Məhkəmə qərarları › İş №2(044)-245/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-245/2022

18.01.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-245/2022 18.01.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdehlər Gəncə şəhəri 2 saylı Notariat Kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras əmlakın faktiki qəbul edilməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Gəncə şəhəri 2 saylı Notariat Kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras əmlakın faktiki qəbul edilməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri 2 saylı Notariat Kontoru tərəfindən verilmiş 13.10.2012-ci il tarixli 2V-1-923 saylı reyestrlə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilərək, atası X9 qalmış Gəncə şəhəri, Əli Quliyev (köhnə Proletar) küçəsi, 24A nömrəli mülkdə 514.0 kv.m torpaq sahəsində 24.8 və 23.3 kv.m iki yaşayış otağından, 31.7 kv.m örtülü eyvandan, 45.3 kv.m keçid, 8.6 kv.m mətbəxi olan A literli yaşayış binasından, 18.2 kv.m B literli hamamdan, 61.4 kv.m D literli əl damından və 27.5 kv.m V literli əl damından ibarət miras əmlakı faktiki qəbul etməklə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslanrılmışdır ki, onlar ailədə biri qız övladı olmaqla 3 qardaş olmuş, qardaşı X12 19.01.2015-ci il tarixdə, bacısı Şabanova Aybəniz Müzəffər qızı isə 11.12.1959-cu il tarixdə vəfat etmişlər. Mərhum atası X24 21.02.2003-cü il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra miras kütləsi olaraq X28 062 saylı filialı hal-hazırda isə "xxxx" ASC-nin 71929 saylı hesabından əmanət (pul) və Gəncə şəhəri, Əli Quliyev (köhnə Proletar) küçəsi, 24A saylı mülkdə 514.0 kv.m torpaq sahəsində 28.8 və 23.3 kv.m iki yaşayış otağından, 31.7 kv.m örtülü eyvandan, 45.3 kv.m keçid 8.6 kv.m mətbəxi olan A literli yaşayış binasından, 18.2 kv.m “B” literli hamamdan, 61.4 kv.m “D” literli əl damından, 27.5 kv.m “V” literli əl damından ibarət miras əmlak qalmışdır. Mərhum qardaşı Ələsgər Şabanov atasından miras qalmış X28 062 saylı filialı hal-hazırda isə "xxxx" ASC-nin 71929 saylı hesabında olan əmanəti (pulu) almaq üçün özünü tək vərəsə kimi qələmə verərək Gəncə şəhəri 2 saylı Notariat Kontoruna saxta arayış təqdim edərək qanunsuz yolla 13.10.2012-ci il tarixli reyestrdə 2V-1-923 nömrə ilə qeyd edilmiş qanun üzrə və vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Sözügedən şəhadətnamə nəticəsində əldə edilən əmanətlə bağlı heç bir iddia və tələbi mövcud deyil və gələcəkdə olmayacaqdr. Hazırda onu məhkəməyə müraciət etməyə məcbur edən səbəb Gəncə şəhəri 2 saylı Notariat Kontoru tərəfindən verilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onun vərəsə kimi tanınmamağıdır. Sözügedən şəhadətnamə üzrə atasından qalan miras üzrə yalnız X12 vərəsə kimi tanınmış və sözügedən şəhadətnamə sistemdə yerləşdirilərək onlar, yerdə qalan vərəsəərin bütün vərəsəlik hüquqularını məhdudlaşdırmışdır. O, atasından miras qalmış Gəncə şəhəri, Əli Quliyev (köhnə Proletar) küçəsi, 24A nömrəli miras əmlakı faktiki qəbul etməklə illərdir orada yaşayır və təsərrüfatı idarə edir. Mərhum qardaşı onların heç birinin məlumatı olmadan 33 saylı evlər üçlüyü tərəfindən verilmiş saxta arayış təqdim edərək vərəsə kimi onun və qardaşının olmadığını gizlətmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən onlar vərəsələrin mövcudluğunu bilərəkdən gizlədilmiş və Gəncə şəhəri 2 saylı Notariat Kontoru tərəfindən vərəsələrin dairəsi müəyyənləşdirilməli olduğu halda qanunun bu tələbi yerinə yetirilməmişdir. Bundan başqa o, atasındanm qalmış Gəncə şəhəri, Əli Quliyev (köhnə Proletar) küçəsi, 24A nömrəli miras əmlakın hüququ müəyyənedici sənədlərini araşdırarkən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə şəhər Ərazi İdarəsinin 16.112007-ci iltarixli 15/5410 məktubunda həmin əmlakın atasının adına qeyd olunduğu göstərilsə də, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 22.07.2021-ci il tarixli **********16 saylı məktubunda başqa mövqe ortaya qoyaraq sözügedən əmlakın hüquqverici sənədlərinin olmadığını bildirmişdir. Gəncə şəhəri, Əli Quliyev (köhnə Proletar) küçəsi, 24A saylı evdə mərhum atasının ölümündən əvvəl və sonra o, sözügedən miras mülkü faktiki olaraq qəbul etmişdir və hazırda da həmin mülkdə yaşayır. Miras mülkı dair vərəsələrdən heç kəsin iddiası yoxdur və mirasdan imtina etmələri barədə ərizə mövcuddur. Odur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamnə çıxarılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinin nümayəndəsi X18 məhkəmə iclasında bildirdi ki, Gəncə şəhəri, Əli Quliyev (köhnə Proletar) küçəsi, 24A saylı əmlak qeydiyyatdan keçməmiş və həmin mülkə dair Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən çıxarış verilməsi mümkün deyildir. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Gəncə şəhəri 2 saylı Notariat Kontoru məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh Gəncə şəhəri 2 saylı Notariat Kontorunun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, 24.09.1983-cü il tarixdə Kirovabad şəhər Nikah Evi tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Şabanova (Abuzərova) Sahilə Əbülfəs qızının nikahları 24 sentyabr 1983-cü il tarixdə 1089 saylı akt qeydi ilə bağlanmışdır. 21.01.2015-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 19 yanvar 2015-ci il tarixdə vəfat etmişdir. 08.12.1959-cu il tarixdə Kirovabad şəhər VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X24 ilə X11 birgə nikahlarından 12 sentyabr 1955-ci il tarixdə Şabanov Ələsgər Müzəffər oğlu anadan olmuşdur. 13.10.2012-ci il tarixli 2V-1-923 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 21.02.2003-cü il tarixdə vəfat etmiş X13 vərəsəsi X6r və miras əmlak X28 062 saylı filialında hal-hazırda "xxxx" ASC-də 71929 saylı hesabda saxlanılan mərhum X15 məxsus əmanətlərdən ibarətdir. 33 saylı Evlər Üçlüyü tərəfindən verilmiş 612 saylı arayışdan görünür ki, X3 şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 114 saylı ünvanda yaşayır, atası X24 21.02.2003-cü il tarixdə vəfat etmişdir, anası X19 28.12.1983-cü il tarixdə vəfat etmişdir. Mərhumlar vəfat edənə qədər ünvan 2 ünvanda paport qeydiyyatında olmaqla yaşamışlar və onların vəfatından sonra ailə üzvlərindən – X12. Mərhumun vəfatından sonra azyaşlı və əmək qabiliyyətini itirmiş uşağı qalmamışdır. 29.09.2021-ci il tarixdə Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısınınm 1 saylı SİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 4371 saylı arayışdan görünür ki, X24 21.02.2003-cü il tarixdə vəfat etmişdir, anası X19 28.12.1983-cü il tarixdə vəfat etmişdir. Arvadı X19 28.12.1983-cü il tarixdə vəfat etmişdir. Oğlu İddiaçı 25.09.1957-ci il təv., oğlu X14 23.01.1961-ci təv., qızı X7 11.12.1959 cu il tarixdə vəfat etmişdir, oğlu X12 19.01.2015-ci il tarixdə vəfat etmişdir. X2 - arvadı X26 06.10.1958-ci il təv, qızı X19 18.01.1982-ci il təv., qızı X20 10.02.1983-cü il təv.,qızı- Həsənova (Şabanova) Gülnarəə Ələsgər qızı 29.08.1984-cü il təv, oğlu X21 20.10.1988-ci il təv, ailə üzvləri vardır, onun ölümündən sonra azyaşlı və əmək qabiliyyətini itirmiş uşağı qalmamışdır. 15.10.2021-ci il tarixdə Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısınınm 1 saylı SİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 4546 saylı arayışdan görünür ki, İddiaçı həqiqiətən ünvan 3 ünvanda yaşayır. 28.09.2021-ci il tarixdə Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X19 1926-cı il (28.12.1983-cü il tarixdə vəfat etmişdir), oğlu İddiaçı 25.09.1957-ci il təv, oğlu X14 23.01.1961-ci təv, qızı X7 19.07.1959-cu il (11.12.1959 cu il tarixdə vəfat etmişdir), oğlu X12 12.09.1955-ci il təv (19.01.2015-ci il tarixdə vəfat etmişdir). 22.07.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş məktubda, Yelizavetpol şəhər notariat kontorunun 13.12.2017-ci il tarixli 679 saylı alqı-satqı müqaviləsinə əsasən hal-hazırda ünvanları ünvan 5ış evləri bir əmlak kimi X23 tərəfindən X1. 1983-cü il tarixdə aparılmış inventarlaşdırma zamanı Kirovabad şəhər, Proletar küçəsi, 24A saylı fərdi yaşayış evi X13 istifadəsində ölduğu göstərilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıların tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır və işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbinin təsdiqlənməsi üçün iddiaçı tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. İddiaçı vəsiyyətnamənin etibarsız hesab edilməsinə dair tələbini həmin müqavilənin məzmunu aralarındakı şərtə uyğun bağlanmaması ilə əsaslandırmışdır. Bununla bağlı olaraq məhkəmə aşağıdakıları qeyd edir. Mübahisə üzrə nəticəyə gələrkən məhkəmə həmçinin vəsiyyətnamənin etibarsızlığı ilə bağlı Mülki Məcəllənin ümumi yanaşmasını da nəzərə alaraq qeyd edir ki, Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. İşin müəyyən edilmiş faktiki hallarını və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, Gəncə şəhəri 2 saylı notariat kontorunda təsdiq olunmuş 13.10.2012-ci il tarixli 2V-1-923 reyestr nömrəli Qanun üzrə vərəsələik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi üçün sadalanan qüsurlardan heç biri mövcud deyildir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı mübahisəli evə dair 13.10.2012ci il tarixli 2V-1-923 reyestr nömrəli Qanun üzrə vərəsələik hüququ haqqında şəhadətnaməni mübahisələndirmiş və mübahisəni əsaslı arqumentlərlə izah edə bilməmişdir. Məhkəmə eyni zamanda iddiaçı iddia tələbinin əsası kimi istinad etdikləri vəsiyyətnamənın ləğv edilməsi tələbinə münasibətdə hesab edir ki, qeyd olunan iddia tələbi iddiaçının istinad etdiyi formal mülahizələrə əsasən təmin edilə bilməz. Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Gəncə şəhəri 2 saylı Notariat Kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras əmlakın faktiki qəbul edilməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Gəncə şəhəri 2 saylı Notariat Kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras əmlakın faktiki qəbul edilməsi və mülkiyyət hüququnun tanınmasına” dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar