Məhkəmə qərarları › İş №2(044)-2079/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-2079/2021

21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-2079/2021 21.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi ilə, İddiaçı cavabdehlər Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzinə, Cavabdeh2nə və Cavabdeh3 BOKT-nə qarşı «hərracın yekunları barədə 18.03.2019-cu il tarixli protokolun etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzinə, Cavabdeh2nə və Cavabdeh3 BOKT-nə qarşı «hərracın yekunları barədə 18.03.2019-cu il tarixli protokolun etibarsız hesab edilməsinə» dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2-ci maddəsinə əsasən ərizədə ərizənin verildiyi məhkəmənin adı, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat, ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilmələdir. İddiaçı cavabdeh Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzi və Cavabdeh3 BOKT ilə birlikdə Cavabdeh2 də cavabdeh qismində göstərərək hərracın yekunları barədə 18.03.2019-cu il tarixli protokolun etibarsız hesab edilməsini tələb etsə də, həmin iş üzrə Cavabdeh2 cavabdeh hesab edilə bilməz. Çünki iddia ərizəsinə əlavə edilmiş 18.03.2019-cu il tarixli protokolun surətindən görünür ki, həmin protokol Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzi tərəfindən tərtib edimişdir və hazırkı tələb yalnız Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzinə qarşı yönəlmişdir. Cavabdeh Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzinin ünvanı isə Bakı şəhəri Nərimanov rayonunun inzibati ərazisinə aid olduğundan iddia ərizəsi aidiyyatı üzrə məhkəməyə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. - 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. - 152.1, 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. -152.1.3. əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdehlər Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzinə, Cavabdeh2nə və Cavabdeh3 BOKT-nə qarşı «hərracın yekunları barədə 18.03.2019-cu il tarixli protokolun etibarsız hesab edilməsi» tələbi barədə ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar