Məhkəmə qərarları › İş №2(044)-2408/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-2408/2021

29.06.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-2408/2021 29.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlu, İddiaçı Cavabdeh qarşı “mülkün bölünməsi” tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı ünvan 1 ünvanında yerləşən valideyinlərinə məxsus miras mülk evin vərəsələr arasında bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbulunundan imtina olunmalıdır. Belə ki, iddiaçı Cavabdeh qarşı tələb irəli sürərək mülkün vərəslər arasında bölünməsini xahiş etmişdir. Ərizəyə əlavə edilmiş məhkəmə qətnaməsindən isə görünür ki, mülk vərəsələr arasında bölünsə də, həmin mülkə dair hüquq müəyyən edici sənədlər əldə edilməmişdir. Ərizədən daha sonra görünür ki, mübahisəli yaşayış evinin dövlət reyestrində q eydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət edilmiş, əmlak üzərində mübahisə olduğu üçün müayinə baxışına şərait yaradılmamışdır. Buna baxmayaraq iddiaçı müayinə baxışına yaradılmış maneənin aradan qaldırlmasına dair tələblə məhkəməyə müraciət etməli olduğu halda, evin vərəsələr arasında bölünməsinə dair tələblə müraciət etməkdə haqlı olmamışdır. Odur ki, hesab edirəm ki, müəyyən edilmiş paylara uyğun olaraq miras qalmış əmlak daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydiyyata alınmalı, bundan sonra isə tərəflər müvafiq bölgü planı əsasında notariusa müraciət etməlidirlər. Beləliklə qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əsasən belə qərara gəlirəm ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməli, iddiaçıya daşınmaz əmlakın müayinəsinə yaradılmış maneənin aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etmək, mülkün daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı hərəkətlər etmək hüquqlarının olması izah edilməlidir. Azərbaycan Respublikasının 153-cü maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. QƏRARA A L D İ M: İddiaçı Cavabdeh qarşı “mülkün bölünməsi” tələbinə dair ərizənin icraat qəbul olunmasından imtina edilsin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılsın. Ona hazırki tələblə bağlı daşınmaz əmlakın müayinəsinə yaradılmış maneənin aradan qaldırılması ilə bağlı tələblə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar