Məhkəmə qərarları › İş №2(044)-246/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-246/2022

17.01.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-246/2022 17.01.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdehlər Cavabdeh1, Məmmədova (Ələsgərova) Azadə Şakir qızının və Cavabdeh3 Şakir oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Məmmədova (Ələsgərova) Azadə Şakir qızına və Cavabdeh3 qarşı “vərəsəlik hüququ əsasında payın müəyyən edilməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Məmmədova (Ələsgərova) Azadə Şakir qızına və Cavabdeh3 qarşı “vərəsəlik hüququ əsasında payın müəyyən edilməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X3 miras qalmış, ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi üzərində vərəsəlik hüququ əsasında tam pay olmaqla mülkiyyət hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, atası X7 27.10.2010-cu il tarixdə Gəncə şəhərində və anam X10 22.03.2001-ci il tarixdə vəfat etmişlər. Ata-anasının vəfatından sonra onlardan miras olaraq ünvan 1 ünvanda 5 otaqlı mənzil qalmış və başqa heç bır miras əmlak qalmamışdır. Ondan başqa atasının 3 övladı olmuş, onlardan yalnız o, miras mənzili faktiki qəbul edərək sahiblənmiş, atasının ölümündən əvvəl və sonra hazırkı vaxtadək o, arvadı və iki övladı ilə bərabər yaşamaqla qəbul etmişdir. Bacısı Cavabdeh1 1979-cu ildə ailə qurmuş və öz ailəsi ilə birlikdə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yaşayır. Digər bacısı X12 1987-ci il tarixdə ailə qurmuş və həmin vaxtdan Gəncə şəhəıri, M.Hacıyev küçəsində yaşayır. X2 1982-ci ildə ailə qurmuş və ailəsi ilə birlikdə ayrı yaşamaqla hazırda Gəncə şəhəri Avtozavod qəsəbəsində yaşayır. Bununla da atyasından qalmış miras əmlak üzərində vərəsələr nə notariusa ərizə verməklə, nə də faktiki mirası idarə etməklə qəbul etməmişlər. Miras mənzildə vərəsə olaraq o, öz ailəsi iləı birılikdə yaşamış və hazırda da yaşamaqda davam edir. Miras mənzilin vərəsəlik hüququ əsasında onun adına keçirilməsi üçün notariusa müraciət etsə də digər vərəsələr razılıq verrmədiyi üçün notarial qaydada mirasın onun adına keçirilməsi mümkün olmadığından əzirəsi təmin olunmamış və bu barədə məhkəməyə müraciət olunması bildirilmişdir. Qanun üzrə vərəsə olaraq atasından qalan mirası faktiki idarə etməklə övladlardan yalnız o, qəbul etmişdir. Bu səbəbdən də mənzil üzərində tam mülkiyyət hüququ ilə onun payı müəyyən edilməlidir. İddiaçının nümayəndəsi X8 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında bildirdi ki, o, 1980-ci ildən ailə qurmuş, həmin vaxtdan ünvan 1 ünvanı tərk edərək ailəsi ilə birlikdə ünvan 2ır. Məhkəmədən qanunamüvafiq qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Məmmədova (Ələsgərova) Azadə Şakir qızı məhkəmə iclasında bildirdi ki, o, 1988-cı ildə ailə qurmuş, həmin vaxtdan ünvan 1 ünvanı tərk edərək, ailəsi ilə birlikdə ünvan 3 ünvanda yaşayır. Məhkəmədən qanunamüvafiq qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh3 məhkəmə iclasında bildirdi ki, o, 1989-cu ildə ailə qurmuş, həmin vaxtdan ünvan 1 ünvanı tərk edərək ailəsi ilə birlikdə ünvan 4mədən qanunamüvafiq qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatını dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 21.09.2021-ci il tarixdə Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, X7 ilə Məmmədova (Bayramova) Əntiqə Lətif qızının nikahları 10 sentyabr 1963-cü il tarixdə 15 saylı akt qeydi ilə bağlanmışdır. 26.02.2019-cu il tarixdə Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X10 22.03.2001-ci il tarixdə vəfat etmişdir. 28.10.2010-cu il tarixdə Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 27 oktyabr 2010-cu il tarixdə vəfat etmişdir. 20.09.2021-ci il tarixdə Gəncə Regional “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, mirasın qəbuluna dair razılığa gələ bilmədikləri üçün İddiaçı aidiyyatı üzrə məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. 20.09.2021-ci il tarixdə Gəncə “ASAN Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.1966-cı il tarixdə anadan olmuş İddiaçı ailə üzvləri arvadı X1 (151.04.1969) və uşaqlar - X5 (02.10.1992) ibarətdir. 24.09.1993-cü il tarixdə Gəncə şəhər Texniki İnventarlaşdırma bürosu tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayon, bina 3, mənzil 73 saylı ev X6 adına qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Məhkəmə iclasında müəyyən edildi ki, Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayon, bina 3, mənzil 73 saylı ünvan 27.10.2010-cu il tarixdə vəfat etmiş atası X3 miras qalmış, atasının vəfatından sonra miras əmlakı faktiki olaraq o, qəbul etmiş, hazırda miras əmlak onun sahibliyində və istifadəsində olmaqla, ailəsi ilə birlikdə həmin miras mülkdə yaşayır. İddiaçının miras əmlak üzərində sahiblik və istifadə hüquqları mövcud olsa da, sərəncam hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması onun əmlak hüquqlarının pozulmasına şərait yaratmışdır. Bu isə onun qanuni əsaslarla əldə etmiş olduğu əmlaka sərbəst sahiblik etmək hüquqlarını məhdudlaşdırır. Miras qoyanın digər övladları olan cavabdehlərdən Cavabdeh1 Gəncə şəhəri, Yeni Gəncə qəs., ev 44, mənzil 1 ünvanda, Məmmədova (Ələsgərova) X18 şəhəri, Nizami rayonu, M.Hacıyev küçəsi, 320, ev 3, mənzil 30 ünvanda və Cavabdeh3 ünvan 6 Məhkəmə hesab edir ki, iddiaçı qanunla qorunan hüquqlarının həyata keçirilməsini, yəni əmlak üzərində mülkiyyət hüquqlarının tanınmasını tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, İddiaçı 27.10.2010-cu il tarixdə vəfat etmiş X6 qanun üzrə vərəsəsi tanınmalı, 27.10.2010-cu il tarixdə vəfat etmiş X3 miras qalmış ünvan 5 ünvana iddiaçının vərəsəlik hüququ tanınmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. İddiaçı 27.10.2010-cu il tarixdə vəfat etmiş X6 qanun üzrə vərəsəsi tanınsın. 27.10.2010-cu il tarixdə vəfat etmiş X3 miras qalmış Gəncə şəhəri, Kəpəz rayonu, 1ci mikrorayon, bina 3, mənzil 73 saylı ünvana iddiaçı X9 vərəsəlik hüququ tanınsın. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar