Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-255/2022 17.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, müstəqil tələb irəli sürməyən 3-cü şəxs ƏMDK yanında DƏDRX-nin 3 saylı ərazi idarəsinin nümayəndəsi Nümayəndə2, Cavabdeh İskəndər oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh İskəndər oğluna qarşı, Gəncə şəhəri 1 saylı Dövlət Notariat Kontorunu və AR ƏMDK yanında DƏDRX-nin 3 saylı Şəhər Ərazi İdarəsini üçünü şəxs qismində cəlb etdiyi, miras əmlakda payın müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İskəndər oğlunun adına olan 27.05.2015-ci il tarixli, 2V-1-66 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə və 01.06.2015-ci il tarixli, **********18-10301 reyestr nömrəli çıxarış mübahisələndirilən hissədə etibarsız hesab edərək, ünvan 1 ünvanda yerləşən miras mülkdə miras payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək, mübahisənin tərəflər arasında həll olunma ehtimalı olduğu üçün iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh ərizə verərək iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi iddia ərizəsinin baxılmamış saxlanmasına etiraz etməmişdir. Gəncə şəhəri 1 saylı Notariat Kontoruna bildiriş göndərilməsinə baxmayaraq iddiaya münasibət bildirməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçının nümayəndəsinin xahişi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etdiyindən və cavabdeh işə mahiyyəti üzrə baxılmasına təkid etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 267-268-ci maddələrini rəbhər tutaraq, məhkəmə qərara aldı: İddiaçının nümayəndəsi Nümayəndə1 xahişi təmin edilsin. İddiaçı Cavabdeh İskəndər oğluna qarşı, Gəncə şəhəri 1 saylı Dövlət Notariat Kontorunu və AR ƏMDK yanında DƏDRX-nin 3 saylı Şəhər Ərazi İdarəsini üçünü şəxs qismində cəlb etdiyi, miras əmlakda payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-255/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-255/2022
17.05.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver