Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2478/2020 25.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı və onun vəkili X6, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «miras əmlakın qəbul edilməsi faktının müəyyən olunması və həmin əmlakın 1/2 hissəsinə onun vərəsəlik hüququnun tanınmas» tələbinə dair iddia ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı «miras əmlakın qəbul edilməsi faktının müəyyən olunması və həmin əmlakın 1/2 hissəsinə onun vərəsəlik hüququnun tanınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X1 miras qalmış Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsi, 110 saylı ünvanda yerləşən 0.06 ha torpaq sahəsini qəbul etməsi faktının müəyyən edilməsi və həmin torpağın 1/2 hissəsinə onun vərəsəlik hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞİN HALLARİ İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, X3 xx.xx.2011-ci il tarixli bağışlama müqaviləsi ilə özünə məxsus ünvan 2 saylı ünvanda yeləşən fərdi yaşayış evinin 29.2 kv.m. bir yaşayış otağını, 29.2 kv.m.köməkçi sahəni İddiaçı bağışlamış, həmin fərdi yaşayış evinin 20.6 kv.m. bir yaşayış otağını, 40.1 kv.m. köməkçi sahəni xx.xx.2012-ci il tarixli bağışlama müqaviləsi ilə qardaşı Cavabdeh bağışlamış, həmin ünvanda yerləşən 0.06 ha torpaq sahəsini isə X3 öz istifadəsində saxlamışdır. Hal-hazırda o, ünvan 2 saylı ünvanda yeləşən fərdi yaşayış evinin 29.2 kv.m. bir yaşayış otağından, 29.2 kv.m.köməkçi sahədən ibarət hissəsinə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almışdır. Həmin ünvanda yerləşən 0.06 ha torpaq sahəsini X3 heç kimə bağışlamamasına baxmayaraq, qardaşı Cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış verilərkən həmin fərdi yaşayış evinin 20.6 kv.m. bir yaşayış otağından, 40.1 kv.m. köməkçi sahədən ibarət hissəsi ilə yanaşı, 0.06 ha torpaq sahəsi də Cavabdeh adına qeydə alınmışdır. Buna görə də o, həmin qeydiyyatı qanunsuz hesab edərək həmin dövlət qeydiyyatının etibarsız hesab edilməsi barədə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2-1(114)-212/2020 saylı qərarı ilə Cavabdeh adına aparılmış həmin qeydiyyat ləğv edilmişdir. Hal-hazırda ünvan 2 saylı ünvanda yerləşən tikililər cavabdehlə onun paylı mülkiyyətindədir, 0.06 ha torpaq sahəsi isə mərhum anaları X5 adındadır. X3 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. X2 1998-ci ildə vəfat edib. Bununla da, X1 miras qalmış ünvan 2 saylı ünvanda yeləşən 0.06 ha torpaq sahəsinə faktiki o və qardaşı Cavabdeh sahiblik etməyə və əmlakı idarə etməyə başlamışlar. Ona görə də həmin ünvanda yerləşən 0.06 ha torpaq sahəsinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması və həmin torpaq sahəsinin 1/2 hissəsinə onun vərəsəlik hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2020-cu il tarixli çıxarışdan görünür ki, ünvan 2 saylı ünvanda yeləşən fərdi yaşayış evinin 29.2 kv.m. bir yaşayış otağından, 29.2 kv.m.köməkçi sahədən ibarət hissəsi İddiaçı, 20.6 kv.m. bir yaşayış otağından, 40.1 kv.m. köməkçi sahədən ibarət hissəsi Cavabdeh, 0.06 ha torpaq sahəsi isə X7 məxsusdur; Gəncə şəhəri Nizami rayon Qeydiyyat Şöbəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, X10 xx.xx.2012-ci il tarixdə ölmüşdür; Gəncə şəhəri Nizami rayon Qeydiyyat Şöbəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, X9 xx.xx.1998-ci il tarixdə ölmüşdür; 265616 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü ildə doğulmuş, X2, anası isə X10 olmuşdur. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X11 məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək göstərmişdir ki, həqiqətən də X3 xx.xx.2011-ci il tarixli bağışlama müqaviləsi ilə özünə məxsus ünvan 2 saylı ünvanda yerləşən fərdi yaşayış evinin 29.2 kv.m. bir yaşayış otağını, 29.2 kv.m.köməkçi sahəni qardaşı İddiaçı bağışlamış, həmin fərdi yaşayış evinin 20.6 kv.m. bir yaşayış otağını, 40.1 kv.m. köməkçi sahəni xx.xx.2012-ci il tarixli bağışlama müqaviləsi ilə ona bağışlamışdır. O, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alarkən həmin fərdi yaşayış evinin 20.6 kv.m. bir yaşayış otağından, 40.1 kv.m. köməkçi sahədən ibarət hissəsi ilə yanaşı, 0.06 ha torpaq sahəsi də onun adına qeydə alınmışdır. Lakin qardaşı İddiaçı həmin qeydiyyatı qanunsuz hesab edərək həmin dövlət qeydiyyatının etibarsız hesab edilməsi barədə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2010cu il tarixli, 2-1(114)-212/2020 saylı qərarı ilə onun adına aparılmış həmin qeydiyyat ləğv edilmişdir. X1 miras qalmış 0.06 ha torpaq sahəsinə faktiki o və qardaşı İddiaçı sahiblik etməsinə baxmayaraq, hesab edir ki, həmin torpaq sahəsinə bütövlükdə onun vərəsəlik hüququ tanınmalıdır. Ona görə də iddianın rədd edilməsini xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə, iş materiallarını tərəflərin izahatları ilə qarşılıqlı şəkildə araşdıraraq, iş üzrə toplаnmış sübutlаrlа əlаqəli şəkildə tədqiq edərək, belə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ünvan 2 saylı ünvanda yerləşən X4 miras qalmış 0.06 ha torpaq sahəsini qəbul etməsi faktı müəyyən edilməli və həmin miras əmlakın 1/2 hissəsinə İddiaçı vərəsəlik hüququ tanınmalıdır. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 29-cu mаddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qаnunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlаkın bаşqа şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminаt verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlаkınа dаir sərəncаm vermək hüququnu, hаbelə mirаs qоyаnın əmlаkının istər qаnun üzrə və istərsə də vəsiyyət üzrə vərəsələrinə keçmə, vərəsələrin isə bu əmlаkı əldə etmə hüququnu birləşdirir. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 1133-cü mаddəsində göstərilir ki, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. İşin hallarından, o cümlədən tərəflərin izahatlarından görünür ki, X4 miras qalmış 0.06 ha torpaq sahəsi X5 ölümündən sonra İddiaçı və Cavabdeh tərəfindən qəbul edilmişdir. Belə ki, onlar həmin miras əmlakı həm faktiki sahiblik etmək, həm də faktiki idarə etmək üsulu ilə qəbul etmişlər. İddiaçı və Cavabdeh ünvan 2 saylı ünvanda yerləşən fərdi yaşayış evində daimi yaşamışlar və həmin ünvanda yerləşən miras qalmış 0.06 ha torpaq sahəsinə də sahiblik etmişlər. Bu, iddiaçının və cavabdehin izahatları və işin faktiki halları ilə təsdiq olunur. Beləliklə, İddiaçı tərəfindən xx xxxxxxx 2012-ci ildə vəfat etmiş X4 miras qalmış ünvan 2 saylı ünvanda yerləşən 0.06 ha torpaq sahəsini faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında”Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən məhkəmənin qərarı əsasında daşınmaz əmlaka hüquqlar ümumi əsaslarla dövlət qeydiyyatına alınır. Məhkəmə hesab edir ki, iddiaçı qanunla qorunan hüquqlarının həyata keçirilməsini, yəni əmlak üzərində vərəsəlik hüququnun tanınmasını tələb etməkdə haqlıdır və bu onun mülkiyyət hüququnun da qorunmasına xidmət edən bir vasitədir. Məhkəmə iddia tələbinin miras əmlakın 1/2 hissəsinə iddiaçının vərəsəlik hüququnun müəyyən edilməsinə dair hissəsi ilə bağlı onu qeyd edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X4 miras qalmış 0.06 ha torpaq sahəsini onun vərəsələri olan İddiaçı və Cavabdeh həmin miras əmlakı faktiki olaraq qəbul etmişlər. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı ünvan 2 saylı ünvanda yerləşən və X4 miras qalmış 0.06 ha torpaq sahəsinin 1/2 hissəsinə vərəsəlik hüququ tanınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı dövlət rüsumunu tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı ünvan 2 saylı ünvanda yerləşən X4 miras qalmış 0.06 ha torpaq sahəsini qəbul etməsi faktı müəyyən edilməli və həmin miras əmlakın 1/2 hissəsinə İddiaçı vərəsəlik hüququ tanınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 2 saylı ünvanda yerləşən X4 miras qalmış 0.06 ha torpaq sahəsini İddiaçı qəbul etməsi faktı müəyyən edilməklə həmin miras əmlakın 1/2 hissəsinə onun vərəsəlik hüququ tanınsın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №2(044)-2478/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2478/2020
25.11.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver