Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2551/2020 03.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Novruzov Maarif Vidadi oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına» dair ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına» dair ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Məhsəti qəsəbəsində yerləşən həyətyanı torpaq sahəsinə dair verilmiş JN-380A, KOD 20000002 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə Ərizəçi1 adının və atasının adının onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı və atasının adı ilə düz gəlmədiyi üçün, bundan başqa həmin şəhadətnamədə Ərizəçi2 atasının adından sonra “oğlu” yazılaraq onun şəxsiyyətini təsdiq edən sənədlə düz gəlmədiyi üçün həmin şəhadətnamənin onlara məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi1 məhkəmə iclasında bildirdi ki, Kirovabad şəhər XDS İK-nın xx.xx.1988-ci il tarixli 11 saylı protokolu ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gəncə şəhər şöbəsi tərəfindən JN-380A KOD 20000002 saylı xx.xx.2006-cı il tarixli “Torpağın mülkiyyətə verilməsi”nə dair şəhadətnamə ilə onlara Gəncə şəhəri, Məhsəti qəsəbəsində 0.04 ha torpaq sahəsi verilmişdir. Həmin şəhadətnamədə onun adı şəxsiyyət vəsiqəsində olduğu kimi Məpurə deyil, səhvən Məhpurə, atasının adı isə Calal deyil, səhvən Cəlal yazılmış, bundan başqa həmin şəhadətnamədə Ərizəçi2 atasının adından sonra şəxsiyyət vəsiqəsində olduğun kimi “qızı” deyil, səhvən “oğlu” yazılmışdır. Onlar vərəsəliklə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə müraciət edərək onlara məxsus torpağın sənədlərinin verilməsi barədə müraciət etdikdə onlara rəsmi məktub verilərək, həmin idarədəki onlara məxsus torpağın sənədlərində yuxarıda qeyd edilən səhvlərin olması əsas gətirilərək onlara çıxarış verilməsindən imtina edilmişdir. Ona görə də onlar məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi2 eyni məzmunli izahat verərək bildirdi ki, Kirovabad şəhər XDS İK-nın xx.xx.1988-ci il tarixli 11 saylı protokolu ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gəncə şəhər şöbəsi tərəfindən JN-380A KOD 20000002 saylı xx.xx.2006-cı il tarixli “Torpağın mülkiyyətə verilməsi”nə dair şəhadətnamə ilə onlara 0.04 ha torpaq sahəsi verilmişdir. Həmin şəhadətnamədə onun atasının adından sonra şəxsiyyət vəsiqəsində olduğun kimi “qızı” deyil, səhvən “oğlu” yazılmış, bundan başqa həmin şəhadətnamədə Ərizəçi1 adı şəxsiyyət vəsiqəsində olduğu kimi Məpurə deyil, səhvən Məhpurə, atasının adı isə Calal deyil, səhvən Cəlal yazılmışdır. Onlar vərəsəliklə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə müraciət edərək onlara məxsus torpağın sənədlərinin verilməsi barədə müraciət etdikdə onlara rəsmi məktub verilərək, həmin idarədəki onlara məxsus torpağın sənədlərində yuxarıda qeyd edilən səhvlərin olması əsas gətirilərək onlara çıxarış verilməsindən imtina edilmişdir. Ona görə də onlar məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçilərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN-380A KOD 20000002 saylı, xx.xx.2006-cı il tarixli şəhadətnamənin surətindən görünür ki, Kirovabad şəhər XDS İK-nın xx.xx.1988-ci il tarixli 11 saylı protokolu ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gəncə şəhər şöbəsi tərəfindən 0.04 ha torpaq sahəsi X1, X2, X3 və Ərizəçi2 oğluna verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən həyətyanı torpaq sahəsinə dair verilmiş JN-380A, KOD 20000002 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə “Cəlal” ata adının “Calal” kimi, “oğlu” sözünün “qızı” sözü kimi yazılması barədə müvafiq sənəd təqdim olunmadığı üçün ərizənin icrası mümkün olmamışdır. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, ərizəçinin soyadı, adı, atasının adı Ərizəçi1dır. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, digər ərizəçinin soyadı, adı, atasının adı Ərizəçi2 qızıdır. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 nömrəli Qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Beləliklə, məhkəmə iclasında ərizəçilərin izahatı və təqdim olunmuş sənədlərlə təsdiq olunmuşdur ki, Kirovabad şəhər XDS İK-nın xx.xx.1988-ci il tarixli 11 saylı protokolu ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gəncə şəhər şöbəsi tərəfindən JN-380A KOD 20000002 saylı xx.xx.2006-cı il tarixli “Torpağın mülkiyyətə verilməsi”nə dair şəhadətnamədə Ərizəçi1 adı şəxsiyyət vəsiqəsində olduğu kimi Məpurə deyil, səhvən Məhpurə, atasının adı isə Calal deyil, səhvən Cəlal yazılmış, bundan başqa həmin şəhadətnamədə Ərizəçi2 atasının adından sonra şəxsiyyət vəsiqəsində olduğun kimi “qızı” deyil, səhvən “oğlu” yazılmışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Kirovabad şəhər XDS İKnın xx.xx.1988-ci il tarixli 11 saylı protokolu ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gəncə şəhər şöbəsi tərəfindən JN-380A KOD 20000002 saylı xx.xx.2006-cı il tarixli “Torpağın mülkiyyətə verilməsi”nə dair şəhadətnamənin Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 308, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Kirovabad şəhər XDS İK-nın xx.xx.1988-ci il tarixli 11 saylı protokolu ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gəncə şəhər şöbəsi tərəfindən JN-380A KOD 20000002 saylı xx.xx.2006-cı il tarixli “Torpağın mülkiyyətə verilməsi”nə dair şəhadətnamənin Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №2(044)-2551/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2551/2020
03.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver