Məhkəmə qərarları › İş №2(044)-2362/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-2362/2021

31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-2362/2021 31.08.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhər Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlu İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Hərrac Mərkəzi "xxxx" MMC və "xxxx" KB ASC-yə qarşı “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın etibarsız hesab edilməsi və əmlakın yenidən qiymətləndirilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh1, Hərrac Mərkəzi "xxxx" MMC və "xxxx" KB ASC-yə qarşı tələb irəli sürərək əmlakın qiymətləndirməsinin nəticələri haqqında hesabatın etibarsız hesab edilməsinə və ünvan 1 ünvanının yenidən qiymətləndirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2306.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Həmin qərardaddan verilmiş şikayət əsasında şikayətə baxılmış, şikayət təmin edilməmiş və şikayət müzakirə edilməsi üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 avqust 2021-ci il tarixli qərardadı ilə şikayət qismən təmin edilmiş, iş iddia ərizəsinin icraata qəbul edilibedilməməsi məsələsinə yenidən baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin məhkəmədən icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İşin hallarından göründüyü kimi Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 28 avqust 2017-ci il tarixli, 2(044)-912/2017 saylı qətnaməsi ilə (hakim G.Şirinov) iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı1 əsas borc 41410.53 ABŞ dolları, faiz borcu üzrə 2867,12 ABŞ dolları, cərimə 50 Abş dolları, cəmi 44327,65 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumu, xidmət haqqı kimi ödənilmiş 30 manat pulun iddiaçı "xxxx" KB SC-nin xeyrinə tutulması, tutmanın İddiaçı1 məxsus olan Gəncə şəh, Nizami ray, Bəxtiyar Əliyev küçəsində yerləşən 0,045 ha torpaq sahəsinə və onun üzərində olan 11 saylı ərdi yaşayış evinə yönəldilməsi və həmin əmlakın hərracda satılması, ipoteka redmetinin ilkin satış qiymətinin 110000 manat məbləğində müəyyən edilməsi, evin şatışından əldə olunmuş pul vəsaiti hesabına cəmi 44327.65 ABŞ dollarının ödəniş vaxtına manatın məzənnəsi üzrə və ödənilmiş 30 manat dövlət rüsumu, xidmət haqqı kimi ödənilmiş 30 manat pulun iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra əldə olunan vəsaitin qalan hissəsinin cavabdeh İddiaçı1 qaytarılması, Gəncə şəhəri, Nizami rayonu, Bəxtiyar Əliyev küçəsində yerləşən 0.045 ha torpaq sahəsi və onun üzərində olan 11 saylı fərdi yaşayış evi ixtisaslaşmış hərrac yolu ilə satıldıqda 1 ay sonra həmin yaşayış sahəsindən cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı1 tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 11 fevral 2020-ci 11 tarixli 2(104)-50/2020 saylı qətnaməsi ilə cavabdeh İddiaçı1 apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 28 avqust 2017-ci il tarixli, 2(044)-912/2017 saylı qətnaməsi cavabdeh İddiaçı1 29.12.2014-cü il tarixli 116m/14 nömrəli əlavə kredit müqaviləsi üzrə yaranmış 2867.04 ABŞ dolları faiz borcunun qətnamə icra olunarkən ABŞ dollarının ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarının tutulub "xxxx" KB ASC-yə verilməsi hissəsində dəyişdirilmiş, cavabdeh İddiaçı1 29.12.2014-cü il tarixli 116m/14 nömrəli əlavə kredit müqaviləsi üzrə yaranmış 1694,64 (bir min altı yüz doxsan dörd ABŞ dolları altmış dörd sent) ABŞ dolları faiz borcu ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı tutulub "xxxx" KB ASC-yə verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Göründüyü kimi hazırki iş üzrə iddiaçılar həmin vaxt İddiaçı1 apellyasiya şikayətində ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin 110000 manat məbləğində müəyyən edilməsi hissəsini mübahisələndirməmişdir. İddia ərizəsinə əlavə olunmuş qətnamələrin surətindən görünür ki, həmin qətnamələrdə hazırki iş üzrə iddiaçının mübahisələndirdiyi məsələlər öz həllini tapmışdır. Hazırki iddia ərizəsindən də müəyyən olunur ki, iddiaçılar əvvəllər məhkəmədə mahiyyəti üzrə baxılmış və qanuni qüvvədə olan məhkəmə qətnamələri ilə həll edilmiş tələblərə dair yenidən məhkəmədə iddia qaldırmışlar. Belə olan halda hesab edirəm ki, ərizə icraata qəbul edilmədən iddiaçılara geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd edilən Məcəllənin 153.4-153.6-cı maddələrinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq Qərara aldım: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Hərrac Mərkəzi "xxxx" MMC və "xxxx" KB ASC-yə qarşı “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın etibarsız hesab edilməsi və əmlakın yenidən qiymətləndirilməsi” tələbinə dair ərizənin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardaddan 10 (on) gün müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar