Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-276/2022 03.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili X4, Cavabdeh3 BOKT ASC-nin nümayəndəsi X2 və cavabdeh DƏDRX-nin 3 saylı ərazi idarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" MMC-nə, Cavabdeh2nə, Cavabdeh3 BOKT ASC-nə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə və Cavabdeh5 qarşı “hərracın yekunlarına dair protokolların və alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, icra hərəkətlərinin qanunsuz hesab edilməsi və ipoteka predmetlərinə dair aparılmış hüquqların dövlət qeydiyyatının ləğv edilməsi, ipoteka müqavilələrinə xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında 03 mart 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Cavabdeh3 BOKT ASC ilə Cavabdeh5 arasında bağlanmış 08.05.2015-ci il tarixli B0001/15 saylı kredit müqaviləsinə əsasən Kredit verən Kredit alana illik 25% dərəcəsi ilə 48 ay müddətinə qaytarmaq şərtilə 60.000 ABŞ dolları məbləğində kredit vermişdir.
2. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh3 BOKT ASC ilə İddiaçı2 arasında bağlanmış həmin tarixdə ipoteka müqaviləsi bağlanmış və sonuncunun mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, X11 küçəsi, 141 ünvanında yerləşən 4 otaqlı fərdi yaşayış evi ipoteka qoyulmuşdur.
3. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh3 BOKT ASC ilə İddiaçı1 arasında bağlanmış həmin tarixdə ipoteka müqaviləsi bağlanmış və sonuncunun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 1 otaqlı fərdi yaşayış evi ipoteka qoyulmuşdur.
4. Cavabdeh3 BOKT ASC ilə Cavabdeh5 arasında bağlanmış 19.11.2015-ci il tarixli B0002/15 saylı kredit müqaviləsinə əsasən Kredit verən Kredit alana illik 25% dərəcəsi ilə 42 ay müddətinə qaytarmaq şərtilə 15.000 ABŞ dolları məbləğində kredit vermişdir.
5. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh3 BOKT ASC ilə İddiaçı2 arasında 19.11.2015-ci il tarixdə sonrakı ipoteka müqaviləsi bağlanaraq, sonuncunun mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, X11 küçəsi, 141 ünvanında yerləşən 4 otaqlı fərdi yaşayış evi ipoteka qoyulmuşdur.
6. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 21.12.2017-ci il tarixli 2(043)- 121/2017 saylı qətnaməsinə əsasən Cavabdeh5 51.543,54 ABŞ dolları (əlli bir min beş yüz qırx üç dollar 54 sent) əsas, 4.267,90 ABŞ dolları (dörd min iki yüz altmış yeddi dollar 90 sent) kreditdən istifadəyə görə faiz borcu və 54,37 ABŞ dolları (əlli dörd dollar 37 sent) hesablanmış dəbbə borcu olmaqla, cəmi 55.865,81 ABŞ dolları (əlli beş min səkkiz yüz altmış beş dollar 81 sent) borcun ödəniş günündəki məzənnəyə uyğun olaraq milli manat ekvivalentində əvəzi və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh3 BOKT ASC-nin xeyrinə tutulması, tutmanın cavabdeh İddiaçı2 məxsus Gəncə şəhəri, X11 küçəsində yerləşən 141 nömrəli və Cavabdeh5 məxsus Gəncə şəhəri, Xudadat bəy Rəfibəyli küçəsində, 1-ci döngədə yerləşən 20 nömrəli fərdi yaşayış evlərinə yönəldilməsi və mənzillərin açıq hərracda satılmaqla əldə olunan vəsait hesabına borcun ödənilməsinin təmin edilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin cavabdehlərə verilməsi, Gəncə şəhəri, X11 küçəsində yerləşən 141 nömrəli və Gəncə şəhəri, Xudadat bəy Rəfıbəyli küçəsində, 1-ci döngədə yerləşən 20 nömrəli fərdi yaşayış evlərinin ilkin satış qiymətinin müvafiq olaraq 100.000 (bir yüz min) manat və 85.000 (səksən beş min) manat müəyyən edilməsi, fərdi yaşayış evləri açıq hərracda satıldıqdan sonra ən geci bir ay ərzində mənzillərin boşaldılması, ixtisaslaşdırılmış hərrac təşkilatının sərəncamına verilməsi, İddiaçı2, X7, Cavabdeh5 və X3 Gəncə şəhəri, M.Y.Axundzadə küçəsi, ev 141-dən, evdə yaşayanların hamısının, rəsmi qeydiyyatda olan X8 da daxil olmaqla Gəncə şəhəri, Xudatat bəy Rəfibəyli küçəsi, 1-döngə, ev 20-də yerləşən evdən çıxarılması qət edilmişdir.
7. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23.04.2018-ci il tarixli, 2(104)-1475/2018 saylı qətnaməsi ilə Cavabdeh5 apellyasiya şikayəti təmin edilməmiş və Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 21.12.2017-ci il tarixli 2(043)-121/2017 saylı qətnaməsi Cavabdeh5 münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
8. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 21.12.2017-ci il tarixli 2(043)- 121/2017 saylı icra vərəqəsi 16.12.2018-ci il tarixdə icra olunması üçün Cavabdeh2nə göndərilmişdir.
9. Cavabdeh2 icra məmuru Cahid Qasımovun 18.02.2019-cu il tarixli qərarı ilə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 21.12.2017-ci il tarixli 2(043)-121/2017 saylı icra sənədi üzrə icraata başlanılmışdır.
10. Cavabdeh2 tərəfindən "xxxx" MMC-yə 18.04.2019-cu il tarixli məktub ünvanlanaraq, həmin icra sənədinin icrasının təmin edilməsi məqsədilə İddiaçı2 və Cavabdeh5 məxsus əmlakların satılması xahiş edilmişdir.
11. Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən açıq hərracın keçirilməsi barədə 10.05.2019-cu il tarixli, 01 nömrəli bildirişə əsasən Cavabdeh2, İddiaçı2, X7, Cavabdeh5 və Cavabdeh3 BOKT ASC-yə Gəncə şəhəri, X11 küçəsində yerləşən 141 nömrəli və Gəncə şəhəri, Xudadat bəy Rəfıbəyli küçəsində, 1-ci döngədə yerləşən 20 nömrəli fərdi yaşayış evlərinin 10.06.2019-cu il tarixdə, saat 11:00-da açıq hərraca çıxarılması, o cümlədən hərracın keçirilmə yeri, qaydası, ilkin satış qiyməti və s. barədə məlumat verilmiş və onlara hüquqları izah olunmuşdur.
12. Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən açıq hərracın keçirilməsi barədə 14.06.2019-cu il tarixli, 02 nömrəli bildirişə əsasən Cavabdeh2, İddiaçı2, X7, Cavabdeh5 və Cavabdeh3 BOKT ASC-yə Gəncə şəhəri, X11 küçəsində yerləşən 141 nömrəli və Gəncə şəhəri, Xudadat bəy Rəfıbəyli küçəsində, 1-ci döngədə yerləşən 20 nömrəli fərdi yaşayış evlərinin 01.07.2019-cu il tarixdə, saat 11:00-da açıq hərraca çıxarılması, o cümlədən hərracın keçirilmə yeri, qaydası, ilkin satış qiyməti və s. barədə məlumat verilmiş və onlara hüquqları izah olunmuşdur.
13. Hərrac Mərkəzi "xxxx" MMC-nin ipoteka predmetinin əldə olunmasına dair 05.07.2019-cu il tarixli təklif məktubu ilə Gəncə şəhəri, X11 küçəsində yerləşən 141 nömrəli və Gəncə şəhəri, Xudadat bəy Rəfıbəyli küçəsində, 1-ci döngədə yerləşən 20 nömrəli fərdi yaşayış evlərinin təkrar hərracının baş tutmaması barədə bildirilmiş və “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 24 faiz az olmayan qiymətlə, yəni 63.750 manat və 54.187,50 manat qiymətlə ipoteka saxlayana təklif edilmişdir.
14. Cavabdeh2 icra məmuru Cahid Qasımovun 08.10.2020-ci il tarixli qərarı ilə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 21.12.2017-ci il tarixli 2(043)-121/2017 saylı icra sənədi icra olunmadan geri qaytarılmışdır.
15. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 18.11.2020-ci il tarixli məktubu ilə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 21.12.2017-ci il tarixli 2(043)-121/2017 saylı icra sənədi icra edilməsi üçün təkrarən Cavabdeh2nə göndərilmişdir.
16. Cavabdeh2 icra məmuru Cahid Qasımovun 30.11.2020-ci il tarixli qərarı ilə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 21.12.2017-ci il tarixli 2(043)-121/2017 saylı icra sənədi üzrə icraata başlanılmış və həmin tarixdə borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir.
17. Cavabdeh2 icra məmuru Cahid Qasımovun 15.11.2021-ci il tarixli qərarı ilə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 21.12.2017-ci il tarixli 2(043)-121/2017 saylı icra sənədi üzrə icraat dayandırılmışdır.
18. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 09.12.2021-ci il tarixli, 8(043)- 515/2021 saylı qərardadı ilə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 21.12.2017-ci il tarixli 2(043)-121/2017 saylı icra sənədi üzrə icraatın dayandırılması barədə Cavabdeh2 icra məmuru Cahid Qasımov tərəfindən qəbul edilmiş 15.11.2021-ci il tarixli qərar ləğv olunmuş və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi üçün qərardadın surəti Cavabdeh2nə göndərilmişdir.
19. Cavabdeh2 tərəfindən Hərrac Mərkəzi "xxxx" MMC-yə ünvanlanmış 14.01.2021ci il tarixli məktubda ipoteka predmetləri olan Gəncə şəhəri, X11 küçəsində yerləşən 141 nömrəli və Gəncə şəhəri, Xudadat bəy Rəfıbəyli küçəsində, 1-ci döngədə yerləşən 20 nömrəli fərdi yaşayış evlərinin açıq hərrac yolu ilə satılması xahiş edilmişdir.
20. Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən açıq hərracın keçirilməsi barədə 19.01.2021-ci il tarixli, 01 nömrəli bildirişə əsasən Cavabdeh2, İddiaçı2, X7, Cavabdeh5 və Cavabdeh3 BOKT ASC-yə Gəncə şəhəri, X11 küçəsində yerləşən 141 nömrəli və Gəncə şəhəri, Xudadat bəy Rəfıbəyli küçəsində, 1-ci döngədə yerləşən 20 nömrəli fərdi yaşayış evlərinin 12.02.2021-ci il tarixdə, saat 11:00-dən 17:00-dək açıq hərraca çıxarılması, o cümlədən hərracın keçirilmə yeri, qaydası, ilkin satış qiyməti və s. barədə məlumat verilmiş və onlara hüquqları izah olunmuşdur.
21. Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən açıq hərracın keçirilməsi barədə 16.02.2021-ci il tarixli, 02 nömrəli bildirişə əsasən Cavabdeh2, İddiaçı2, X7, Cavabdeh5 və Cavabdeh3 BOKT ASC-yə Gəncə şəhəri, X11 küçəsində yerləşən 141 nömrəli və Gəncə şəhəri, Xudadat bəy Rəfıbəyli küçəsində, 1-ci döngədə yerləşən 20 nömrəli fərdi yaşayış evlərinin 02.03.2021-ci il tarixdə, saat 11:00-dən 17:00-dək açıq hərraca çıxarılması, o cümlədən hərracın keçirilmə yeri, qaydası, ilkin satış qiyməti və s. barədə məlumat verilmiş və onlara hüquqları izah olunmuşdur.
22. “Birja Yenilikləri” qəzetinin 19.01.2021-ci il və 16.02.2021-ci il tarixli buraxılışlarında Gəncə şəhəri, X11 küçəsində yerləşən 141 nömrəli və Gəncə şəhəri, Xudadat bəy Rəfıbəyli küçəsində, 1-ci döngədə yerləşən 20 nömrəli fərdi yaşayış evləri satışı üzrə hərrac keçiriləcəyi barədə elan verilmişdir.
23. “Birja Yenilikləri” qəzetinin 10.03.2021-ci il tarixli buraxılışında Gəncə şəhəri, X11 küçəsində yerləşən 141 nömrəli və Gəncə şəhəri, Xudadat bəy Rəfıbəyli küçəsində, 1-ci döngədə yerləşən 20 nömrəli fərdi yaşayış evləri satışı üzrə hərracın baş tutmaması barədə elan verilmişdir.
24. İpoteka predmeti olan fərdi yaşayış evlərinin təkrar hərracı baş tutmadığı üçün Hərrac Mərkəzi "xxxx" MMC 10.03.2021-ci il tarixdə ipoteka saxlayana ipoteka predmetinin əldə olunmasına dair təklif göndərmişdir. Həmçinin, həmin təklif məktubunun surəti məlumat üçün ipoteka qoyanlara və borcluya da göndərilmişdir.
25. Hərrac təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə 02.04.2021-ci il tarixli, 28/03 saylı protokolu əsasında ipoteka predmeti olan Gəncə şəhəri, Xudadat bəy Rəfibəyli küçəsində, 1-ci döngədə yerləşən 20 nömrəli fərdi yaşayış evi 54.187,5 manat qiymətə Cavabdeh3 BOKT ASC tərəfindən əldə edilmişdir.
26. Hərrac təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə 02.04.2021-ci il tarixli, 28/04 saylı protokolu əsasında ipoteka predmeti olan Gəncə şəhəri, X11 küçəsində yerləşən 141 nömrəli fərdi yaşayış evi 63.750 manat qiymətə Cavabdeh3 BOKT ASC tərəfindən əldə edilmişdir.
27. Hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə 02.04.2021-ci il tarixli müqavilələrə əsasən Cavabdeh3 BOKT ASC Gəncə şəhəri, X11 küçəsində yerləşən 141 nömrəli fərdi yaşayış evi 63.750 manat qiymətə, Gəncə şəhəri, Xudadat bəy Rəfıbəyli küçəsində, 1-ci döngədə yerləşən 20 nömrəli fərdi yaşayış evi 54.187,5 manat qiymətə satın almışdır.
28. Cavabdeh3 BOKT ASC tərəfindən Cavabdeh2nə ünvanlanmış 19.04.2021-ci il tarixli, 818 saylı məktubda göstərilmişdir ki, Gəncə şəhəri, X11 küçəsində yerləşən 141 nömrəli və Gəncə şəhəri, Xudadat bəy Rəfıbəyli küçəsində, 1-ci döngədə yerləşən 20 nömrəli fərdi yaşayış evləri müvafiq olaraq 63.750 manat və 54.187,50 manata satılaraq, 55.865,81 ABŞ dolları kreditin ödənilməsinə yönəldilmişdir. Əmlakın satışından əldə olunan qalan pulun 22.965,53 manatı ikinci kredit müqaviləsinə əsasən 2(043)-867/2017 saylı qətnamə üzrə 16.947,13 ABŞ dolları kreditə yönəldilmişdir. Həmin məbləğ 22.965,63 manat təşkil etmişdir. Hal-hazırda Cavabdeh5 Cavabdeh3 BOKT ASC-yə 5.844,49 manat borcu vardır.
29. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 19.05.2021-ci il qeydiyyat tarixli ********** saylı və ********** saylı çıxarışlara əsasən Gəncə şəhəri, Kəpəz rayonu, X11 küçəsi, ev 141 və ünvan 8 ünvanlarında yerləşən fərdi yaşayış evləri xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh3 BOKT ASC-nin adına qeydə alınmışdır.
Məhkəmədə icraat - iddia ərizəsi və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
30. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" MMC, Cavabdeh2, Cavabdeh3 BOKT ASC, DƏDRX-nin 3 saylı ərazi idarəsi və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Hərrac Mərkəzi ilə Cavabdeh3 BOKT ASC arasında bağlanmış 28/03 və 28/04 nömrəli hərracın yekunlarına dair protokolların və eyni tarixli alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, digər Cavabdeh2 apardığı icra hərəkətlərinin qanunsuz hesab edilməsi və onlara məxsus Gəncə şəhəri, X11 küçəsində yerləşən 141 nömrəli və Gəncə şəhəri, Xudadat bəy Rəfibəyli küçəsində, 1-ci döngədə yerləşən 20 nömrəli fərdi yaşayış evlərinə dair aparılmış hüquqların dövlət qeydiyyatının ləğv edilməklə B0001/15/İ1 və B0001/15/İ2 saylı ipoteka müqavilələrinə xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər.
31. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 21.12.2017-ci il tarixli 2(043)-121/2017 saylı qətnaməsi icra olunması üçün açıq hərraca göndərilmiş, hərrac keçirilərək əmlaklar tələbkara təklif edilmiş və təklif tələbkar tərəfindən qəbul edilməyərək, Cavabdeh2nə geri qaytarılmışdır. Bundan sonra Cavabdeh2 tərəfindən icra sənədi Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə geri qaytarılmışdır. Göründüyü kimi, məhkəmə qətnaməsi üzrə icra hərəkətləri hərracın keçirilməsi və ipoteka əmlakına tutma yönəldilməsi barədə prosedur yekunlaşmış və ipoteka saxlayan “İpoteka haqqında” Qanunun 43-cü maddəsinə, “İcra haqqında” Qanunun 23-cü maddəsinə və Konstitusiya Məhkəməsinin 28.10.2014-cü il tarixli qərarına əsasən icra işi üzrə prosessual qərar qəbul etmişdir. Həmin qərar hazırda qüvvədədir. Lakin Cavabdeh2 qanunsuz olaraq yenidən icraata başlayaraq yenidən hərraca sifariş vermiş, "xxxx" MMC qanunsuz hərrac keçirmiş, Cavabdeh3 BOKT ASC isə hərracla onlara məxsus əmlakı əldə etmişdir. Qanunsuz hərracın nəticələri etibarsız olduğundan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən aparılmış qeydiyyat da ləğv edilməlidir.
32. İddiaya qarşı cavabdehlərin yazılı etirazı məhkəməyə daxil olmamışdır.
33. İddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdehlər "xxxx" MMC, Cavabdeh2 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasında vəkil X9 ilə təmsil edilmişdir. Məhkəmə işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
34. İddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili X9 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsində qeyd edilənlərlə oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.
35. Cavabdeh3 BOKT ASC-nin nümayəndəsi X6 məhkəmə iclasında verdiyi izahatında iddiaya etiraz edərək, bildirdi ki, icra məmuru tərəfindən Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 21.12.2017-ci il tarixli 2(043)-121/2017 saylı icra sənədi icra olunmadan geri qaytarıldıqdan sonra onların ərizəsinə əsasən icra sənədi yenidən icraya yönəldilmiş və Cavabdeh2 icra məmuru Cahid Qasımovun 30.11.2020-ci il tarixli qərarı ilə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 21.12.2017-ci il tarixli 2(043)-121/2017 saylı icra sənədi üzrə icraata başlanılaraq, qanunda nəzərdə tutulan zəruri icra hərəkətləri aparılmış və beləliklə, iddiaçılara məxsus olmuş əmlaklar bilavasitə məhkəmə qətnaməsi əsasında müəyyənləşdirilmiş ilkin satış qiymətləri ilə açıq hərraca çıxarılmış, lakin iki dəfə hərrac baş tutmadığından ipoteka predmetləri ipoteka saxlayan qismində Cavabdeh3 BOKT ASC-yə təklif edilmiş və sonuncu da təklifi qəbul edərək, hərracın yekunları barədə 02.04.2021-ci il tarixli, 28/03 saylı protokol əsasında Gəncə şəhəri, Xudadat bəy Rəfibəyli küçəsində, 1-ci döngədə yerləşən 20 nömrəli fərdi yaşayış evini 54.187,5 manat qiymətə, hərracın yekunları barədə 02.04.2021-ci il tarixli, 28/04 saylı protokolu əsasında ipoteka predmeti olan Gəncə şəhəri, X11 küçəsində yerləşən 141 nömrəli fərdi yaşayış evi 63.750 manat qiymətə Cavabdeh3 BOKT ASC tərəfindən əldə edilmişdir. Hesab edir ki, hərrac tam qanuni əsaslarla və qanunvericilikdə nəzərdə tutulmuş prosedur qaydalara əməl edilməklə həyata keçirildiyindən iddia əsassızdır. Hazırda sözügedən icra sənədi üzrə icra hərəkətləri davam etdirilir və icra məmuru tərəfindən dəfələrlə Cavabdeh5, İddiaçı1 və İddiaçı2 hazırda Cavabdeh3 BOKT ASC-nin mülkiyyətində olan fərdi yaşayış sahələrini könüllü boşaldaraq, tərk etmələri tələb olunsa da, onlar bundan boyun qaçırırlar. Hazırkı iddianın qaldırılmasında da məqsəd icra sənədi üzrə cavabdehlərin evdən çıxarılması hissəsində icranın yubadılması olmuşdur. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.
36. Cavabdeh DƏDRX-nin 3 saylı ərazi idarəsinin nümayəndəsi X5 məhkəmə iclasında verdiyi izahatında iddiaya etiraz edərək, bildirdi ki, Cavabdeh2 tərəfindən 07.05.2021-c il tarixdə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 21.12.2017-ci il tarixli 2(043)-121/2017 saylı icra sənədinin icrası ilə bağlı hərracın yekunları barədə 02.04.2021ci il tarixli, 28/03 saylı və 02.04.2021-ci il tarixli, 28/04 saylı protokolları icra edilməsi üçün İdarəyə məktub ünvanlanmış və onun nəticəsində Hərrac təşkilatının hərracın yekunları barədə 28/03 və 28/04 saylı protokolları və hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə 02.04.2021-ci il tarixli müqavilələrə əsasən müvafiq olaraq Cavabdeh3 BOKT ASC-nin adına Gəncə şəhəri, Xudadat bəy Rəfibəyli küçəsində, 1-ci döngədə yerləşən 20 nömrəli fərdi yaşayış evinə dair 19.05.2021-ci il tarixli, **********20-10301 reyestr nömrəli və Gəncə şəhəri, X11 küçəsində yerləşən 141 nömrəli fərdi yaşayış evinə dair 19.05.2021-ci il tarixli, **********84-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Həmin çıxarışlar qanunidir və ləğv edilməsinə əsas yoxdur. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.
Tətbiq edilən hüquq:
37. “İpoteka haqqında” Qanun Maddə 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Maddə 42.8. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Maddə 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Maddə 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda.
38. Mülki Prosessual Məcəllə Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.
Məhkəmənin mövqeyi:
39. Məhkəmə hesab edir ki, iddia aşağıdakılara əsasən əsassız olduğundan təmin edilməməlidir.
40. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 21.12.2017-ci il tarixli 2(043)-121/2017 saylı qətnaməsinə əsasən Cavabdeh5 cəmi 55.865,81 ABŞ dolları borcun ödəniş günündəki məzənnəyə uyğun olaraq milli manat ekvivalentində əvəzi və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh3 BOKT ASC-nin xeyrinə tutulması, tutmanın cavabdeh İddiaçı2 məxsus Gəncə şəhəri, X11 küçəsində yerləşən 141 nömrəli və Cavabdeh5 məxsus Gəncə şəhəri, Xudadat bəy Rəfibəyli küçəsində, 1-ci döngədə yerləşən 20 nömrəli fərdi yaşayış evlərinə yönəldilməsi və mənzillərin açıq hərracda satılmaqla əldə olunan vəsait hesabına borcun ödənilməsinin təmin edilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin cavabdehlərə verilməsi, Gəncə şəhəri, X11 küçəsində yerləşən 141 nömrəli və Gəncə şəhəri, Xudadat bəy Rəfıbəyli küçəsində, 1-ci döngədə yerləşən 20 nömrəli fərdi yaşayış evlərinin ilkin satış qiymətinin müvafiq olaraq 100.000 (bir yüz min) manat və 85.000 (səksən beş min) manat müəyyən edilməsi, fərdi yaşayış evləri açıq hərracda satıldıqdan sonra ən geci bir ay ərzində mənzillərin boşaldılması, ixtisaslaşdırılmış hərrac təşkilatının sərəncamına verilməsi, İddiaçı2, X7, Cavabdeh5 və X3 Gəncə şəhəri, M.Y.Axundzadə küçəsi, ev 141-dən, evdə yaşayanların hamısının, rəsmi qeydiyyatda olan X8 da daxil olmaqla Gəncə şəhəri, Xudatat bəy Rəfibəyli küçəsi, 1döngə, ev 20-də yerləşən evdən çıxarılması qət edilmişdir. Sözügedən qətnamə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Cavabdeh2nə göndərilmişdir. Cavabdeh2 icra məmuru Cahid Qasımovun 18.02.2019-cu il tarixli qərarı ilə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 21.12.2017-ci il tarixli 2(043)-121/2017 saylı icra sənədi üzrə icraata başlanılmış və zəruri icra hərəkətləri aparılaraq, əmlakların açıq hərracdan satılması barədə sifariş verilmiş və hərrac baş tutumamışdır. Cavabdeh2 icra məmuru Cahid Qasımov 08.10.2020-ci il tarixli qərarla sözügedən icra sənədi icra olunmadan geri qaytarsa da, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 18.11.2020-ci il tarixli məktubu ilə həmin icra sənədi icra edilməsi üçün təkrarən Cavabdeh2nə göndərilmişdir. Bu zaman da “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada hərrac keçirilmiş, lakin hərrac 2 dəfə baş tutmadığı üçün ipoteka predmetləri olan əmlaklar ipoteka saxlayana təklif edilmiş və Hərrac təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə 02.04.2021-ci il tarixli, 28/03 saylı protokolu əsasında Gəncə şəhəri, Xudadat bəy Rəfibəyli küçəsində, 1-ci döngədə yerləşən 20 nömrəli fərdi yaşayış evi 54.187,5 manat qiymətə, 02.04.2021-ci il tarixli, 28/04 saylı protokolu əsasında isə Gəncə şəhəri, X11 küçəsində yerləşən 141 nömrəli fərdi yaşayış evi 63.750 manat qiymətə Cavabdeh3 BOKT ASC tərəfindən əldə edilmiş və bu barədə tərəflər arasında hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə 02.04.2021-ci il tarixli müqavilələr bağlanmışdır. Hərracın yekunları barədə 02.04.2021-ci il tarixli, 28/03 saylı və 28/04 saylı protokollar əsasında Cavabdeh3 BOKT ASC-nin adına Gəncə şəhəri, Xudadat bəy Rəfibəyli küçəsində, 1-ci döngədə yerləşən 20 nömrəli və Gəncə şəhəri, X11 küçəsində yerləşən 141 nömrəli fərdi yaşayış evləri xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh3 BOKT ASC-nin adına qeydə alınmış və müvafiq olaraq 19.05.2021-ci il tarixli, **********20-10301 reyestr nömrəli və 19.05.2021-ci il tarixli, **********84-10301 reyestr nömrəli çıxarışlar verilmişdir.
41. Məhkəmə iddia ərizəsinin dəlillərini işdə olan və təqdim edimiş sübutlarla qarşılıqlı təhlil edərək, belə qənaətə gəlir ki, ipoteka ilə yüklü edilmiş Gəncə şəhəri, Xudadat bəy Rəfibəyli küçəsində, 1-ci döngədə yerləşən 20 nömrəli və Gəncə şəhəri, X11 küçəsində yerləşən 141 nömrəli fərdi yaşayış evlərinin Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 21.12.2017-ci il tarixli 2(043)-121/2017 saylı icra sənədinin icrası ilə əlaqədar açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının pozuntusu müəyyən edilməmiş, hərrac “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq keçirilmiş və hərrac zamanı qanunvericiliyin tələblərinə əməl edilmiş, bununla da Cavabdeh3 BOKT ASC əmlakları açıq hərracda qanuni əsaslarla əldə edərək, mülkiyyətinə keçirmişdir.
42. İddiaçılar iddia ərizəsində hazırkı iddianın faktiki əsası kimi ona istinad etmişdir ki, tutma yönəldilməsi barədə prosedur yekunlaşmış və ipoteka saxlayan “İpoteka haqqında” Qanunun 43-cü maddəsinə, “İcra haqqında” Qanunun 23-cü maddəsinə və Konstitusiya Məhkəməsinin 28.10.2014-cü il tarixli qərarına əsasən icra işi üzrə prosessual qərar qəbul etmişdir. Həmin qərar hazırda qüvvədədir. Lakin Cavabdeh2 qanunsuz olaraq yenidən icraata başlayaraq yenidən hərraca sifariş vermiş, "xxxx" MMC qanunsuz hərrac keçirmiş, Cavabdeh3 BOKT ASC isə hərracla onlara məxsus əmlakı əldə etmişdir. Qanunsuz hərracın nəticələri etibarsız olduğundan DƏDRX-nin 3 saylı ərazi idarəsi tərəfindən aparılmış qeydiyyat da ləğv edilməlidir.
43. Yəni, iddiaçılar hərracın etibarsızlığına tək əsası kimi Cavabdeh2 icra məmuru X12 Şəhəri Kəpəz Rayon Məhkəməsinin 21.12.2017-ci il tarixli 2(043)-121/2017 saylı icra sənədinin icra olunmadan geri qaytarılması barədə 08.10.2020-ci il tarixli qərarı mövcud olduğu halda, yenidən hərraca sifariş verilməsi və əmlakların ipoteka saxlayan olan tələbkar tərəfindən əldə edilməsni göstərmişlər.
44. Lakin iş materiallarından da göründüyü kimi, sözügedən icra sənədi icra məmurunun qərarı ilə geri qaytarılsa da, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 18.11.2020-ci il tarixli məktubu ilə həmin icra sənədi icra edilməsi üçün təkrarən Cavabdeh2nə göndərilmiş və bundan sonra icra sənədi icraata qəbul edilərək, zəruri icra hərəkətləri aparılmış, o cümlədən hərrac keçirilməsi üçün sifariş verilmişdir.
45. Beləliklə, məhkəmə hesab edir ki, mübahisələndirilən hərrac qanunvericilikdə hərracın keçirilməsi üçün nəzərdə tutulmuş prosedur qaydalara riayət edilməklə keçirildiyi üçün onun nəticələrinin, yəni cavabdeh "xxxx" Hərrac Mərkəzi ilə Cavabdeh3 BOKT ASC arasında bağlanmış 28/03 və 28/04 nömrəli hərracın yekunlarına dair protokolların və eyni tarixli alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, buna müvafiq olaraq da Gəncə şəhəri, X11 küçəsində yerləşən 141 nömrəli və Gəncə şəhəri, Xudadat bəy Rəfibəyli küçəsində, 1-ci döngədə yerləşən 20 nömrəli fərdi yaşayış evlərinə dair aparılmış hüquqların dövlət qeydiyyatının ləğv edilməsi istisna edilir. Habelə, Cavabdeh2 apardığı icra hərəkətlərində hər hansı qanunsuzluğa yol verilməsi müəyyən edilmədiyindən iddia tələbi həmin hissədə də təmin edilməməlidir.
46. Məhkəmə iddia tələbinin ipotekaya xitam verilməsinə dair hissəsi ilə bağlı isə qeyd edir ki, ipoteka müqavilələri əsasında ipotekla ilə yüklü edilmiş əmlaklara tutma yönəldilməsi nəticəsində 28/03 və 28/04 nömrəli hərracın yekunlarına dair protokolların və eyni tarixli alğı-satqı müqavilələrə əsasən ipoteka predmeti tələbkar Cavabdeh3 BOKT ASC-yə satıldığı və hazırda onun mülkiyyətində olduğu üçün “İpoteka haqqında” Qanunun 48.1.3-cü maddəsinə müvafiq olaraq 02.04.2021-ci il tarixdən ipotekaya xitam verilmişdir. Ona görə də, həmin tələb də təmin edilməməlidir.
47. İddia təmin edilmədiyi üçün Azərbaycan Respublikası MPM-nin 124.2-ci maddəsinə müvafiq olaraq ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir.
48. Yuxarıda göstərilənləri rəhbər tutaraq və nəzərə alaraq, məhkəmə
Qət etdi:
İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Külək” MMC-nə, Cavabdeh2nə, Cavabdeh3 BOKT ASC-nə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə və Cavabdeh5 qarşı “hərracın yekunlarına dair protokolların və alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, icra hərəkətlərinin qanunsuz hesab edilməsi və ipoteka predmetlərinə dair aparılmış hüquqların dövlət qeydiyyatının ləğv edilməsi, ipoteka müqavilələrinə xitam verilməsinə” dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən bir ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Gündüz Şirinov