Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-2658/2021 16.07.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlu, İddiaçı X3 Cavabdeh və maraqlı şəxs AZ ƏMDK yanında DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evi üzərində vərəsəlik hüququnun tanınması, mirasın qəbul edilməsi, mirasdan payın müəyyən edilməsi və miras payının üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: X4, X2, X5 və X1 miras qalmış ünvan 1 ünvanda yerləşən mülkə dair onun vərəsəlik hüququnun tanınması, mirasın onun tərəfindən qəbul edilməsi, mirasdan payın müəyyən edilməsi və miras payının üzərində üzərində mülkiyyət hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbulunundan imtina olunmalıdır. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə vərəsəlik hüququnun tanınması, mirasın onun tərəfindən qəbul edilməsi, mirasdan payın müəyyən edilməsi tələbi ilə deyil, notariusa müraciət etməli, mübahisə olduğu halda isə məhkəməyə, o cümlədən notarius imtina etdiyi halda onun qəbul etdiyi qərardan məhkəməyə şikayət verməlidir. Göründüyü kimi iddiaçı iddia icraatı qaydasında məhkəməyə müracət edərək vərəsəliyin qəbul edilməsinin müəyyən edilməsini xahiş etsə də, yuxarıda göstərildiyi qaydada bununla bağlı notariat orqanına müraciət etməmişdir. Beləliklə qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əsasən belə qərara gəlirəm ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməli, iddiaçılara notariat əməliyyatlarını aparan orqanlara müraciət etmək hüquqlarının olması izah edilməlidir. Azərbaycan Respublikasının 153-cü maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. QƏRARA A L D İ M: İddiaçı X3 Cavabdeh və maraqlı şəxs AZ ƏMDK yanında DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evi üzərində vərəsəlik hüququnun tanınması, mirasın qəbul edilməsi, mirasdan payın müəyyən edilməsi və miras payının üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair ərizənin icraat qəbul olunmasından imtina edilsin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılsın. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Ona hazırki tələblə bağlı notariusa müraciət etmək hüququnun olması, notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda ondan şikayət vermək hüququnun olması izah edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(044)-2658/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-2658/2021
16.07.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver