Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-269/2022 07.01.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Quliyeva Gülnar Rəhman qızının katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə və ərizəçinin vəkili X6 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına» dair ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına» dair ərizə ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş 30.12.2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın X11 məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən ev həyat yoldaşı X8 xüsusi mülkiyyətidir və onlar 13.06.1982-ci il tarixdən rəsmi nikahdadırlar. X13 23.06.2021ci il tarixdə vəfat etmiş və onun vəfatından sonra ondan miras qalmış əmlaka qanun üzrə vərəsəlik açılmışdır. O, qanun üzrə vərəsəlik məsələsini həll etmək üçün, yəni notariat kontoruna müraciət etmiş, lakin evin çıxarışında mərhum X8 atasının adında uyğunsuzluğa yol verilməsi səbəbindən, yəni Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 30.12.2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışda mərhum X8 atası Şükürün adı “Şüküralı” kimi yazıldığından miras qalmış mülkə dair qanun üzrə vərəsəlik şəhadətnaməsi almaq mümkün olmamışdır. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Ərizəçinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizəyə uyğun izahat verdi və məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, 30.12.2015-ci il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi, 176 saylı fərdi yaşayış evi X3 adına qeyd edilmişdir. 24.06.2021-ci il tarixdə 94700006 Leninqrad vilayətinin X20 X1 Qeydiyyatı Komitəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 23 iyun 2021-ci il tarixdə vəfat etmişdir. 16.08.2021-ci il tarixdə Gəncə şəhəri Nizami Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X13 ilə X4 birgə nikahlarından 04 may 1988-ci il tarixdə X12 anadan olmuşdur. 07.11.2015-ci il tarixdə X27 tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 Ağca Allahverdi qızının birgə nikahlarından 04 yanvar 1959-cu il tarixdə X9 anadan olmuşdur. 09.05.1984-cü il tarixdə Kirovabad şəhər Gəncə rayon VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X4 birgə nikahlarından 07 may 1984-cü il tarixdə X14 anadan olmuşdur. 13.06.1982-ci il tarixdə Kirovabad şəhər Nikah Evi tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə Ərizəçi nikahları 13 iyun 1982-ci il tarixdə 680 saylı akt qeydi ilə bağlanmışdır. 01.04.2008-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə Ərizəçi birgə nikahlarından 03 iyun 1983-cü il tarixdə X15 anadan olmuşdur. 05.07.1975-ci il tarixli AZ 770450 saylı attestatın surətindən görünür ki, X13 05.07.1975-ci il tarixdə Kirovabad şəhər S.Vurğun adına 16 saylı orta məktəbi bitirmişdir. Azərbaycan Respublikası MPM-in 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, ərizəçinin ərinin adı soyadı ata adı X13 olmasına baxmayaraq, Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi, 176 saylı fərdi yaşayış evinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 30.12.2015-ci il tarixli ******* saylı çıxarışda ərizəçinin əri X8 ata adı Şüküralı kimi yazılmışdır. Məhkəmə hesab edir ki, Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi, 176 saylı fərdi yaşayış evinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 30.12.2015-ci il tarixli ******* saylı çıxarışın X11 məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307, 308, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi, 176 saylı fərdi yaşayış evinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 30.12.2015-ci il tarixli ******* saylı çıxarışın X11 məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-269/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-269/2022
07.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver