Məhkəmə qərarları › İş №2(044)-1940/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1940/2021

20.08.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1940/2021 20.08.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi 8 saylı Ərazi X1rşı işlədiyi illərin pedoqoji staj kimi nəzərə alınması və əmək haqqının əmək stajına uyğun hesablanması tələbinə dair mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi 8 saylı Ərazi X1rşı onun 01.10.2009-cu il tarixdən 31.08.2017-ci il tarixədək "xxxx" Hazırlıq və X2 Məsuliyyətli Cəmiyyətində ( "xxxx" Hazırlıq və Repetitorlar Mərkəzi MMC) tarix fənnindən repititor vəzifəsində işlədiyi illərin pedoqoji staj kimi nəzərə alınması və 15.09.2017-ci il tarixdən əmək haqqının əmək stajına uyğun hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, 01.10.2009-cu il tarixdən 31.08.2017ci il tarixədək "xxxx" Hazırlıq və Repetitorlar Mərkəzi MMC-də tarix fənnindən repititor vəzifəsində işləmişdir. Həmin işlədiyi illərin pedoqoji staj kimi nəzərə alınması və 15.09.2017-ci il tarixdən əmək haqqının əmək stajına uyğun hesablanması üçün cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə müraciət etsə də, cavabdeh orqan bunu nəzərə almayaraq 21 may 2018-ci il tarixli, MH- 582 nömrəli imtina məktubu vermişdir. Belə ki, 01.10.2009-cu il tarixdən 31.08.2017-ci il tarixədək "xxxx" Hazırlıq və Repetitorlar Mərkəzi MMC-də tarix fənnindən repetitor vəzifəsində işləməsi əmək kitabçasında öz əksini tapsa da, cavabdeh orqan həmin illəri pedoqoji staj kimi nəzərə almamışdır. Odur ki, 01.10.2009-cu il tarixdən 31.08.2017-ci il tarixədək "xxxx" Hazırlıq və Repetitorlar Mərkəzi MMC-də tarix fənnindən repetitor vəzifəsində işlədiyi illərin pedoqoji staj kimi nəzərə alыnması və 15.09.2017-ci il tarixdən əmək haqqının əmək stajına uyğun hesablanması barədə məhkəmə qərarına ehtiyacı vardır. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: İş materiallarına əlavə edilmiş əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı 01.09.2012-ci il tarixdə "xxxx" Hazırlıq və Repetitorlar Mərkəzi MMC-də icraçı direktor və tarix fənni üzrə müəllim kimi işə götürülmüşdür. AR Təhsil Nazirliyi 8 saylı ərazi maliyyə hesablaşma mərkəzinin verdiyi 21.05.2018ci il tarixli, MH-582 saylı məktubdan görünür ki, təqdim olunmuş əmək kitabçasına əsasən “Bilik Körpüsündə” müxtəlif dövürlərdə repetitor vəzifəsində işləmişdir. Təhsil haqqında AR qanununun 31.0.2 təhsilverənlər bəndində repetitor vəzifəsi qeyd olunmadığı üçün bu müəssisədə işlədiyi müddət pedaqoji staj hesab edilmir. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi nümayəndə vasitəsilə məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə işə həmin orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə işin halların, iddiaçının izahatını dinləyib, iddia tələbinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 01.10.2009-cu il tarixdən 31.08.2017-ci il tarixədək "xxxx" Hazırlıq və Repititorlar Mərkəzi MMC-də tarix fənnindən repеtitor vəzifəsində işlədiyi illərin pedoqoji staj kimi nəzərə alınması və 15.09.2017-ci il tarixdən əmək haqqının əmək stajına uyğun hesablanması üçün Azərbaycan Respublikası Təhsil Nazirliyi 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə müraciət etmiş, sonuncu 21.05.2018-ci il tarixli MH-582 nömrəli məktubla müraciətdən imtina etmişdir. 19 iyun 2009-cu il tarixli, 833-İİİQ nömrəli “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 31.0.2-ci maddəsinə əsasən-təhsilverənlər (pedaqoji işçilər)müəllimlər, assistentlər, məsləhətçilər, tyutorlar, rezidentlərin kuratorları, tərbiyəçilər, müəllim köməkçiləri, tərbiyəçi köməkçiləri, çağırışaqədərki hazırlıq rəhbərləri, defektoloqlar, loqopedlər, istehsalat təlimi ustaları, praktik psixoloqlar, sosioloqpedaqoqlar, uşaq birliyi rəhbərləri, metodistlər, təhsil müəssisəsinin dərnək və musiqi rəhbərləri, təhsil müəssisəsinin elmi işçiləri, bilavasitə pedaqoji proseslə məşğul olan mühəndis-texniki, tədris-köməkçi işçilər, dayələr, təlimatçılar, laborantlar, kitabxanaçılar, sosial xidmət sahəsinin işçiləri, nəşriyyat-redaksiya işçiləri, təhsili idarəetmə orqanlarının aparıcı struktur bölmələrinin əməkdaşları, təhsil müəssisələrinin və orqanlarının təlimtərbiyə işi ilə məşğul olan rəhbərləri, təhsil müəssisəsində çalışan konsertmeystrlər və məşqçilər, təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan digər şəxslər, habelə sosial müdafiə və digər orqanların, eləcə də tibb müəssisələrinin bilavasitə pedaqoji fəaliyyətlə məşğul olan işçilərdir.Həmin Qanunla repеtitorlar pedoqoji işçilər siyahısına daxil deyildir. Təhsil haqqında Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən тəhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, “Məktəbəqədər təhsil haqqında”, “Ümumi təhsil haqqında”, “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarından, təhsil sahəsinə aid olan digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Həmin Qanununun 2.2-ci maddəsinə əsasən təhsil qanunvericiliyinin əsas məqsədi təhsil sahəsində vətəndaşların konstitusiya hüququnun təmin edilməsindən və qorunmasından, icra strukturlarının, təhsilalanların və təhsilverənlərin, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrinin düzgün müəyyən edilməsindən, onlar arasında münasibətlərin tənzimlənməsindən, təhsil sisteminin sərbəst fəaliyyəti və inkişafı üçün hüquqi təminatların yaradılmasından ibarətdir. Həmin Qanunun 10-cu maddəsinə əsasən тəhsil proqramı dövlət təhsil standartlarına uyğun ayrı-ayrı təhsil pillələri və səviyyələri üzrə təhsilin məzmununu və mənimsənilmə qaydalarını müəyyən edir. Təhsil proqramına tədris planı, fənlər üzrə tədris proqramları, metodik təminatla bağlı tövsiyələr, qiymətləndirmə və digər müvafiq təhsil texnologiyaları daxildir. Azərbaycan Respublikasında təhsilin bütün pillələrini və səviyyələrini əhatə edən təhsil proqramları həyata keçirilir. Təhsil proqramlarının yerinə yetirilməsi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 12.1. Azərbaycan Respublikasında formal, qeyri-formal вя informal təhsil formaları tətbiq olunur. 1.0.21. formal təhsil - əhsil haqqında dövlət sənədinin verilməsi ilə başa çatan təhsil formasıdır. 1.0.31. qeyri-formal təhsil isə müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə edilən və təhsil haqqında dövlət sənədinin verilməsi ilə müşayiət olunmayan təhsil formasıdır. 12.2. formal təhsilin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 17.1. Azərbaycan Respublikasında məktəbəqədər təhsil, ümumi təhsil, ibtidai təhsil, ümumi orta təhsil, tam orta təhsil, ilk peşə-ixtisas təhsili, оrta ixtisas təhsil pillələri və səviyyələri müəyyən olunur: 17.2. təhsilin pillələri və səviyyələri arasında qarşılıqlı əlaqə və varislik təmin olunur. Təhsilin pillələri və səviyyələri arasında qarşılıqlı əlaqə və varislik təmin olunur. Hər bir təhsil pilləsi və səviyyəsi (məktəbəqədər təhsil pilləsi və ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsi istisna olmaqla yekun attestasiyanın nəticələrinə uyğun olaraq məzunlara təhsil haqqında dövlət sənədinin verilməsi ilə başa çatır. 17.4. vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədi ilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçirilir. Peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması ilə əlaqədar göstərilən xidmətlərə və həmin xidmətlərlə əlaqədar siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən digər xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş məbləğdə xidmət haqqı ödənilir. Məhkəmə yuxarıda qeryd edilənlərə əsasən onu qeyd edir ki, göründüyü kimi "xxxx" Hazırlıq və Repetitorlar Mərkəzi MMC təhsil müəssisəsi kimi qeydiyyatdan keçməyərək, həmin MMC-də verilmiş təhsil də yuxarıda sadalanmış təhsilin hər hansı bir növünə aid deyildir. Bu səbəbdən də iddiaçının repetitor kimi həmin MMC-də fəaliyyəti pedoqoji fəaliyyət kimi dəyərləndirilə bilməz. Çünki həmin MMC-də faəliyyət göstərən repetitorlar qanunla müəyyən edilmiş qaydada müvafiq qiymətləndirmə və sertifikasiyada iştirak etmirlər. Eyni zamanda həmin MMC-nin məzunlarına da hər hansı dövlət sənədinin verilməsi qanunla nəzərdə tutulmamışdır. Ona görə də həmin qaydalara uyğun olmadan aparılmış fəaliyyət də pedoqoji fəaliyyət deyildir. Odur ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307, 308, 311, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq,məhkəmə qərara aldı: QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə (üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi) qarşı işlədiyi illərin pedoqoji staj kimi nəzərə alınması və əmək haqqının əmək stajına uyğun hesablanması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar