Məhkəmə qərarları › İş №2(044)-2004/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2004/2021

10.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2004/2021 10.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X6, Cavabdeh "xxxx" X10 Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə, "xxxx" X10 Səhmdar Cəmiyyətinə və Külək MMC-yə qarşı “hərracın etibarsız sayılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə, "xxxx" X10 Səhmdar Cəmiyyətinə və Külək MMC-yə qarşı “hərracın etibarsız sayılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Nizami rayonu, Əhməd Cəmil küçəsi, 175a saylı qeyriyaşayış binasına dair Külək MMC-nin keçirdiyi hərrac, hərracın nəticələri haqqında 56/03 saylı, 08.04.2019-cu il tarixli protokolun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Göygöl Rayon Məhkəməsinin 02.03.2018ci il tarixli, 2(066)-24/2018 saylı icra vərəqəsinə əsasən borclu İddiaçı cəmi 794.407.26 ABŞ dolları borc və ümumilikdə 91 manat dövlət rüsumu "xxxx" X10 Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın İddiaçı mülkiyyətində olan ilkin satış qiyməti 700.000 manat müəyyən edilmiş Gəncə şəhəri, Nizami rayonu, Əhməd Cəmil küçəsi, 175a saylı qeyri-yaşayış binasına yönəldilməsi və satıldıqdan sonra ən geci 1 ay ərzində həmin qeyri-yaşayış sahəsinin boşaldılması, İddiaçı 50 manat ekspertiza xərci alınaraq məhkəmə ekspertizası mərkəzinə ödənilməsi qət edilmişdir. Qətnamənin icra edilməsi məqsədi ilə Cavabdeh1 09.04.2019-cu il tarixli sifariş məktubu ilə həmin mənzilin satılması üçün "xxxx" MMC-yə müraciət edilmişdir. İddiaçı sonradan Cavabdeh1nə gedərkən ona "xxxx" MMC-nin 56/03 saylı, 08.04.2019-cu il tarixli protokoluna əsasən Gəncə şəhəri, Nizami rayonu, Əhməd Cəmil küçəsi, 175a saylı qeyri-yaşayış binasının "xxxx" X10 Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1 və onun qeyri-yaşayış binasını boşaltmalı olması məlum olmuşdur. Halbuki o, hərracın keçirilməsi haqqında qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmamışdır. İddiaçı nümayəndəsi və vəkili X9 məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi”nə dair ərizə təqdim edərək, Gəncə şəhəri, Nizami rayonu, Əhməd Cəmil küçəsi, 175a saylı qeyri-yaşayış binasına dair "xxxx" MMC-nin keçirdiyi hərrac, hərracın nəticələri haqqında 56/03 saylı, 08 noyabr 2019-cu il tarixli protokolun etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı nümayəndəsi və vəkili X9 məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" X10 Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbinin təmin olunmamasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Digər cavabdehlər Cavabdeh1 və "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələrinin iştirakını məhkəmə iclasında təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Göygöl Rayon Məhkəməsinin 02.03.2018-ci il tarixli, 2(066)-24/2018 saylı icra vərəqəsinin surətindən görünür ki, iddiaçı "xxxx" X10 Səhmdar Cəmiyyətinin cavabdeh İddiaçı qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, borcun tutulması ipoteka predmetləri olan İddiaçı mülkiyyətində olan Göygöl rayonu, Yeni Qızılca kəndində olan 0.12 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə və Gəncə şəhəri, Nizami rayonu, Əhməd Cəmil küçəsi, 175a saylı qeyri-yaşayış binasına yönəldilməsi, bu əmlakların hərracda satılması və onların satışından əldə edilmiş məbləğin cavabdeh İddiaçı 28 noyabr 2014-cü il tarixli, 122B/14 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 671.956.20 ABŞ dolları, faiz borcu üzrə 123.207.35 ABŞ dolları, cərimə borcu üzrə 2000.0 ABŞ dolları, cəmi 793.942.95 ABŞ dolları borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 60 manat borcun ödənilməsi həcmində iddiaçı "xxxx" X10 Səhmdar Cəmiyyətinin hesabına keçirilməsi, ipoteka predmeti olan Göygöl rayonu, Yeni Qızılca kəndində olan 0.12 ha torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 300.000 (üç yüz min) manat məbləğində və Gəncə şəhəri, Nizami rayonu, Əhməd Cəmil küçəsi, 175a saylı qeyri-yaşayış binasının ilkin satış qiyməti 700.000 (yeddi yüz min) məbləğində müəyyən edilmişdir. İpoteka predmeti olan Göygöl rayonu, Yeni Qızılca kəndində olan 0.12 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdeh İddiaçı çıxarılması, Gəncə şəhəri, Nizami rayonu, Əhməd Cəmil küçəsi, 175a saylı qeyri-yaşayış binasına tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin qeyri-yaşayış sahəsinin boşaldılması qət edilmişdir. İş materiallarında olan 08.11.2019-cu il tarixli 56/03 saylı hərracın yekunları barədə protokolun surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Əhməd Cəmil küçəsi, 175a saylı qeyri-yaşayış binasını "xxxx" KB ASC-nin nümayəndəsi X5 446.250 (dörd yüz qırx altı min iki yüz əlli) manata əldə etmişdir. İş materiallarında olan 27.09.2019-cu il tarixli açıq hərracın keçirilməsinə dair bildirişin surətindən görünür ki, İddiaçı qardaşı bildirişi imza edərək almışdır. İş materiallarında olan 18.10.2019-cu il tarixli açıq hərracın keçirilməsinə dair bildirişin surətindən görünür ki, İddiaçı qohumu bildirişi imza edərək almışdır. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşya ola bilər. İpoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə notariat qaydasında təsdiqlənməlidir (İHQ 10.2-ci maddəsi). “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 41.1-ci maddəsinə görə, ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234, 357 və 360-362-ci maddələrini rəhbər tutub Q Ə T E T D İ: İddiaçı iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar