Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-242/2021 24.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evin üst təbəqədə 8,10 kv.metr dəhlizinin qarşısındakı keçidin taxta döşəmə üzərində inşa edilmiş qəzalı vəziyyətdəki ara barısının sökülərək yenidən aşağı hissədən özünə aid zirzəminin torpaq döşəməsindən inşa edilib, yuxarıda keçidin tavanına kimi hörülərək tamamlanması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ilə məhkəməyə müraciət edərək “torpaq sahəsi üzərində qanunsuz inşa edilmiş eni 1.90 metrdən ibarət olan 8.10 kv.m. dəhlizin, 4.20 kv.m, 8 kv.m. zirzəminin, 4.90 kv.m.yarımzirzəminin şimal tərəfindəki divarlarının səmtindən sökülüb dörd tikintidən ibarət sahələrin cavabdehlərlə aralarında yerləşən cənub tərəfdəki divarların səmtindən eyni istiqamətdə düz xəttlə həyətyanı torpaq sahəsində ara barısının düz xəttlə çəkilişinin inşasını müəyyən etməklə cavabdehlərin onun torpaq sahəsində inşa etdikləri ara barısının, hamamın və şüşəbəndli mətbəxin cavabdehlərin öz hesablarına sökülərək mülkündən daşınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “evin üst təbəqədə 8,10 kv.metr dəhlizinin qarşısındakı keçidin taxta döşəmə üzərində inşa edilmiş qəzalı vəziyyətdəki ara barısının sökülərək yenidən aşağı hissədən özünə aid zirzəminin torpaq döşəməsindən inşa edilib, yuxarıda keçidin tavanına kimi hörülərək tamamlanması” tələbinə dair iddia tələbinin həcminin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müracitə etmişdir. İŞİN HALLARİ: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər 1970-ci illərin dörd məhkəmə qətnamələrinə məhəl qoymayaraq hətta 8.10 kv.m dəhliziinin və 18.10 kv.m. eyvanının da qapılarını bağladılar. Üstəlik 18.10 kv.m ölçülü eyvanlarından öz torpaq sahəsinə düşüb çıxmaq üçün istifadə etdiyi on iki pilləli pilləkəni sökərək öz tərəflərində quraşdırdılar. Beləliklə onlar bağlı qapılar arxasında pis vəziyyətdə qaldılar. 28 avqust 2019-cu il tarixli məhkəmə qətnaməsində iddia tələbinin təmin olunan hissəsi onu qane edir.Çünki bu qətnamə ilə maneələrin həqiqətən mövcudluğu və aradan qaldırılmalı olması müəyyən edilmişdir.Lakin qətnamədə konkret maneə olaraq hansı maneələrin sökülməli olması və ya yerinin dəyişdirlməli olması göstərilmədiyindən cavabdehə yaxşı şərait yaratdı ki, icra məmuruna öz etirazını bildirsin və elan etsin ki, 20 mart 1971-ci il tarixli bölgü qərarı olub və bu qərar üzrə artıq 23 iyun 1971-ci il tarixdə bölgü aparılaraq akt tərtib olunmuşdur.Bu vəziyyətdə icra məmuruna bircə o qalırdı ki, icra sənədini məhkəməyə qaytarsın. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar Dövlətin adından çıxarılır və onların icrası məcburidir. 1969-cu ilin məhkəmə qərarı ləğv ediləndən sonra mülkdə torpaq və tikinti sahələrini qeyribərabər hissələrə bölən torpaq sahəsindəki ara barısının inşası qanunsuz sayılaraq dayandırılmışdır. Mülk bu gün də ləğv edilmiş 05 avqust 1969-cu ilin məhkəmə qətnaməsinin bölgü vəziyyətində qalmaqdadır.05 oktyabr 2012-ci ildə DƏDRX-nin Gəncə Ərazi İdarəsi tərəfindən onun mülkünə aid tərtib edilmiş iki eyni tarixli, lakin fərqli texniki göstəriciləri əks etdirən texniki pasportlar mövcuddur.Bunlardan birində cavabdehlərin xeyrinə saxtakarlığa yol verilmişdir.Belə ki, torpaq sahəsindəki ara barı elə göstərilmişdir ki, sanki dörd tikinti sahəsi cavabdehlərin istifadəsində qalmamışdır. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Gəncə şəhəri Nizami rayonu, Cavadxan küçəsi 5–ci döngə, 1 nömrəli ev İddiaçı adına qeydə alınmışdır; Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 28.08.2019-cu il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən İddiaçı ünvan 1 ünvandan Xanlar rayon Məhkəməsinin 20 mart 1971-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş qaydada istifadə edə bilməsinə qoyulan maneənin aradan qaldırılması qət edilmişdir; 23 iyun 1971-ci il tarixli aktdan görünür ki, məhkəmənin qətnaməsi icra edilmiş, torpaq sahəsi tərəflərin arasında bölünmüş və bütün qətnamədə göstərilən bölgü işləri yerinə yetirilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 mart 2021-ci il tarixli rəyindən görünür ki, tərəflərin mülkiyyətində olan həyətyanı torpaq sahəsində inşa edilmiş ara divar tərflərin adlarına tərtib edilmiş layihələrə uyğun inşa edildiyi müəyyən edilir. Lakin 20 mart 1971-ci ilin məhkəmə qərarının bölgü şərtlərinə uyun olaraq mülkdə bölgü aparılmamışdır. Cavabdeh mülkünə aid Kirovobad şəhər Texniki İnventar bürosunun 29 avqust 1969-cu il tarixdə tərtib edilmiş layihədə göstərilmiş torpaq sahəsinin ölçüləri ila cavabdehlərin faktiki istifadəsində olan torpaq sahəsinin ölçüləri eynilik təşkil eməklə parametirləri üst üstə düşdüyü müəyyən edilir.İddiaçının 8,10 kv.m dəhlizi, 4,20 kv.m keçidi (06.04.1973-cü il tarixli məhkəmə qərarına əsasən keçid 5,22 kv.molmalıdır) 8,00 kv.m zirzəmisi, 4,90 kv.m açıq eyvanı (yarımzirzəmisi) faktiki olaraq cavabdehin mülkiyyətində olan torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir. Cavabdehin 27 avqust 1969-cu il layihəsində və 27 noyabr 2017-ci il tarixli texniki pasportun məlumatlarına olan tikilidən əlavə hər-hansı tikilinin inşa olunması müəyyən edilməmişdir.Lakin araşdırma zamanı, tədqiq olunan cavabdehin mülkiyyətində olan bölcü vəziyyəti 1971-1973cü illərin məhkəmələrin qərarlarında göstərilən bölgü sərhədlərinə uyğun gəlmədiyi müəyyən edilmişdir. Məhkəmə qətnamələrindən görünür ki, torpaq üzərindəki ara barısı iddiaçının mülkiyyətində olan torpaq sahəsinə 1,90 metr müdaxilə edərək iddiaçının sərəncamına verilmiş 8,10 kv.m, dəhlizin 4,20 kv.m keçidin (06.04.1973-cü il tarixli məhkəmə qərarına əsasən 5,22 kv.m olmalıdır) 8,00 kv.m zirzəmi, 4,20 kv.maçıq eyvanın (yarımzirzəmi) şimal tərəfdəkialt-üst hər iki təbəqəsi bütöv bir monolit divarların səmtindən inşası başlanmışdır. Ara barısı iddiaçının torpaq sahəsinə doğru əyri xət üzrə inşa edilməsi nəticəsində torpağın bir hissəsinin (artıq sahəsi) cavabdeh tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. 20 mart 1971-ci il tarixli məhkəmə qətnaməsindən görünür ki, ara barısı iddiaçının 8,10 kv.m dəhlizin 4,20 kv.m keçidinin (06.04.1973-cü il tarixliməhkəmə qərarına əsasən 5,22 kv.m olmalıdır) 8,00 kv.m zirzəmi, 4,20 kv.maçıq eyvanın (yarımzirzəmi) şimal tərəfdəkialt-üst hər iki təbəqənin bütöv bir monolit divarların səmtindən sökülüb, bu tikililərin 1,90 metr eninin cənub hissəsindəki cavabdehlə iddiaçının arasında yerləşən alt-üst hər iki təbəqənin bütöv bir monolit divarının sətindən davamı düz xətlə torpaq üzərində ara barısı inşa edilməlidir. Eyni zamanda cavabdehin köməkçi tikililərindən “B” literli hamam və 8,2 kv.m şüşəbəndi mətbəxi İlə pilləkan tikilisinin bir hissəsi iddiaçının torpaq sahəsinin üzərində inşa edildiyi müəyyən edilmişdir. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddia tələbinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflərin mülkiyyətində olan həyətyanı torpaq sahəsində inşa edilmiş ara divar tərflərin adlarına tərtib edilmiş layihələrə uyğun inşa edildiyi müəyyən edilir. Lakin 20 mart 1971-ci ilin məhkəmə qərarının bölgü şərtlərinə uyun olaraq mülkdə bölgü aparılmamışdır. Cavabdeh mülkünə aid Kirovobad şəhər Texniki İnventar bürosunun 29 avqust 1969-cu il tarixdə tərtib edilmiş layihədə göstərilmiş torpaq sahəsinin ölçüləri ila cavabdehlərin faktiki istifadəsində olan torpaq sahəsinin ölçüləri eynilik təşkil eməklə parametirləri üst üstə düşdüyü müəyyən edilir.İddiaçının 8,10 kv.m dəhlizi, 4,20 kv.m keçidi (06.04.1973-cü il tarixli məhkəmə qərarına əsasən keçid 5,22 kv.molmalıdır) 8,00 kv.m zirzəmisi, 4,90 kv.m açıq eyvanı (yarımzirzəmisi) faktiki olaraq cavabdehin mülkiyyətində olan torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir. Cavabdehin 27 avqust 1969-cu il layihəsində və 27 noyabr 2017-ci il tarixli texniki pasportun məlumatlarına olan tikilidən əlavə hər-hansı tikilinin inşa olunması müəyyən edilməmişdir.Lakin araşdırma zamanı, tədqiq olunan cavabdehin mülkiyyətində olan bölcü vəziyyəti 1971-1973cü illərin məhkəmələrin qərarlarında göstərilən bölgü sərhədlərinə uyğun gəlmədiyi müəyyən edilmişdir. Məhkəmə qətnamələrindən görünür ki, torpaq üzərindəki ara barısı iddiaçının mülkiyyətində olan torpaq sahəsinə 1,90 metr müdaxilə edərək iddiaçının sərəncamına verilmiş 8,10 kv.m, dəhlizin 4,20 kv.m keçidin (06.04.1973-cü il tarixli məhkəmə qərarına əsasən 5,22 kv.m olmalıdır) 8,00 kv.m zirzəmi, 4,20 kv.maçıq eyvanın (yarımzirzəmi) şimal tərəfdəki alt-üst hər iki təbəqəsi bütöv bir monolit divarların səmtindən inşası başlanmışdır. Ara barısı iddiaçının torpaq sahəsinə doğru əyri xət üzrə inşa edilməsi nəticəsində torpağın bir hissəsinin (artıq sahəsi) cavabdeh tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. 20 mart 1971-ci il tarixli məhkəmə qətnaməsindən görünür ki, ara barısı iddiaçının 8,10 kv.m dəhlizin 4,20 kv.m keçidinin (06.04.1973-cü il tarixliməhkəmə qərarına əsasən 5,22 kv.m olmalıdır) 8,00 kv.m zirzəmi, 4,20 kv.maçıq eyvanın (yarımzirzəmi) şimal tərəfdəkialt-üst hər iki təbəqənin bütöv bir monolit divarların səmtindən sökülüb, bu tikililərin 1,90 metr eninin cənub hissəsindəki cavabdehlə iddiaçının arasında yerləşən alt-üst hər iki təbəqənin bütöv bir monolit divarının sətindən davamı düz xətlə torpaq üzərində ara barısı inşa edilməlidir. Eyni zamanda cavabdehin köməkçi tikililərindən “B” literli hamam və 8,2 kv.m şüşəbəndi mətbəxi İlə pilləkan tikilisinin bir hissəsi iddiaçının torpaq sahəsinin üzərində inşa edildiyi müəyyən edilmişdir. Məhkəmə işin hazırki halı ilə bağlı onu qeyd edir ki, 23 iyun 1971-ci il tarixli aktdan da göründüyü kimi, tərəflər elə həmin tarixdən bölgünün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş qaydada aparılmamasından məlumatlı olmuş, tərəflər faktiki vəziyyətdə bölgünü qəbul etmiş, cavabdehlər 30 ildən artıqdır ki, həmin evdə yaşayaraq əlavə tikintiquraşdırma işləri aparmışlar. Cavabdehin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış, onun mülkiyyətimndə olan mülkə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Ekspertiza rəyi ilə ilə\ müəyyən erdilmişdir ki, cavabdehin 27 avqust 1969-cu il layihəsində və 27 noyabr 2017-ci il tarixli texniki pasportun məlumatlarına olan tikilidən əlavə hər-hansı tikilinin inşa olunması müəyyən edilməmişdir. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Bu baxımdan məhkəmə qeyd edir ki, cavabdehin adına aparılmış reyestr qeydiyyatının həqiqiliyinə və tamlığına dair hər hansı şübhə mövcud deyildir. Bundan başqa da məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, göründüyü kimi iddiaçı 1971-ci ildən bölgünün əvvəlki məhkəmə qətnaməsi ilə nəzərdə tutulmuş qaydada aparılmamasından məlumatlı olmuş, cavabdehin apardığı tikinti quraşdırma işlərinə qarşı etirazını bildirməmişdir. Mülki Məcəllənin 172.3-cü maddəsinə əsasən əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir. Göründüyü kimi iddiaçı 30 il ərzində pozuntu olsa da belə həmin pozuntuya dözmüş, həmin müddətlərdə hər hansı etiraz etməmişdir.Buna baxmayaraq iddiaçının müvafiq kompensasiyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququnun olması istisna edilmir. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə məhkəmə bu qənaətə gəlir ki,iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi əsassız olduğundan təmin edilməsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi vaxtdan 1(bir) ay müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(044)-242/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-242/2021
24.05.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver