Məhkəmə qərarları › İş №2(044)-2307/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2307/2020

15.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2307/2020 15.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmamış övladının saxlanması üçün aliment” tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmamış övladının saxlanması üçün aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2006-cı il tarixdə anadan olmuş Asimanın saxlanması üçün müəyyən edilmiş alimentin artırılaraq, hər ay bir uşağa görə 250 manat müəyyən edilməsinə, əmək qabiliyyəti olmayan xx xxxxxx 2001-ci il tarixdə anadan olmuş övladı X2 üçün 250 manat, cəmi 500 manat məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia İddiaçı məhkəmə iclasında bildirdi ki, onun Cavabdeh ilə birgə nikahlarından xx.xx.2001-ci il tarixdə X8 və xx.xx.2006-cı il tarixdə X7 adlı iki uşaqları anadan olmuş, onların nikahları pozulmuş və birgə nikahlarından olan uşaqlar onun himayəsindədir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən cavabdehdən uşaqların saxlanması üçün onun xeyrinə cəmi 220 manat məbləğində alimentin tutulması qət edilmişdir. Birgə nikahlarından olan X3 imkanları məhdud uşaq olmuş, artıq 18 yaşı tamam olmuşdur və onun oğlu orta dərəcəli əqli gerilik, psixopatabənzər davranış diaqnozundan əziyyət çəkir və oğlu müddətsiz İİ dərəcəli əlilldir. Cavabdeh qeyd edilən məbləğdən başqa heç bir maddi və mənəvi yardım göstərmir, o, isə uşaqların saxlanmasında maddi çətinlik çəkir. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, onun İddiaçı ilə birgə nikahlarından xx.xx.2001-ci il tarixdə X8 və xx.xx.2006-cı il tarixdə X7 adlı iki uşaqları anadan olmuş, hazırda xx.xx.2001-ci il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatmışdır. O, məhkəmənin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş hər ay 220 manat məbləğində alimenti 2018-ci ilin dekabr ayından xx.xx.2020-ci ilə qədər hər ay 380 manat borcu ilə birlikdə ödəmişdir. xx.xx.2020-ci il tarixdən pensiyasından tutma çox olduğu üçün ancaq əmək haqqından 220 manat məbləğində tutma həyata keçirilir. Onun böyük oğlunun 18 yaşı tamam olmasına baxmayaraq doqquz aydır ki, əlavə olaraq böyük oğlu üçün də aliment ödəmiş, dəfələrlə icra məmurlarına borcunun olub-olmaması barədə soruşmuşdur. O, hazırda alimenti ödəyir və hazırda Gəncə şəhərində su və kanalizasiya layihəsində fəhlə işləyir, bir neçə aya müqaviləsinə xitam veriləcəkdir. O, hər ay 150 manat məbləğində aliment ödəyə bilər. Məhkəmə tərəflərin izahatlarını, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2006-cı il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 birgə nikahlarından xx xxxxxx 2006-cı il tarixdə X7 anadan olmuşdur. xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri Nizami rayon VVADQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 birgə nikahlarından xx xxxxxx 2001-ci il tarixdə X8 anadan olmuşdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(044)-1986/2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, xx.xx.2001-ci il təvəllüdlü X8 və xx.xx.2006-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh (atası) Cavabdeh tutulan alimentin miqdarı artırılaraq, hər ay hər uşaq üçün110 manat, cəmi 220 manat miqdarında aliment tutularaq, İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. Beləliklə, məhkəmə uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq, alimentin artırılaraq sabit pul məbləğində tutulmasını məqsədəuyğun hesab edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 80.1-ci maddəsinə əsasən, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 80.2-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimenin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər mraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləği ilə müəyyən edilir. Beləliklə, məhkəmə hesab edir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(044)-1986/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, xx.xx.2006-cı il tarixdə anadan olmuş X1 üçün müəyyən edilmiş alimentin artırılaraq, hər ay 150 manat və əmək qabiliyyəti olmayan xx xxxxxx 2001-ci il tarixdə anadan olmuş X2 üçün 40 manat, cəmi 190 manat məbləğində pul Cavabdeh tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsininxx.xx.2018-ci il tarixli 2(044)-1986/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılsın, xx.xx.2006-cı il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment və əmək qabiliyyəti olmayan xx xxxxxx 2001ci il tarixdə anadan olmuş X2 üçün hər ay 40 (qırx) manat məbləğində pul Cavabdeh tutularaq, İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Artırılmış alimentin tutulmasına Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin bu iş üzrə xx.xx.2020-ci il tarixli 2(044)-2307/2020 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlansın. İddiaçı ödəməkdən azad edildiyi dövlət rüsumu 30 manat Cavabdeh tutularaq dövlət mədaxilinə keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov :

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar