Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2404/2020 16.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Ərizəçi, maraqlı şəxsin nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının maraqlı şəxs qismində cəlb etdiyi xx.xx.1948-ci il tarixdə anadan olmuş X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək qızı - xx.xx.1948-ci il tarixdə anadan olmuş X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və onun üzərində onun qəyyum təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək bildirmişdir ki, o, Gəncə şəhəri, Nizami rayonu, Ə.Seyfi küçəsi ev 35-də qeydiyyatda olmaqla yaşayır. Onun qardaşı X15 xx.xx.1948-ci il tarixdə Gəncə şəhərində doğulmuşdur. Arif 1972-ci il tarixdə səhhətində yaranmış problemlərə görə əqli gərginlik keçirmişdir. Həmin tarixdən etibarən qardaşı onun himayəsində yaşayır. Qardaşı 1-ci qrup əlildir. Bu səbəbdən daim başqasının qulluğuna ehtiyacı vardır. Ona Paranoid şizofreniya, fasiləsiz proqrodient gedişli paranoid força, şizofreniya, paranoid qüsur halı diaqnozu qoyulmuş və həmin xəstəlikdən əziyyət çəkir. Sonda ərizəçi ərizəsinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxsin nümayəndəsi məsələnin həllini məhkəmənin mülahizəsinə verdiyini bildirmişdir. Mülki iş materiallarında olan: - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1956cı ildə Kirovobad şəhərində doğulmuşdur, ata qrafasında X7 və ana qrafasında X5 göstərilmişdir. - Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X15 xx.xx.1948-ci il tarixdə Gəncə şəhərində doğulmuş ata qrafasında X8 ana qrafasında X4 qeyd edilmişdir. - Azərbaycan Respublikasının Daxili işlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Ərizəçi ünvan 1 B ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının arayışından görünür ki, X15 paranoid şizofreniya, fasiləsiz proqrodient gedişli paranoid forma, şizofreniya, paranoid qüsur halı diaqnozu ilə İ dərəcəli əlildir. - xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirli Ambulator Kitabça çıxarışdan görünür ki, X9 əsas xəstəli paranoid şizofreniya, fasiləsiz proqrodient gedişli paranoid forma, şizofreniya, paranoid qüsur halı, yaxınlarının verdiyi məlumata görə son bir ayda Arifin öz-özüə danışmaları var, gecələr yatmır, sayıqlayır, qorxu və şübhələri olur. O, yemekdən imtina edir, evdən qaçır, əsəbi və hövsələzisdir. Məhkəmə ərizəni və əlavə olunmuş sənədləri nəzərdən keçirib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 319-cu maddəsinin tələbinə müvafiq olaraq X6 psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Ambulator məhkəmə - psixatrik ekspertizasının x xxxxxxx 2020-ci il tarixli, 555 saylı rəyində qeyd olunmuşdur ki, X15 xroniki psixi xəstəlik olan şizofreniya, paranoid forma, natamam remissiya vəziyyəti XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-10-cu baxış) F20.0 xəstəliyi keçirir. Bu nəticəyə gəlməyə mülki işin materialları, tibbi sənədlər (Gəncə şəhər Psixonevroloji Dispanserindən verilmiş xx.xx.1970-ci il tarixli 169/70 saylı ambulator kartası, Gəncə şəhər Psixiatriya Xəstəxanasından verilmiş 3103/19 saylı xəstəlik tarixindən çıxarış, AR ƏƏSMN-dan verilmiş xx.xx.2019-cu il tarixli şəhadətləndirilmə aktı), anamnestik məlumatlar və hazırki ekspertiza zamanı ünsiyyətə həvəssiz daxil olması, verilən suallara bəzən birmənalı cavablar verməsi, ətrafda baş verənlərə biganə qalması, ekspertizaya təqdim olunma səbəbini izahatdan sonra başa düşsə də onun nəticəsinə maraq göstərməməsi əhvalının aşağı olması, hərəkətlərində lənglik, süstlük müşahidə edilməsi, təfəkkürünün autistik və paralogik olması, münasibət, izləmə sayıqlama fikirləri deməsi, səs aldatmaları söyləməsi, ətrafda baş verən hadisələrə sayıqlama nöqteyi-nəzərdən qiymət verməsi, fikirlərinin və davranışının korreksiyaya uğramaması, emosiya və affektiv reaksiyalarının aşağı olması, düşdüyü vəziyyətə qeyritənqidi yanaşması, gələcək üçün heç bir real plan söyləməməsi və s.) imkan verir. X15 hal-hazırda öz hərəkətlərinin mənasını başa düşüb hərəkətlərini idarə etmək iqtidarında deyildir. X2 xroniki xəstəliyi ilə əlaqədar olaraq hal-hazırda fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Komissiyanın bu nəticəyə gəlməsinə X11 1970-ci ildən başlayaraq Gəncə şəhər X1 paranoid forma diaqnozla qeydiyyatda durması, bu müddət ərzində dəfələrlə Gəncə və Bakı şəhərlərində psixiatriya xəstəxanalarında stasionar şəraitdə, Gəncə şəhər Psixonevroloji Dispanserində ambulator şəraitdə mütamadi olaraq müalicə olunmasına baxmayaraq psixi vəziyyətində davamlı yaxşılaşma müşahidə olunmaması, bununla əlaqədar olaraq ona, İ qrup əlillik təyin edilməsi və davranışının mümkün nəticələrini anlaya bilməməsi əsas verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, ərizənin təmin olunması üçün həm maddi, həm də prosessual əsaslar mövcud olduğuna görə X15 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi xahişi təmin edilsin. xx.xx.1948-ci il tarixdə Gəncə şəhərində anadan olmuş X15 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-2404/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2404/2020
16.11.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver