Məhkəmə qərarları › İş №2(044)-1903/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-1903/2020

24.07.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-1903/2020 24.07.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi və üzərində qəyyum təyin edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi qardaşı xx xxxxxxxx 1948-ci il təvəllüdlü Əmirov arif Əli oğlunun fəaliyyət qabiliyyətsiz olması, üzərində onun qəyyum təyin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi xx.xx.2020-ci ildə məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin məhkəmə hazırlıq iclasından geri qaytarılmasını xahiş etmişdir. Maraqlı şəxs Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, eləcə də işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmənin hazırlıq iclasında Ərizəçi ərizəsinə əlavə edilmiş sənədlərn natamam olması səbəbindən ərizənin geri qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə ərizəni və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 254, 255, 261.0.1-261.0.3. və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Ərizəçi maraqlı şəxs Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı « şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi və üzərində qəyyum təyin edilməsi» tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizə və ona əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə izah olsun ki, ərizənin baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar