Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-275/2021 10.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçılar İddiaçı1 ilə İddiaçı2 vəkili X18 , Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X12, Mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X13 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi, Cavabdeh3 və Gəncə şəhər Nizami rayon İcra hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyasına qarşı nikah qeydinin, etibarnamənin, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş çıxarışın etibarsız hesab edilməsi və vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi, Cavabdeh3 və Gəncə şəhər Nizami rayon İcra hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyasına qarşı iddia rəzisi ilə məhkəməyə müraciət edərək mərhum X8 ilə X25 arasında bağlanılmış 04 may 2018-ci il tarixli,118 nömrəli nikah qeydinin, 04 yanvar 2019-cu il tarixli,7E-53 nömrəli etibarnamənin,25 avqust 2019-cu il tarixli, 2V-1220 nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin, 12.09.2019-cu il tarixli ********** qeydiyyat nömrəli mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilməsi və miras qalmış ünvan 1 ünvanında yerləşən evin üzərində vərəsəlik hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, ünvan 2 ünvanda yerləşən ev İddiaçı1, onun bibisi oğlu İddiaçı2, xalası oğlu X3 adına vərəsəlik hüququ əsasında keçmiş və onun mülkiyyətində olmuşdur.Mübahisə predmeti olan ev X15 və Züleyxa Zeynalovanın övladları Sürəyya, Dilarə, Firuzə Süleyman və Məhəmmədin adına vərəsəlik hüququ əsasında keçmişdir. Mübahisəli ev bu vərəsələr arasında bölünmüş və yuxarda göstərilən vərəsələrin adına Azərbaycan Sovet Sosialist Respublikasının 2-642-68 nömrəli, 28 may 1968-ci il tarixli qərarı əsasında keçmişdir. X8 özü 1968-ci il tarixdən Gəncə şəhəri, Psixonevroloji dispanserdə psixatriya xəstəsi olduğundan qeydiyyatdadır. O, fəaliyyət qabiliyyətsiz hesab edilmiş, buna dair şəhadətnamə verilmiş və Maqsud Manafov üzərində İddiaçı2 nənəsi X19 qəyyum təyin olunmuşdur. Əliyeva Sürəyya 1999-cu ildə vəfat etmiş, X4 qəyyumu olaraq onlar rəsmi şəkildə olmasa da hər zaman ona baxmışlar. Bir müddət sonra ona baxmaq üçün cavabdeh X16 Maqsud Manafovun yanına gətirmişlər ki, ona xidmət etsin.Maqsud Manafov 2019-cu il tarixdə vəfat etdikdən sonra Validə Manfova xəstə olduğundan ona yaşamağa icazə vermişlər ki, əmlakı idarə etməyə başlasın. X39 da vəfat etdi, lakin Maqsud Manafovun ölümündən sonra həmin evlə bağlı sənədləşmə işlərinə başlayan zaman müəyyən edildi ki, Validə Abbasova xəstə fəaliyyət qabiliyyəti olmayan Maqsud Manfovun əmlakını mənimsəmək üçün onunla qanunsuz olaraq nikaha daxil olmuş və vərəsəlik qaydasında həmin evi adına rəsmiləşdirmişdir. X32 övladları Sürəyya, Dilarə, Firuzə, Süleyman və Məhəmməd vəfat etmişlər. X9 2019-cu il tarixdə vəfat etmiş və cavabdeh X25 ağır psixi xəstə olduğu halda Gəncə şəhər Nizami rayon VVADQ orqanı tərəfindən 04 may 2018-ci il tarixdə, 118 nömrə ilə nikahlarını bağlamışlar. X1 ruhi xəstə olduğu təqdirdə öz hərəkətlərinin mənasını başa düşmədiyi halda Gəncə şəhəri, Xüsusi notariat orqanı tərəfindən cavabdeh Validə Abbasovaya öz əmlakının idarə edilməsi ilə bağlı etibarnamə verilmiş və həmin etibarnamə əsasında vərəsəliklə müəyyən edilmiş qaydalara əsasən onlara aid olan evi mənimsəmişlər..Həmin etibarnaməyə baxdıqda görmüşlər ki, , Maqsud Manafov xəstə olduğu üçün onun əvəzinə Rövşən Qurbanov imza etmişdir. Ancaq Notarius tərəfindən etibarnamə verilərkən Maqsud Manafovun nə xəstəsi olması, onun fəaliyyət qabiliyyətinin olub-olmaması yoxlanılmamışdır. Validə Abbasova xəstə və faliyyət qabiliyyətsiz Maqsud Manafovdan etibarnamə almaqla həmin etibarnamə əsasında onun adına olan evə dair yeni çıxarış almış və həmin çıxarış əsasında mirasa dair vərəsəlik işi açılmışdır. X28 Validə Abbasovanın arasında 2018-ci il tarixdə nigah bağlanarkən də onun ruhi xəstə olması araşdırılmamışdır. X2 növbəlilik qaydasında vərəsələridirlər və Maqsud Manafovun əmalkı onun vəfatından sonra onlar tərəfindən idarə edilmişdir.Maqsud Manafovun nə övladı olmamış, nədə ki, anası və atası sağ deyildir. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: Belə ki, iş materiallarında olan, nikah haqqında şəhadətnamədən görünür ki, X10 ilə X26 nikah qeyd etdirməklə evlənmişlər, nikah 04 may 2018-ci ildə dövlət qeydiyyatına alınmışdır; 04 yanvar 2019-cu il tarixli etibarnamədən görünür ki, X10 buütün əmlakını idarə etməyi X17 etibar etmişdir; 10 iyul 2019-cu il tarixli 2731 nömrəli arayışdan görünür ki, X30 09.02.2019-cu ildə ölmüş, ölən günədək ünvan 3 ünvanında yaşamışdır. Ölümündən sonra onun vərəslərindən 1963-cü il təvəllüdlü X11 salmışdır.Ölümündən sonra heç bir az yaşlı və əmək qabiliyyətini itirmiş ailə üzvü qalmamışdır; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 20.08.2019-cu il tarixli,********** qeydiyyat nömrəli Çıxarışından görünür ki,ümumi sahəsi 42,2 kv.m olan fərdi yaşayış evi X6 mülkiyyətində olmuşdur;15 aprel 2021-ci il tarixli Gəncə “ASAN XİDMƏT”Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş məktubun məzmunundan görünür ki, Azərbaycan Respublikası Vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış informasiya sistemində Manafov Məsudun yaxın qohumları barədə məlumatlar aşkar edilməmişdir; Gəncə şəhər Nizami Rayon İcra hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin məhkəməyə göndərdiyi məktubun məzmunundan görünür ki, Gəncə Şəhər Nizami rayonu Qeydiyyat Şöbəsinin müvafiq məktubuna əsasən Gəncə şəhəri Nizami rayonu, Faiq Bayramov küçəsi, 5 A nömrəli fərdi yaşayış evinin mülkiyyətçisi olmuş X7 və mərhum Əliyeva(Manafova)Validə Abbas qızının vərəsələri barədə məlumat aşkar edilməmişdir. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən İddiaçı2 və onun vəkili X31 məhkəmədən iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X20 iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X21 izahatında göstərdi ki, X14 onun bibisi oğludur. Onun da vərəsə kimi payının tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlər məhkəmə iclaslarına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə tərəflərin izahatlarını dinləyərək, onların izahatlarınıı digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, işin hallarından göründüyü kimi iddiaçılar nikah qeydini, etibarnaməni, vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirməklə sonda Validə Manafovanın adına olan çıxarışın etibarsız hesab edilməsini tələb etməklə həmin evə dair vərəsəlik hüquqlarının tanınmasını tələb edirlər. Məhkəmə hesab edir ki, çıxarış və çıxarışın verilməsinə əsas olmuş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi üçün əvvəlcə X14 ilə mərhum Əliyeva(Manafova)Validə Abbas qızı arasında bağlanılmış nikaha hüquqi qiymət verilməsi zəruridir. İşin hallarından göründüyü kimi iddiaçılar X14 ilə mərhum Əliyeva(Manafova)Validə Abbas qızı arasında bağlanılmış nikah qeydini və əmlakın idarə edilməsinə dair Validəyə verilmiş etibarnaməni də mübahisələndirirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 26.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 26.1.4-cü-26.1.5-ci maddələrində göstərilmiş şəxslər istisna olmaqla, bu Məcəllənin 12-ci maddəsinin tələbləri pozulmaqla bağlanmış nikah nəticəsində hüquqları pozulmuş digər şəxslər, eləcə də müvafiq icra hakimiyyəti orqanı nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər. Həmin Məcəllənin 12.0.4-cü maddəsinə əsasən ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər arasında nikahın pozulmasına yol verilmir. İddiaçılar iddia edir ki, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilən X14 ilə Validə Manafova barəsində nikahın bağlanması onların hüquqlarını pozmuşdur. Məhkəmə tərəfindən iddiaçıların Manafov Məsud ilə qohumluq münasibətlərinin aydınlaşdırılması üçün sorğular göndərilmiş, Gəncə şəhəri Nizami rayonu, Faiq Bayramov küçəsi, 5 A nömrəli fərdi yaşayış evinin mülkiyyətçisi olmuş X7 və mərhum Əliyeva(Manafova)Validə Abbas qızının vərəsələri barədə məlumat aşkar edilməmişdir. İddiaçılar da məhkəməyə Manafov Məsudun hər hansı növbə vərəsləri olmasına dair sübutlarını təqdim edə bilməmişlər. Mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş Əliyev Sübhanın məhkəməyə təqdim etdiyi izahatından da görünür ki, Məsud sağlığında evdəki xalçanı ona bağışlamış, buna arvadı Validə də etiraz etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, həmin şəxslərin miras əmlakla bağlı Məsud və Validədən hər hansı gözləntiləri olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 3 iyul 2015-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü də müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz(Konstitusiya Məhkəməsi PlenumununM.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları). Beləliklə məhkəmə bu qənaətə gəlir ki, iddiaçılar nikahın etibarsızlığını mübahisələndirmək üçün müvafiq subyektiv hüquqa malik deyildirlər. Məhkəmə tərəfindən iddiaçıların nikahın etibarsızlığını mübahisələndirmək üçün subyektiv hüquqa malik olmamaları qənaətinə gəlindiyindən, iddia tələbinin digər hissələrinin yoxlanılmasını məhkəmə zəruri hesab etmir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü də iddiaçıların üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yaranadığı zaman quvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi, Cavabdeh3 və Gəncə şəhər Nizami rayon İcra hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyasına qarşı nikah qeydinin, etibarnamənin, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş çıxarışın etibarsız hesab edilməsi və vərəsəlik hüququnun tanınmasına dair iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Gənçə şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(044)-275/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-275/2021
10.06.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver