Məhkəmə qərarları › İş №2(044)-2728/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-2728/2021

28.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-2728/2021 28.07.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi, ərizəçinin vəkili və nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Gəncə şəhəri Nizami rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb etdiyi sənədin şəxsə mənsub olması faktının müəyyən edilməsi barədə ərizəsinə məhkəmənin inzaibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən evə dair Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən 09.07.2020ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın mərhum babası X2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən və Elektron Məhkəmə Sisteminin çıxarışından müəyyən olunmuşdur ki, Ərizəçi ünvan 2 ünvanında qeydiyyatdadır. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi işin aiddiyəti üzrə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə ərizəçinin nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 37-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. - 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. - 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. - 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mülki iş baxılması üçün ərazi aidiyyatı üzrə ərizəçinin olduğu yerin məhkəməsinə, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 36, 44, 45, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi Gəncə şəhəri Nizami rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb etdiyi sənədin şəxsə mənsub olması faktının müəyyən edilməsi barədə 2(044)-2728/2021 saylı mülki iş baxılması üçün ərazi aidiyyatı üzrə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar