Məhkəmə qərarları › İş №2(044)-1989/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1989/2021

10.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1989/2021 10.08.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, Cavabdeh "xxxx" ASC-nin Gəncə Sukanal TSC-nin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nin Gəncə Sukanal TSC-nə qarşı «borcun silinməsi» tələbinə dair iddia tələbi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsində məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nin Gəncə Sukanal TSC-nə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vəfat etmiş valideynləri – anası X2 və atası Məmmədov XeyrəddinAbdı oğlunun ünvan 1 ünvanda yerləşən mülkiyyətində olan evdən qeydiyyatdan çıxarılması və onlara görə suya görə pul hesablanmaması barədə qanunsuz olaraq hesablanmış 811 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir və həmin evdə su sayğacı quraşdırılmamış, istifadə olunan suyun dəyəri evdə qeydiyyatda olan və yaşayan şəxslərin sayına uyğun olaraq müəyyənləşdirilmişdir. Həmin evdə o, həyat yoldaşı və azyaşlı üç uşağı var. Qanuna əsasən azyaşlı uşaqlar üçün su istifadəsinə görə pul hesablanmır.Lakin buna baxmayaraq ondan hər ay 4 yetkinlik yaşına çatmış şəxs üçün pul tutulur ki, bu da tam qanunsuzdur. Bununla bağlı Sukanal Cəmiyyətinə müraciət edərək iki şəxsin qeydiyyatdan çıxarılmasını və iki şəxsin qeydiyyatda saxlanılaraq buna görə pulun hesablanmasını dəfələrlə xahiş etsə də bu müraciətlərinə məhəl qoyulmamışdır. Həmin ünvanda əvvəllər anası X6 və atası X5 qeydiyyatda olmaqla yaşamışlar, anası Zenfira Niyazova 18 dekabr 2010-cu il tarixdə, atası Xeyrəddin Məmmədov isə 14 mart 2020-ci il tarixdə vəfat etmişlər. Bu barədə Sukanal İdarəsinə məlumat verilməsinə baxmayaraq vəfat etmiş valideynləri qeydiyyatdan çıxarılmırlar və onlara görə pul hesablanır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Cavabdeh "xxxx" ASC-nin Gəncə Sukanal TSC-nin nümayəndəsi X12 məhkəmə iclasında bildirdi ki, ünvan 1 ünvanda su sərfiyyatına görə 811 manat məbləğində borc yaranmışdır. İddiaçı borcun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bu günə kimi borcun ödənilməsi təmin olunmamışdır. Məhkəmədən iddiaçının iştirakı olmadan məhkəmə iclasınını keirilməsini və iddianın təmin olunmamasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, 19.05.2020-ci il tarixdə "xxxx" ASC-nin Gəncə Sukanal TSC tərəfindən verilmiş hesab fakturadan görünür ki, ünvan 1 ünvanda su sərfiyyatına görə 811 manat məbləğində borc vardır. 19.02.2013-cü il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən ev İddiaçı adına qeyd edilmişdir. 20.12.2010-cu il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 18 dekabr 2010-cu il tarixdə vəfat etmişdir. 02.04.2020-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 18 dekabr 2010-cu il tarixdə vəfat etmişdir. 19.03.2021-ci il tarixli ******* saylı arayışdan görünür ki, X1 şəhəri, Nizami rayonu, Bağbanlar küçəsi, döngə 1, dalan 1, 3 saylı ünvanda qeydiyyatdadır və qeydiyyatda olan digər şəxslər X7, İddiaçı, X4 ibarətdir. 22.04.2015-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən ünvan 1 ünvanda yaşayır və ailə tərkibi-həyat yoldaşı X3, qızı X7, qızı X4 ibarətdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü də hər bir iddia üzrə iddiaçı tərəfin üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində qeyd etdiyi - halları sübut etməlidir. İddiaçı tərəfindən isə tələblərinin təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfin təqdim etdiyi iddia tələbini dəstəkləyən sübutlar isə yalnız iddia ərizəsi olmuşdur. Hazırkı mübahisənin həlli ilə əlaqədar olaraq məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilə bilməz. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-nin Gəncə Sukanal TSC-nə qarşı «borcun silinməsi» tələbinə dair iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı İddiaçı cavabdeh "xxxx" ASC-nin Gəncə Sukanal TSC-nə qarşı «borcun silinməsi» tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən bir ay müddətinə Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar