaşamışdır. Mərhum anaları dünyasını dəyişən günədək onlarla birgə mübahisəli mənzildə yaşamış, ataları 2000-ci il tarixdə, anaları dünyasını dəyişdikdən sonra mübahisəli mənzilə gəlmişdir. Analarından miras qalmış əmlak onların tərəflərindən qəbul edilməklə faktiki idarə olunmuşdur. O, İddiaçı2 Firudin oğlu daim həmin ünvanda qeydiyyatda olmaqla miras əmlakı qəbul etmişdir. İddiaçı2 Firudin oğlu məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı3 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçıların nümayəndəsi, Vəkil1 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. 3-cü şəxsin nümayəndəsi, Vəkil2 Həbib oğlu məhkəmə iclasında bildirdi ki, iş üzrə 3cü şəxs X36 mərhum X34 ilə 21.08.2000-ci il tarixdə nikaha daxil olmuş və birgə nikahlarından övladları olmamışdır. 20 ildən çox birgə nikah dövründə təsərüffat quraraq birgə idarə etmişlər. Birgə nikah dövründə qazanclarından dövlət, qeydiyyatından keçməli olan və qeydiyyatdan keçən bir ədəd nəqliyyat vasitəşi (buraxılış ili 2014-cü il olan, HÜNDAİ 1X-35 markalı ** BA *** i/o dövlət nömrə nişanlı) olmuşdur. Birgə nikah dövründə hazırda mərhum həyat yoldaşının adına olan 27.09.2018-ci il tarixli vəsiyyətnamə ilə X27 vəsiyət etmiş olduğu Gəncə şəhər, Adil İsgəndərov küçəsi 2-ci döngə ev 6 əsaslı təmir edilərək təmirə 50.000,0 (əlli min) manatdan çox xərc çəkilmişdir. X22 həyat yoldaşı X34 29.04.2021-ci il tarixdə uzun sürən xəstəlik nəticəsində durğunluq ürək çatışmazlığından vəfat etmişdir. O uzun illər xəstə olmuş, xəstəliyi zamanı yalnız onun qulluğunda (xidmətində) X36 durmuş, onu həkimlərə aparmaq, həkimlərdən gətirmək və s işlərini X36 tək həyata keçirmiş, dəfn xərcləri olan 25.000,0 (iyirmi beş min) manatatadək vəsaiti də X36 xərcləmişdir. İş üzrə iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 mərhum X18 əvvəlki mərhum həyat yoldaşı X8 doğulan övladlarıdır. X18 (iddiaçıların atalarının) sağlığında, xəstəliyində ümumiyyətlə bir övlad kimi onunla maraqlanmamışlar, bir dəfə də olsun onu ata kimi xəstəxanası, müayinəsi və müalicəsi ilə bağlı xərcləri ilə də maraqlanmamışlar. X22 verdiyi məlumata əsasən X34 vəfat etdikdən sonra formal olaraq övladları yad kimi yasda istirak etmişlər, bu iştirakın da səbəbi miras əmlakdan pay əldə etmək olmuşdur. İddiaçılar iddia edirlər ki, güya ünvan 1 mərhum X18 adına keçərkən xəbərləri olmamış, X34 vərəsələrin olduğunu gizlətmişdir. Halbuki iddiaçıların özlərinin də təqdim etdiyi notariat işindən görünür ki, iddiaçıların hər biri ayrılıqda həmin miras əmlakın ataları X18 adına keçməsinə etiraz etməmişlər və iddiaçıların vərəsə olmasını Notariusa bildirmişdir. Yəni mərhum X34 vərəsələrin olması faktını Natariusdan gizlətməmişdir. İddiaçılar öz iddialarının əsassız olduğunu təqdim etdiyi sübutlarla tam ifşa edirlər. Bundan başqa Mülki Məcəllənin 1133.2-ci maddəsinə əsasən Qanun üzrə vərəsslik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Yuxarıda da qeyd edildiyi kimi X37i 27.09.2018-ci il tarixli Vəsiyyətnamə ilə bütün əmlakını X27 vəsiyət etmişdir. Bundan başqa Mülki-Məcəllənin 1157-ci maddəsinə əsasən əgər bir neçə vas vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətini icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir. Göründüyü kimi miras qoyan X18 xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfni üçün xərclər də çavabdeh X36 tərəfindən çəkilmişdir. Məhkəmə bu halı da nəzərə almalıdır. İddiaçılar Xanlar rayon Xalq Məhkəməsinin 25.10.1988-ci il tarixli qətnaməsinə istinad edərək ataları X34 ilə anaları X12 boşanmasına istinad etmişdirlər ki, X34 vərəsə ola bilməzdi. Bununla əlaqədar olaraq Məhkəmənin nəzərinə çatdırırıq ki, X34 ilə X29 1967-ci ildə nikaha girmişlər, mübahisəli mənzili birgə nikah dövründə, yəni 11.11.1987-ci ildə əldə etmişlər. Rəsmi olaraq nikaha xitam verilsə də, onlar faktiki olaraq ailə kimi birlikdə yaşamışlar. Çünki SSR dönəmində zəngin insanlar təqib olunduğu üçün təcrübədə bu cür hallar çox olmuşdur. X7 ilə X29 2000-ci ilin may ayınadək, yəni sonuncu vəfat edənədək birlkdə mübahisəli mülkdə yaşamışlar və birgə təsərüffat idarə etmişlər. Bunu təstiq edən faktlardan biri də X29 vəfat etdiyi günədək X18 yeni ailə qurmamasıdır. Yəni əgər onlar faktiki boşansaydılar Firudin Həsənov gənc çağlarında yeni ailə qurardı. Ailəsi rəhmətə getdikdən sonra, yəni 21.08.2000-ci il tarixdə hazırkı cavabdeh X36 ilə nikaha daxil olmuşlar. Boşanmanın formal, faktiki nikahlarının davam etməsinin bir əsası da boşandıqdan sonra X18 aliment öhdəliklərinin olmamasıdır.Bundan başqa, X34 ilə X29 birgə nikah dövründə əldə etdikləri üçün əmlakın 50 faizi ona məxsus olmuşdur. Eyni zamanda rəsmi nikahları olmasa belə iddiaçılar özləri ataları X18 xeyrinə vərəsəlikdən imtina etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-cı və 1167-ci maddələrinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış, fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Göründüyü kimi mərhum X34 27.09.2018-ci il tarixli vəsiyətnamə ilə “ölən günədək harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq o, bütün əmlakını arvadı X27 vəsiyyət etmişdir. Həmin vəsiyyatnamə X38 və X13 şahidliyi ilə Samux rayon Dövlət Notariat Kontorunda tərtib edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən vəsiyyətn edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanın üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. İddiaçılar və cavabdeh X5 Firudin Həsən oğlunun birinci dərəcəli vərəsələrindəndir. X34 cavabdehə vəsiyyətnamə qoyduğu üçün hesab edirik ki, bölgü Gərcə şəhəri, Adil İsgəndərov, küçəsi 2-ci döngə, ev 6-ya aid hissədə cavabdeh X27 5/8 hissə, HUNDAİ İX- 35 markalı ** BA *** i/o dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə münasibətdə isə 13/16 hissəsi pay düşməlidir. Çünki nəqliyyat vasitəsi birgə nikah dövründə əldə edilmişdir. Bundan başqa, hər bir vərəsədən payını mütənasib şəkildə 25000 (iyirmi beş min) manat dəfn xərcləri də cavabdehin payında əlavə olaraq nəzərə alınmalıdır. Məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Gəncə şəhəri 1 saylı Notariat Kontoru məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Gəncə şəhəri 1 saylı Notariat Kontorunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçılar İddiaçı2 Firuddin oğlunun, İddiaçı3, iddiaçıların nümayəndəsinin, 3-cü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, 07.05.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş məktubda, Kirovabad şəhər Notariat kontorunun 31.05.1983-cü il tarixli 20-180 saylı alqı-satqı müqaviləsinə əsasən Kirovabad şəhəri, Maksim Qorki küçəsi, döngə 2, 6 saylı fərdi yaşayış evi X25, X21, X17, Akopyan Yevgeniya Andronikovna, İsaxanyan Roza Andronikovna tərəfindən X1. Kirovabad şəhəri Kəpəz rayon X32 İcraiyyə Komitəsinin 04.12.1988-ci il traixli qərarının 16 saylı protokoluna əsasən qanuni inşa edilmiş 20.0 kv.m bir yaşayış otağı, 14.4 kv.m örtülü eyvan, 11.1 kv.m zirzəmidən başqa bu əmlakda müvafiq icazə sənədləri olmadan inşa edilmiş 76.2 kv.m yaşayış sahəsi, 40.9 kv.m köməkçi sahə, 31.1 kv.m zirzəmi, 38.0 kv.m çardaq, 13.3 kv.m həyət tikilisinin hüquqverici sənədlərlə təmin ediulməsi haqqında rəy təsdiq edilmişdir. 3 aylı notariat kontorunun 14.03.1989-cu il tarixli 3-171 saylı alqı-satqı müqaviləsinə əsasən bu əmlak X2. 1 saylı notariat kontorunun 12.09.2000-ci il tarixli 2V-1-178 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən ünvanı Gəncə şəhəri, Kəpəz rayonu, Adil İsgəndərov küçəsi, 2-ci döngə, 6 saylı bu mülk X18 adına keçmişdir və ona 13.09.2000-ci il tarixli 761 saylı qeydiyyat vəsiqəsi verilmişdir. Bu qeydiyyat vəsiqəsi itdiyi üçün X23 bu əmlaka (0.0561 ha torpaq sahəsində yerləşən tikili “A”-da 83.6 kv.m üç yaşayış otaqları, 69.7 kv.m köməkçi sahə, 42.2 kv.m zirzəmi, tikili “B”-də 13.3 kv.m hamam, tikili “C”-də 15.0 kv.m mətbəx, “D”-də 42.2 kv.m dam, tikili “İ”-də 96.0 kv.m talvar) 17.06.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Daşkəsən rayonu, Bayan kəndində X18 istifadəsində 20.4 kv.m və 12.0 kv.m yaşayış otaqları, 23.2 kv.m örtülü eyvan, 24.0 kv.m açıq eyvan, 34.4 kv.m zirzəmidən ibarət yaşayış evi var. Bu əmlakın arxiv işində olan Bayan kəndi notariat kontorunun 25.06.1989-cu il tarixli 152 saylı alqı-satqı müqaviləsinə əsasən mülk X42 tərəfindən X3. Göstərilən mülk Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. 13.10.2000-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayon VVAQ şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X34 ilə X12 nikahları 24 mart 1989-cu il tarixdə 69 saylı akt qydi ilə pozulmuşdur. 30.04.2021-ci il tarixdə Gəncə “ASAN xidmət” Mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X34 29.04.2021-ci il tarixdə vəfat etmişdir. 20.05.2021-ci il tarixdə Samux rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X34 ilə X12 birgə nikahlarından xx xxxxxx 1968-ci il tarixdə X24 anadan olmuşur. 20.05.2021-ci il tarixdə Samux rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X34 ilə X12 birgə nikahlarından 21 oktyabr 1973-cü il tarixdə İddiaçı2 Firudin oğlu anadan olmuşur. 20.05.2021-ci il tarixdə Samux rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X34 ilə X12 birgə nikahlarından xx xxxx 1967-ci il tarixdə İddiaçı3 anadan olmuşdur. 29.06.2021-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X29 06.05.2000-ci il tarixdə vəfat etmişdir. 01.06.2021-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, X4 (Həsənova) Lətifə Firudin qızının nikahları 16 oktyabr 1991-ci il tarixdə 786 saylı akt qeydi ilə bağlanmışdır. 20.03.1989-cu il tarixli 720-9 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Gəncə şəhəri, M.Qorki küçəsi, döngə 2, ev 6 X12 adına qeyd edilmişdir. 124 saylı Evlər üçlüyü tərəfindən verilmiş arayışdan görünür ki, X15 mərhum həyat yoldaşı X29 ölən günə kimi ünvan 4 ünvanda yaşamışdır, ölümündən sonra aşağıda göstərilən ailə üzvləri qalmışdır - X34 həyat yoldaşı, X24, X16, İddiaçı2. Bunlardan başqa mərhumun öhdəsində azyaşlı və əmək qabiliyyəti olmayan heç kəsi qalmamışdır. X28 A.İsgəndərov küçəsi, döngə 2, 6 saylı evdə pasport qeydiyyatında olmasına baxmayaraq faktiki olaraq orada yaşayır, evin bütün təsərrüfat işlərini özü idarə edir, bütün xərcləri özü çəkir. 06.05.2000-ci il tarixli İ-117 537796 saylı çıxarışın surətindən görünür ki, Həsənov Firudin Həsən oğlu ilə X12 nikahları də Samux rayon Qovlarsarı sovetliyində10.09.1967ci il tarixdə 12 saylı akt qeydi ilə bağlanmışdır. X24 tərəfindən ünvan 5 ünvanlanmış ərizədən görünür ki, anası X29 24.04.2000-ci il tarixdə vəfat etmiş, onun adına Gəncə şəhəri, A.İsgəndərov küçəsi, döngə 2, 6 saylı evi qalmışdır. Həmin evdən ona düşən payı atası X15 xeyrinə imtina etmişdir. X16 tərəfindən ünvan 5 ünvanlanmış ərizədən görünür ki, anası X30 24.04.2000-ci il tarixdə vəfat etmiş, onun adına Gəncə şəhəri, A.İsgəndərov küçəsi, döngə 2, 6 saylı evi qalmışdır. Həmin evdən ona düşən payı atası X15 xeyrinə imtina etmişdir. İddiaçı2 tərəfindən ünvan 5 ünvanlanmış ərizədən görünür ki, anası X29 24.04.2000ci il tarixdə vəfat etmiş, onun adına Gəncə şəhəri, A.İsgəndərov küçəsi, döngə 2, 6 saylı evi qalmışdır. Həmin evdən ona düşən payı atası X15 xeyrinə imtina etmişdir. 12.09.2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 06.05.2000-ci il tarixdə vəfat etmiş X8 qalmış miras əmlaka dair X18 adına vərəsəlik işi açılmışdır. 14.06.2016-cı il tarixli AN-1 ******* alqı-satqı müqaviləsindən görünür ki, ünvan 6 ünvanda və 291.0 kv.m torpaq sahəsində yerləşən ev X20 adından X39 tərəfindən İddiaçı1 54000 (əlli dörd min) manata satılmışdır. 01.07.2021-ci il tarixdə Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi 8 saylı xidmət sahəsi tərəfindən verilmiş 125 saylı arayışdan görünür ki, İddiaçı2 Firudin oğlu həqiqətən ünvan 7 ünvanda yaşayır. Anası mərhum X29 20.05.2000-ci il tarixdə vəfat etmiş, dəfn xərclərini övladları İddiaçı2, İddiaçı3, X24 çəkmişlər. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28.12.2021-ci il tarixli 4/1611 saylı ekspert rəyindən görünür ki, - 1. Ekspertizaya təqdim edilmiş, 2B-1-178 nömrəli notariat işinin 9-cu vərəqində X9 adından olan 23.05.2000-ci il tarixli ərizədə “İMZA” qrafasında imza və “həsənova” yazısı- ŞƏBİŞOVA (HƏSƏNOVA) LƏTİFƏ FİRUDİN qızı tərəfindən icra olunmuşdur. 2. Ekspertizaya təqdim edilmiş, 2B-1- 178 nömrəli notariat işinin 10-cu vərəqində X6 adından olan 23 may 2000-ci il tarixli ərizədə “İMZA” qrafasındakı imza və “Mustafayeva” yazısı- HƏSƏNOVA (MUSTAFAYEVA) SEVDA FİRUDİN qızı tərəfindən icra olunmuşdur. 3. Ekspertizaya təqdim edilmiş, 2B-1- 178 nömrəli notariat işinin 11-ci vərəqində İddiaçı2 Firudin oğlunun adından olan 23.05.2000-ci il tarixli ərizədə “İMZA” qrafasında imza və “həsənov И.Ф.” yazısı-İddiaçı2 FİRUDİN oğlu tərəfindən icra olunmuşdur (ekspertiza xərci 138 manat). Məhkəmə qeyd edir ki, iddiaçıların tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır və işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbinin təsdiqlənməsi üçün iddiaçı tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. İddiaçı vəsiyyətnamənin etibarsız hesab edilməsinə dair tələbini həmin müqavilənin məzmunu aralarındakı şərtə uyğun bağlanmaması ilə əsaslandırmışdır. Bununla bağlı olaraq məhkəmə aşağıdakıları qeyd edir. Mübahisə üzrə nəticəyə gələrkən məhkəmə həmçinin vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı ilə bağlı Mülki Məcəllənin ümumi yanaşmasını da nəzərə alaraq qeyd edir ki, Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. İşin müəyyən edilmiş faktiki hallarını və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, Gəncə şəhəri 1 saylı notariat kontorunda təsdiq olunmuş 12.09.2000-ci il tarixli, 2V-1-178 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi üçün sadalanan qüsurlardan heç biri mövcud deyildir. İş materiallarından görünür ki, iddiaçılar 2000-ci il tarixdə notaiat kontorunda 24.04.2000-ci il tarixdə vəfat etmiş anaları X8 miras qalmış Gəncə şəhəri, A.İsgəndərov küçəsi, döngə 2, 6 saylı evdən onlara düşən paydan ataları X15 xeyrinə imtina etmişlər və mirasın qəbulundan 20 il sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçılar mübahisəli evə dair 12.09.2000-ci il tarixli, 2V-1-178 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirmiş və mübahisəni əsaslı arqumentlərlə izah edə bilməmişdir. Hazırkı mübahisənin həlli ilə əlaqədar olaraq qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçıların öz tələblərini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçıların mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onun təsdiqinə dair təqdim etdikləri sübutlara əsasən iddia tələbləri təmin edilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 Firuddin oğlunun, İddiaçı3 cavabdeh Gəncə şəhəri 1 saylı Notariat Kontoruna və 3-cü şəxs X27 qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, miras əmlakın vərəsələr arasında paylara bölünməsi” tələbinə dair iddia tələbi təmin edilməməlidir. İş üzrə məhkəmə ekspertiza xərci 138 (yüz otuz səkkiz) manat iddiaçılar İddiaçı1, İddiaçı2 Firuddin oğlundan, İddiaçı3 müştərək qaydada tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ43CTRE********************, SWİFT BİK: STREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142319 - a ödənilsin. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Gəncə şəhəri 1 saylı Notariat Kontoruna və 3-cü şəxs X27 qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, miras əmlakın vərəsələr arasında paylara bölünməsinə” dair iddia tələbi təmin edilməsin. İş üzrə məhkəmə ekspertiza xərci 138 (yüz otuz səkkiz) manat iddiaçılar İddiaçı1 Firuddin qızından, İddiaçı2 Firudin oğlundan, İddiaçı3 müştərək qaydada tutularaq Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ43CTRE********************, SWİFT BİK: STREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142319 - a ödənilsin. İş üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar