Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2645/2021 17.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Ərizəçi, maraqlı şəxsin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi 18.11.2000-ci il tarixdə anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək oğlu - 18.11.2000-ci il tarixdə anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və onu Yunisin üzərində qəyyum müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkmə iclasında ərizə təqdim edərək oğlu - 18.11.2000-ci il tarixdə anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəni müafiə edərək bildirmişdir ki, o, 05 aprel 1990-cı il tarixdə Yasin Gözəlovla rəsmi nikaha düşərək evlənmiş, birgə nikahlarından 18.11.2000ci il təvəllüdlü X4 adlı övladları dünyaya gəlmişdir. X9 anadan gəlmə ağır dərəcəli əqli gerilik, nitqin olmaması və davranış pozuntuları ilə müşayiət olunmaqla barəsində 1-ci qrup əlillik təyin edilmişdir. X2 ümumiyyətlə öz-özünü idarə edə bilməyib xəstə olduğundan Yunis Gözəlov daima onun və ailə üzvlərinin nəzarəti altında olmuşdur. Hazırda onun övladının qəyyumu təyin edilməsi üçün onun məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə zərurət yaranmışdır. Bundan başqa övladı artıq yetkinilik yaşına çatdığından onun əvəzindən sənədləşmə zamanı qəyyumluq tələb edilir və o, dövlət orqanlarına yaxınlaşdıqda onun əvəzindən heç bir proses aparmaq olmadığından o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Sonda o, ərizənin təmin edilməsini xahi etmişdir. Maraqlı şəxsin nümayəndəsi ekspertizanın nəticəsini elan edib, ərizənin təmin olunmasını xahiş etmişdir. Mülki iş materiallarında olan: - Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 oğlu ilə Ərizəçi arasında nikah 05.04.1996-cı il tarixdə Gəncə şəhəri Nikah evində bağlanmışdır. - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 18 noyabr 2000-ci ildə Rusiyya Federasiyası, Sankt Peterburq şəhərində doğulmuşdur, ata qrafasında X6 oğlu və ana qrafasında Ərizəçi göstərilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının arayışından görünür ki, X4 ağır dərəcəli əqli gerilik, imbesillik dərəcəsinə uyğun, nitqin olmaması, davranış pozuntuları halı diaqnozu ilə İ dərəcəli əlildir. Məhkəmə ərizəni və əlavə olunmuş sənədləri nəzərdən keçirib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 319-cu maddəsinin tələbinə müvafiq olaraq X3 psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. 26.08.2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Psixonevroloji Disponserinin verdiyi rəydən görünür ki, X4 xroniki xəstəlik olan orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə, nitqin olmaması XBT-10 F71.1 xəstəliyi keçirir. Bu nəticəyə gəlməyə mülki işin materialları, tibbi sənədlər (TSEK-DƏN VERİLMİŞ 17.01.2019-cu il tarixli şəhadətləndirilmə arayışı), anamnestik məlumatlar və hazırki ekspertiza (ekspertiza zamanı onda emosional monotonluq aşkar olunması, yaddaşının mexaniki tipli, təfəkkürünün konkret olması, oxumaq və yazmaq vərdişlərinin olmaması, adi hesablama əməliyyatlarını belə apara bilməməsi, maraq dairəsinin daralması, fizioloji tələblərlə motivləşməsi, abstrakt və məntiqi təfəkkürünün zəif olması, onda davranış pozğunluqları müşahidə edilməsi, intellektinin inkişafdan geri qalması, İQ=38% və s) imkan verir. X4 orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə, nitqin olmaması XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-10-cu baxış) F71.1 xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlamaq və hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, ərizənin təmin olunması üçün həm maddi, həm də prosessual əsaslar mövcud olduğuna görə X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi xahişi təmin edilsin. 18.11.2000-ci il tarixdə Gəncə şəhərində anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-2645/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2645/2021
17.09.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver