Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-227/2022 18.01.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı2, İddiaçı və İddiaçı1 nümayəndəsi İddiaçı3, Cavabdeh2 Fəzail oğlunun nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçılar Əliyeva Sücayət Məhəmməd qızının, İddiaçı3, İddiaçı1 cavabdehlər Cavabdeh1 Fəzail qızına, Cavabdeh2 Fəzail oğluna və Cavabdeh3 qarşı “vərəsəlik hüquqlarının tanınması və miras əmlakdan payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar Əliyeva Sücayət Məhəmməd qızı, İddiaçı3, İddiaçı1 cavabdehlər Cavabdeh1 Fəzail qızına, Cavabdeh2 Fəzail oğluna və Cavabdeh3 qarşı “vərəsəlik hüquqlarının tanınması və miras əmlakdan payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üzərində qanun üzrə vərəsəlik hüquqlarının tanınması və paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışıdr ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi mərhum Əliyev Fəzail Qədir oğlunun adına qeydiyyata alınmış və Əliyev Fəzail Qədir oğlu 13.11.2015-ciil tarixdə vəfat etmişdir. Sonradan həmin mülklə bağlı cavabdehlərlə aralarında mübahisə yaranmış cavabdehlər qeyd olunan mənzildə pasport qeydiyyatında olsalar da həmin mənzildə bir gün yaşamamışlar. Bu müddət ərzində cavabdehlər notariat kontorunda vərəsəlik işinin açılması və vərəsəliklə bağlı şəhadətnamə alınması ilə bağlı heç bir hərəkət etməmiş, ümumi əmlakdan onlara, yəni 3 vərəsəyə cəmi 1 pay təşkil edir, iddiaçı olaraq onlar bununla razılaşmırlar. Ona görə də mərhum Əliyev Fəzail Qədir oğlundan miras qalmış fərdi yaşayış evi üzərində vərəsəlik hüquqlarının məhkəmə qaydasında tanınması zərurəti yaranmışdır. İddiaçı2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, 18.11.1997-ci ildə Əliyev Fəzail Qədir oğlu ilə ailə quraraq, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə gəlin köçmüş və onların birgə nikahlarından İddiaçı3, İddiaçı1 adlı iki uşaqları anadan olmuşdur. Əliyev Fəzail Qədir oğlu 13.11.2015-ciil tarixdə vəfat etmişdir. Mərhum Əliyev Fəzail Qədir oğlu hələ sağlığında evinə dair Cavabdeh2 vəsiyyət etmişdir. Hazırda Əliyev Fəzail Qədir oğlundan miras qalmış ünvan 1 ünvanda o, qızı Gülşən və oğlu Elşən yaşayırlar. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı və İddiaçı1 nümayəndəsi İddiaçı3 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 Fəzail oğlunun nümayəndəsi, Vəkil məhkəmə iclasında bildirdi ki, iddiaçıların fərdi yaşayış evi üzərində miras paylarının müəyyən edilməsini tələb etdikləri Gəncə şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi, döngə 1, 32 ünvanda yerləşən fərdi yaşayış evi mülkiyyətçisi olmuş Əliyev Fəzail Qədir oğlu 02.11.2015-ci il tarixdə notarial qaydada təsdiq edilmiş vəsiyətnamə əsasında oğlu Cavabdeh2 vəsiyyət etmiş və Cavabdeh2 da öz növbəsində ərizə ilə Gəncə şəhəri 1 saylı notariat ofisinə müraciət edərək, 08.022016-cı il tarixdə mirası qəbul etmişdir. Mərhum Əliyev Fəzail Qədir oğlu vəsiyyətnamə əsasında bütün əmlakını Cavabdeh2 vəsiyyət etmişdir. Bu hal Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri baxımından qanun üzrə vərəsəliyi istisna edir. Məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 Fəzail qızı və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1 Fəzail qızı və Cavabdeh3 iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı2, iddiaçı və İddiaçı1 nümayəndəsi İddiaçı3, Cavabdeh2 Fəzail oğlunun nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 01.06.2016-cı il tarixdə Gəncə “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Əliyev Fəzail Qədir oğlu 13 noyabr 2015-ci il tarixdə vəfat etmişdir. 04.09.2001-ci il tarixdə Gəncə şəhəri Nizami rayonu VVADQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Əliyev Fəzail Qədir oğlu oğlu ilə İddiaçı2 birgə nikahlarından xx.xx.2000-ci il tarixdə İddiaçı1 anadan olmuşdur. 04.09.2001-ci il tarixdə Gəncə şəhəri Nizami rayonu VVADQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Əliyev Fəzail Qədir oğlu oğlu ilə İddiaçı2 birgə nikahlarından xx.xx.2000-ci il tarixdə İddiaçı3 anadan olmuşdur. 18.11.1997-ci il tarixdə Gəncə şəhəri Nikah Evi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Əliyev Fəzail Qədir oğlu ilə İddiaçı2 nikahları 18.11.1997-ci il tarixdə bağlanmışdır. 12.11.2015-ci il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən əmlak Əliyev Fəzail Qədir oğlunun adına qeyd edilmişdir. 16.07.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanda yerləşən ev Əliyev Fəzail Qədir oğlunun adına qeyd edilmişdir. 31.08.2021-ci il tarixli ******* saylı arayışdan görünür ki, İddiaçı3 ünvan 2 ünvanda 27.10.2014-cü il tarixdən qeydiyyatdadır və qeydiyyatda olan digər şəxslər İddiaçı1, İddiaçı2, Əliyev Hicran Fəzail qızı, Cavabdeh2, Cavabdeh3 ibarətdir. 14.10.2021-ci il tarixdə Gəncə şəhəri 1 saylı notariat ofisi tərəfindən verilmiş 589 saylı imtina qərarından görünür ki, İddiaçı2 ünvan 2 evin adına rəsmiləşdirilməsini xahiş etmiş, lakin göstərilən mülk bir neçə vərəsələrin arasında mübahisəyə səbəb olduğu üçün həmin mülkə qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsindən imtina edilmişdir. 02.11.2015-ci il tarixli 2V-1-181 saylı vəsiyyətnamənin surətindən görünür ki, Əliyev Fəzail Qədir oğlu harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus bütün əmlakını Cavabdeh2 vəsiyyət etmişdir (vəsiyyətnamə Gəncə şəhəri 1 saylı notariat kontoru tərəfindən təsdiqlənmişdir). 22.11.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İodarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Gəncə şəhəri 4 saylı notariat kontorunun 14.12.2007-ci il tarixli 4Ə-6-666 reyestr nömrəli bəxşeyiş müqaviləsinə əsasən ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi X3 tərəfindən Cavabdeh3 bağışlanmış və Cavabdeh3 adına 30.12.2007-ci il tarixli **********47-10301 reyestr nömrəli çıxarış verilmişdir. 14.12.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İodarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Gəncə şəhəri, Əli Quliyev (keçmiş Proletar) küçəsində yerləşən 24A saylı fərdi yaşayış evinə dair “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” 17.11.1983-cü il tarixli pasport X1 adına tərtib edilmişdir. Lakin həmin əmlak üzərində hüquqlar daşınmaz əmlanın dövlət reyestrində qeydiyyata alınmamışdır. 08.02.2016-cı il tarixdə Cavabdeh2 tərəfindən ünvan 5 ünvanlanmış ərizədə, 13.11.2015-ci il tarixdə vəfat etmiş Əliyev Fəzail Qədir oğlundan miras qalmış Gəncə şəhəri, İ.Məmmədov küçəsi, 1-ci döngə, 32 saylı evə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi xahiş olunmuş və ərizədə başqa vərəsələrin olmadığı göstərilmişdir. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyinə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə müəyyən etmişdir ki, miras əmlak ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evidir. Həmin ev 12.11.2015-ci il tarixli ******* saylı çıxarış əsasında mülkiyyət hüququ üzrə mərhum Əliyev Fəzail Qədir oğlunun adına qeyd edilmişdir. Əliyev Fəzail Qədir oğlu 13.11.2015-ci il tarixdə ölmüşdür. Ölümündən qabaq Fəzail Əliyev cavabdeh olan Cavabdeh2 Gəncə şəhəri 1 saylı notariat kontorunda 12.11.2015-ci il tarixli vəsiyyətnamə vermiş və bütün əmlakını Cavabdeh2 vəsiyyət etmişdir. Fəzail Əliyevin ölümündən sonra miras əmlak faktik olaraq arvadı İddiaçı2, övladları İddiaçı1 və İddiaçı3 tərəfindən faktik olaraq qəbul edilmiş və onların miras əmlakda məcburi payları vardır. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmənin qənaətinə görə tərəflər arasında yaranmış mübahisə qanun üzrə vərəsəlik hüquq münasibətlərindən əmələ gələn mübahisədir və həllinə mülki qanunvericiliyin vərəsəlik münasibətlərini tənzimləyən normalar tətbiq olunmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır. Vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən əmlak hüquq (miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi şəxsi qeyri-əmlak hüquqlarının və vəzifələrinin xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarında göstərilən qaydada başqa şəxslərə keçir. Vərəsəlik hüquq münasibətləri vərəsəliyin açıldığı zaman yaranır. Vərəsəliyin açılması miras qoyanın ölməsi ilə yaxud onun ölmüş elan olunması ilə müəyyən olunur. Yuxarıda müəyyən olunduğu kimi iddia tələbi 13.11.2015-ci ildə vəfat etmiş Əliyev Fəzail Qədir oğlundan miras qalmış əmlakdan düşən payların müəyyən olunmasından ibarətdir. Buna görə də baxılan iddia tələbi 01 sentyabr 2000-ci ildən qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları əsasında həll olunmalıdır. Çünki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsində göstərilir ki, qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinin tələbinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Bu normaların məzmunundan göründüyü kimi vərəsəlik, ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Həmçinin vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. Çünki istər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə, ona bölünə bilər ki, o, mirası qəbul etmiş olsun. İş materalları ilə müəyyən edilir ki, iddiaçılar tərəfindən miras əmlak faktik olaraq qəbul edilmişdir. İşin bu halı tərəflərin izahatları və işdəki digər sübutlarla təsdiq edilir. Ona görə də miras əmlak onlar arasında bölünməlidir. Həmçinin qeyd olunmalıdır ki, mərhum miras qoyan Cavabdeh2 Fəzail oğluna vəsiyyətnamə qoyduğundan Cavabdeh2 Fəzail oğlu vəsiyyət üzrə payı müəyyən edilməlidir. Mülki Məcəllənin 1170.1-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Mülki Məcəllənin 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair”2021-ci il 8 yanvar tarixli Qərarında məcburi pay institutunun əhəmiyyətini vurğulayaraq qeyd etmişdir ki, vəsiyyət üzrə vərəsəlik zamanı isə miras əmlak vəsiyyətnamədə göstərilən şəxslərə keçir. Bu zaman vərəsəliyin şərtləri və qaydası vərəsəlik hüququnun əsas prinsiplərindən olan vəsiyyət etmək azadlığına uyğun olaraq miras qoyanın iradəsi ilə müəyyən edilir. Lakin nəzərə alınmalıdır ki, vəsiyyət etmək azadlığı prinsipi mütləq xarakter daşımır. Belə ki, mülki qanunvericilikdə vəsiyyət üzrə vərəsəlik və vəsiyyət etmək azadlığı məcburi vərəsələr institutu ilə məhdudlaşdırılmışdır. Məcburi pay hüququ olan vərəsələrə vəsiyyətnamədən asılı olmayaraq mirasdan məcburi pay almaq hüququna malik olan şəxslər aiddir. Həmin şəxslərin dairəsinin mövcudluğu vərəsəlik hüququnun cəmiyyətdə sosial-təminat funksiyasına malik olması ilə əlaqədardır. Bu funksiyanın təyinatı məhz birinci növbəli vərəsələr dairəsinə aid olan, bilavasitə miras qoyana daha yaxın olan, onunla bir qayda olaraq, birgə təsərrüfat aparan, onun himayəsində olan və ya həmin əmlakın əldə edilməsində bu və ya digər formada rolu olan şəxslərin maraqlarının müdafiəsindən ibarətdir. Mülki qanunvericilikdə mirasda məcburi paya verilmiş anlayışın vərəsəlik hüququnun əsas prinsiplərindən olan məcburi vərəsələrin hüquq və mənafelərinin təmin edilməsi və ailə-təminat prinsipləri baxımından təhlil edilməsi həmin institutun mahiyyətinin, eləcə də bu hüququ əldə edən şəxslərin onu reallaşdırması qaydalarının dərk edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Mirasda məcburi pay – vərəsəlik hüququnun sosial-iqtisadi və əxlaqi yükü (dəyəri) olan ənənəvi hissəsidir. Məhkəmə iddia tələbinin cavabdehlər Cavabdeh1 Fəzail qızına və Cavabdeh3 münasibətdə qeyd edir ki, hazırda onlar mübahisəli mülkdə qeydiyyatda olsalar da, başqa ünvanda yaşayırlar və onlar tərəfindən miras əmlak qəbul edilməmişdir. Ona görə də miras əmlakdan onların payı müəyyən edilə bilməz. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 13.11.2015-ci il tarixdə vəfat etmiş Əliyev Fəzail Qədir oğlunun qanun üzrə vərəsələri, Cavabdeh2 13.11.2015-ci il tarixdə vəfat etmiş Əliyev Fəzail Qədir oğlunun vəsiyyət üzrə vərəsəsi tanınmalıdırlar. 13.11.2015-ci il tarixdə vəfat etmiş Əliyev Fəzail Qədir oğlundan miras qalmış ünvan 6 ünvanda yerləşən miras evdə İddiaçı1 1/8 hissədə, İddiaçı2 1/8 hissədə, İddiaçı3 1/8 hissədə, Cavabdeh2 5/8 hissə payları müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 13.11.2015-ci il tarixdə vəfat etmiş Əliyev Fəzail Qədir oğlunun qanun üzrə vərəsələri tanınsınlar. Cavabdeh2 13.11.2015-ci il tarixdə vəfat etmiş Əliyev Fəzail Qədir oğlunun vəsiyyət üzrə vərəsəsi tanınsın. 13.11.2015-ci il tarixdə vəfat etmiş Əliyev Fəzail Qədir oğlundan miras qalmış ünvan 6 ünvanda yerləşən miras evdə İddiaçı1 1/8 hissədə, İddiaçı2 1/8 hissədə, İddiaçı3 1/8 hissədə, Cavabdeh2 5/8 hissə payları müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-227/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-227/2022
18.01.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver