Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-2357/2020 19.08.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X4 Rayon Məhkəməsinin hakimi Kazımov Rasim Sarı oğlu, İddiaçı Cavabdeh qarşı birgə əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı birgə əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, mərhum həyat yoldaşı X1 ¼ hissəsi üzrə vərəsəlik payı olan ünvan 1 ünvanında anasının vəfat etməsini nəzərə alaraq X2 məxsus əmlak payının ona verilməsi və vərəsə kimi tanınaraq anasına məxsus əmlakın bölünərək onun sərəncamına verilməsi ilə bağlı qətnamə çıxarılmasını və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən cavabdehlərin həmin evi özgəninkiləşdirmək istəyi olduğunu nəzərə alaraq, mübahisəli evə iddianın təmin tədbiri kimi mübahisə başa çatana kimi həbs qoyulmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalanmağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, iddia ərizəsi imzalanmadığından iddia ərizəsinin icraata qəbul edilməsi mümkün deyil. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı birgə əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində X4 Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rasim Kazımov
Məhkəmə qərarları › İş №2(044)-2357/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-2357/2020
19.08.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver