Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-2407/2021 17.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı avtomobilin hərraca çıxarılması və dəfn üçün ayrılmış pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oğlu Bəhruzun, yəni şəhidin dəfni üçün dövlət tərəfindən ayrılmış 3000 manatın cavabdehdən alınıb ona verilməsi, şəhidin adına olan VAZ 21074 markalı, 20 DF687 dövlət qeydiyyat nişanlı avtomobilin hərraca çıxarılması, əldə olunan vəsaitin arasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər aşağıdakı məzmunda barışıq sazişi imzalamış və məhkəməyə təqdim edərək barışıq sazişinin təsdiq edilməsini və bunun əsasında iş üzrə icraata xitam verilməsini xahiş etmişlər:
1. İddiaçı Cavabdeh qarşı məhkəmədə qaldırdığı oğlu Bəhruzun, yəni şəhidin dəfni üçün dövlət tərəfindən ayrılmış 3000 manatın cavabdehdən alınıb ona verilməsi və şəhidin adına olan VAZ 21074 markalı ** DF *** dövlət qeydiyyat nişanlı avtomobilin hərraca çıxarılması, əldə olunan vəsaitin vərəsələr arasında bölünməsi barədə iddiadan imtina edir. Gələcəkdə Cavabdeh qarşı bununla bağlı iddia və tələbi olmayacaqdır.
2. Cavabdeh mərhum şəhid əri X1 adına olan və hazırda İddiaçı istifadəsində olan VAZ 21074 markalı ** DF *** dövlət qeydiyyat nişanlı avtomobilin vərəsə kimi ona və övladına düşən paydan imtina edir. Gələcəkdə İddiaçı qarşı bununla bağlı iddia və tələbi olmayacaqdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə barışıq sazişini və iş materiallarını araşdıraraq hesab edir ki, tərəflər arasında barışıq sazişi əldə olunduğuna görə barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağladıqdan sonra və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verildiyindən İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq
QƏRARA ALDİ:
İddiaçı İddiaçı Cavabdeh qarşı avtomobilin hərraca çıxarılması və dəfn üçün ayrılmış pul tələbinə dair mülki iş üzrə tərəflər arasında 15 sentyabr 2021-ci il tarixdə bağlanmış aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin:
1. İddiaçı Cavabdeh qarşı məhkəmədə qaldırdığı oğlu Bəhruzun, yəni şəhidin dəfni üçün dövlət tərəfindən ayrılmış 3000 manatın cavabdehdən alınıb ona verilməsi və şəhidin adına olan VAZ 21074 markalı ** DF *** dövlət qeydiyyat nişanlı avtomobilin hərraca çıxarılması, əldə olunan vəsaitin vərəsələr arasında bölünməsi barədə iddiadan imtina edir. Gələcəkdə Cavabdeh qarşı bununla bağlı iddia və tələbi olmayacaqdır;
2. Cavabdeh mərhum şəhid əri X1 adına olan və hazırda İddiaçı istifadəsində olan VAZ 21074 markalı ** DF *** dövlət qeydiyyat nişanlı avtomobilin vərəsə kimi ona və övladına düşən paydan imtina edir. Gələcəkdə İddiaçı qarşı bununla bağlı iddia və tələbi olmayacaqdır. İddiaçı İddiaçı Cavabdeh qarşı avtomobilin hərraca çıxarılması və dəfn üçün ayrılmış pul tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən Kapital Bank ASC vasitəsi ilə dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən Kənan Hüseynov