Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-221/2022 03.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi ilə, İddiaçının nümayəndəsi, vəkil Nümayəndə, Cavabdehlər Cavabdeh1 və Nəsibova (Tağızadə) Sevda qızının iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Nəsibova (Tağızadə) Sevda qızına qarşı “kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilməsi, əşyalarının mənzildən boşaldılaraq onun sahibliyinə verilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Nəsibova (Tağızadə) Sevda qızına qarşı “kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilməsi, əşyalarının mənzildən boşaldılaraq onun sahibliyinə verilməsi” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Nəsibova (Tağızadə) Sevda qızının, onların övladları X3, X2 və X1 mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 2 evə olan istifadə hüquqlarına 7000 (yeddi min) manat kompensasiya verilməklə xitam verilməsi, onlara məxsus əşyalarının mənzildən boşaldılaraq həmin mənzilin onun sahibliyinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında ona məxsusdur və həmin ev 2012-ci il tarixdə mərhum anası X4 tərəfindən ona hədiyyə edilmişdir. Cavabdehlərdən Cavabdeh1 onun qardaşı, Cavabdeh2 isə onun qardaşı Azadın həyat yoldaşı, yetkinlik yaşına çatmayanlar X8, X6 və X5 isə onların birgə nikahlarından dünyaya gəlmiş övladlarıdır. Hazırda tam mülkiyyət hüququ əsasında ona məxsus mübahisəli evdə cavabdehlər və onların övladları yaşayırlar. O, dəfələrlə cavabdehlərə evinin boşaldılmasını bildirsə də, onlar bundan imtina edərək, evdən çıxamayacaqlarını və həmin evin əslində onlara qaldığını bildirmişlər. Bundan başqa o, evini cavabdehlərdən tələb etdikdə, ona 8000 (səkkiz min) manat məbləğində pul vermək şərti ilə evdən imtina etməsini bildirmişlər. Cavabdehlər ona sərbəst şəkildə evinə girib yaşamaq işkanı vermədiklərindən o, 2017-ci il tarixdə məhkəməyə müraciət etmiş və Gəncə Apelyasiya Məhkəməsinin 21.02.20210-ci il tarixli qətnaməsi ilə onun mənzil üzərində hüquqları təmin edilmişdir. Hazırda Gəncə şəhəri, Nizami rayonu, Vaqif küçəsində eyni şəraitli mənzillərin kirayə haqqı təxminən 110-120 manat təşkil edir. Odur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, istifadə hüququna ödənilən 7000 manatın 5 il üçün mənzildən istifadə hüqqının ödənilməsi üçün yetərli olmasını nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Pleniumunun qərarında qeyd edildiyi kimi, kompensasiya institutu istifadəçiyə yaşayış sahəsindənistifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutmuşdur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməli olduğundan və həmin məbləğ cavabdehə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verdiyindən bir mülkiyyətçi olaraq onun iddiası tam təmin edilməli və cavavabdehin istifadə hüququ 7000 manat məbləğində kompensasiya ilə əvəz olunaraq onun tam mülkiyyətində olan mənzildən istifadə hüquqlarına xitam verilməli və onlara məxsus ev əşyalarının evdən çıxarılmasına dair məhkəmə tərəfindən qətnamə qəbul edilməlidir. İddiaçının nümayəndəsi, vəkil Nümayəndə məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, cavabdehlər Cavabdeh1, Nəsibova (Tağızadə) Sevda Qəməndər qızının və onların övladları X8, X2 və X1 mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan ünvan 2 fərdi yaşayış evinə olan istifadə hüquqlarına 8000 (səkkiz min) manat kompensasiya verilməklə xitam verilməsi, onlara məxsus əşyalarının mənzildən boşaldılaraq həmin mənzilin iddiaçının sahibliyinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Cavabdeh1 məhkəmə iclasında bildirdi ki, iddiaçı onun bacısı, cavabdeh Nəsibova (Tağızadə) Sevda Qəməndər qızı isə onun həyat yoldaşıdır. O, həmin evdə doğulmuş, boya-başa çatmış, Cavabdeh2 ilə ailə quran zaman həmin evə gəlin gəlmiş, onların üç uşaqları həmin evdə doğulmuş və bu günə kimi həmin evdə yaşamaqda davam edirlər. Onların həmin evdən başqa yaşayış sahələri yoxdur. Mübahisəli mülk atalarının mülkü olmuş, iddiaçı analarının xəstəliyindən istifadə edərək, saxta yolla mülkü ələ keçirmiş və öz adına keçirmişdir. Əvvəllər mübahisəli mülklə bağlı dəfələrlə məhkəmə prosesləri olmuşdur. İddiaçı onları evdən çıxarmaq üçün çox çalışsa da əzil həqiqət məhkəmələr tərəfindən öz yerini tapmış, iddiaçının əsassız iddia tələblərinin rədd edilməsi barədə qətnamələr qəbul etmişdir. Hazırkı iddia tələbi ilə bir tərəf kimi razılaşmırlar, iddiaçının təklif etdiyi məbləğ onları qane etmiş, onların birgə nikahlarından 3 uşaqları var və uşaqlardan biri anadangəlmə xəstədir, onun müalicəsinə bir valideyn kimi mütəmadi pul sərf edirlər, ailə başçısı kimi tək o, işləyir, ailəsini çətinliklə də olsa saxlayır. Onların xəstə uşaqları olduğundan ona qulluq və qayğı lazım gəldiyindən Sevda işləyə bilmir, onların maddi imkanları zəifdir, heç yerdən gəlirləri yoxdur. Onlara təklif olunan məbləğ ilə kirayə tapa bilməzlər, heç yerdə ailəli adama 110-120 manat kirayə ev verməzlər. Gənc şəhərinin mərkəzində olan evlərin kirayə haqqı 300-350 manat təşkil edir. Mübahisəli mülk şəhərin mərkəzində yerləşir, onlar ailəlikcə həmin evdə qeydiyyatdadırlar. Bütün bunlara görə də iddiaçı onları bir otaqlı evlə təmin etməlidir, o, həmin vaxt evi boşaltmağa razı olar, əks halda onlar ona 10000 (on min) manat pul verirlər, iddiaçı evdən onların onların xeyrinə imtina etsinlər. Məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Nəsibova (Tağızadə) Sevda Qəməndər qızı məhkəmə iclasında Cavabdeh1 ilə eyni məzmunlu izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamnə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, 27.03.2012-ci il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 2 fərdi yaşayış evi İddiaçı adına qeyd edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 07.08.2014-cü il tarixli 2(104)-1022/2014 saylı qətnamənin surətindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 10.04.2014-cü il tarixli qiyabi qətnaməsi iddiaçı Cavabdeh2 ünvan 1 ünvanda yerləşən evə azyaşlı uşaqları ilə birlikdə həmin mənzilə köçürülməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 21.02.2020-ci il tarixli 2(104)-227/2020 saylı qətnamənin surətindən görünür ki, apellyasiya şikayəti təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 05.12.2017-ci il tarixli, 2(044)-2568/2017 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilsin, İddiaçı məxsus əşyalar ünvan 2 ünvanda yerləşən mənzilin 12.7 kv.m sahəsi olan otağına yerləşdirilməsi, cavabdehlər Cavabdeh1 və Nəsibova (Tağızadə) X7 şəhəri, Nizami rayonu, Vaqif küçəsi, 143B saylı ünvanda yerləşən mənzilin 12.7 kv.m sahəsi olan otağından çıxarılması və həmin otağın boşaldılaraq İddiaçı verilməsi qət edilmişdir. 11.10.2021-ci il tarixli 02/04 saylı məktubdan görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi ərazidə oxşar kommunal şəraitli 1 yaşayış otağından ibarət evlərin aylıq kirayə haqqının orta məbləği hal-hazırda təxminən 100 (yüz) manat təşkil edir. 08.04.2019-cu il tarixdə Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə Cavabdeh2 birgə nikahlarından 29 mart 2019-cu il tarixdə X5 anadan olmuşdur. 28.09.2000-ci il tarixdə Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə Cavabdeh2 birgə nikahlarından 08 avqust 2010-cu il tarixdə X8 anadan olmuşdur. 28.01.2009-cu il tarixdə Gəncə şəhəri Nizami rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmçiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə Cavabdeh2 birgə nikahlarından 07 noyabr 2008-ci il tarixdə X6 anadan olmuşdur. 31.01.2022-ci il tarixdə "xxxx" MMC – tərəfindən verilmiş 12 saylı hesabatdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Vaqif küçəsi, ev 143B ünvanda yerləşən evin real bazar dəyəri 25000 (iyirmi beş min) manat təşkil edir. Konstitusiya Məhkəməsi 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bu isə o deməkdir ki, kompensasiya istifadəçiyə mənsub olmayan mülkiyyət hüququnun əvəzi kimi çıxış etmədiyindən, onun ədalətliliyi mülkiyyətə mənzil əldə etmək üçün kifayət edib-etməməsinə görə deyil, yaşayış sahəsindən istifadə etmək hüququnu ağlabatan müddət ərzində təmin edə bilməsinə kifayət etməlidir. Beləliklə, məhkəmə iclasında iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatı, toplanmış və tədqiq edilmiş sübutların məcmusu və iş materiallarında olan digər sənədlərlə təsdiq olundu ki, Cavabdeh1 ddiaçının qardaşı, Nəsibova (Tağızadə) Sevda Qəməndər qızı Cavabdeh1 həyat yoldaşıdır. Gəncə şəhəri, Nizami rayonu, Vaqif küçəsi, ev 143B ünvan İddiaçı adınadır və ona 27.03.2012-ci il tarixli, ******* nömrəli çıxarış verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 07.08.2014-cü il tarixli 2(104)-1022/2014 saylı qətnaməsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 10.04.2014-cü il tarixli qiyabi qətnaməsi iddiaçı Cavabdeh2 azyaşlı uşaqları ilə birlikdə ünvan 1 ünvanda yerləşən evə köçürülmələri hissəsində dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 21.02.2020-ci il tarixli 2(104)-227/2020 saylı qətnaməsi ilə, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 05.12.2017-ci il tarixli, 2(044)-2568/2017 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilmiş, İddiaçı məxsus əşyalar ünvan 2 ünvanda yerləşən mənzilin 12.7 kv.m sahəsi olan otağına yerləşdirilməklə, cavabdehlər Cavabdeh1 və Nəsibova (Tağızadə) X7 şəhəri, Nizami rayonu, Vaqif küçəsi, 143B saylı ünvanda yerləşən evin 12.7 kv.m sahəsi olan otağından çıxarılması və həmin otağın boşaldılaraq İddiaçı verilməsi qət edilmiş və məhkəmə qətnaməsi qanuni qüvvəyə minmişdir. Bundan sonra İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərə 8000 (səkkiz min) manat kompensasiya verilməklə ünvan 2 ünvanda yerləşən evdən cavabdehlərin istifadə hüquqularına xitam verilməsi, onlara məxsus əşyaların həmin evdən çıxarılması, mənzilin boşaldılaraq iddiaçının sahibliyinə verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, hazırki mübahisə həll edilərkən hər iki tərəfin qanuni mənafelərinin maksimum təmin olunması üstün mövqe kimi nəzərə alınmalıdır. Buna görə də məhkəmə tərəflərin hüquqlarını nəzərə alaraq 8000 (səkkiz min) manat məbləğində cavabdehlərə kompensasiya verilməsini ədalətli və insaflı hesab etmir. 8000 (səkkiz min) manat kompensasiya müqabilində cavabdehə başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə davamlı və müddətli olaraq yaşamaq imkanına malik olmur. Ona görə də məhkəmə mülkiyyətçi tərəfindən təklif edilmiş 8000 (səkkiz min) manatın qarşılığında cavabdehin istifadə hüququna xitam verilməsini işin faktiki hallarına, eləcə də məhkəmə iclasında tədqiq edilmiş sübutlara görə ədalətli və mümkün hesab etmir. İddiaçı cavabdehlər Cavabdeh1 və Nəsibova (Tağızadə) Sevda qızına qarşı “kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilməsi, əşyalarının mənzildən boşaldılaraq onun sahibliyinə verilməsi” tələbinə dair iddiaçı təmin edilməsin. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Nəsibova (Tağızadə) Sevda qızına qarşı “kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilməsi, əşyalarının mənzildən boşaldılaraq onun sahibliyinə verilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş 20.0 (iyirmi) manat iddiaçıya aid edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-221/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-221/2022
03.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver