Məhkəmə qərarları › İş №2(044)-2167/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-2167/2020

12.08.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-2167/2020 12.08.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 Tapdıx oğlunun, üçüncü şəxs X2 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Tapdıx oğlunun cavabdeh Gəncə şəhər 1 saylı Notariat Kontoruna qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə və vərəsələr arasında payların müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Tapdıx oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri 1 saylı Notariat Ofisinin xx.xx.2019-cu il tarixli 628 saylı notariat hərəkətlərinin aparılmasından imtinaya dair qərarının ləğv edilməsinə, İddiaçı1mərhum əri X1 miras qalmış Gəncə şəhəri, Cavadxan küçəsi, 13 saylı ünvanda yerləşən mülkün 1/6 hissəsinin iddiaçılar tərəfindən mirasın qəbulu faktının müəyyən edilməsinə, mərhum X1 miras qalmış Gəncə şəhəri, Cavadxan küçəsi, 13 saylı ünvanda yerləşən mülkün 1/6 hissəsindən iddiaşıların miras paylarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar məhkəmə iclasında ərizə verərək, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişlər. Cavabdeh Gəncə şəhər 1 saylı Notariat Kontoru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən məhkəmənin hazırlıq iclasına nümayəndəsi gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, məhkəmə baxışına hazırlıq zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Tapdıx oğlunun ərizəsi təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Tapdıx oğlunun cavabdeh Gəncə şəhər 1 saylı Notariat Kontoruna və üçüncü şəxs qismində X3 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə və vərəsələr arasında payların müəyyən edilməsi tələbinədair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində X7 Rayon Məhkəməsinə şikayət verilə bilər Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar