Məhkəmə qərarları › İş №2(044)-2070/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2070/2021

09.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2070/2021 09.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı və Cavabdeh ASC-nin Gəncə Sukanal TSC-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-nin Gəncə Sukanal TSC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-nin Gəncə Sukanal TSC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən hesablanmış 1874,51 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Nizami rayonu, X10 küçəsi, 18 nömrəli fərdi yaşayış evi 2019-cu ilin iyun ayına qədər ona məxsus olmuşdur. Həmin ünvanda X7, X2, X6, X3, X8, X9 və X4r. X16 2006-cı ildən Azərbaycan Bayrağı küçəsi, ev 175 C ünvanında yaşayır və həmin ünvana dair su ilə kanalzasiya pulunu hər ay ödəyir. X11 1986-cı ildə ailə qurmuş, Samux rayon Kolayır kəndində köçmüş və öz ailəsi ilə orada yaşamışdır. 2011-ci ildən isə Samux rayonu, Gənclik küçəsində yeni tikdikləri evdə yaşayır və həmin üvnandan kommunal xərcləri ödəyir. Hesab edir ki, göstərilən şəxslərin həmin ünvanda istifadə etmədikləri su və kanalizasiya hesablanmış 1874,51 manat borcun heç bir məntiqi və qanuni əsası yoxdur. Bu səbəblərdən hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ASC-nin Gəncə Sukanal TSC-nin nümayəndəsi X13 iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, əvvəllər iddiaçının mülkiyyətində olmuş mənzilə su və kanalizasiyadan istifadə üzrə borc evdə qeydiyyatda olan şəxslərə uyğun olaraq hesablanmışdır. Ona görə də iddianın təmin edilməsi qanunamüvafiq deyildir. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Mülki iş materiallarında olan: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 18.05.2021-ci il tarixli, 2(044)-1211 saylı qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş cavabdeh İddiaçı kommunal xidmətlərə görə yaranmış 3192,87 manat borcun borc maddi ziyan kimi alınaraq iddiaçı X1 verilməsi qət edilmişdir. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyi əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iş materiallarında olan sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Gəncə şəhəri, Nizami rayonu, X10 küçəsi, 18 nömrəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus olmuş, 22.07.2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında onun tərəfindən Aybəniz Zeynalovaya satılmışdır. Evi satan zamana kimi İddiaçı su və kanalizasiyadan istifadəyə görə ödənilməmiş 1824,51 manat borcu olmuşdur. Hazırda iddiaçı həmin borcu mübahisələndirərək silinməsinə nail olmaq istəyir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış mübahisə su və kanalizasiya xidmətlərindən istifadə üzrə yaranmış mübahisədir. Mübahisə aşağıdakı qanunvericilik müddəaları əsasında təhlil edilməlidir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 3-cü bəndində göstərilmişdir ki, su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İş materiallarında tərəflər arasında bağlanmış suyun alqı-satqısı müqavilə olmasa belə məhkəmə onlar arasında məhkəmə hesab edir ki, tərəflər özləri bu faktı etiraf etdikləri üçün onlar arasında sudan istifadəyə dair alqı-satqı müqaviləsinin olması qəbul edilməlidir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1ci maddəsində qeyd olunmuşdur ki, su təchizatı və tullantı sularının axıdılması haqqında qanunvericilik bu Qanundan, Azərbaycan Respublikasının Su Məcəlləsindən və digər normativ hüquqi aktlardan ibarətdir. Azərbaycan Respublikası Su Məcəlləsinin 30-cu maddəsində göstərilmişdir ki, mülkiyyət formasından asılı olmayaraq müəssisələr, idarələr, təşkilatlar və digər hüquqi şəxslər Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada su obyektlərinin istifadəçisi ola bilərlər. Həmin Məcəllənin 45-ci maddəsində qeyd olunmuşdur ki, sudan istifadə haqqını, su obyektlərinə və ətraf mühitə axıdılan tullantı sularına görə ödəmələri və cərimələri vaxtında vermək sudan istifadə edənlərin vəzifələrindən biridir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində əsas anlayışlardan biri kimi qeyd olunmuşdur ki, su təchizatı sistemi - suyu mənbədən götürən, təmizləyən və istehlakçıya çatdıran bir və ya bir qrup qurğu, o cümlədən magistral (ümumiləşdirilmiş) və paylayıcı (daxili) su kəmərləri (xətləri) şəbəkəsidir, kanalizasiya sistemi - yaşayış məntəqəsində və ya sənaye müəssisələrinin fəaliyyəti nəticəsində əmələ gələn tullantı sularını tullantı təmizləyən məntəqəyə nəql etdirən şəbəkədir, su təchizatı və kanalizasiya müəssisələri (su təchizatı müəssisələri, kanalizasiya müəssisələri) - mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq müəyyən ərazi (zona) hüdudlarında su təchizatının və tullantı sularının axıdılmasını təmin edən hüquqi şəxsdir, istehlakçı - su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə edən hüquqi və fiziki şəxsdir. Həmin Qanunun 61-ci maddəsində göstərilmişdir ki, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. İş materialları və iddiaçının özünün izahatı ilə təsdiq olunur ki, Gəncə şəhəri, Nizami rayonu, X10 küçəsi, 18 nömrəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında 22.07.2019-cu il tarixə kimi İddiaçı məxsus olmuşdur. Həmin tarixdə alqı-satqı üzrə ev özgəninkiləşdirilmişdir. Həmin tarixə qədər elə iddiaçının su və kanalizasiyadan istifadəyə görə ödənilməmiş 1824,51 manat borcu olmuşdur. Göründüyü kimi iddiaçı tərəfindən su və kanalizasiya xidmətlərindən istifadə edilməsinə baxmayaraq xidmə haqqı ödənilməmişdir. Hazırda isə iddiaçı iddia edir ki, iddia ərizəsində adını çəkdiyi şəxslər onun evində qeydiyyatda olmasına baxmayaraq yaşamamışdır. Ona görə də borcun hesablanması düzgün deyildir. Bununla bağlı məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”na nəzər salınmasını zəruri hesab edir. Həmin Qaydaların suyun və kanalizasiya sisteminə axıdılan tullantı sularının uçotu və ödəmə şərtlərindən bəhs edən 7.1 və 7.4-cü bəndlərində göstərilmişdir ki, suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılmasının pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində su təchizatı və kanalizasiya müəssisəsinə təqdim etməlidir. Su təchizatı və kanalizasiya müəssisəsihesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Məhkəmə göstərir ki, cavabdeh tərəfindən evdə qeydiyyatda olan şəxslərə uyğun olaraq hesablama aaprılması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. İddia tələbi hər hansı maddi hüquqi əsasa söykənməməklə formal mülahizələrdən ibarət olduğu üçün əsassızdır. Hansı ki, su və kanalizasiya xidmətlərindən istifadə etməklə ödəniləcək xidmə haqqı istehlakçı kimi iddiaçının qanunla müəyyən edilmiş vəzifəsidir. Qeyd olunanları nəzərə alaraq iş üzrə tədqiq edilmiş sübutlara yuxarıda sadalanan qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-nin Gəncə Sukanal TSC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar