Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-267/2022 07.01.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi, İddiaçının nümayəndəsi, vəkil X43 oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Əliyev (Şahverdiyev) Zahir İsmayıl oğluna qarşı “vərərsə tanınma və miras əmlakda tam payı olmaqla mülkiyyət hüququnun müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əliyev (Şahverdiyev) Zahir İsmayıl oğluna qarşı “vərərsə tanınma və miras əmlakda tam payı olmaqla mülkiyyət hüququnun müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum babası Şahverdiyev Həsən Əli oğlunun vərəsəsi tanınması, vərəsəlik hüququ əsasında miras qalmış, Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi 241 saylı ev üzərində tam pay olmaqla mülkiyyət hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun babası X29 30.08.1891-ci il tarixdə anadan olmuş, nənəsi X38 ilə 1918-ci ildə dini nikaha daxil olmuş və Kirovabad şəhər Xalq Məhkəməsinin 12.08.1964-cü il tarixli qətnaməsi ilə babası Həsən nənəsi Püstənin nikahda olması faktı müəyyən edilmişdir. Onun babası Şahverdiyev Həsən 02.06.1964-cü il tarixdə, nənəsi Verdiyeva Püstə isə 01.10.1976-cı ildə vəfat etmiş, babası X29 ilə nənəsi X20 birgə nikahlarından 20.06.1935-ci il tarixdə X11 anadan olmuş, ailə qurmamış, 29.11.1960-cı il tarixdə vəfat etmiş, 05.01.1936-cı il tarixdə Şahverdiyeva (Kazımova) Ülkər Həsən qızı anadan olmuş, ailəli olmuş, 08.08.2001-ci il tarixdə vəfat etmiş, 10.02.1937-ci il tarixdə X5 anadan olmuş, ailə qurmamış, 28.03.1964-cü il tarixdə vəfat etmiş, 15.05.1938-ci il tarixdə X6 anadan olmuş, ailə qurmamış, 13.02.2019-cu il tarixdə vəfat etmiş, 20.06.1926-cı il tarixdə anadan olmuş atası X12 14.02.2006-cı il tarixdə vəfat etmiş, 10.02.1920-ci il tarixdə anası X21 anadan olmuş, 04.05.1981-ci il tarixdə vəfat etmişdir. X35 və anası Zeynəb Əliyeva nikahsız ər-arvad münasibətlərində yaşamış, ondan başqa 4 övladları doğulmuşdur. Onun bacısı 15.06.1954-cü il tarixdə anadan olmuş X24 29.11.1986-cı il tarixdə vəfat etmiş, bacısı 28.04.1956-cı il tarixdə anadan olmuş X7 1972-ci il tarixdə ailə qurmuş, hazırda ünvan 1 ünvanda yaşayır, qardaşı 01.04.1965-ci il tarixdə anadan olmuş Əliyev (Şahverdiyev) Zahir İsmayıl oğlu 1992-ci ildən Rusiya Federasiyasına getmiş, 1992-ci ildən sonra Azərbaycana qayıtmamış, hətta atalarının yas mərasiminə belə gəlməmişdir, hazırda hansı ünvanda olması bəlli deyildir, ona məlum olan sonuncu yaşayış yeri ünvan 2 ünvan olmuş və bacısı 16.07.1966-cı il tarixdə anadan olmuş X2 ailə qurmamış, hazırda onunla birlikdə ünvan 3 ünvanda yaşayır. Onun babası Həsən Şahverdiyev 1964-cü ildə vəfat etdikdən sonra onun mülkiyyətində olmuş, hazırkı Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi 241 saylı evdə atası X12 olmaqla onların ailəsi mübahisəsiz olaraq 50 ildən artıq yaşamış, atası İsmayıl 2006-cı ildə vəfat etdikdən sonra isə həmin mülkdə o, öz ailəsi ilə və bacısı Aybəniz Şahverdiyeva yaşayırlar. Cavabdeh olan qardaşı Cavabdeh 1992-ci ildən, yəni atasının vəfatından 14 il əvvəldən Rusiya Federasiyasına getmiş, hazırkı vaxtadək qayıtmamışdır, Zahirin qeydiyyatda olduğu sonuncu ünvan onların yaşadığı ünvandır. Onların yaşadıqları ev hələ də mərhum babası X18 adınadır. Onun bacıları mülkün onun adına keçməsinə etiraz etməmişlər. Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi 241 saylı evin vərəsəlik qaydasında onun adına qeydə alınması üçün notariusa müraciət etsə də cavabdeh olan qardaşı Cavabdeh İsmayıl oğlu vərəsəliklə bağlı notariusa gəlmədiyindən notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina etmişdir. Bu səbəbdən də yaşadıqları mülk üzərində heç bir hüquq əldə edə bilməmişdir. İddiaçının nümayəndəsi, vəkil X43 oğlu məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Əliyev (Şahverdiyev) Zahir İsmayıl oğlu məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 12.12.2020-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X12 ilə X8 birgə nikahlarından X13 anadan olmuşdur. 15.01.2020-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X38 01.10.1976-cı il tarixdə vəfat etmişdir. ünvan 4in 03.07.2021-ci il tarixli 336 saylı imtina qərarından görünür ki, İddiaçı məcburi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə imtina edilmişdir. 16.01.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi 241 saylı ev X18 adına qeyd edilmişdir. 25.10.2021-ci il tarixdə Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının 1 saylı SİƏD üzrə nümayəndəsi A.Zeynalov tərəfindən verilmiş 4648 saylı arayışdan görünür ki, İddiaçı həqiqətən Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi, ev 241 ünvanda qeydiyyatdadır və yaşayır. 04.05.1981-ci il tarixdə Kirovabad şəhər VVAQ şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X21 03 may 1981-ci il tarixdə vəfat etmişdir. 15.02.2006-cı il tarixdə Gəncə şəhəri Nizami rayon VVADQ şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X12 14 fevral 2006-cı il tarixdə vəfat etmişdir. 01.12.2019-cu il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X29 ilə X9 birgə nikahlarından 20.06.1926-cı il tarixdə X12 anadan olmuşdur. 13.02.2019-cu il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X6 13 fevral 2019 il tarixdə vəfat etmişdir. 26.04.2021-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05/70-881 saylı arayışdan görünür ki, 15.05.1938-ci il tarixdə Gəncə şəhərində anadan olmuş X1 nikah haqqında akt qeydi aşkar edilməmişdir. 29.10.2019-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialı tərəfindən verilmiş 547/4 saylı arxiv arayışından görnür ki, X6 15 may 1938-ci il tarixdə anadan olmuş, atası X29, anası X14r. 04.12.2019-cu il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X11 29.11.1960-ci ildə vəfat etmişdir. 26.04.2021-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05/70-880 saylı arayışdan görünür ki, X3 nikahı haqqında akt qeydi aşkar edilməmişdir. 29.10.2019-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialı tərəfindən verilmiş 545/4 saylı arxiv arayışından görnür ki, X15 20 iyun 1935-ci il tarixdə anadan olmuş, atası Şahverdiyev Həsən Əli oğlu, anası X14r. 14.01.2020-ci il tarixdə Göygöl rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X5 28.03.1964-cü il tarixdə vəfat etmişdir. 29.10.2019-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialı tərəfindən verilmiş 546/4 saylı arxiv arayışından görnür ki, X5 10 fevral 1937-ci il tarixdə anadan olmuş, atası Şahverdiyev Həsən Əli oğlu, anası X14r. 08.11.2019-cu il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X39 08 avqust 2002-ci il tarixdə vəfat etmişdir. 29.10.2019-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialı tərəfindən verilmiş 548/4 saylı arxiv arayışından görnür ki, X5 05 yanvar 1936-ci il tarixdə anadan olmuş, atası X29, anası X14r. 04.12.2019-cu il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X24 15.06.1954-cü il tarixdə anadan olmuşdur, anası X16r. 12.11.2019-cu il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X23 29.11.1986-cı il tarixdə vəfat etmişdir. 07 aprel 2012-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X8 birgə nikahlarından 15 noyabr 1965-ci il tarixdə Əliyev (Şahverdiyev) Zahir İsmayıl oğlu anadan olmuşdur. 21.12.2010-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X8 birgə nikahlarından 28 aprel 1956-cı il tarixdə X7 anadan olmuşdur. 12.12.2020-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X8 birgə nikahlarından 16 iyul 1960-cı il tarixdə X2 anadan olmuşdur. 13.04.2021-ci il tarixli ******* saylı arayışdan görünür ki, İddiaçı Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi, ev 241 ünvanda qeydiyyatdadır və qeydiyyatda olan digər şəxslər X10, Əliyeva zahir İsmayıl oğlu, X30, X47, X40, X12, X31, X42, X32 ibarətdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. «Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında» Azərbaycan Respublikası Qanunun 21.1-ci maddəsinə əsasən, məhkəmənin qərarı əsasında daşınmaz əmlaka hüquqlar ümumi əsaslarla dövlət qeydiyyatına alınır. Hüququn yaranması anı məhkəmə qərarı ilə müəyyən edilir. Məhkəmə iclasında müəyyən edildi ki, Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi, ev 241 ünvan iddiaçının babası X18 adına qeyd olunmuşdur. İddiaçının babası X29 02 iyun 1964-cü il tarixdə, nənəsi X38 01.10.1976-cı il tarixdə vəfat etmişlər. X29 ilə X20 birgə nikahlarından 20.06.1935-ci il tarixdə X11 anadan olmuş, ailə qurmamış, 29.11.1960-cı il tarixdə vəfat etmişdir. 05.01.1936-cı il tarixdə Şahverdiyeva (Kazımova) Ülkər Həsən qızı anadan olmuş, ailəli olmuş, 08.08.2001-ci il tarixdə vəfat etmişdir. 10.02.1937-ci il tarixdə anadan olmuş X5, ailə qurmamış, 28.03.1964-cü il tarixdə vəfat etmişdir. 15.05.1938-ci il tarixdə anadan olmuş X6, ailə qurmamış, 13.02.2019-cu il tarixdə vəfat etmişdir. İddiaçının atası X12 14.02.2006-cı il tarixdə, anası X21 04.05.1981-ci il tarixdə vəfat etmişdir. İddiaçının X35 ilə anası Zeynəb Əliyevanın iddiaçıdan başqa 4 övladları doğulmuşdur. İddiaçının bacısı X24 29.11.1986-cı il tarixdə vəfat etmiş, bacısı X7 1972-ci il tarixdə ailə qurmuş, hazırda ünvan 1 ünvanda yaşayır, qardaşı olan cavabdeh Əliyev (Şahverdiyev) Zahir İsmayıl oğlu miras əmlakda qeydiyyatdaır. İddiaçı Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi, ev 241 ünvanda yerləşən miras mülkün adına rəsmiləşdirilməsi üçün ünvan 4ə müraciət etmiş, lakin vərəsələr arasında mübahisə olduğundan mülkə dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Məhkəmə iddia tələbinin “mülkiyyət hüququnun verilməsi” hissəsinə qiymət verərək, hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı və cavabdeh Əliyev (Şahverdiyev) Zahir İsmayıl oğlu 02.06.1964-cü il tarixdə vəfat etmiş X18 qanun üzrə vərəsəsi tanınmalı, X17 miras qalmış ünvan 5 ünvanda yerləşən mülkdən İddiaçı, cavabdeh Əliyev (Şahverdiyev) Zahir İsmayıl oğlunun hər birinin 1/2 hissədə payları müəyyən edilməlidir. Məhkəmə bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. İddiaçı və cavabdeh Əliyev (Şahverdiyev) Zahir İsmayıl oğlu 02.06.1964-cü il tarixdə vəfat etmiş X18 qanun üzrə vərəsələri tanınsınlar. 02.06.1964-cü il tarixdə vəfat etmiş X17 miras qalmış ünvan 5 ünvanda yerləşən miras mülkdə İddiaçı və cavabdeh Əliyev (Şahverdiyev) Zahir İsmayıl oğlunun hər birinin 1/2 hissədə payları müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-267/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-267/2022
07.01.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver