Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-190/2021 26.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçının prosessual hüquqi varisi Cavabdeh3, Cavabdeh X5 nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdehlər X8 və Gəncə şəhər 1 saylı Notariat Kontoruna qarşı “vərərsə tanınma və mülkiyyət hüququnun verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X8 və Gəncə şəhər 1 saylı Notariat Kontoruna qarşı “vərərsə tanınma və mülkiyyət hüququnun verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 mənzilin X9 adına qeyd edilmiş 1/896 hissəsinə vərəsə tanınması və mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun ailəsi ilə birlikdə yaşadığı ünvan 1 ünvanda hər birinin payı 1/8 hissə olmaqla X21, X16, X17, X22, X14, X15, X4 və X12 məxsus olmuşdur. X18 22.08.2019-cu il tarixdə vəfat etmiş və Dilarə Məmmədova mənzildən olan payına görə ona vəsiyyətnamə vermişdir. Bundan başqa X21 22.08.2019cu il tarixdə vəfat etmişdir. Dilarə Məmmədovanın vərəsələri öz məcburi paylarından qanunla müəyyən edilmiş 3 ay müddətində onun xeyrinə imtina etmişlər. Elxan Məmmədovun vəfatından sonra onun vərəsələri öz paylarından Rövşən Məmmədovun xeyrinə imtina etmiş, Rövşən Məmmədov və o, öz paylarını üçüncü şəxs kimi Cavabdeh3 bağışlamışlar. Cavabdeh Müşaviq Məmmədov anası Dilarə Məmmədovadan miras qalmış miras payı nə faktiki, nə də rəsmi qaydada qəbul etməmişlər. O, həmin mənzildə ailəsi ilə birlikdə yaşayır, mirası həm faktiki, həm də rəsmi qəbul etmiş, Müşaviq Məmmədov isə nə həmin mənzildə yaşamır, nə də notariat kontoru tərəfindən mirasın qəbulu üçün dəfələrlə dəvət olunmasına baxmayaraq, dəvətdən imtina edərək, notariat kontoruna getməmişdir. Hazırda mənzilin 1/896 hissəsi X9, 112/896 hissəsi X5 və 783/896 hissəsi Cavabdeh3 Əli oğlunun adına qeyd edilmişdir, 1 saylı Notariat Kontoru tərəfindən mənzilə görə ona verilmiş 111/112 hissə, 1/112 hissənin X9 adında saxlanılması qanuna müvafiq deyildir, o, bununla razı deyil və ünvan 3 kontorunun 14 aprel 2020-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsini qismən etibarsız hesab edir. Miras əmlakın 1/896 hissəsi onun mülkiyyətinə verilməli, o, həmin hissəni də oğlu Cavabdeh3 adına keçməsini istəyir. İddiaçının prosessual hüquqi varisi Cavabdeh3 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X5 nümayəndəsi X19 məhkəmə iclasında, bildirdi ki, X14 ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşayır. Müşaviq Məmmədovun atası və qardaşları baba yurdu olan Koroğlu küçəsi, 1-ci döngə, 2 saylı məhəllədə yerləşdirmişdir. Müşaviq Məmmədovun böyük qardaşı Elxanın adına oğlu Əlinin yaşaması üçün İmamzadə yolunda 8 sot torpaq almış, içərisində 7 maşın daş tökdürmüş və him qazdırmış, həmin torpağı İddiaçı 2000-ci ildə Elxanın oğlu Əli ilə ailə qurub evlənərkən satdırmışdır. 2014-cü ildə Afaqın yoldaşı Əli yol qəzası nəticəsində vəfat etmiş, kirayədən gətirib himayə duraraq evinə yerləşdirmişlər. O, həyat yoldaşı və balaca qızı Gözəl Tovuz rayonunda yaşayan 92 yaşlı şəhid anası X10 baxmaq üçün Tovuz rayonuna getmişlər. Tez-tez həmin evə gəlib getmişlər, lakin İddiaçı buna başqa don geyindirərək hər dəfə polis çağırmışlar ki, bu dəlidir evdən çıxarın uşaqlarının qorxduğunu deyərək onu təhqir etmişdir. Yoldaşı vəfat etdikdən sonra İddiaçı müxtəlif hiyləgər yollara əl ataraq dəfələrlə çöl qapısının açarlarının itdiyini deyərək, dəyişdirmiş, hər dəfə bir bəhanə ilə onların orada yaşamalarına maneələr yaratmış, bununla da onların həmin evdə yaşamaqları tamamilə məhdudlaşdırılmışdır. Məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Gəncə şəhər 1 saylı Notariat Kontoru məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Gəncə şəhər 1 saylı Notariat Kontorunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının prosessual hüquqi varisini, cavabdeh X5 nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 28.02.2010-ci il tarixli ********** qeydiyyat nömrəli və 12.05.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvan 112/896 hissə ilə X5, 783/896 hissə ilə Cavabdeh3 adlarına qeyd olunmuş, X9 1/896 hissə payı açıq qalmışdır. ünvan 3 ofisinin 20.05.2020-ci il tarixli 174 saylı məktubundan görünür ki, ünvan 2 ünvanın X3na aid hissəsinə dair ünvan 3 ofisində vərəsəlik işi açılmışdır. X1 vərəsəsi olan X14 ilə telefon əlaqəsi yaradılaraq bu barədə ətraflı məlumat verilmiş və notariat ofisinə dəvət edilmişdir. X2 dəvətlərindən imtina edərək gələ bilməyəcəyini bildirmişdir. Odur ki, X1 miras əmlakından X11 düşən hissə açıq saxlanılmışdır. 14.04.2020-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 22.08.2019-cu il tarixdə ölmüş X18 vəsiyyət üzrə vərəsəsi İddiaçı ünvan 2 ünvan və o, miras əmlakdan 111/112 hissədə pay almalıdır. 26.08.2019-cu il tarixdə X12 verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 88.6 kv.m olan daşınmaz əmlakın 1/8 hissəsindən ibarətdir. 17.05.2016-cı il tarixli vəsiyyətnamənin surətindən görünür ki, ünvan 2 ünvanda yaşayan X18 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus bütün əmlakını İddiaçı vəsiyyət etmişdir. 22.08.2019-cu il tarixdə Gəncə “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 22 avqust 2019-cu il tarixdə vəfat etmişdir. 25.04.1967-ci il tarixdə Kirovabad şəhər VVAQ bürosu tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X23 ilə X9 birgə nikahlarından xx xxxx 1967-ci il tarixdə Cavabdeh1 anadan olmuşdur. 31.05.2020-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 30.05.2020-ci il tarixdə vəfat etmişdir. 16.05.2020-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, ünvan 2 ünvandan X17 224/896, X22 112/896, X20 112/896, İddiaçı 111/896, Cavabdeh1 112/896, X15 112/896 hissə paylarını Cavabdeh3 bağışlamışlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. «Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında» Azərbaycan Respublikası Qanunun 21.1-ci maddəsinə əsasən, məhkəmənin qərarı əsasında daşınmaz əmlaka hüquqlar ümumi əsaslarla dövlət qeydiyyatına alınır. Hüququn yaranması anı məhkəmə qərarı ilə müəyyən edilir. Məhkəmə iclasında müəyyən edildi ki, ünvan 2 ünvandan 112/896 hissə ilə X5, 783/896 hissə ilə Cavabdeh3 və 1/896 hissə ilə X9 adlarına qeyd olunmuşdur. X3 17.05.2016-cı il tarixdə bütün əmlakını İddiaçı vəsiyyət etmişdir. İddiaçı 14.04.2020-ci il tarixdə X6 miras qalmış ünvan 2 əmlakdan olan 1/896 hissə payından vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən 111/112 hissədə payını qəbul etmişdir. X1 oğlu X14 notariat ofisinə dəvət edilmiş, X2 miras əmlakı qəbul etmək üçün noitariat ofisinə getməkdən imtina etmişdir. Odur ki, X1 miras əmlakından X11 düşən hissə açıq saxlanılmışdır. 22.08.2019-cu il tarixdə vəfat etmiş X6 miras qalmış ünvan 2 ünvandan 111/112 hissə pay İddiaçı tərəfindən istifadə və idarə etmişdir. İddiaçının miras əmlak üzərində sahiblik və istifadə hüquqları mövcud olsa da, sərəncam hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması onun əmlak hüquqlarının pozulmasına şərait yaratmışdır. Bu isə onun qanuni əsaslarla əldə etmiş olduğu əmlaka sərbəst sahiblik etmək hüquqlarını məhdudlaşdırmışdır. Məhkəmə hesab edir ki, iddiaçı qanunla qorunan hüquqlarının həyata keçirilməsini, yəni əmlak üzərində mülkiyyət hüquqlarının tanınmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin “mülkiyyət hüququnun verilməsi” hissəsinə qiymət verərək, hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddiaçı 22.08.2019-cu il tarixdə vəfat etmiş X9 vəsiyyət üzrə vərəsəsi tanınmalı, 22.08.2019-cu il tarixdə vəfat etmiş X6 miras qalmış ünvan 2 ünvanda yerləşən miras mülkün 1/896 hissəsinə iddiaçının vərəsəlik hüququ tanınmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. İddiaçı 22.08.2019-cu il tarixdə vəfat etmiş X9 vəsiyyət üzrə vərəsəsi tanınsın. 22.08.2019-cu il tarixdə vəfat etmiş X6 miras qalmış ünvan 2 ünvanda yerləşən miras mülkün 1/896 hissəsinə İddiaçı vərəsəlik hüququ tanınsın. İş üzrə ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-190/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-190/2021
26.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver