Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-217/2022 12.01.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi (cavabdeh)Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "xxxx"MTK-aya("xxxx" MMC) qarşı Bakış əhəri Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi Əsəd Əhmədov küçəsi(Talıblı küçəsi) 24 B ünvanındakı yaşayış binasının 6-cı giriş 16-cı mərtəbəsində 3 otaqlı 637 saylı mənzilin Cavabdeh2 adına keçirilməsinə dair bağlanılmış 11 mart 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iş üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "xxxx"MTK-aya("xxxx" MMC) qarşı Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi Əsəd Əhmədov küçəsi(Talıblı küçəsi) 24 B ünvanındakı yaşayış binasının 6-cı giriş 16-cı mərtəbəsində 3 otaqlı 637 saylı mənzilin Cavabdeh2 adına keçirilməsinə dair bağlanılmış 11 mart 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri ünvan 2 ünvandakı yüksək mərtəbəli yaşayış binasının 6-cı giriş 16-cı mərtəbəsində 3 otaqlı 637 saylı mənzil onun adına alınmışdır. Sonradan onların münasibətləri pozulmuş və o məhkəməyə nikahın pozulması tələbinə dair iddia ilə müraciət etmişdir. 30 avqust 2017-ci il tarixdə o notariat kontoruna müraciət edərək ərinin adına verdiyi 29 oktyabr 2015-ci il tarixli ümumi etibarnamənin ləğv edilməsini xahiş etmişdir. Lakin sonradan bilmişdir ki, əri qanunsuz olaraq onun adına verdiyi etibarnamədən istifadə edərək mənzili öz bacısı Cavabdeh2 adına rəsmiləşdirmişdir. Bununla bağlı araşdırılma aparılması üçün Azərbaycan Respublikasının Prokurorluğuna müraciət ünvanlamış və həmin müraciət əsasında aparılmış araşdırma nəticəsində "xxxx" MMC-nin prokurorluğa ünvanladığı cavab məktubunun məzmunu ilə tanış olmuşdur. Həmin məktubda göstərilmişdir ki, onun Cavabdeh1 20 oktyabr 2015-ci il tarixdə verdiyi etibarnamə və onu təmsil edən Cavabdeh1 tərəfindən 11.03.2019-cur il tarixdə həmin MMC-yə ünvanlanmış ərizəni rəhbər tutaraq, Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal, Əsəd Əhmədov küçəsi, 248 saylı bina, 6-cı giriş, 16-cı mərtəbə, 637 saylı, sahəsi 112,0.kv.m olan 3 otaqlı mənzil 11.03.2019-cu il tarixdə Cavabdeh2 ilə müqavilə bağlayaraq sonuncunun adına rəsmiləşdirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, əlavə olaraq bildirdi ki, Cavabdeh1 onun əridir. O etibarnaməni verərkən onun niyyəti əmlakın başqa şəxslərə özkəninkiləşdirilməsindən ibarət olmamışdır. Əgər bilsəydi ki, ərinin niyyəti belədir, o o zaman həmin etibarnaməni verməzdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi (cavabdeh)Cavabdeh2 izahatında göstərdi ki, qardaşı Valehlə aralarında pul məsələsi olmuş, ona görə də Valeh evi onun adına rəsmiləşdirmişdir. Həm də ana vəfat etdikdən sonra insana ən yaxını onun bacısı olur. Ona görə də Valeh evi onun adına keçirmişdir. Mənzilin bütün pay haqqı da onun özü tərəfindən həyata keçirilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan İddiaçı tərəfindən yazılmış və notarial qaydada təsdiq edilmiş 30.08.2017-ci il tarixli ərizədən görünür ki, o Cavabdeh1 verdiyi və reyestrdə 7E-51430 nömrə ilə qeyd edilmiş etibarnamənin ləğv edilməsini xahiş etmişdir; İş materiallarında olan 07 mart 2018-ci il tarixli, 28 nömrəli arayışdan görünür ki, Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal, Əsəd Əhmədov küçəsi, 248 saylı bina, 6-cı giriş, 16-cı mərtəbə, 637 saylı mənzil İddiaçı məxsusdur; İş materiallarında olan "xxxx"MMC-nin verdiyi maliyyə arayışından görünür ki, Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal, Əsəd Əhmədov küçəsi, 248 saylı bina, 6-cı giriş, 16-cı mərtəbə, 637 saylı mənzilin pay dəyəri Cavabdeh2 tərəfindən tam ödənilmişdir; 11.03.2019-cu il tarixli. 637 nömrəli müqavilədən görünür ki, Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal, Əsəd Əhmədov küçəsi, 248 saylı bina, 6-cı giriş, 16-cı mərtəbə, 637 saylı mənzilin payçısı Cavabdeh2dır; "xxxx"MTK-nın məhkəməyə göndərdiyi 08 dekabr 2021-ci il tarixli məktubun məzmunundan müəyyən edilir ki, Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi (Talıblı küç.4) indiki Əsəd Əhmədov 24B 6-cı giriş 16-cı mərtəbədə yerləşən 637 saylı mənzil 18 dekabr 2006-cı ildə X3 adına rəsmiləşdirilmişdir.04.02.2010-cu il tarixdə A.M.Əliyevanın Moskva şəhərində, Cavabdeh1 verdiyi ** HP ***6886 saylı etibarnamə əsasında həmin mənzil 10 fevral 2010-cu ildə X2 adına keçirilmişdir. A.Q.Ələkbərova mənzilin dəyərinin ödəmədiyi üçün ona maliyyə arayışı verilməmiş və sonuncunun verdiyi 29.10.2015-ci il tarixli 417540 saylı etibarnamə əsasında yəni 11.03.2019-cu il tarixdə 637 saylı mənzil, Cavabdeh2 adına keçirilmiş və ona mənzilin dəyərini tam ödəməsinə dair maliyyə arayışı verilmişdir.29.10.2015-ci il tarixli 417540 saylı etibarnaməyə xitam verilməsinə dair bu günədək "xxxx" MMC-yə və cəmiyyətin hüquqi varisi "xxxx"MTK-ya bu barədə heç bir məlumat daxil olmamışdır; 25.02.2010-cu il tarixli müqavilədən görünür ki, Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal, Əsəd Əhmədov küçəsi, 248 saylı bina, 6-cı giriş, 16-cı mərtəbə, 637 saylı mənzilin payçısı İddiaçı olmuşdur; 29.10.2015-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı Cavabdeh1 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq o bütün əmlakı idarə etməyi və onun üzərində sərəncam verməyi, o cümlədən almaq, satmaq, bağışlamaq, dəyişmək və s kimi səlahiyyətləri həyata keçirməyi etibar etmişdir; Cavabdeh1 tərəfindən "xxxx"MMC-yə təqdim edilmiş imtina ərizəsinin məzmunundan görünür ki, Cavabdeh1 arvadı İddiaçı mübahisəli mənzilə dair pay haqqından imtina edir; İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh1 ər-arvad olmaqla birgə nikah dövründə birincinin adına 25.02.2010-cu il tarixli müqavilə əsasında Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal, Əsəd Əhmədov küçəsi, 248 saylı bina, 6-cı giriş, 16-cı mərtəbə, 637 saylı mənzil əldə edilmiş və həmin müqaviləyə əsasən iddiaçı mənzilin payçısı olmuşdur.2019-cu ildə qeyd edilən mənzil İddiaçı verdiyi etibarnamə əsasında Cavabdeh1 tərəfindən sonuncunun bacısı Cavabdeh2 satılmışdır. Cavabdeh2 izahatlarında əvvəlcə mənzilin pay haqqının onun vəsaiti hesabına ödənildiyini, daha sonra isə qardaşı ilə aralarında pul məsələsi olduğuna görə əslində qardaşının vəsaiti hesabına ödənildiyini, sonrakı izahatında isə qardaşı tərəfindən qardaşlıq borcunun yerinə yetirilməsi ilə bağlı evin ona hədiyyə edildiyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsi ilə müəyyənləşdirilmiş ərlə arvadın hüquq bərabərliyi prinsipinə əsaslanaraq, Ailə Məcəlləsinin 29.1-ci maddəsində ər və arvadın ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malik olmaları təsbit edilmişdir. Həmçinin Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarında qeyd edilmişdir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativ və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə görə, mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113-cü maddəsinə əsasən, şəxsin mənzil-tikinti kooperativinə üzv qəbul edilməsi mənziltikinti kooperativi binalarının yaşayış sahələrinə köçmək üçün, nəzərdə tutulmuş pay haqqını tam ödəməsi isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Həmçinin mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı mübahisəli mənzilin payçısı olduğu dövrdə həmin əmlak üzərində daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarını qeydə almamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının payçısı olduğu mənzil daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyata alınmadığından və bununla da iddiaçının həmin mənzilə dair sərəncam vermək hüququ yaranmadığından, o həmin əmlak üzərində sərəncam verilməsi ilə bağlı səlahiyyətləri də başqa şəxsə verə bilməzdi. Cavabdeh1 Aynurun verdiyi etibarnamə əsasında Aynura məxsus pay hüququndan imtina edərək mənzili bacısının adına rəsmiləşdirməklə qanunsuz olaraq iddiaçıya məxsus pay üzərində sərəncam vermişdir. Bundan başqa da məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mənzilin pay haqqının ödənilməsinə dair iş materiallarında sübutlar olsa da, Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında mənzilin ona adına keçəsinə səbəb kimi qardaşı ilə arasında pul məsələlərinin olması, digər bir izahatında isə qardaşı tərəfindən həmin mənzilin ona hədiyyə edildiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında ər-arvad münasibətləri yaxşı olduğu halda, mənzilin ərin bacsının adına keçirilməsi təklifi ilə Cavabdeh1 İddiaçı müraciət etsə idi, bu halda İddiaçı bundan imtina etməsi inandırıcı olmazdı. Görünən odur ki, Cavabdeh1 arvadı ilə münasibətlərin kəskinləşməsini görmüş və o əmlaka dair etibarnamə almaqla mənzili bacısının adına rəsmiləşdirmiş və dolayısı ilə həmin etibarnamədən öz xeyrinə istifadə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.3-cü maddəsinə görə təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Mülki qanunvericiliyə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Müqavilənin etibarlılığı üçün onun Mülki Məcəllədə müəyyənləşdərilmiş şərtləri pozmamaqla bağlanması tələb olunur. Müqavilənin etibarsızlığı dedikdə-onun qanunun tələblərinə uyğun olmadan tərtib edilməsi və bağlanması başa düşülür və yalnız bu halda müqavilə müəyyən hüquqi nəticə doğurmaya bilər. Nəzərə alınmalıdır ki, müqavilədə tərəflərin hərəkətləri müəyyən hüquqi nəticənin əldə olunmasına yönəlir və müqavilənin etibarlılığı üçün: müqavilənin subyektiv tərkibinin qanuniliyi; müqavilənin məzmununun qanuniliyi; müqavilə üzrə tərəflərin iradə və iradə ifadəsinin uyğunluğu; həmçinin müqavilənin formasının qanuniliyi şərtlərinin olması zəruridir. Müqavilənin subyektiv tərkibinin qanuniliyi müqavilənin hüquq və fəaliyyət qabiliyyətinə malik olan şəxslər tərəfindən bağlanmasını nəzərdə tutur. Müqavilənin məzmunu dedikdə-müqavilədə əksini tapan şərtlərin məcmusu başa düşülür. Bu şərtlər qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verməlidir. Hər bir halda müqavilədə iradə və iradə ifadəsinin vahidliyi, yəni üst-üstə düşməsi olduqca əhəmiyyətlidir. Çünki iradə və iradə ifadəsinin vahidliyi olmadığı halda, müqavilə mübahisə ediləndirsə məhkəmə qərarı əsasında, yox əgər əhəmiyyətsizdirsə, o zaman belə qərar olmadan da etibarsız sayıla bilər. İradə ifadəsinin olmaması isə o, zaman baş verir ki, birincisi, ortada iradə ifadəsi olur, lakin onu formalaşdıran daxili iradə olmur (məsələn: hədə-qorxu, zorakılıq, öz hərəkətlərinin mənasını başa düşməyən və onlara rəhbərlik edə bilməyən şəxslərin bağladığı əqd); ikincisi, iradə ifadəsi daxili iradəni düzgün olaraq əks etdirir, lakin bu ifadə əsl istəyin formalaşmasına mane olan faktorların təsiri altında baş verir (məsələn: aldatma, şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan sui-istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd); üçüncüsü, iradə ifadəsi daxili iradəni düzgün olaraq əks etdirmir (məsələn: bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi, Mülki Məcəllənin 339.1, 339.2, 339.3, 339.4-cü maddələri). Göründüyü kimi hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Hazırki işdə isə iddiaçının verdiyi etibarnamə əsasında Cavabdeh1 mənzilin özgəninkiləşdirilməsi ilə bağlı ifadə etdiyi iradə onun əsl niyyətinə uyğun deyildir. Məhkəmə bu nəticəyə gəlir ki, Qlobal Azəri”MMC ilə Cavabdeh2 arasında bağlanılmış 11.03.2019-cu il tarixli, 637 nömrəli müqavilə etibarsız hesab edilməlidir. Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidirlər. Məhkəmə araşdırılması zamanı Cavabdeh2 mənzilin pay haqqının onun tərəfindən ödənilməsi və buna görə hansı məbləğdə pulun onun tərəfindən ödənilməsi müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, Cavabdeh2 ona dəymiş ziyanla bağlı hazırki iş üzrə iddiaçıya qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnun olması istisna edilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Şərur”MTK ilə ("xxxx" MMC) Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi Əsəd Əhmədov küçəsi(Talıblı küçəsi) 24 B ünvanındakı yaşayış binasının 6-cı giriş 16-cı mərtəbəsində 3 otaqlı 637 saylı mənzilin Cavabdeh2 adına keçirilməsinə dair bağlanılmış 11 mart 2019-cu il tarixli müqavilə etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(044)-217/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-217/2022
12.01.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver